Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-536/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X8 cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7katibliyi ilə, iddiaçı X8 cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bank “xxxx” ASC ilə Cavabdeh arasında ## ###### 2019-cu il tarixli, DEN-*****-**/**A saylı sonrakı kredit müqaviləsinə əsasən sonuncuya illik 18% dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərtilə 300.000 manat məbləğində kredit verilmişdir.
2. Bank “xxxx” ASC ilə Cavabdeh arasında ## ###### 2019-cu il tarixli, DEN-*****-**/**A saylı sonrakı ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini ipotekaya qoymuş, ## ###### 2021-ci il tarixdə 48 ay müddətinə Bank “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh ## #### 2023-cü il tarixə Bank “xxxx” ASC-yə olan əsas borcu 187830,85 manat, faiz borcu 86153,83 manat, dəbbə borcu 56411,45 manat olmaqla, ümumilikdə 330396,13 manat təşkil edir.
4. Bank “xxxx” ASC-nin Kredit Komitəsinin ## ###### 2020-ci il tarixli protokolundan görünür ki, Cavabdeh ilə Bank “xxxx” ASC arasında imzalanmış ##.##.2019-cu il tarixli, DEN- *****-**/**A saylı kredit müqaviləsi üzrə 120000 manat məbləğində ödəniş edildikdən sonra təminat qismində çıxış edən Cavabdeh məxsus ümumi sahəsi 337.3 kv.m olan qeyri-yaşayış sahəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli. 007011002928- 05301- 083003 reystr nömrəli, RX ******* seriyalı) birinci mərtəbəsinin (sahəsi 159.2 kv.m) girovda qalması şərti ilə, ikinci mərtəbənin (178.1 kv.m-lik sahənin) girovdan azad edilərək X4 yeni dövlət reytrindən çıxarışın verilməsi təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2019-cu il tarixli, DEN- *****-**/**A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn ## #### 2023-cü il tarixinə olan 187830,85 manat əsas borc, 86153,83 manat faiz borcu, 56411,45 manat dəbbə borcu, ümumilikdə 330396,13 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 620,40 manat dövlət rüsumu və 0,93 manat bank xidməti haqqının cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulması, cavabdeh Cavabdeh ilə bağlanan ## ###### 2019-cu il tarixli, DENG-*****-**/**A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Cavabdeh tutulması, mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2019-cu il tarixli, DEN-00021- **/**A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 300000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdeh Cavabdeh ## ###### 2019-cu il tarixdə iddiaçıyla DENG-*****-**/**A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “xxxx” MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və 2019-cu il tarixinə real bazar dəyəri 530000 manat, likvid dəyəri 450000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 6-cı və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin ##.##.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 187830,85 manat, faiz borcu 86153,83 manat, dəbbə borcu 56411,45 manat təşkil edir. Beləliklə, cavabdehin ##.##.2023-cü il tarixinə ümumi borcu 330396,13 manat təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə tətbiq edir.
7. Cavabdehin vəkili məhkəməyə vəsatət təqdim edərək, Cavabdeh həyat yoldaşının başqa məhkəmədə banka qarşı ipoteka müqaviləsinin etibarsızlığına dair iddia qaldırdığını bildirmiş, məhkəmə də cavabdeh Cavabdeh arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
8. Cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, Bank “xxxx” ASC-nin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış DEN-*****-**/**A nömrəli ##.##.2019-cu il tarixli kredit müqaviləsində “9.2. Borcalan” bəndində “Cavabdeh” yazıları qarşısındakı imza; Cavabdeh adına olan ##.##.2019-cu il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
10. Cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1 ünvanında yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik qeyri-yaşayış sahələrinin satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mumkün olmadı.
11. Ekspertiza tərəfindən qiymətləndirmə aparılması mümkün olmadığından iş üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mütəxəssis rəyi alınmışdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ##### 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar dəyəri 550.000 manat, likvid dəyəri 468.000 manat olaraq müəyyən edilmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Bank “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2019-cu il tarixli, DEN-*****-**/**A saylı kredit müqaviləsi üzrə 187830,85 manat əsas borcun, 86153,83 manat faiz borcunun, 5600 manat dəbbə borcunun, ümumilikdə 279584,68 manat məbləğində borcun, 620.40 (altı yüz iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun və 0,93 manat bank xidməti haqqının cavabdeh Cavabdeh alınaraq iddiaçı Bank “xxxx” ASC-yə ödənilməsi, iddiaçı Bank “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanan ## ###### 2019-cu il tarixli, DENG-*****-**/**A saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldilərək, açıq hərracda satılması, borcun qeyriyaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 468000 manat məbləğində müəyyən edilməsi və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Cavabdeh tutularaq iddiaçı Bank “xxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdeh Cavabdeh 177 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
13. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Iş materiallarından görünür ki, cavabdeh ilk olaraq qeyri-yaşayış sahəsinin bütövlükdə yəni 337,3 kv.metrlik sahəni bank qarşısında ipoteka ilə yüklü edərək 300000 manat kredit götürmüşdür. Daha sonra kredit müqaviləsi üzrə 120000 manat məbləğində ödəniş edildikdən sonra təminat qismində çıxış edən ümumi sahəsi 337,3 kv.m olan qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin (sahəsi 159,2 kv.m) girovda qalması şərti ilə, ikinci mərtəbənin (178,1 kv.mlik sahənin) girovdan azad edilərək X4 yeni dövlət reyestrindən çıxarışın verilməsi təsdiq edilmişdir. Odur ki, hazırda əmlakın 159.2 kv.metrlik sahəsi ipoteka ilə yüklü olaraq qalmışdır. Araşdırma zamanı cavabdehin vəkili izahat verərək, bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan cavabdehin arvadının əmlakın yüklü edilməsinə razılığının olmadığını əsas gətirərək müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Lakin buna dəlalət edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə əmlakın həqiqətən də birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasını və notariat işində əmlakın yüklü edilməsinə dair cavabdehin arvadının razılığının olub-olmamasını aydınlaşdırmaq üçün notariat işi tələb edilmiş, onun təhlili zamanı müəyyən edilmişdir ki, sözügedən əmlak bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Odur ki, müqavilənin etibarsız sayılması üçün əsaslar mövcud deyil. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Cavabdeh Bank “xxxx” ASC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçı Bank “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2019-cu il tarixli, DEN-*****-**/**A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş pretenziya məktubu ilə iddiaçı cavabdehə müqavilənin ləğv edilməsi yönündə iradə ifadəsini bəlli etmişdir. Qanunvericiliyin tələblərinə əsasən, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduqda müqavilənin birtərəfli qaydada pozulmasına yol verilir. Hazırkı iş materiallarından da görünür ki, cavabdeh müqavilə üzrə ödənişlərini vaxtında icra etməməklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iradə ifadəsini bəlli etməklə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə artıq ləğv edildiyindən, bu hissəyə məhkəmə qətnaməsi ilə qiymət verilə bilməz. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Nə qədər ki, cavabdeh tərəf ondan tələb edilən vəsaiti mübahisələndirməmişdir, məhkəmə iddia tələbinin kredit müqaviləsindən irəli gələn ## #### 2023-cü il tarixinə olan 187830,85 manat əsas borc, 86153,83 manat faiz borcunun tutulmasına münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsindən irəli gələn ## #### 2023-cü il tarixinə olan 56411,45 manat dəbbə borcunun Cavabdeh tutulmasına münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab etmişdir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq müəyyən edilmiş 56411,45 manat cərimənin 5.600 manat məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir. Məhkəmə iddia tələbinin cavabdeh Cavabdeh ilə bağlanan ## ###### 2019-cu il tarixli, DENG-*****-**/**A saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mənzilin dəyərinə dair rəy verilmədiyindən məhkəmə mütəxəssis tərəfindən təqdim edilmiş rəyi sübut qismində qəbul etmişdir. Iş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ##### 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 550000 manat, likvid dəyəri 468000 manat olaraq müəyyən edilmişdir. Adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə mütəxəssis tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdeh Cavabdeh tutulması və mənzilin boşaldılması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.1, 158.4, 385.1, 442, 448.1, 462.1, 467, 739.1-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.3, 34, 39.3.3, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli qərardadına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Məhkəmə qeyd etmişdir ki, guya cavabdeh tərəfindən borc mübahisələndirilməmiş və ona görə də mühasibatlıq ekspertizası təyin edilməmişdir. Halbuki, bütün vəsatətlərdə borcun bu qədər olmaması, həmçinin pretenziya verilən tarixdən borca fazi hesablanmasının illik 5% olmaqla nəzərə alınması bildirilmişdir. Götürülmüş məbləği mubahisələndirməklə bərabər ümumi məbləğ də cavabdeh tərəfindən mübahisələndirilmişdir. Digər mübahisəli məsələ isə əmlakın qiymətləndirilməsi ilə bağlıdır. Əmlak həddin artıq aşağı qiymətə qiymətləndirilmişdir. Belə ki, Nərimanov ərazisində qeyri-yaşayış sahəsinin 1 kvadrat metrinin dəyəri minimum 7000 manat dəyərindədir. Ümumilikdə 159 kvadrat metrin dəyəri 1119000 manat təşkil edir. Bu qiymətləndirmə ilə və ya Bank cavabdehə bu qiymətə əmlakın satışını edə bilərsə, almaq istəyənlər çoxdur, gəlib alsınlar. Qiymətləndirmə heç bir əsaslandırma etmədən absurd qiymət çıxartmışdır. Buna dair sübutları məhkəməyə təqdim edir. Təqdim edilən internet saytlarından olan elanlardan da bunu görmək mümkündür. Əmlakın qiymətləndirilməsindən və borcun düzgün hesablanmamasından narazıdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Maddə 303.2. Müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər. Maddə 303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir. Maddə 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.6. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 27.3. Ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Maddə 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Maddə 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Maddə 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir”.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə kredit borcunun mübahisələndirilməsi qeyd olunsa da, iş materiallarından görünür ki, borcun məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsində mübahisələndirilən məqamlar müqavilənin cavabdeh tərəfindən imzalanmaması, sonradan cavabdehin həyat yoldaşının razılığı olmdadan bağlanıldığından müqavililin etibarsızlığı, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı olmuş, qeyd olunan hallar araşdırılaraq qiymətləndirilmişdir.
26. Cavabdeh tərəfindən mübahisələndirildiyinə görə məhkəmə tərəfindən imzanın ona məxsus olub – olmaması ilə bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, kredit müqaviləsi və xəzinə məxaric orderində olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.
27. Bundan sonra cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ## ##### 2025-ci il taprixli mütəxəssis rəyi alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə digər mütəxəssis rəyi təqdim olunmamış və ya rəyin əsassızlığı ilə bağlı hər hansı bir əsaslı dəlil irəli sürülməmişdir. Buna görə də birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini həmin rəy əsasında müəyyən etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.