Məhkəmə qərarları › İş №2(3-6)-515/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-515/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-515/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI İddiaçı İddiaçı Cavabdeh Cavabdeh İddia tələbi İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2117 (iki min yüz on yeddi) manat pulun və 41,17 manat dövlət rüsumunun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı təqdim edilmiş Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim etiraz edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi məhkəmə aktı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1823 (min səkkiz yüz iyirmi üç) manat məbləğində pul vəsaiti və 38.23 (otuz səkkiz manat, iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin məhkəməsinin hüquqi 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1 və əsaslandırması 740.1-ci maddələri APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs Cavabdeh Cavabdeh Apellyasiya şikayətinin Cavabdehin apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, onun iddiaçıya ümumiyyətlə borcu yoxdur. Qət edilmiş 1823 manat isə aralarında borc münasibətindən deyil, iddiaçının onu işçi kimi işlətməsindən yaranmışdır. Belə ki, həmin məbləğ onun əmək haqqıdır. Məhkəmə isə formal araşdırma aparıb işin hallarına diqqət etmədən əsassız nəticəyə gəlməklə iddianı qismən təmin etmişdir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Cavabdeh Cavabdeh Apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı İddiaçı Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş 1) İş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzin sübutlar surətindən görünür ki, 4098 58.. .... **** nömrəli kart hesabına 1940 ( bir min doqqquz yüz qırx) manat pul ödəmişdir. 2) İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı 41.60 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 386.1, 442, Məcəlləsinin 14, 77, 119.1, 384, 392, 393 və 443.1, 445, 448.1, 739 və 740.1-ci 402.1 ci maddələri maddələri Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 və 740.1-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı və cavabdehin izahatından görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 1940 manat məbləğində pul vəsaitini almış, sözügedən pul vəsaitinin 117 manat hissəsini iddiaçıya geri qaytarmışdır. Cavabdeh alınan pul məbləğinin əmək haqqı ödənişi olduğunu iddia etsə də, bu halı sübut edəcək zəruri sübutları məhkəməyə təqdim etməmiş və eyni zamanda iddiaçı tərəfindən ona verilmiş 1940 manat pulun əmək haqqısı olduğu halda nə üçün onun 117 manat hissəsini iddiaçıya geri qaytamasına dair əsaslı izah verə bilməmişdir. Bundan sonra iddiaçı cavabdehin xahişi ilə sözügedən pulun kredit götürülərək əldə etmiş olduğunu, onlar arasında cavabdehin pulu iddiaçıya faizi ilə birgə qaytarmağa dair razılığı olduğunu bildirsə də, iddiaçı cavabdehə vermiş olduğu pulu cavabdeh tərəfindən faiz ilə qaytamasına dair razılığı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübuta yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPMnin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar