Məhkəmə qərarları › İş №2(3-6)-493/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-493/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-493/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi iddiaçı1 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi ilə, iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi iddiaçı1 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Kassa məxaric orderin surətindən görünür ki, ## ####### 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 10000 ABŞ dolları Cavabdeh təqdim edilmişdir.

2. iddiaçı1 Cavabdeh ünvanladığı ## #### 2025-ci il tarixli bildirişdən görünür ki, ## #### 2025-ci il tarixə Banka 2392,23 ABŞ dolları məbləğində əsas borc, 810,05 ABŞ dolları məbləğində faiz borcu, 4249,73 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 345,51 ABŞ dolları məbləğində faiz məbləği, ümumilikdə 7797,52 ABŞ dolları məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2392,23 ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 60,67 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ləğv prosesində olan iddiaçı2 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.2014-cü il tarixli 2/31/73318105 USD nömrəli kassa-məxaric orderindən görünür ki, ##.##.2014-cü il tarixdə iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 10000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 10000 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsdə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən ##.##.2014-cü il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi iddiaçı2 ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ## ###### 2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 10.000 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi - nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 10000 ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixə Cavabdeh əsas borcu 2392,23 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

5. Cavabdeh Cavabdeh ## ######## 2025-ci il tarixində iddia tələbinə etiraz verərək, bildirmişdir ki, iddiaçı iddiaçı2 ASC tərəfindən ona qarşı qaldırılan iddia tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti X2 Azərbaycan Respublikası Konstitusiyasının 28 Fevral 2019-cu il tarixli 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq verdiyi sərəncama əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyuta olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qayda da qiymətləndirməklə bu fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. 2015-ci il ######ın ##-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi, 2015-ci il ######ın ##-dən həmin ilin dekabrın 21-dək kredit müqavilələri üzrə xarici valyuta əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları kimi, 2015-ci il ###### ##-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunam hər iki qayda da nəzərdə tutulur. Onun kredit müqaviləsi ##.##.2014-cü il tarixdə bağlanmışdır Azərbaycan Respublikası Prezidentinin sərəncamı ona da şamil edilir. Bütün bunların nəzərə alınmasını və iddia müddəti keçdiyi üçün qətnamə qəbul edərkən iddianın müddətinin tədbiq edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(007)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Qətnamənin əsaslarına görə, tərəflər arasında bağlanılmış yazılı kredit müqaviləsi məhkəməyə təqdim edilməsə də, məhkəməyə təqdim edilən sübutlar tərəflərin arasında kredit müqaviləsinin bağlandığını təsdiq edir. Belə ki, kassa məxaric orderinin surəti ilə kredit müqaviləsi ##.##.2014-cü il tarixlidir, cavabdeh 10000 ABŞ dolları məbləğində pulu iddiaçının kassasından qəbul etmişdir. Orderdə pulun cavabdehə verilməsinin əsasının ##.##.2014-cü il tarixli müqavilə olduğu qeyd edilib, cavabdeh orderi imzalamiş və həmin imza cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırda işin mübahisəli halı kredit müqaviləsinin hansı müddətə bağlanılmasıdır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında 2014-cü ildə 2 il müddətinə kredit müqaviləsi bağlandığını, tərəfindən də müəyyən vaxt ərzində ödənişlər edildiyini bildirmişdir. Iddiaçı tərəfindən iddia ərizəsi, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli bildiriş və ##.##.2025-ci il tarixli maliyyə arayışı ilə kredit müqaviləsinin illik 8 faiz olmaqla 94 ay müddətinə bağlanıldığı qeyd edilmişdir. Məhkəmə bununla bağlı bildirmişdir ki, iddiaçı kredit müqaviləsinin müddəti ilə bağlı iddia tələbində əsaslandırdığı dəlillərə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıması müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankın bu tələbi rədd edilməlidir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə cavabdehə 10000 ABŞ dolları məbləğində kreditin illik 8 faiz əlavə edilməklə məhz 94 ay müddətinə verilməsi şərtini də ağlabatan hesab etmir. Belə ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışda hesaba köçürülən məbləğ ilə ödənilən (müvafiq fərmana əsasən silinən məbləğ də daxil olmaqla), məbləğ arasında daha artıq borc məbləği formalaşmış olmalı idi. Belə olan halda kredit müqaviləsinin iki ildən artıq müddətində bağlanılmasını, onun müddətinin sonradan uzadılmasını, ümumilikdə kredit müddətinin 94 ay müddətində müəyyən edilməsinin sübut etmək yükünün iddiaçıya aid olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdeh Cavabdeh məhkəməyə təqdim edilmiş yazılı ərizəsi nəzərə alınmalı, hazırkı mübahisəyə iddia müddətini tətbiq edilməklə qiymət verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və tərəflər arasında olan kredit münasibətlərinin tərəflərin izahatı və kassa məxaric orderi ilə öz təsdiqini tapdığından hesab etmişdir ki, mülki iş üzrə tərəflər arasında kredit müqaviləsinin ##.##.2014-cü il tarixdə bağlanılması, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə məhkəmədə iddia qaldırılması, cavabdeh tərəfindən məhkəmə iclasında müqavilənin 24 ay müddətinə bağlanılmasının bildirilməsi, iddiaçı tərəfindən kredit müqaviləsinin 94 ay müddətində bağlanılmasının sübut olunmaması halları nəzərə alınaraq, hazırki iş üzrə 3 illik iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, AR MM-nin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Həmin Plenum qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə edilmiş dəyişikliyə və ## ####### 2023-cü il tarixdən qüvvəyə minmiş 745.4cü maddəsinə əsasən, borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəzərə alınsa ki, tərəflər arasında kredit müqaviləsi ## ####### 2014-cü il tarixdə imzalanmışdır, o zaman bu münasibətlərə Mülki Məcəllənin 745.4-cü maddəsi deyil, 373.2-ci maddəsi tətbiq olunmaqla iddia müddəti üç il nəzərə alınmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373.2, 373.3, 374.1, 375, 745.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə ## #### 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi iddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “hazırda işin mübahisəli halı kredit müqaviləsinin hansı müddətə bağlanılmasıdır. Iddiaçı tərəfindən kredit müqaviləsinin 94 ay müddətində bağlanılmasının sübut olunmaması halları nəzərə alınaraq, hazırki iş üzrə 3 illik iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir”. Azərbaycan Respublikası Milli X4 ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarının 7.2-ci bəndinə əsasən nağd pulun məxarici “pul çekləri”nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. ##.##.2014-cü il tarixli, 2/31/73318105 USD nömrəli kassa məxaric orderindən aydın olur ki, borclu Cavabdeh Bank tərəfindən 10000 ABŞ dolları məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Məxaric orderindəki ödənişin təyinatına əsasən Cavabdeh pul “kredit” əsasında verilmişdir. Pulun alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442 və 445-ci maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh hazırki vaxtadək banka olan borcu tam ödəmək üçün heç bir tədbir görməmişdir. Buradan da görünür ki, cavabdeh açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 77-ci. 88, 218.1 maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2018-ci il tarixli Qərarına (əlaqəli şəkildə) əsasən “...borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi;...” Mübahisələndirilən kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaitinin cavabdeh tərəfindən alınmasını təsdiq edən və iddia ərizəsinə əlavə edilmiş məxaric orderinə, maliyyə arayışına və hesabdan çıxarışa məhkəmə münasibət bildirməmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə müəyyən məbləğlərdə ödənişlər etmişdir ki, bu da Bank ilə cavabdeh arasında olan öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir və öz növbəsində borcun etirafıdır. Bununla da borclu Cavabdeh LPO iddiaçı2 ASC ilə kredit münasibətləri faktının olması sübut edilir. Həmçinin, bildirilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə, cavabdehə pretenziya qaydasında bildiriş göndərmiş, bildirişdə borcun hansı məbləğdə olması qeyd edilmiş və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliyin olmaması mübahisələndirilməmiş və bu məsələnin araşdırılması üçün banka məlumat verilməmişdir. Borcun hansıməbləğdə olması barədə məlumatlar birinci instansiya məhkəməsinə təqdim edilən digər sübutlarda da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq, sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh müqavilə üzrə göstərilən kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh Bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Işə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki və Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarı: “Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). ... Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. ... - Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.”

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır.

19. Birinci instansiya məhkəməsinin qətnaməsində düzgün olaraq vurğulanmışdır ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməmiş, o cümlədən təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmadığından öhdəliyin mövcudluğu sübuta yetirilməmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz.

20. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

21. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. Belə ki, mülki iş üzrə tərəflər arasında kredit müqaviləsinin ## ####### 2014-cü il tarixdə bağlanılması, iddiaçı tərəfindən ## ######## 2025-ci il tarixdə məhkəmədə iddia qaldırılması, cavabdeh tərəfindən məhkəmə iclasında müqavilənin 24 ay müddətinə bağlanılmasının bildirilməsi, iddiaçı tərəfindən kredit müqaviləsinin 94 ay müddətində bağlanılmasının sübut olunmaması halları nəzərə alınaraq, birinci instansiya məhkəməsi hazırki iş üzrə Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən 3 illik iddia müddəti tətbiq edilməklə iddia tələbini rədd etməklə bağlı haqlı mövqedə olmuşdur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(007)- ****/**** nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(007)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar