Məhkəmə qərarları › İş №2(3-6)-714/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-714/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-714/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1499/2025 saylı, xx.xx.2026cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X2mayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh Əbülfət qızı arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli 701/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 26000 (iyirmi altı min manat) manat, faiz borcu isə 6578 (altı min beş yüz yetmiş səkkiz manat) manat olmaqla ümumilikdə 32578 (otuz iki min beş yüz yetmiş səkkiz manat) manat olmaqla kredit borcu həmçinin, ödənilmiş 188 (bir yüz səksən səkkiz manat) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 32766 (otuz iki min yeddi yüz altmış altı manat) manat məbləğin Cavabdeh Əbülfət qızından tutularaq “X2mayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi təqdim edərək, AR MPM-nin və AR MM-nin müvafiq normalarını rəhbər tutaraq, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh Əbülfət qızının cavabdeh “X2mayan Kredit Təşkilatı” MMC-dən müqavilə üzrə cavabdeh “X2mayan Kredit Təşkilatı” MMC-dən müqavilə üzrə öhdəliklərini icra etmədiyindən ona vurulmuş 5.000 manat dəyərində maddi, 3.000 manat dəyərində isə, mənəvi zərərin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək, mülki işi aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Binəqədi rayonu ərazisidir və faktiki olaraq, orada yaşayır. Həmçinin himayəsində iki azyaşlı uşağı və uşaqlarını təkbaşına böyüdür (həyat yoldaşı dünyasını dəyişmişdir). Belə olan halda iddia ərizəsi cavabdehin olduğu ünvan üzrə Binəqədi Rayon Məhkəməsinə verilməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1499/2025 saylı, xx.xx.2026cı il tarixli qərardadı ilə ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1499/2025 saylı, 14 yanvar 2026-cı il tarixli qərardadının ləğv edilməsi və hazırki mülki işin aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, mübahisə predmeti olan hüquq münasibətlərinin yaranmasına əsas olmuş əqd Cavabdeh tərəfindən müvafiq məhkəmələrdə mübahisələndirilmişdir, lakin əqdin etibarsızlığı barədə iddia tələbləri təmin edilməmişdir. Vurğulamaq istəyir ki, iddia tələbinin təmin edilməməsinin səbəbi iddiaçının bu halları sübut edə bilməməsi və sübut yetərsizliyi olmuşdur. Hesab edir ki, əqdin etibarsız hesab edilməsi iddia tələbi məhkəmələrdə mübahisələndirildiyindən belə qənaətə gəlmək olar ki, cavabdeh sözügedən müqavilədən ümumiyyətlə mövcudluğundan xəbəri olmamış və aldadılma əsasında həmin müqaviləni imzaladığından, həmin müqavilə üzrə mübahisələrinin Nərimanov Rayon Məhkəməsində həll edilməli olduğunu nəzərdə tutulan müqavilə şərtlərindən də məlumatsız olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1499/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1499/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, cavabdeh mülki işin aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etsə də, buna dair əsaslar müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış kredit müqaviləsinin 17.2-ci bəndindən görünür ki, tərəflər aralarında yaranacaq istənilən mübahisələrin həllinin AR MPM-nin 40-cı maddəsinin tələbi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılması barədə razılığa gəlmişdirlər. Qanunvericiliyə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. İddia ərizəsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuş aidiyyat qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş və sonuncu tərəfindən icraata qəbul edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1499/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1499/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1499/2025 saylı, xx.xx.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar