Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4219/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərardadından cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “kredit müqaviləsinin və kreditin restrukturizasiya müqaviləsinin ləğvi kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış *****-****/****** saylı ## ###### 2015-ci il tarixli kredit müqaviləsinin və 15032- ****/****** saylı ## ###### 2015-ci il tarixli kredit müqaviləsinin ## ##### 2015-ci il tarixli restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 müştərək qaydada ## ###### 2015-ci il tarixli 15032- ****/****** saylı kredit müqaviləsinin ## ##### 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma üzrə İddiaçı ASC-yə 13718,39 ABŞ dolları əsas kredit borcu, 854,15 ABŞ dolları kreditindən istifadəyə görə faiz borcu, 145,10 ABŞ dolları penya, cəmi 14717,64 ABŞ dolları borcun və 31 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı ASC ilə cavabdeh cavabdeh4 arasında bağlanmış *****-****/****** saylı, ## ###### 2015-ci il tarixli kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair ##.##.2015-ci il tarixli razılaşmanın ləğv edilməsi, 13718.39 ABŞ dolları əsas borc, 854.15 ABŞ dolları faiz borcu, 145.10 ABŞ dolları penya, cəmi 14717.39 ABŞ dolları borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh4 ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “kredit müqaviləsinin və kreditin restrukturizasiya müqaviləsinin ləğvi kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh cavabdeh4 tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Hazırda cavabdeh cavabdeh4 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından cavabdeh cavabdeh4 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayətdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərardadından maraqlı şəxs cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayət kağız daşıyıcıda, PDF formatında tərtib edilmiş və təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərardadından cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-4219/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4219/2026
01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver