Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-553/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 1.5% ödəmək şərti ilə 27.000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Iddiaçı iddia edir ki, cavabdehin kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə İddiaçı QSC-yə 17008.3 manat əsas, 1122.64 manat faiz, 254.79 manat cərimə olmaqla, cəmi 18385 manat məbləğində borcu yaranmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17008,3 manat əsas, 1122,64 manat faiz, 254,79 manat cərimə olmaqla, cəmi 18385 manat pul vəsaiti və ödənilmiş 145,16 manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***A********** saylı müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27000 manat məbləğində kredit götürmüş, ##.##.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit bоrcundan 9991.7 manat ödəniş etmiş və оnun iddiaçıya 17008.3 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 109 gün üçün hesablanmış faiz borcu 1122.64 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 109 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 254.79 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 16658,07 manat əsas borc, 1122,64 manat faiz, 20 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 17800,71 manat pul vəsaiti və ödənilmiş 145,16 manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 1.5% ödəmək şərti ilə 27.000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, cavabdehin kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə İddiaçı QSC-yə 17008.3 manat əsas, 1122.64 manat faiz, 254.79 manat cərimə olmaqla, cəmi 18385 manat məbləğində borcu yaranmışdır.
7. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, 9/3578 №li ekspert rəyindən görünür ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixə müqavilə üzrə 16658,07 manat əsas borc, 1249,36 manat faiz borcu, ##.##.2025-ci il tarixə 16658,07 manat əsas borcu, 1782,41 manat faiz borcu, ##.##.2025-ci il tarixə (pretenziya məktubu göstərilən tarixə) 16658,07 manat əsas borcu, 1790,74 manat faiz borcu yaranmışdır.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcun və faizin məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin banka olan borcunu əks etdirən bildirişi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, 9/3578 №li ekspert rəyini əsas götürüb hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. 10.Məhkəmə həmçinin hesab etmişdir ki, 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 467 739.2 və Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddia tələbində qeyd olunanları da yoxlamadan qətnamə qəbul etmiş, bununla maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə borc məbləğinin cavabdeh tərəfindən edilmiş ödənişlərə münasibətdə düzgün olub-olmamasını yoxlamamış onun cavabdeh olaraq, hüquqlarına məhəl qoymamışdır. Halbuki, məhkəmə mühasibatlıq ekspetizasının rəyinə əsasən borc məbləğinin iddiaçı tərəfindən düzgün hesablandığına çıxardığı qətnamədə qiymət verməlidir. Məhkəmə isə qeyd olunan halların üzərindən keçməklə kobud pozuntuya yol vermişdir. Beləliklə məhkəmənin ekpertiza rəyinin də süni surətdə şişirdildiyinə düzgün qiymət verməmişdir. Odur ki, iş üzrə təkrar ekspetiza keçirilməlidir. Məhkəmə iş üzrə zəruri araşdırma aparmadan maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Məhkəmə iddia tələbindən göstərilən borc məbləğinin süni surətdə şişirdildiyinə qiymət verməməklə MPMnin 217-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Iddiaçı İddiaçı QSC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcunun hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə müraciət edərək qalıq borcun, ona hesablanmış faiz və cərimə borclarının tələb edilməsində haqlı olmuşdur. Borc məbləği ##.##.2025-ci il tarixinə hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş, ekspert qarşısında həmin tarixə olan borc məbləğinin hesablanması barədə sual qoyulmuşdur. Ekspert də həmin tarixə olan borc məbləğinin hesablanması barədə rəy vermişdir. Məhkəmə tərəfindən borc məbləği ekspert rəyinə uyğun tutulmuşdur. Cərimə borcu cavabdehin mənafeyi nəzərə alınmaqla azaldılmışdır. Cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
b) Proses iştirakçılarının izahatı
15. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiya). Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (əvvəlki redaksiya).
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının ## ####### 2020-ci il tarixli, **/**** saylı qərardadını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində tutulmalı borcun məbləği ilə bağlı hissədə yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Işin halları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 1.5% ödəmək şərti ilə 27.000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, cavabdehin kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə İddiaçı QSC-yə 17008.3 manat əsas, 1122.64 manat faiz, 254.79 manat cərimə olmaqla, cəmi 18385 manat məbləğində borcu yaranmışdır.
23. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, 9/3578 №li ekspert rəyinə əsasən cavabdehin ##.##.2025-ci il tarixə (pretenziya məktubu göstərilən tarixə) müqavilə üzrə 16658,07 manat əsas borcu, 1790,74 manat faiz borcu müəyyən olunmuşdur.
24. Göründüyü kimi şikayətin dəlillərinin əksinə olaraq borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilərək ekspert rəyi əldə edilmiş, cavabdeh tərəfindən ekspert rəyini şübhə alıtına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
25. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 26.Göründüyü kimi, cavabdeh Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 27.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 28.Cavabdehin heç bir sübutla öz təsdiqini tapmayan dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası onları mülahizə xarakterli hesab etməklə qeyd edir ki, bu hallar məhkəmənin gəldiyi nəticənin qanuniliyi və əsaslılığını şübhə altına ala bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 32.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Rəşid Səmədov