Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-504/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-104)-251/2026 nömrəli qərardadından İddiaçı MMMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyan və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1378,5 manat məbləğində maddi ziyanın və 34 manat məbləğində dövlət rüsumunun, cəmi 1412,50 manat pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında Cavabdeh tərəfindən binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5-104)-251/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyan və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı MMMC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-104)-251/2026 saylı qərardadını ləğv edib, iddia ərizəsinə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə bu şikayəti baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinine-2(5-104)-251/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual məcəllənin 152.1.3, 152.1.5, 263, 264 və 269-cu maddələrinin tələbləri əsas gətirilərək iddiaçıya geri qaytarılıb. Həmin qərardad Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə xx.xx.2026-cı il tarixində yerləşdirilib. Məhkəmə qərardadını belə əsaslandırıb ki, “iddiaçı iddia tələbinin qiymətləndirilən hissəsinə münasibətdə 34,60 manat dövlət rüsumunu ödəsə də, iddia tələbinin qiymətləndirilməyən hissəsinə münasibətdə dövlət rüsumununun qalan hissəsini, yəni 65,40 manat məbləğində dövlət rüsumunu ödəməmişdir. Belə ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir”. Lakin qeyd etmək istəyirik ki, İddiaçı MMMC tərəfindən verilmiş iddianın predmeti Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsidir. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A, blok 5, mərtəbə 4, 7 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh çoxmənzilli binanın fasad hissəsində, texniki və memarlıq baxımından uyğun olmayan yerdə və binanın layihəsinə və müqaviləyə uyğun olmayan şəkildə kondisioner qurğusu quraşdıraraq, bina fasadının ümumi görünüşünü pozmaqla yanaşı, xarici örtüyə zərər vurmuş, konstruktiv elementlərin deformasiyasına və su sızması kimi problemlər yaratmışdır. Mülkiyyətçi tərəfindən qeyri-qanuni şəkildə kondisionerin quraşdırılması binanın fasadına ciddi şəkildə ziyan vurmuşdur. Belə olduqda hal-hazırda həmin çoxmənzilli binanı idarə edən İddiaçı MMMC binanın fasadına vurulmuş maddi ziyanın mülkiyyətçi tərəfindən könüllü şəkildə ödənilmədiyini nəzərə alaraq dəymiş ziyanın tələb olunması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Yəni "xxxx" MMMC-nin iddia tələbinin məğzini qeyri-qanuni şəkildə kondisioner qurğusunun quraşdırılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təşkil edir. Lakin dəymiş ziyanı tələb edə bilməyimiz üçün ilk öncə mülkiyyətçi tərəfindən binanın tikinti layihəsinə uyğun olmayan şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsi lazımdır. Bu hal Cəmiyyətin iddia tələbinin qiymətləndirilməyən iddia kimi hesab edilməsi üçün əsas deyildir, çunki Cəmiyyət binanın fasadına vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmin maddi ziyanın ödənilə bilməsi üçün isə ilk öncə kondisioner qurğusu sökülməlidir. İddianın predmeti məhkəmədən tələb edilən hüquqi nəticədir, texniki icra üsulu yox. Bu işdə hüquqi nəticə: 1378,5 (bir min üç yüz yetmiş səkkiz manat 50 qəpik) AZN ziyanın kompensasiyasıdır. Söküntü: həmin ziyanın mənbəyinin aradan qaldırılması vasitəsidir. Söküntü icra xarakterlidir, müstəqil hüquqi nəticə yaratmır. İddianın real predmeti və hüquqi nəticəsi puldur, söküntü isə yalnız bu pul tələbinin texniki-törəmə nəticəsidir. Əsas tələb ziyanın ödənilməsidir, törəmə tələb isə ziyanın davam etməməsi üçün vəziyyətin bərpasıdır. Törəmə tələb ayrıca rüsum yaratmır, ayrıca iddia predmeti formalaşdırmır. Əks yanaşma qəbul edilsəydi hər zərərin aradan qaldırılması tələbi avtomatik iki rüsumlu olardı. Bu işdə iddiaçı eyni hüquq pozuntusuna görə bir dəfə məhkəməyə müraciət edir, bir hüquqi münasibət üzrə bir rüsum ödənilməlidir. Əgər söküntü ayrıca qiymətləndirilməyən iddia kimi götürülsə, eyni hüquq pozuntusuna görə iki ayrı rüsum ödənilməsi deməkdir ki, bu da nə MPM-in ruhuna, nə də hüquqi ədalətə uyğundur. Məhkəməyə təqdim edilmiş iddiada irəli sürülən tələblər vahid hüquq pozuntusundan irəli gəlir və əsasən əmlak xarakterli ziyanın – 1378,5 (bir min üç yüz yetmiş səkkiz manat 50 qəpik) manat məbləğində – kompensasiyasına yönəlmişdir. Kondisionerin sökülməsi tələbi isə müstəqil iddia predmeti olmayıb, vurulmuş ziyanın aradan qaldırılmasına xidmət edən törəmə xarakterli hüquqi nəticədir. Bu səbəbdən iddia bütövlükdə qiymətləndirilən iddia hesab olunmalı və dövlət rüsumu iddianın qiyməti üzrə müəyyən edilməlidir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iddia tələbi qiymətləndirilə bilindiyindən qiymətləndirilməyən iddia kimi hesablana bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-104)-251/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, iddianın mahiyyətindən görünür ki, iddiaçı cavabdeh tərəfindən binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsini və 1378,50 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair sənəddən görünür ki, iddiaçı 34,60 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Göründüyü kimi, iddia ərizəsi iki iddia tələbindən ibarətdir. Birinci vurulmuş maddi zərərə görə 1378.5 manat məbləğində pul və “kondisioner qurğusunun sökülməsi”. İkinci tələb qiymətləndirilməyən iddia sayılır və iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 34,60 manat məbləğində dövlət rüsumu ödəməklə, iddia tələbinin qiymətləndirilməyən hissəsinə münasibətdə dövlət rüsumununun qalan hissəsini, yəni 65,40 manat məbləğində dövlət rüsumunu ödəməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini MPM-nin 152.1.5-ci maddəsinə əsasən geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən İddiaçı MMMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-104)-251/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-104)-251/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-504/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-504/2026
16.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver