Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-614/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2522/2025 saylı, 26 noyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, Təzə sahə ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq müvəqqəti olaraq **********01720 nömrəli abonent kodu verilmişdir. Təbii X5nın pozulması haqqında aktlara əsasən ünvan 3 ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 17408,92 manat borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 17408,92 manat məbləğində zərərin, 369,70 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 143,34 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 17921,96 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvan 4 ünvanında texniki müayinə və yoxlama işləri aparılan zaman ünvanda təbii qazdan sayğacdan-kənar istifadə edilmə faktları aşkar edilmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq **********01720 nömrəli abonent kodu verilmişdir. Cavabdeh “X5”nın tələblərinə əməl etmək və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən video çəkilişlərlə lentə alınmışdır (video çəkiliş olan disk məhkəmə iclasında təqdim ediləcək). Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən“Təbii X5nın pozulması haqqında” aktlar tərtib edilmiş, xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 853,20 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 255,80 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 104,20 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 189,60 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 1128 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 226,80 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 284,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 284,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 399,60 manat xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 1836 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 669,60 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 449,28 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 725,76 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 544,32 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 777,60 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 618,72 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 689,40 manat ümumilikdə tərtib edilmiş aktlar üzrə 17478,92 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X2 tənbeh vermə haqqında qərarı iddia ərizəsinə əlavə edilir). Ötən illər ərzində cavabdeh tərəfindən cəmi 78 manat ödəniş həyata keçirilmiş, qalıq və aktlara görə 17408,92 manat borcu qalmışdır. Eyni zamanda 369,70 manat ödənilməmiş debitor qalıq borc qalmışdır. Hazırda cavabdehin Birliyə olan borcu 17778,62 manat təşkil etməkdədir. Beləliklə, cavabdehin İddiaçınə ümumi borcu 17778,62 manat borcu mövcuddur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2522/2025 saylı, 26 noyabr 2025ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 689,4 manat məbləğində zərər, 369,7 manat məbləğində debitor borc və 30,0 manat dövlət rüsumu, cəmi 1095,4 (min doxsan beş manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilməsi, ödənilmiş 143,34 manat məbləğində dövlət rüsumunun 113,34 manat hissəsi iddiaçının özünə aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Cavabdeh məxsus **********01720 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii X5nın pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 853,20 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 255,80 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 104,20 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 189,60 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 1128 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 226,80 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 284,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 284,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 399,60 manat xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 1836 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 669,60 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat məbləğində borca münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmamış, həmin akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi təmin edilə bilməz. Cavabdeh təşkilat özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Həmçinin xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 449,28 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 725,76 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 544,32 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 777,60 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 618,72 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 689,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd etmişdir ki, abonentə xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 449,28 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 725,76 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 544,32 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 777,60 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 618,72 manat manat sayğacdan kənar qaz xəttinə görə cərimə yazılsa da, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Həmin aktların tərtibi zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinin (2022-ci ilin may ayınadək qüvvədə olmuş redaksiyanın), habelə 2022-ci ilin mayından sonra qüvvədə olan Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Qanunun tələbinə əsasən, sayğaca müdaxilə və ya qanunsuz qoşulma faktı aşkar edildikdə: a) akt istehlakçının və ya onun ailə üzvünün iştirakı ilə tərtib edilməli və iki nüsxəsi verilməlidir; b) aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli; c) digər nüsxəsi isə inzibati xəta işinə başlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir; d) istehlakçının təqsiri yalnız həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edilə bilər. İşdə olan sübutlardan görünür ki, qeyd olunan aktlar tərtib edilərkən cavabdehin iştirakının təmin edilməsi, aktın ona təqdim olunması, habelə aktların inzibati xəta işinin başlanılması məqsədilə müvafiq orqana göndərilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Aktlarda abonentin imtina etməsi formal qeyd olunmuş, lakin bunun real olub-olmadığı, imtinanın hansı şəraitdə baş verməsi və istehlakçıya təqdimatın faktiki həyata keçirilib-keçirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddianın əsasında duran faktlar yalnız İddiaçı tərəfindən tərtib edilmiş aktlarla təsdiq edildiyi üçün, həmin aktların qanunvericiliyə uyğunluğu və onların etibarlılığı sübutetmə yükü Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçının üzərinə düşür. Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunduğu kimi, sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı prosessual qaydaların pozulması qəbul olunacaq məhkəmə aktının ədalətliliyini şübhə altına alır. Eyni zamanda, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı işi üzrə qərarında vurğulandığı kimi, sübutetmə yükü iddia irəli sürən tərəfin üzərinə düşür. Bu səbəbdən qeyd edilən aktlar üzrə cavabdehin sayğacdankənar qaz istifadəsində təqsirli olması iş materialları ilə sübut olunmadığından həmin aktlar əsasında zərərin tutulması barədə iddia tələbləri əsassız hesab edilməlidir. Bununla yanaşı, iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Qanunun qüvvədə olan redaksiyasının tələblərinə uyğun tərtib olunmuş, aktların istehlakçıya təqdim edilməsi və qanunsuz qoşulma hallarının sənədləşdirilməsi sübutlarla təsdiq edilmişdir. Həmçinin həmin faktlara dair X3 Agentliyi tərəfindən inzibati tənbeh qərarı qəbul edilmişdir ki, bu da istehlakçının qazın talanması üzrə təqsirinin aidiyyəti orqan tərəfindən müəyyən olunduğunu göstərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli orqanı tərəfindən qəbul olunmuş MN №1276770 saylı xx.xx.2024-cü il tarixli qərarın və MN №0358969 saylı xx.xx.2024-cü il tarixli protokolun sürətlərindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində təbii qaz xəttinə sayğacdankənar, yəni qaz paylayıcı şəbəkənin qanunsuz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Həmin hüquqpozma tədqiq edilmiş faktlarla təsdiq olunmuş və cavabdehin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmişdir. Qeyd edilən qərarlara əsasən Cavabdeh inzibati xəta üzrə məsuliyyətə cəlb edilmiş və hər bir halda 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh qərarlarının qanuni qüvvədə olması cavabdehin təbii qazın talanması üzrə təqsirini hüquqi qaydada təsdiq edən rəsmi aktlar hesab edilir. Bu baxımdan, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin tələblərinə uyğun olaraq, istehlakçının qanunsuz qoşulmada təqsirli olması barədə qərarın səlahiyyətli orqan tərəfindən verilməsi zərərin ödənilməsinin tələb olunması üçün hüquqi əsas yaradır. Məhkəmə qeyd etmişdir ki, inzibati xəta haqqında qərarların mövcudluğu və onların qüvvədə olması cavabdeh tərəfindən təbii qazın sayğacdankənar qanunsuz istifadəsi faktının obyektiv sübutu kimi qiymətləndirilməlidir və bu hallar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı aktların qanuni qüvvədə olan tənzimləyici normalara uyğun şəkildə tərtib edilməsini, habelə həmin akt üzrə hesablanmış 689,4 manat məbləğində maddi ziyanın əsaslı olduğunu təsdiqləyən sübutlar qismində çıxış edir. Bu əsaslarla məhkəmə həmin iki akt üzrə hesablanmış 689,4 manat məbləğində maddi ziyanın qanuni və əsaslı hesab olunduğunu müəyyən etmiş və iddianın bu hissəsinin təmin edilməsinə qənaətə gəlmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin 143,34 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia qismən təmin edilmədiyindən, bu hissə də qismən təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun 30,0 manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, qalan hissə iddiaçının özünə aid edilməlidir”. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyriqanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Faktla bağlı İddiaçı İB tərəfindən Energetika Nazirliyi Enerji X1 də rəsmi müraciət edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçıİB-nin iddia tələbini qismən təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. Cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qaz paylayıcı (İddiaçı İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermədiyini, iddiaçının təbii X5nın pozulmasına dair akta əsasən dəymiş zərər kimi cavabdehin istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması məhz qeyd edilmiş qərarlar əsasında müəyyən edilməli olduğunu və yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğunu və hazırkı işdə isə məhkəməyə cavabdehin təqsirini təsdiq edən belə bir sübut təqdim edilmədiyini göstərərək iddia tələbi üzrə təqdim edilən sübutları araşdırmadan iddianın qismən təmin edilməsi qərarına gəlmişdir. Eyni zamanda oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında Məhkəmə Kollegiyası hesab etmişdir ki, “X5n”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. Beləliklə cavabdehin illər ərzində qanunsuz qoşulmadan isifadə etdiyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə iş materiallarını araşdırmadan mülki işə formal münasibət bildirmişdir. İş üzrə təqdim edilmiş aktlar, onlara əlavə edilmiş şəkillər və cavabdehin saldosu qanunsuz qoşulma hallarını müəyyən edən sübutlar olmasına baxmayaraq məhkəmə sübutlara hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçı tərəfin yerində müayinə keçirilməsi barədə vəsatətini də təmin etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə müəyyən prosedur qaydalarına riayət edilmədiyini göstərərək digər maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan və təqdim edilən sübutlarla müəyyən oluna bilən faktları araşdırmadan iddianı rədd etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun: 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Qanun: 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilməyən hissədə ləğv edilməklə iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, **********01720 nömrəli kod Cavabdeh adına qeydə alınmış və abonentin təbii qazdan qanunsuz istifadəsi nəticəsində aktlara görə cəmi 2017-ci ildən 2024-cü ilədək 15853,92 manat borcu yaranmışdır. Lakin iddiaçı ididasında həmin məbləği 17408,92 manat maddi ziyan kimi göstərmişdir. Aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. Eyni zamanda iş materiallarında olan MN №0358969 saylı xx.xx.2024-cü il tarixli protokol və inzibati tənbeh vermə haqqında MN №1276770 saylı xx.xx.2024-cü il tarixli qərarın sürətlərindən görünür ki, Cavabdeh tərəfindən yaşadığı ünvanında fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdə sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qoşularaq təbii qazı talamışdır və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinın 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, cərimə olunmuşdur. Qərar qüvvədədir və onun mübahisələndirilməsi işdən görünmür. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, Təzə sahə ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq **********01720 nömrəli abonent kodu verilmişdir. Təbii X5nın pozulması haqqında aktlara əsasən ünvan 3 ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə iddia ərizəsində qeyd olunduğu kimi 17408,92 manat deyil, 15853,92 manat borc hesablamışdır. Cavabdeh məxsus **********01720 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii X5nın pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 853,20 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 255,80 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 104,20 manat xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 189,60 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 1128 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 226,80 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 284,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 399,60 manat xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 1836 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 669,60 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 449,28 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 725,76 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 362,88 manat xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 544,32 manat xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 777,60 manat xx.xx.2024-cü il tarixli 618,72 manat(akt yoxdur) xx.xx.2024-cü il tarixli ******* saylı akt (bu akt üzrə inzibati qərar mövcuddur) üzrə 689,40 manat cərimələr tətbiq edilmişdir.
Məhkəmə Kollegiyası hesab edir ki, işdə hesablama aktları əsasında hesablaşmaların düzgün aparılıb-aparılmaması müəyyən edilməklə borcun yaranmasının əsasları və ya iddia edilən borcun əsassız olub-olmamasına qiymət verilməlidir. Bu baxımdan "X5"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq cavabdehin yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və cüzi ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanmalıdır. Məhkəmə Kollegiyası ilk olaraq xx.xx.2017-ci il - xx.xx.2022-ci il tarix aralığında tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissələrdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh təbii qazdan istifadə etmiş və abonentin saldosundan görünür ki, cüzi ödəniş həyata keçirmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2017-ci il - xx.xx.2022-ci il tarix aralığında tərtib edilmiş aktlara münasibətdə yazılmış borcun silinməsi barədə yanlış nəticəyə gəlmişdir. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, həmin aktlara görə hesablanmış borcun məbləği düzgün olmamışdır. Belə ki, qeyd edilən dövr ərzində qış və yay ayları üçün hesablanmış borcun məbləği eyni olması mümkün deyil və bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, 1 il üçün noyabr ayı daxil olmaqla aprel ayına qədər 6 ay qış ayları üçün, yerdə qalan 6 ayı isə yay ayları üçün ödəniş hesablanmalıdır. Belə ki, abonent sadosundan görünür ki, cavabdehin yaşadığı ünvanda xx.xx.2017-ci il-xx.xx.2022-ci il tarix aralığında qaz sərfiyyatı olmuşdur, başqa sözlə həmin ünvanda yaşayış olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2017-ci il - xx.xx.2022-ci illər dövr ərzində tərtib edilmiş yuxarıda göstərilən tarixli aktlara münasibətdə yazılmış borcla bağlı yanlış nəticəyə gəlmişdir. Belə ki, qeyd edilən dövr ərzində qış və yay ayları üçün hesablanmış borcun məbləği eyni olması mümkün deyil və bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, 1 il üçün 6 ay qış ayları ( 01 noyabrdan 30 aprelə kimi) üçün hər aya görə 91,8 manat, yerdə qalan 6 ay isə yay ayları üzrə (01 may 30 oktyabr ayınadək) 48,6 manat ödəniş hesablanmalıdır. Məhkəmə Kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, saldo məlumatlarına əsasən iddiaçı həmin evdə dəmir peç (1/1), 3 gözlü qaz plitələri (PQ-3)(1/1) Samovar(1/1) istifadə edir 1 il üçün qış ayları daxil olmaqla aprel ayınadək 6 ay qış ayları üçün hər aya görə 91,8 manat aşağıdakı qaydada hesablanmışdır: 1,2x6x30=216 m3 ( plitə PQ-3) 1,5x6x30=270 m3 ( su qızdırıcısı (samovar) 0,8x18x30=432 m3 (dəmir soba) 216+270+432=918 m3 x 0,10 = 91,80 manat Qeyd edilən hesablamalar iş materiallarında olan bəzi aktlar üzrə aparılmış hesablamalarda öz əksini tapmışdır. Yay ayları üzrə: 1,2x6x30=216 m3 ( plitə PQ-3) 1,5 x 6 x 30=270 m3 (su qızdırıcısı) 216+270= 486 m3 x 0,10 = 48,6 manat Məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.2017-ci il - xx.xx.2022-ci ilədək tarixli aktlar üzrə 1107 manat cavabdehdən tutulmalıdır. Belə ki, Məhkəmə Kollegiyası işdə olan abonent saldosunun və aktlar üzrə müqayisəli tədqiqat aparılmasını aşağıdakı cədvəl üzrə hesablamışdır. Kollegiya Saldoda tərəfindən olan hesablanan S/s Akt üzrə Tarix Həcm məbləğ məbləğ Səhifə m3 manat manat
1 0112846 xx.xx.2017 4266 853,20 91,80 125 2 0114285 xx.xx.2017 1279 255,80 91,80 124 3 0115161 xx.xx.2017 521 104,20 91,80 122 4 0118402 xx.xx.2017 948 189,60 48,60 120 5 0138277 xx.xx.2018 5640 1128,00 91,80 118 6 0147066 xx.xx.2018 1134 226,80 91,80 113 7 0153947 xx.xx.2018 1422 284,40 91,80 111 8 0176283 xx.xx.2018 1988 399,60 48,60 106 9 0324481 xx.xx.2021 16200 1836,00 91,80 103 10 0343696 xx.xx.2022 5400 648,00 91,80 100 saldoda var, 11 0341076 xx.xx.2022 5400 648,00 91,80 akt yoxdur. 12 0360783 xx.xx.2022 6120 734,40 91,80 97 13 0363271 xx.xx.2022 5580 669,90 91,80 94 7977.60 1107,00 14 0345687 xx.xx.2022 3024 362,88 91 15 0357173 xx.xx.2022 3024 362,88 88 16 0354401 xx.xx.2022 3744 449,28 85 17 0374645 xx.xx.2022 6120 734,40 82 18 0375238 xx.xx.2023 6120 734,40 79 19 0376533 xx.xx.2023 6120 734,40 76 20 0372770 xx.xx.2023 6120 734,40 73 21 0381434 xx.xx.2023 6120 734,40 108 22 0384432 xx.xx.2023 6048 725,76 70 23 0392335 xx.xx.2023 3024 362,88 67 24 0382338 xx.xx.2023 4536 544,32 21 25 0421522 xx.xx.2024 6480 777,60 14 Saldoda var 26 05.2024 618,72 akt yoxdur xx.xx.2022xx.xx.2024 7876,32 ÜMUMİ BORC 15853,92 İnzibati 0426162 xx.xx.2024 689,40 11 qərar
Cədvəldə əksini tapmış xx.xx.2022-ci il və may 2024-cü il tarixli aktlar mövcud olmasa da, abonent saldosunda həmin aktlara qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası hesab edir ki, aktlar olmasa da abonent saldosunda məbləğlər əksini tapdığından həmin aktlar da nəzərə alınmalıdır. Bundan başqa Məhkəmə Kollegiyası hesab edir ki, xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərdə aktlar üzrə hesablanmış ümumi məbləğ 7876,32 manat cavabdehdən tutula bilməz. Belə ki, xx.xx.2022-ci ildən etibarən istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. Lakin əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər. Bununla yanaşı, tələb bir neçə akt üzrə borcun silinməsinə və ya tutulmasına yönəlmişsə, qətnamənin nəticə hissəsində hər bir akt üzrə silinməli və ya tutulmalı olan məbləğlər ayrıca göstərilməlidir. Bu hal hüquqi müəyyənlik baxımından xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək müddət ərzində olan aktlar "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8- 1-ci maddəsinin artıq qüvvədə olduğu zaman tərtib edilmişdir. Belə olan halda, cavabdeh X5nı pozmasında təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməlidir. Lakin "Azəriqaz" İB məhkəməyə belə bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulması etiraf edilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək müddət ərzində olan aktlar 7876,32 manat məbləğində pulun cavabdehdən tutulmasına əsas vermir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın həmin hissədə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, nəqədər ki, cavabdeh təbii qazdan istifadə etmişdir, belə olan halda da istifadə edilmiş təbii qazın dəyəri ödənilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, Qət etdi: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2522/2025 saylı, 26 noyabr 2025-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il - xx.xx.2022-ci ilədək tarixli aktlar üzrə 1107 manat məbləğində borc cavabdehdən tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, iddiaçı tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.