Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4338/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh cavabdeh5 qarşı “pul” tələbinə dair ilkin, iddiaçı cavabdeh5 cavabdehlər İddiaçı, cavabdeh4 İsrafil qızı, cavabdeh2, cavabdeh3 və ** saylı Notariat Kontoruna qarşı, (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından Maraqlı şəxs nümayəndəsi-vəkili vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh5 ilə aralarında ## ######## 2015-ci il tarixli borc müqaviləsi bağlanmış və ## ######## 2016-cı il tarixədək qaytarmaq şərti ilə cavabdehə 1.691.000 (bir milyon altı yüz doxsan bir min) manat, 3.063.000 avro və 2.660.000 (iki milyon altı yüz altmış min) ABŞ dolları borc pul vermişdir. Cavabdeh cavabdeh5 ondan aldığı 1.691.000 (bir milyon altı yüz doxsan bir min) manat, 3.063.000 (üç milyon altmış üç min) avro və 2.660.000 (iki milyon altı yüz altmış min) ABŞ dolları pulu ## ######## 2016-cı il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt istəmiş və buna baxmayaraq indiyə qədər pulu geri qaytarmamışdır. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil4 iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh5 1691.000 manat və 3.063.000 avro pulun alınıb iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. cavabdeh5 ##.##.2019-cu il tarixdə İddiaçı, cavabdeh4 İsrafil qızı, cavabdeh2, cavabdeh3 və ** saylı notariat kontoruna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ######## 2015-ci il tarixində ** saylı dövlət notariat kontorunda X1 ilə cavabdeh5 arasında bağlanmış kredit müqaviləsinin uydurma, yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdeh5 1.691.000 (bir milyon altı yüz doxsan bir min) manat və 3.063.000 (üç milyon altmış üç min) avro məbləğində pulun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Maraqlı şəxs mülki iş üzrə maraqlı şəxs qismində tanınma barədə ərizə və apellyasiya şikayəti təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023 tarixli qətnaməsi ilə onun cavabdeh5 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ** nömrəli binanın 1-ci mərtəbəsində və zirzəmisində yerləşən ümumi sahəsi 124.7 kv.m qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ** nömrəli evin ** saylı mənzili əmlakı kimi müəyyən edilərək, həmin əmlaklar üzərində tam mülkiyyət hüququ tanınmışdır. ##.##.2026-cı il tarixli məhkəmə bildirişi alan zaman məlum olmuşdur ki, X1 adlı şəxs Nərimanov rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- ****/**** saylı, ##.##.2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün üçüncü şəxs qismində tanınma və müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmişdir. Ərizənin məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023 tarixli qətnaməsi qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun tanınması nəticəsində, X1, onun keçmiş əri cavabdeh5 qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrasını mümkünsüz etmişdir. Onun bu günədək X1, keçmiş əri cavabdeh5 qarşı qeyd olunan tələbi üzrə məhkəmə aktının qəbul edilməsindən məlumatı olmamış və belə bir qətnamənin mövcudluğundan ərizədən sonra məlumatı olmuşdur. İddiaçı məqsədi, onun keçmiş ərinə qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrası ilə bağlı birgə nikah dövründə əldə etdiyi və məhkəmə qətnaməsi ilə üzərində mülkiyyət hüququ tanınmış qeyd olunan daşınmaz əmlaklara yönəltməkdən ibarət olduğundan, eləcə də qətnamə ilə tutulmalı olan külli miqdarda borc məbləğinin keçmiş əri tərəfindən alınmasından onun məlumatı olmadığından və həmin məbləğ ailənin maddi məişət ehtiyaclarının ödənilməsinə sərf olunmadığından İddiaçı qeyd olunan iddia tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)- ****/**** saylı qətnaməsi onun hüquqlarına toxunur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(005)- ****/**** saylı qərardadı ilə Maraqlı şəxs mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması, Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini, maraqlı şəxs qismində tanınma barədə ərizənin və apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(005)- ****/**** saylı qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi, Maraqlı şəxs mülki iş üzrə maraqlı şəxs qismində tanınma barədə ərizəsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda Maraqlı şəxs nümayəndəsi-vəkili vəkil2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki-prosessual qanunvericilikdə “hüquqlarına toxunan şəxs” və “maraqlarına toxunan şəxs” anlayışlarının fərqli olmasına baxmayaraq, işə baxan məhkəmə həmin şəxslərin eyni olmasına dair səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi mülkiprosessual qanunvericilik qanunla qorunan hüquqlar ilə, maraqların qorunmasını fərqləndirərək, hüquqlarına toxunan şəxslərlə maraqlarına toxunan şəxsləri fərqləndirmişdir. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərardadında da eyni hüquqi mövqe ifadə olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 357.2-ci maddəsinə görə məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunduğu hallarda digər şəxslər də malikdirlər. Göründüyü kimi qeyd olunan maddənin məzmununda məhkəmə aktından apellyasiya şikayəti vermək hüququna, yalnız hüquq və vəzifələrinə toxunan şəxslərin malik olması birbaşa ehtiva olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 423.2-ci maddəsinə isə yalnız məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Ali Məhkəmənin Plenumuna müraciət etmək hüququ birbaşa təsbit edilmişdir. Maraqlı şəxs hazırkı mülki iş üzrə maraqlarına toxunan şəxs qismində deyil, qəbul edilmiş qətnamə onun hüquqlarına toxunduğundan MPM-nin 357.2-ci maddəsinə əsasən hüquqlarına toxunan şəxs qismində apellyasiya verilmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı İddiaçı məqsədi keçmiş əri cavabdeh5 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrası ilə bağlı birgə nikah dövründə əldə edilmiş və məhkəmə qətnaməsi ilə üzərində mülkiyyət hüququ tanınmış qeyd olunan daşınmaz əmlaklara icra qaydasında tələb yönəltməkdən ibarət olduğundan, eləcə də qətnamə ilə tutulmalı olan külli miqdarda borc məbləğinin keçmiş əri cavabdeh5 tərəfindən alınmasından onun məlumatı olmadığından və həmin məbləğ ailənin maddiməişət ehtiyaclarının ödənilməsinə sərf olunmadığından Gülnarə Hacıyevanın qeyd olunan iddia tələbi üzrə qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi onun hüquqlarına toxunur. Göründüyü kimi mülkiprosessual qanunvericilikdə “hüquqlarına toxunan şəxs” və “maraqlarına toxunan şəxs” anlayışlarının fərqli olmasına baxmayaraq, işə baxan məhkəmə həmin şəxslərin eyni olmasına dair səhv nəticəyə gəlmiş, bununla da Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə və Maraqlı şəxs mülki iş üzrə hüquqlarına toxunan şəxs qismində tanınma barədə ərizəsinin və apellyasiya şikayəti geri qaytarılmasına daair əsassız və qanunsuz məhkəmə aktı qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından Maraqlı şəxs nümayəndəsi-vəkili vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 357.2, 362, 363, 364.2-ci maddələrini nəzərə alaraq, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək cavabdeh5 1.691.000 (bir milyon altı yüz doxsan bir min) manat və 3.063.000 (üç milyon altmış üç min) avro məbləğində pul İddiaçı xeyrinə tutulmuş, qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-*****/**** saylı, ## ###### 2019-cu il tarixli qərardadı ilə cavabdeh5 apellyasiya şikayətindən imtina etdiyindən ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin: - 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. - 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. - 422-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır. - 423.2 və 423.4-cü maddələrinə görə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının və Kommersiya Kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir. Beləliklə, mülki iş üzrə məhkəmə araşdırması birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələrində davam etdirilmiş və sonuncu instansiya məhkəməsinin yekun qərarı qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən isə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının və Kommersiya Kollegiyasının qərarlarından maraqlarına toxunan şəxslər ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilə bilər. Mülki işə hər üç instansiya məhkəmələri tərəfindən baxıldığından Maraqlı şəxs yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından əlavə kassasiya qaydasında ərizə ilə mürciət etmək hüququ vardır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, eyni iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktına yenidən baxılması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli qərardadında əks olunmuş mövqeyinə görə, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizəçinin irəli sürdüyü arqumentləri araşdırmış, təqdim edilmiş materiallara hüquqi qiymət vermiş və gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Şikayətdə göstərilən dəlillər həmin nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarına uyğun qəbul edilmiş, onun ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-4338/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4338/2026
16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver