Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-584/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh6 Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, “xxxx” və cavabdeh5 klinikalarına qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh6 MMC, cavabdeh5 MMC, cavabdeh4 İbrahim oğlu, cavabdeh3 MMC, cavabdeh2 və cavabdeh1 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdeh cavabdeh7 aid olan hissədə xitam verilməsi (iddiaçı həmin hissədə iddiasından imtina etdiyindən) qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və “xxxx” MMCdən vurulmuş maddi zərərə görə 3324 manat, mənəvi zərərə görə 7000 manat, vəkil xərcinə görə 500 manat olmaqla, cəmi 10824 (on min səkkiz yüz iyirmi dörd) manat məbləğində pul tutularaq iddiaçı iddiaçı2 ödənilməsi, cavabdehlər cavabdeh2 və “xxxx” MMC-dən vurulmuş maddi zərərə görə 13305 manat, mənəvi zərərə görə 10000 manat, vəkil xərcinə görə 500 manat olmaqla, cəmi 23805 (iyirmi üç min səkkiz yüz beş) manat məbləğində pul tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 457,93 manat pulun 126 (bir yüz iyirmi altı) manatı cavabdehlər cavabdeh2 və “xxxx” MMC-dən tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası ##.##.2026-cı il tarixə, saat 14:30a təyin edilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli məktubla müraciət edərək, hazırkı mülki iş üzrə iddiaçı iddiaçı1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti daxil olduğundan mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli icraata qəbul qərardadı ləğv edilsin. İddiaçı iddiaçı1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə, səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-584/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-584/2026
02.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver