Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-430/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi nümayəndə3, Cavabdehin nümayəndəsi-vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## ###### 2022-ci il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 266 kv.m, yaşayış sahəsi 192,8 kv.m olan 7 otaqlı fərdi yaşayış evinin ona məxsus hissəsindən 60 kv.m hissəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti ##.##.2025-ci il tarixədək müəyyən edilmiş, müqavilənin 4-cü bəndinə əsasən “İcarəyə götürən” Cavabdeh MMC “İcarəyə verən” İddiaçı aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh MMC İddiaçı qarşı 2024-cü ildə iddia qaldıraraq Cavabdeh MMCyə məxsus əşyaların geri qaytarılmasını, İddiaçı qarşılıqlı iddia verərək 10 ay üzrə hər ay 600 manat olmaqla cəmi 6.000 manat icarə haqqının Cavabdeh MMC-dən utulmasını tələb etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ilk iddia qismən təmin edilərək, obyektdən aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd xxxx MMC-yə geri qaytarılması öhdəliyi İddiaçı üzərinə qoyulmuş, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh MMC-dən 10 ay üzrə (hər ay 600 manat olmaqla) cəmi 6.000 manat icarə haqqının tutularaq İddiaçı ödənilməsi və ilk iddianın ödənildiyi hissə və qarşılıqlı iddianın eyni zamanda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia təmin edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(008) ****/**** nömrəli qətnaməsi qismən- qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən 6.000 manat məbləğində icarə haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC tərəfindən 8 ay (dekabr 2024 - iyul 2025) üçün ödənilməyən hər ay üzrə 600 manat olmaqla, cəmi 4.800 manat icarə haqqının cavabdehdən tutulub iddiyaçıya verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN: **********) son 8 ay (dekabr 2024-dən - iyul 2025 dək müddətində hər ay üzrə 600 manat, cəmi 4.800 (dörd min səkkiz yüz) manat icarə haqqı tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh son 8 ay (dekabr 2024-dən-iyul 2025dək müddətində icarə haqqı üzrə ödəniş etmir və hər ay üzrə 600 manat, cəmi 4.800 (dörd min səkkiz yüz) manat ona pul ödəməlidir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsinə əsasən hesab edilib ki, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli, 3M-**** reyestr nömrəli icarə müqaviləsinin 4-cü bəndində 200 manatın əvəzinə faktiki olan 600 manat icarə haqqının müəyyən edilməsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən onların tələbi üzrə cavabdeh Cavabdeh MMC-dən hər ay 600 manat olmaqla 10 ay (fevral 2024-dən-noyabr 2024-dək) cəmi 6.000 (altı min) manat məbləğində icarə haqqı tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Bu müddət ərzində Cavabdeh MMCdən bu günə qədər heç bir ödəniş İddiaçı ödənilməmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 (bir) ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu günə qədər həmin müqavilə qanuni qüvvədədir. İddiaçı tərəfindən Cavabdeh MMCnin hüquqi ünvanına ##.##.2025-ci ildə N:***********AZ saylı Poçt qəbzi ilə Pretenziya məktubu göndərilmişdir və 5 gün ərzində ödənişin edilməsi tələb edilmişdir. Həmin məktub cavabdehə ##.##.2025-ci il tarixdə N: AZ ****/********** saylı Teleqram vasitəsi ilə rəsmi çatdırılması barədə poçtun cavabı onlara verilmişdir. Müddətin bitməsinə baxmayaraq cavabdeh ödəniş etməmişdir və bunun səbəbini rəsmi bildirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 4.800 (dörd min səkkiz yüz) manat məbləğində icarə haqqının tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh MMC tərəfindən İddiaçı 10 ay üçün ödənilməyən icarə haqqının aylıq 600 manat olmaqla, cəmi 6.000 manat təşkil etdiyi müəyyən edilmiş və həmin məbləğin iddiaçıya ödənilməsi qət edilmişdir. Müqavilədə aylıq icarə haqqı 200 manat göstərildə də, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə faktiki icarə haqqının 600 manat təşkil etməsi təsdiq olunmuşdur. Müqavilənin şərtlərinə əsasən icarə müddəti ##.##.2025-ci il tarixədək müəyyən edilmiş və müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti başa çatmamış və tərəflər müqavilənin ləğv edilməsi ilə bağlı bir ay qabaqdan yazılı ərizə ilə digər tərəfə müraciət etməmiş, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh MMC-yə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, həmin məktuba əsasən Cavabdeh MMC tərəfindən bu pretenziyanın təqdim edildiyi tarixdən 5 gün ərzində dekabr 2024 - iyul 2025 üzrə hər ay 600 manat, 8 ay üçün yaranmış borc üzrə 4.800 manat icarə haqqının ödilməsini, borcun göstərilən müddətdə könüllü şəkildə ödənilmədiyi halda, iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar edilmişdir. Belə olan halda məhkəmə sözügedən müddət ərzində cavabdeh tərəfindən icarə haqqının ödənilməməsinin işin mübahisəsiz halı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh Cavabdeh MMC-dən 2024-cü ilin dekabr ayından 2025-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün cəmi 4.800 manat (8 ay * 600 manat = 4800 manat) məbləğində icarə haqqı tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı nümayəndəsi (əri) nümayəndə3 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək qeyd etdi ki, Cavabdeh MMC obyekti tərk etdikdən sonra əşyalarının əksəriyyətini aparmış, iddia tələbində göstərilən əşyalardan yalnız aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd qalmış, qeyd edilən mətbəx mebeli 1 komplekt isə onun özü tərəfindən quraşdırılmışdır. İcarə haqqı tam, yəni 6.000 manat məbləğində, ödənildikdən sonra həmin əşyaları qaytarmağa razıdır. Tərəflər arasında müqavilənin faktiki olaraq pozulmasına əlavə olaraq cavabdeh Cavabdeh MMC-nin obyektə daxil olmaq imkanının olmaması da dəlalət edir. Belə ki, Cavabdeh MMC-nin obyektə giriş imkanı olsa idi, o öz əşyalarını rahat şəkildə obyektdən çıxarmış olardı və hər hansı bir iddianın verilməsi zərurəti qarşısında qalmazdı. Bundan başqa, obyekt sahibi açarları təhvil alarkən Cavabdeh MMC-nin nümayəndlərinə “müqavilə davam edir”, “çıxmağınıza baxmayaraq, müqavilə xitam/ləğv edilmir” sözləri də deyilməmişdir. Faktiki olaraq, tərəflər arasına anlaşma olmuşdur və Cavabdeh açarları iddiaçıya təhvil verərək, obyektdən çıxmışdır. Başqa bir məqam isə ondan ibarətdir ki, Sabunçu rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, Cavabdeh MMC və İddiaçı arasında ##.##.2022 tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə mülkiyyətçi İddiaçı özünə məxsus daşınmaz əmlakın 60 kv. metr Cavabdeh MMC-yə təsərrüfat fəaliyyəti (aptek) məqsədilə icarəyə vermişdir (* saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisində reyestrdə 3M-**** № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir). Həmin müqaviləyə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 266 kv metr, yaşayış sahəsi 192,8 kv metr olan 7 otaqlı fərdi yaşayış evinin 60 kv metr hissəsini Cavabdeh MMC-yə icarəyə vermiş; icarə müqaviləsi ##.##.2025-ci il tarixədək müəyyən edilmiş; icarə haqqı aylıq 200 manat müəyyən edilmiş, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqda yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuş; tərəflərin razılığına əsasən hər ay icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə verginin ödənilməsi öhdəliyinin icarəçiyə məxsus olması qeyd edilmişdir. Göründüyü kimi, təsərrüfat məqsədilə fərdi yaşayış sahəsi arasında ziddiyət vardır. Bu məqam müqavilənin pozulmasına əsas səbəb olmuşdur. İddiaçı bu haldan sonra obyektə qeyri-yaşayış obyektinə aid olan sənədləri almışdır. İddiaçı, Cavabdeh MMC barəsində pis niyyətlə hərəkət etmiş, həmin ərazidə bu obyektə faktiki olaraq 600 manat pul verən olmadığı üçün, marağlı olmuşdur ki, müqavilə şərtlərini davam etdirsin və “xxxx “MMC-dən müqavilənin faktiki olaraq pozulmasına baxmayaraq, pul “qoparda” bilsin. Obyektdə qalan əşyaların geri götürülməsi üçün icra məmurları tərəfindən obyektdə olan əşyalara dair müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə iş üzrə yekun qərar qəbul edərkən, tərəflər arasında yaranmış həqiqi münasibətləri qiymətləndirməyib, mövcud şəraiti nəzərə almayıb və “müqavilə varsa, iddia əsaslıdır” prinsipindən çıxış etmişdir. Məhkəmə eyni zamanda ondan əvvəl qanuni qüvvəsini almış preyudisial xarakter daşıyan məhkəmə aktına əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan “İcarəyə verən” İddiaçı və “İcarəçi” Cavabdeh MMC arasında bağlanmış ##.##.2022 tarixli icarə müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 266 kv metr, yaşayış sahəsi 192,8 kv metr olan 7 otaqlı fərdi yaşayış evinin 60 kv metr hissəsini Cavabdeh MMC-yə təsərrüfat fəaliyyəti (aptek) məqsədilə icarəyə vermişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müqaviləsi ##.##.2025-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqda yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən Cavabdeh MMC tərəfindən bu pretenziyanın təqdim edildiyi tarixdən 5 (beş) bank günü ərzində dekabr 2024-iyul 2025 üzrə hər ay 600 manat, 8 ay üçün yaranmış borc üzrə 4.800 manat icarə haqqını ona ödilməsini, əks halda göstərilən müddətdə borcun könüllü şəkildə ödənilmədiyi halda, Yasamal Rayon Məhkəməsinə yeni iddia ərizəsi ilə müraciət edəcəyi və qanuni icra üçün İcra şöbəsinə təqdimat verəcəyi, o cümlədən məhkəmə məsrəfləri, vəkil xərcləri və icra xərclərinin ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(103) ****/**** nömrəli icra vərəqəsinə əsasən ilk iddia qismən təmin edilərək, obyektdən aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd Cavabdeh MMC-yə geri qaytarılması öhdəliyi İddiaçı üzərinə qoyulmalı, Cavabdeh MMC-dən 6.000 manat məbləğində icarə haqqı tutularaq İddiaçı ödənilməlidir. İlk iddianın ödənildiyi hissə və qarşılıqlı iddia eyni zamanda icra edilməlidir. Qətnamə # ### 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Tərəflərə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, biriinci instansiya məhkəməsi qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə düzgün qiymətləndirə bilməmişdir. Belə ki, hazırki işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## ###### 2022-ci il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 266 kv.m, yaşayış sahəsi 192,8 kv.m olan 7 otaqlı fərdi yaşayış evinin ona məxsus hissəsindən 60 kv.m hissəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. Tərəflər arasında bir-birinə qarşı yuxarıda qeyd edilən mübahisə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ## ####### 2024-cü il tarixdə qəbul edilmiş, daha sonra apellyasiya qaydasında ## ###### 2025-ci il tarixdə yeni qətnamə qəbul edilməklə qanuni qüvvəsini alaraq icraya yönəlmiş və həmin iş üzrə yekun olaraq icra edilməli olan hissələr aşağıdakılardan ibarət olmuşdur: - obyektdən aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd Cavabdeh MMC-yə geri qaytarılması öhdəliyi İddiaçı üzərinə qoyulmuş; - Cavabdeh MMC-dən 6.000 manat məbləğində icarə haqqının tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında olan ##.##.2025, ##.##.2025, ##.##.2025-ci il tarixli aktlardan görünür ki, Sabunçu rayon İcra şöbəsinin icra məmurları Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(103) ****/**** nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən icra vərəqəsində qeyd olunan aptekdə olmuş, cavabdeh İddiaçı nümayənədəsi nümayəndə3 tərəfindən həmin obyekt açar vasitəsilə açılaraq içəri daxil olmuş, icra vərəqəsində qeyd olunan əşyalardan “Pozis” markalı soyuducu işlək vəziyyətdə, havalandırılma 1 ədəd işlək vəziyyətdə aşkar edilmiş, anbar otağında rəflər 3 ədəd, 4 ədəd şkaf aşkar edilmiş, su qızdırıcısı 1 ədəd işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmamış, aptek mebeli–vitrinlər, şkaflar, kabinet mebeli kompekt aşkar edilməmiş, 1 ədəd yazı masası, 1 ədəd TV altlığı aşkar edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli akta əsasən Sabunçu rayon İcra şöbəsinin icra məmurları Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar ##.##.2025-ci il tarixdə tərtib edilmiş akta əsasən müəyyən edilmiş əşyaları götürmək üçün Sabunçu rayonu, Anaşkin küçəsi, ev 27 ünvanında olmuşlar, cavabdehin nümayəndəsi aşkar edilmiş əşyaları təhvil verməkdən imtina etmişdir. Qeyd edilən icra hərəkətləri ilə bağlı icranı həyata keçirmiş icra məmurunun iştirakı ilə kollegiyaya təqdim edilmiş ira işinin sənədlərinə də baxış keçirilmiş və müəyyən edilmişdir ki, qanuni qüvvəsin almış məhkəmə aktı üzrə verilən icra vərəqəsi tam icra edilməmişdir (yuxarıda sadalanan aktlar əsasında). İcra məmuru izahatında icranın baş tutmamasının səbəbkarı kimi tələbkar İddiaçı əşyaların təhvil verməməsi ilə əlaqədar olmasını göstərmişdir. Bununla yanaşı qeyd olunan mülki işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (əri) nümayəndə3 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, Cavabdeh MMC obyekti tərk etdikdən sonra əşyalarının əksəriyyətini aparmış, iddia tələbində göstərilən əşyalardan yalnız aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd qalmış, qeyd edilən mətbəx mebeli 1 komplekt isə onun özü tərəfindən quraşdırılmışdır. İcarə haqqı tam, yəni 6.000 manat məbləğində, ödənildikdən sonra həmin əşyaları qaytarmağa razıdır. Göründüyü kimi tərəflər arasında 3 il müddətinə ## ###### 2022-ci il tarixli icarə müqaviləsi bağlansa da hazırki iş üzrə cavabdeh tərəf həmin müddəti gözləmədən 2024-cü ildə qeyri-yaşayış sahəsindən çıxmaqla məhkəmədə iddia qaldıraraq əşyaların qaytarılmasını tələb etmiş, İddiaçı da öz növbəsində icarə haqqını tələb etmişdir. (##.##.2024-cü il tarixdə yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir.) Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, istinad edilən mülki işə baxılan zaman artıq Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsindən çıxması İddiaçı tərəfindən də mübahisələndirilməmiş, əksinə MMC-yə qarşı iddia irəli sürərək, icarə haqqını tələb etmişdir. Bu isə o deməkdir ki, ən azından həmin iş üzrə qətnamə qəbul edildiyi ərəfədə Cavabdeh MMC qeyri-yaşayış sahəsində istifadə etməmişdir. Həmçinin qeyd edilən iş üzrə qəbul edilmiş qətnamə də icra edilməmiş qalması icra məmurunun izahatında açıqlanmışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı 2024-cü ilin dekabr ayından 2025-ci ilin iyul ayına qədər Cavabdeh MMC-dən icarə haqqı tələb etsə də, MMC-nin həmin tarix aralığında, yəni məhkəmə çəkişmələri dövründə qeyri-yaşayış sahəsində istifadə etməsi işin sadalanan halları ilə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarına diqqət yetirməmiş və istinad edilən mülki iş üzrə qəbul edilmiş qətnaməyə preyudisial aspektdən yanaşaraq işin hallarını düzgün qiymətləndirməmişdir. Göründüyü kimi iddiaçı hazırda 2024-cü ilin dekabr ayından 2025-ci ilin iyul ayına qədər Cavabdeh MMC-dən icarə haqqı tələb etməsinə baxmayaraq Cavabdeh MMC-nin məhz həmin müddət ərzində qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh MMC-dən (VÖEN: **********) son 8 ay (dekabr 2024-dən- iyul 2025 dək müddətində hər ay üzrə 600 manat, cəmi 4.800 (dörd min səkkiz yüz) manat icarə haqqı tutularaq İddiaçı ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını düzgün müəyyən etməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Beləliklə, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən son 8 ay (dekabr 2024-dən-iyul 2025 dək müddətində hər ay üzrə 600 manat, cəmi 4.800 (dörd min səkkiz yüz) manat icarə haqqı tutularaq İddiaçı ödənilməsi” barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.