Məhkəmə qərarları › İş №2(3-6)-4383/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4383/2026

21.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4383/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Nəsimi rayon İcra şöbəsinə və “xxxx” MMC-yə qarşı “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Çingiz Mustafayev küçəsindəki ** saylı binanın zirzəmisində yerləşən 53,4 kv.m ümumi, 38,9 kv.m əsas, 14,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-cı il tarixli qərardadına əsasən, iddiaçı İddiaçı tərəfindən təqdim olunan ərizə təmin edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsindəki ** saylı binanın zirzəmisində yerləşən 53,4 kv.m ümumi, 38,9 kv.m əsas, 14,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın icrasının Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Hazırda iddiaçı İddiaçı məhkəməyə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-cı il tarixli qərardadının ləğv edilməsi və həmin qərardadla ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ** saylı binanın zirzəmsində yerləşən ümumi sahəsi 53,4 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş qadağanın götürülməsi və qərardadın surətinin icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) ****/**** saylı, ##.##.2021-cı il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsindəki ** saylı binanın zirzəmisində yerləşən 53,4 kv.m ümumi, 38,9 kv.m əsas, 14,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi, qərardadın icrasının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin icraatında *(*-**)- ***/**** saylı iş vardır və həmin iş üzrə cavabdehin borcunun indeksasiyası xahiş edilmiş. İlk əvvəl məhkəmə tərəfindən həmin ərizə təmin edilmiş və cavabdehə yeni borc hesablanmışdır. Lakin hazırda həmin iş üzrə icraat dayandırılmış və iş ekspertizaya göndərilmişdir. Belə olan halda hazırki ərizənin təmin edilərək həbsin götürülməsi üçün əsas yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyasi, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyasi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 162.1-ci maddəsinə əsasən Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. - 162.3-cü və 162.4-cü maddələrinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək ona məxsus qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Həmin tədbirin tətbiq edilməsinin məqsədi isə iddiaçının qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabatın mübahisələndirilməsi ilə bağlı irəli sürdüyü tələbin təmin olunmasının mümkünlüyünü və gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını təmin etmək olmuşdur. Lakin sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə həm İddiaçı “qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair tərtib edilmiş hesabatın ləğv edilməsi”, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “qiymətləndirmənin mübahisələndirilməsi” tələblərinə dair mülki iş üzrə icraata xitam verilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiq edildiyi əsas mübahisə üzrə məhkəmə icraatına xitam verildiyindən, həmin tədbirin saxlanılmasını zəruri edən prosessual əsas aradan qalxmışdır. Başqa sözlə, müvəqqəti təminat tədbirinin mövcudluğunu əsaslandıran əsas tələb artıq məhkəmə icraatında olmadığından, özgəninkiləşdirməyə qoyulmuş qadağanın davam etdirilməsi üçün də hüquqi zərurət qalmamışdır Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs isə qadağanın saxlanılmasının zəruriliyini hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(*- **)-***/**** saylı iş üzrə cavabdehin borcunun indeksasiyası məsələsinin mövcudluğu ilə əsaslandırmışdır. Məhkəmə Kollegiyasi bu dəlili əsaslı hesab etmir. Belə ki, hazırda başqa mülki iş üzrə borcun indeksasiyasına dair məsələnin araşdırılması və həmin iş üzrə icraatın ekspertiza keçirilməsi ilə əlaqədar dayandırılması öz-özlüyündə hazırkı iş üzrə ##.##.2021-ci il tarixli qərardadla tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qüvvədə saxlanılması üçün hüquqi əsas yaratmır. Müvəqqəti təminat tədbirinin davam etdirilməsi konkret olaraq onun tətbiq edildiyi mübahisə və həmin mübahisə üzrə prosessual vəziyyətlə əlaqələndirilməlidir. Hazırkı halda isə həmin tədbirin tətbiq edilməsinə səbəb olan “qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi” və “qiymətləndirmənin mübahisələndirilməsi” tələbləri üzrə icraata xitam verilmişdir. Buna görə də başqa icraat üzrə mövcud olan mübahisənin olması artıq ləğv edilmiş müvəqqəti təminat tədbirinin bərpa edilməsinə və ya qüvvədə saxlanılmasına əsas vermir. Həmçinin şikayətçi tərəfindən istinad edilən *(*-**)-***/**** saylı iş üzrə borcun indeksasiyasının nəticəsinin məhz mübahisəli qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın saxlanılmasını zəruri etdiyi barədə iş materiallarında kifayət qədər və mötəbər məlumat mövcud deyildir. Həmin iş üzrə icraatın dayandırılması və işin ekspertizaya göndərilməsi də bu nəticəni dəyişmir. Əksinə, birinci instansiya məhkəməsi əsas mübahisə üzrə icraata xitam verilməsi, həmin prosessual nəticənin apellyasiya instansiyası tərəfindən də qüvvədə saxlanılması və bununla da müvəqqəti təminat tədbirinin tətbiqinə səbəb olmuş halların aradan qalxması barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, müvəqqəti təminat tədbirinin qüvvədə saxlanılması üçün hazırda hüquqi və faktiki əsasların mövcudluğu müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ##.##.2021-ci il tarixli qərardadın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə gəldiyi nəticə əsaslı hesab edilməlidir. Beləliklə Məhkəmə Kollegiyasi hesab edir ki, şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə Kollegiyasi hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyasi Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar