Məhkəmə qərarları › İş №2(3-6)-4455/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4455/2026

18.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4455/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Rabitə Təmir Tikinti ASC tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Rabitə Təmir Tikinti ASC tərəfindən verilmiş apellyasiya şikayəti vəkil vəkil2 (apellyasiya şikayəti səlahiyyəti lazımi qaydada təsdiq olunmayan şəxs) tərəfindən imzalanmış,şikayətə vəkilin orderi və vəkilin apellyasiya şikayətini imzalamaq səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə olunmamışdır. Iş materiallarına baxış keçirilən zaman isə vəkilin birinci instansiya üçün orderinın olduğu müəyyən edilmişdir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, apellyasiya şikayətinin şikayəti verən şəxs qrafasında cavabdehin adı deyil, vəkil2 adı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vqəziyyəti; 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1, 363.1.1-1, 363.1.2ci maddələrinin tələblərinə əsasən 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Rabitə Təmir Tikinti ASC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq apellyasiya şikayətinə qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar