Məhkəmə qərarları › İş №2(3-6)-673/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-673/2026

07.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-673/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icarə haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçının nümayəndəsi-vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-**/*-*****/**** saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından görünür ki, “Toyota Prius” minik markalı **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər ##.##.2023-cü il tarixdən alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydə alınmışdırlar. Hazırda qeydiyyatdadırlar. Həmin avtomobillərə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2023-##.##.2024 cü il tarixlərinə sərəncam hüququnu nəzərdə tutan etibarnamə verilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş “Elektron notariat” X8 çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Toyota Prius” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququ üzrə sürücülük hüququ olduqda avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, ona dair sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini ehtiva edən etibarnamə edilmişdir (etibarlılıq müddəti ##.##.2024-cü il tarixədək, qüvvədən düşüb).

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş “Elektron notariat” X8 çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Toyota Prius” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququ üzrə sürücülük hüququ olduqda avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, ona sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini ehtiva edən etibarnamə verilmişdir (etibarlılıq müddəti ##.##.2024-cü il tarixədək, qüvvədən düşüb).

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Icarəyə verən) ilə “xxxx” MMC (Icarəçi) arasında bağlanılmış ##.##.2024-cü il tarixli ** saylı icarə müqaviləsinin surətindən görünür ki, Icarəyəverən “Toyota Prius” minik markalı 99-UD 336 dövlət qeydiyyat nişanlı və **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri 36 ay müddətinə Icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı 500 manat müəyyənləşdirilmişdir (maddə 3.1).

5. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” TP ******* saylı ##.##.2024-cü il tarixli qərarının surətindən görünür ki, Bayramov Əlif Arif oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

6. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” ##.##.2024-cü il, ##.##.2024cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli qərarların surətlərindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 346-1.1-ci, 346 1.1-ci, 346-1.4-cü, 339-1.1-ci, 469- 3-cü, 328-1-ci, 339-1.1-ci, 327-1-ci, 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 manat, 10 manat, 10 manat, 50 manat, 50 manat, 10 manat, 50 manat, 40 manat və 50 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.

7. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 37.915 manat təşkil edir.

8. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 12.714 manat təşkil edir.

9. “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiqat obyektinə dəymiş maddi ziyanın manatla ifadədə dəyərinin hesablanması üçün qiymətləndirici xərc metodundan istifadə etmişdir. Buraxılış ili 2007-ci il olan “Toyota Prius” minik markalı **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrinin bazar dəyəri ## ######## 2025-ci il tarixinə 3.745 (üç min yeddi yüz qırx beş) manat, beləliklə, buraxılış ili 2008-ci il olan “Toyota Prius” minik markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrinin bazar dəyəri ## ######## 2025-ci il tarixinə 4.430 (dörd min dörd yüz otuz) manat təşkil edir (hesabatın tərtibatının dəyəri 400 manat).

10. İddiaçı nümayəndəsi Vəkil tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli elektron xəbərdarlıq məktubundan görünür ki, “xxxx” MMC-dən İddiaçı ilə “xxxx” MMC arasında **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 6.500 manat icarə haqqı borcu, nəqliyyat vasitəsinin istismarı ilə bağlı törədilmiş inzibati xətalara görə 320 manat cərimə borcu və nəqliyyat vasitələrinə vurulmuş maddi ziyana görə 14.000 manat borc tələb edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı– iddiaçı İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 99 UD-336 və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair ##.##.2024-cü il tarixdə bağlanmış ** saylı icarə müqaviləsi üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 6.500 manat icarə haqqının, avtomobillərə dəymiş maddi ziyanın əvəzində 14.000 manat pulun və nəqliyyat vasitələri ilə törədilmiş inzibati xətalara görə qəbul edilmiş cərimələr əsasında yaranmış 320 manat cərimənin tutularaq iddiaçı İddiaçı verilməsi; hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və 154 (bir yüz əlli dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə iddiaçının aralasında ##.##.2024-cü ildə müqavilə bağlanılıb. Iddiaçıya məxsus olan **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillər taksi fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehin icarəsinə verilib. ##.##.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı qeyd olunan avtomobilləri icarəçiyə təhvil vermişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən “Icarəyə verən, qanuni əsaslarla ona məxsus olan avtonəqliyyat vasitəsini: 1. dövlət qeydiyyat nişanı **- VZ-***, ban nömrəsi № JTDKB**U*********, texniki pasport No: BA331862, rəngi göy, istehsal ili 2008-ci il, 2) dövlət qeydiyyat nişanı **-UD-***, ban nömrəsi № JTDKB**U*********, texniki pasport No BA331871 rəngi: gümüşü, istehsal ili: 2007-ci il olan nəqliyyat vasitəsini (sonradan “nəqliyyat vasitəsi” adlandırılır) Icarəçiyə icarəyə verir. Icarəçi həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Icarə müddəti (36 ay) bitdikdən sonra avtomobil icarəyə verənə geri qaytarılır və ya tərəflərin razılığı əsasında müqavilə müddəti uzadılır. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi hər bir avtomobil üçün hər ay ona 500 manat icarə haqqı ödəməli olub. Lakin, cavabdeh müqavilə şərtlərinə riayət etməyərək müəyyən edilmiş icarə haqqını vaxtında və lazımi miqdarda verməyib. Belə ki, cavabdeh ona müəyyən olunmuş icarə haqqından cəmi 1.500 manat pul verib. Halbuki, cavabdeh ona məxsus avtomobilləri ##.##.2024-cü ildən 2024-cü ilin sentyabr ayının sonlarınadək istifadə etmişdir. Iddiaçı cavabdehə bu barədə etiraz edib və icarə haqlarını vermədiyinə görə hər iki avtomobili ondan 2024-cü ilin sentyabr ayının sonunda geri alıb. Cavabdeh 2024-cü ilin fevralsentyabr ayları üçün ona 8.000 manat icarə haqqı verməli olduğu halda cəmi 1.500 manat verməklə hazırda 6.500 manat icarə haqqı borcu qalmışdır. Bundan başqa, avtomobillər cavabdehin icarəsində olduğu müddət ərzində onun sürücüləri tərəfindən avtomobillərin kobud istismarı ilə bağlı bir neçə dəfə inzibati xəta törətmişlər. Törədilmiş inzibati xəta ilə bağlı müvafiq cərimələr tətbiq olunmuş, lakin onlar inzibati xətaya dair cərimələri ödəməmişlər. Törədilmiş cərimələrin ümumi məbləği 320 manatdır. Cavabdehlər cərimələri ödəmədiyi təqdirdə qanunvericiliyə əsasən ona məxsus avtomobillərin istismarına məhdudiyyət qoyula bilər. Ona görə də hesab edir ki, həmin cərimə məbləğləri də cavabdehlərdən alınıb ona verilməlidir. Bundan başqa icarəyə verilmiş nəqliyyat vasitələrinin cavabdeh tərəfindən kobud istismarı zamanı onları tamamilə yararsız hala salmışdır. Hazırda hər iki avtomobil tam yararsız olduğundan onlardan istifadə etmək qeyri-mümkündür. Həmin avtomobillərin hər birinin təmirinə ən azı 7.000 manat, cəmi 14.000 manat vəsait tələb olunur. Cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi və vurulmuş maddi ziyanların ödənilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olub.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbinin təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin tərtibatına görə 400 (dörd yüz) manat pul məbləğinin iddiaçı İddiaçı alınaraq “xxxx” MMC-nə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə “xxxx” MMC arasında “Toyota Prius” markalı **-UD-*** qeydiyyat nişanlı və **-VZ-*** qeydiyyat nişanlı avtomobillərin icarəsinə dair ** saylı ##.##.2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Hazırki iddia predmeti ödənilməmiş icarı haqqı məbləğinin, avtomobillərə dəymiş maddi ziyanın və avtomobillərin istifadəsi ilə bağlı ödənilməmiş inzibati cərimələrin cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsini nəzərdə tutur.

15. Iddianı rədd edən məhkəmənin mövqeyinə görə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, ** saylı icarə müqaviləsinin tərəfi olmadığından, sonuncunun bu müqavilə üzrə cavabdeh təşkilata qarşı icarə münasibətlərindən irəli gələn iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, həmin müqavilə “xxxx” MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanıldığından müqavilə üzrə hüquq və öhdəliklər bu şəxslərə şamil edilir. Iddiaçı avtomobilləri sərəncam vermək hüququ üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim etdiyindən, sonuncunun iddiaçının etibarnaməsi əsasında avtomobilləri digər şəxslərə etibar etmək və əmlakla bağlı etibarnamədə nəzərdə tutulan sair hərəkətləri etmək hüquqları məhdudlaşdırılmamışdır.

16. Icarəyə verilmiş avtomobillərin İddiaçı məxsus olması və sonuncu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əmlaka sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamənin verildiyinə görə iddiaçının da müqavilə üzrə tələb etmə hüququnun olması barədə iddia dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əmlaka sərəncam vermək hüququnu nəzərdə tutan etibarnaməni verməsi sonuncunun ##.##.2024-cü il tarixli, ** saylı icarə müqaviləsi üzrə İddiaçı təmsilçisi (nümayəndəsi) olması demək deyildir. Müqavilə bağlanarkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının təmsilçisi deyil, müstəqil şəxs olaraq çıxış etmişdir. Iddiaçı İddiaçı ilkin olaraq bu avtomobilləri (digərlərinə etibar etmək səlahiyyətləri verilməklə) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə verməsi və avtomobillərlə bağlı razılaşmalar aparması iddiaçı ilə cavabdehin münasibətlərinə bilavasitə təsir etmir. Yəni, avtomobillərə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə İddiaçı arasında yaranmış mülki razılaşmalar bu razılaşmaların tərəfi olmayan “xxxx” MMC üçün hüquqi nəticələrə səbəb olmur. Eyni ilə də avtomobillərə dair etibarnamə əsasında hərəkət edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əmlaklara dair bağladığı icarə müqavilələri üzrə İddiaçı həmin müqavilə tərəfi olan icarəçiyə qarşı tələb hüququ yaranmır. Mübahisə predmeti olan müqavilə üzrə tələb hüquqları müqavilə tərəflərinə aiddir. Bununla da, cavabdeh “xxxx” MMC-nin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin yaranması üçün tərəflərin arasında (bilavasitə və ya səlahiyyətli təmsilçilər vasitəsilə) müqavilə bağlanılmış olmalıdır. Bununla da, iddiaçı **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair ##.##.2024-cü il tarixli, ** saylı icarə müqaviləsinin tərəfi olmadığından, həmin müqavilə iddiaçının iradəsilə əleyhinə və ya hüquqlarının pozulması yolu ilə bağlanmadığından, iddiaçının bu müqavilə üzrə cavabdehə qarşı iddia irəli sürməyə subyektiv hüququ yoxdur.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 442, 448.1, 448.4, 700.1, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işdə olan sənədlərdən göründüyü kimi, o, özünə məxsus 99- UD-336 və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərə dair üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tam səlahiyyətli etibarnamə vermişdir. Məhkəmə iş üçün ən mühüm əhəmiyyət daşıyan halı nəzərə almamışdır ki, həmin avtomobillərin üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sahiblik, istifadəsində (həmçinin icarəyə verilmə hərəkətlərinin) olmasının hüquqi və faktiki əsası iddiaçının həmin avtomobillərə dair ona verdiyi etibarnamə olmuşdur. Icarə müqaviləsində iddiaçının adının qeyd olunmamasına baxmayaraq həmin hərəkətlər onun mənafeyi naminə həyata keçirilmişdir. Çünki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin avtomobillərə dair etibarnamələr olmadığı halda hər hansı sahiblik, istifadə və digər səlahiyyətləri olmamışdır. Onu etibarnamə olmadan həmin müqaviləni bağlamaq üçün hər hansı hüquqi əsası yoxdur. Bu qeyd olunanlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.8, 157.8, 359.1, 359.2, 359.3, 360.1, 360.2, 362.1-ci maddələri ilə təsbit olunur. Işin faktiki hallarından və qanunvericiliyin normalarının tələbindən göründüyü kimi, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs avtomobillərə dair öz mənafeyi naminə müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Həmin avtomobillərə dair müxtəlif insanlarla ünsiyyətdə olmaq imkanı olmadığından bu səlahiyyətləri etibarnamə ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla aralarında müqavilədən gələn gəlirin ona verilməsinə dair hər hansı razılaşma da yoxdur. Yəni o əldə olunmuş gəliri iddiaçıya verirdi. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən də göründüyü kimi, mülkiyyətçi kimi onun həmin avtomobillərə dəymiş ziyanın əvəzini tələb etmək hüququ vardır. Məhkəmə iddianı rədd edərkən qətnaməsini işdə olan heç bir sübut ilə əsaslandırmamışdır. Məhkəmə iddiaçı tərəfindən ona təqdim edilmiş sübutları, sənədləri və fatiki haları məhkəmənin nəzərinə çatdırsa da, bunları nəzərə almadan iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Halbu ki, həmin sübutlar iddianı tam sübut edir. Bundan başqa isə məhkəmə iddianı rədd edərkən qətnaməsini işdə olan heç bir sübut ilə əsaslandırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, maşın onlar tərəfindən qarşı tərəfə icarəyə verilib. Maşınlar vurulub, üzərində xeyli miqdarda cərimələr var. Iddia ərizəsində göstərdikləri qədər icarə haqqı ödənilib. Qarşı tərəf qalan məbləğin ödənilməsi ilə bağlı sübutu yoxdur. Icarə haqqını əlbəəl ödəyib, qəbz yoxdur. Pulu vermədiyi dövrdə maşınları geri istəmişlər, maşınlar sentyabr ayında verilib. Kasko sığorta olmayıb, müqaviləyə əsasən qarşı tərəfin maşınları sığortalmaq öhdəliyi olub, lakin bunu da etməyiblər.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında və ona verilən suallara cavab olaraq bildirmişdir ki, üçüncü şəxsin həmin münasibətlərdə iştirakının səbəbi etibarnamə olmuşdur. Məhkəmə subyektiv hüququn olmaması əsası ilə iddianı rədd etmişdir, halbuki işin icraatı zamanı ekspertizalar keçirilib, iş təxminən 8 ay məhkəmənin icraatında olub. Eyni məsələ ilə bağlı iddiaçı İddiaçı başqa şəxsə qarşı iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alıb, icra mərhələsindədir. Onlar mülkiyyətçi olaraq həmin əqdi bəyənirlər. Icarə haqqı nəğd qaydada, hər maşına görə 500 manat ödənilib. Onun iddiaçının maşını nə vaxt qaytarmasının sübutu yoxdur. Avtomobillər bərbad vəziyyətdədir, hər ikisi vurulub. Bununla bağlı fotoşəkillər var, sübutlar təqdim etmişlər. Maşınlar hazırda da həmin vəziyyətdədir. Avtomobillər bir dəfə qəza etməklə bu vəziyyətə gəlməyib, dəfələrlə baş verib. Buna görə də hüquq mühafizə orqanının hər hansı qərarı yoxdur. Məhkəmənin əldə etdiyi rəylərdə olan məbləğlərlə razıdırlar, həmin məbləğləri qəbul edirlər. Inzibati cərimələrlə bağlı sənədləri təqdim etmişdir, cavabdeh tərəfindən həmin cərimələr ödənilməyib. Cərimələri onlar da ödəməmişdir. Cavabdeh bildiyi qədərilə hazırda barəsində olan cinayət işi ilə bağlı həbsdə saxlanılır.

23. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti ilə razı olduğunu bildirdi, şikayətin təmin edilməsini xahiş etdi.

24. Iş üzrə cavabdeh “xxxx” MMC-yə işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

31. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı mübahisə predmeti olan Toyota Prius” markalı **-UD-*** qeydiyyat nişanlı və **-VZ-*** qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçisidir və onun tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2023-cü il tarixdə avtomobilləri idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və s. səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı etibarnamələr verilmişdir.

32. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə “xxxx” MMC arasında “Toyota Prius” markalı **-UD-*** qeydiyyat nişanlı və **-VZ-*** qeydiyyat nişanlı avtomobillərin icarəsinə dair ** saylı ##.##.2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır.

33. Iddiaçı İddiaçı avtomobillərin mülkiyyətçisi kimi hazırkı iddia ilə məhkəməyə müraciət edərək tələbində cavabdeh MMC tərəfindən ödənilməmiş icarə haqqı məbləğinin, avtomobillərə dəymiş maddi ziyanın və avtomobillərin cavabdehdə olduğu müddətdə tətbiq edilmiş və ödənilməmiş inzibati cərimələrin cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir.

34. Birinci instansiya məhkəməsi icarə müqaviləsinin iddiaçı ilə yox üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh arasında bağlanmasına, müqavilə bağlanarkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının təmsilçisi deyil, müstəqil şəxs olaraq çıxış etməsinə istinad edərək iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmaması qənaətinə gəlmiş və iddianı rədd etmişdir.

35. Birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

36. Kollegiya hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ vardır. Belə ki, iddiaçı mübahisə predmeti olan avtomobilləri idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və s. səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibarnamə vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə cavabdeh MMC ilə icarə müqaviləsi bağlayarkən mülkiyyətçinin adından deyil, öz adından bağladığını qeyd etmişdir. Lakin buna baxmayaraq qanunvericiliyə əsasən müqavilənin sonradan verilən razılıq əsasında bağlanması da mümkündür. Mülkiyyətçi olaraq iddiaçı hazırki mübahisə predmeti olan icarə müqavilələrini bəyənir və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin pozulması nəticəsində dəymiş zərəri tələb edir.

37. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

38. Işdə olan İddiaçı nümayəndəsi tərəfindən “xxxx” MMC-nə ünvanlanmış ##.##.2024-cü il tarixli elektron xəbərdarlıq məktubundan görünür ki, “xxxx” MMC-dən İddiaçı ilə “xxxx” MMC arasında **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 6.500 manat icarə haqqı borcu, nəqliyyat vasitəsinin istismarı ilə bağlı törədilmiş inzibati xətalara görə 320 manat cərimə borcu və nəqliyyat vasitələrinə vurulmuş maddi ziyana görə 14.000 manat borc tələb edilmişdir. 39.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Icarəyə verən) ilə “xxxx” MMC (Icarəçi) arasında bağlanılmış ##.##.2024-cü il tarixli ** saylı icarə müqaviləsinin surətindən görünür ki, Icarəyəverən “Toyota Prius” minik markalı 99-UD 336 dövlət qeydiyyat nişanlı və **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri 36 ay müddətinə Icarəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı 500 manat müəyyənləşdirilmişdir (maddə 3.1). 40.Iddiaçı iddia edir ki, hər iki avtomobili 2024-cü ilin sentyabr ayının sonu geri almışdır. 2024-cü ilin fevral-sentyabr ayları üzrə cəmi 8000 icarə haqqı ödənilməli olduğu halda cəmi 1500 manat icarə haqqı ödənilmişdir.

41. Bundan əlavə, kollegiya qeyd edir ki, iş materiallarında olan “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” TP ******* saylı ##.##.2024-cü il tarixli qərarının surətindən görünür ki, Bayramov Əlif Arif oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

42. Iş materiallarında olan “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli qərarların surətlərindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 346-1.1-ci, 346 1.1-ci, 346-1.4-cü, 339-1.1-ci, 469-3-cü, 328-1-ci, 339-1.1-ci, 327-1-ci, 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 manat, 10 manat, 10 manat, 50 manat, 50 manat, 10 manat, 50 manat, 40 manat və 50 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.

43. Beləliklə, müəyyən edilir ki, avtomobillər cavabdehin istifadəsində olduğu müddətdə yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cəmi 320 manat məbləğində cərimə borcu yaranmışdır.

44. Kollegiya hesab edir ki, inzibati cərimər avotmobillər cavabdehin istifadəsində olduğu dövrdə tətbiq edildiyindən tələb bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. 45.O cümlədən iş materiallarında olan foto şəkillərdən görünür ki, mübahisə predmeti olan avtomobillərə zərər dəymişdir. 46.“xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 37.915 manat təşkil edir. 47.“xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 12.714 manat təşkil edir.

48. “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiqat obyektinə dəymiş maddi ziyanın manatla ifadədə dəyərinin hesablanması üçün qiymətləndirici xərc metodundan istifadə etmişdir. Buraxılış ili 2007-ci il olan “Toyota Prius” minik markalı **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrinin bazar dəyəri ## ######## 2025-ci il tarixinə 3.745 (üç min yeddi yüz qırx beş) manat, beləliklə, buraxılış ili 2008-ci il olan “Toyota Prius” minik markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrinin bazar dəyəri ## ######## 2025-ci il tarixinə 4.430 (dörd min dörd yüz otuz) manat təşkil edir (hesabatın tərtibatının dəyəri 400 manat).

49. Məhkəmə kollegiyası “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli mütəxəssis rəyini təkzib edən hər hansı bir sübutun təqdim edilməməsini, onun hazırlanma metodologiyasını, bazar təhlilinə əsaslanmasını və rəyin əsaslandırma hissəsinin dolğunluğunu, eləcə də iddiaçı tərəfin rəylə müəyyən edilmiş məbləğlə razılaşmasını nəzərə alaraq hesab edir ki, qeyd olunan rəy vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməli, avtomobillərə dəyən zərər 3745 və 4430 manat məbləğində müəyyən edilməlidir.

50. Kollegiya prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun 1/2 hissəsi 150 manat pul cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulmalıdır.

51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə 6500 manat ödənilməmiş icarə haqqı, avtomobillərə dəymiş zərərin əvəzi olaraq 3745 manat və 4430 manat maddi zərər, 320 manat cərimə və vəkilə hüquqi yardıma görə ödənilmiş 150 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumun əvəzi kimi 134 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

52. Kollegiya qeyd edir ki, iddia qismən təmin edildiyindən mütəxəxəssis rəyinin tədqiqat dəyərini təşkil edən 400 manat pulun 200 manatı iddiaçı İddiaçı, 200 manatı isə cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: 3104196261, Hesab № AZ**AIIB******F*************) köçürülməldir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə 6500 (altı min beş yüz) manat ödənilməmiş icarə haqqı, avtomobillərə dəymiş zərərin əvəzi olaraq 3745 (üç min yeddi yüz qırx beş) manat və 4430 (dörd min dörd yüz otuz) manat, inzibati cərimənin əvəzi kimi 320 (üç yüz iyirmi) manat və vəkil xərci kimi 150 (yüz əlli) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumun əvəzi kimi 134 (yüz otuz dörd) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67 (altmış yeddi) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Iddia tələbi qalan hissədə təmin edilməsin. Qalan hissədə rüsum tərəfin özünə aid edilsin. Mütəxəxəssis rəyinin tədqiqat dəyərini təşkil edən 400 manat pulun 200 manatı iddiaçı İddiaçı, 200 manatı isə cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: 3104196261, Hesab № AZ**AIIB******F*************) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar