Məhkəmə qərarları › İş №2(3-6)-723/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-723/2026

16.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-723/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin icra edilməməsi, mənzilin təhvil verilməməsinə görə dəymiş maddi ziyanın ödənilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının ## ###### 2020-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon Icra Hakimiyyətinin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, ünvan 3 ünvanı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının mülkiyyətindədir.

3. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli *** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, mülkiyyətçi cavabdeh2 ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir. 4.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ünvan 3 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165.375 manat pul ödəyir. 5.Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kompensasiya məbləği Mülkiyyətçinin bank hesabına köçürülür.

6. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi X5 Ağa qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli *** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, mülkiyyətçi X5 Ağa qızı ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir. 7.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ünvan 3 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165.375 manat pul ödəyir.

8. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kompensasiya məbləği Mülkiyyətçinin bank hesabına köçürülür.

9. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli *** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, mülkiyyətçi cavabdeh4 ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir. 10.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ünvan 3 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165.375 manat pul ödəyir. 11.Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kompensasiya məbləği Mülkiyyətçinin bank hesabına köçürülür.

12. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi cavabdeh3 arasında bağlanmış ##.##.2024-cü il tarixli *** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, mülkiyyətçi cavabdeh3 ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir. 13.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ünvan 3 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165.375 manat pul ödəyir. 14.Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kompensasiya məbləği Mülkiyyətçinin bank hesabına köçürülür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış müqavilələrin icra olunmaması nəticəsində İddiaçı MMC-yə dəymiş 329.300 (üç yüz iyirmi doqquz min üç yüz) AZN kirayə haqqı zərərinin; İddiaçı MMCnin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olaraq 50.000 (əlli min) AZN kompensasiya olmaqla ümumilikdə 379.300 (üç yüz yetmiş doqquz min üç yüz) AZN və ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızından müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1-ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həll edilməlidir. Bakı Şəhər Icra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov, S. Dağlı, İ. Qutqaşınlı və M. Müşfiq küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair ##.##.2020-ci il tarixli, № **** saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2020-ci il tarixli, ** nömrəli Sərancamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X6 və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarının “Bakı Dövlət Layihə Institutu” BDLI tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2022-ci il tarixli, № TI-***/** saylı obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X6 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə obyektin tikintisinə icazə verilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. "xxxx” MMC Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** saylı Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X6 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4,2 ha torpaq sahəsinin əhatə etdiyi ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Bu cür müqavilələrdən biri də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Çıxarış üzrə paylımülkiyyətçiləri cavabdeh4 və ailə üzvləri ilə imzalanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızı ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətlərində olan, ümumi sahəsi faktiki 171,88 kv.m. olan fərdi yaşayış eviniİddiaçı MMCyə təhvil verməyi və daşınmaz əmlakın dövlət reyestrində edilmiş mülkiyyət hüququ qeydiyyatını ləğv edilməsini öhdəliklərinə götürmüşdürlər. Bunun qarşılığında hər birinə 165375 AZN olmaqla, ümumilikdə 661500 (altı yüz altmış bir min beş yüz) AZN kompensasiya məbləğinin İddiaçı MMC tərəfindən mülkiyyətçilərə ödənilməsi razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən öz öhdəlikləri tam icra olunaraq cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının hər birinin bank hesabına 165375 AZN vəsait köçürülmüşdür. Həmin vəsait mülkiyyətçilər tərəfindən təhvil alınsa da, yaşayış sahəsi indiyə qədər təhvil verilməmişdir. Əksinə cavabdeh4 tərəfindən məhkəmədə əsassız iddialar qaldırılmaqdadır. Belə ki, Çıxarış üzrə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyətində olsa da, Kazım Kazımzadə küçəsi, ev 32 ünvanında yerləşən və digər şəxslərin mülkiyyətində olan yaşayış sahəsinə dair də əsassız hüquqlar iddia olunmaqdadır. Bununla da, kompensasiya ödənilmiş yaşayış sahəsini də tərk etməməkdə və söküntüsünün qarşısını almaqdadır. Nəticədə, İddiaçı MMC nəzərdə tutulan layihəni tam icra edə bilməyərək, həmin ərazidən köçürülmüş sakinlərə təhvil verilməli olan blokun tikintisinə başlaya bilməmişdir. Layihənin icrasına hələ də başlanılması mümkün olmasa da, həmin ərazidən köçürülmüş sakinlərə hər ay icarə haqqı ödənilməkdədir. Yeni blokun tikintisinə başlanması üçün yeganə maneə cavabdeh4 və ailə üzvlərinin faktiki istifadəsində olmuş ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olmuşdur. cavabdeh4 tərəfindən “cavabdeh4 faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasının, həmin evin tam olaraq boşaldılmasının və həmin evin, eyni zamanda evlə əlaqələ tikililərin sökülməsinin iş üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi” tələbi ilə ##.##.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki: “Məhkəmə araşdırmasının gedişində cavabdeh iddiaçının hazırda yeganə yaşayış yeri olan fərdi evini sökərsə o faktiki olaraq yaşayış yerindən məhrum edilmiş vəziyyətə düşmüş olar...”. Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-**(***)-***/**** saylı qərardadı ilə qərara alınmışdır: Iddiaçı cavabdeh4 cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və söküntü-tikinti işlərinin dayandırılması" tələbinə dair mülki iş üzrə iddiaçı cavabdeh4 müvəqqəti təminat tədbirinin görülməsi haqqında ərizəsi təmin edilsin; e *(***)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və həmin evin, eyni zamanda evlə əlaqəli tikililərin (iddiaçı cavabdeh4 aid hissədə) sökülməsi iş üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilsin. Göründüyü kimi, cavabdeh4 yalan əsaslarla məhkəməni yanıltmışdır. Çünki cavabdeh4 Kazım Kazımzadə küçəsi, ev 32 ünvanında deyil də, Kazım Kazımzadə küçəsi, ev 34 ünvanında daimi qeydiyyatda olmaqla yaşamışdır. Kazım Kazımzadə küçəsi, ev 32 ünvanına isə heç vaxt əlaqəsi olmamışdır. Sonrakı dövrdə Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e **(***)-***/**** saylı qərardad ilə tərəflərindən ünvanlanmış ərizə təmin edilərək ##.##.2024-cü il tarixli, e-16(006) ***/**** saylı qərardad və ünvan 2 ünvanına dair qadağa ləğv edilmişdir. cavabdeh4 tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin dayandırılması” tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. İddiaçı MMC tərəfindən isə qarşılıqlı iddia qaydasında “cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızına qarşı “cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə qət edilmişdir: Ilkin iddia üzrə iddiaçı cavabdeh4 cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin dayandırılması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı MMCnin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızına qarşı “cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Həmin mənzil cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızı tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. Həmin mənzilə dair cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının mülkiyyət hüquqlarına xitam verilsin. Qətnamə onunla əsaslandırılmışdır ki, “Həmin yaşayış sahəsinə və əraziyə 2 dəfə yerli baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlak (ev 34 ünvanı) giriş hissə və 5 otaqdan ibarətdir, 1 mərtəbəli tikilidir. Həmin tikilinin yaxın ətrafında yaşayış yeri kimi tikililər, evlər vardır. Ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş müqavilə predmeti Əsgərov Telman Əbdülhəsən oğluna məxsus K.Kazımzadə 32/34, kvartal-1 ünvanında yerləşən mənzilin sxeminə əsasən sözügedən sxem ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən (iddia tələbi üzrə kompensasiyası ödənilmədiyi iddia edilən) və mənzil 32 ünvanı olması iddia edilən mənzilə aiddir. Sözügedən sxem cavabdeh4 və digərləri tərəfindən imzalanmışdır. Deməli, tərəflər arasında bağlanmış müqavilə predmeti olan mənzil məhz ilkin iddia üzrə kompensasiyasının ödənilmədiyi iddia edilən (ev 32) (yerli baxış və iş materialları nəzərə alınmaqla), lakin kompensasiya məbləği ödənilmiş mənzildir. Həmçinin, iş materiallarında olan ** saylı MKIS tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, Əsgərov X19 rayonu, Kazım Kazımzadə küçəsi, ev 34 ünvanında yaşayır”. cavabdeh4 iddiasının əsassızlığı Birinci Instansiya Məhkəməsində sübuta yetirilmişdir. Lakin apellyasiya məhkəmə prosesi hələ də davam etməkdədir və *(***)-****/**** saylı iş üzrə hakim Cəmilə Musayevanın sədrliyi ilə icraatdadır. Göründüyü kimi, cavabdeh4 iddia tələbinin əsassızlığı məhkəmə tərəfindən də sübuta yetirilməkdədir. cavabdeh4 hüquqlarından sui-istifadə etməkdədir və tək məqsədi məhkəmə prosesini uzatmaqla İddiaçı MMC-nin mülkiyyət hüquqlarını məhdudlaşdırmaq, hüquqlarını pozmaq və əsassız varlanmaqdır. Qeyd olunan məhkəmə mübahisələri və cavabdehlərin öz müqavilə öhdəlilklərini icra etməmələri səbəbindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində və yaxınlığında İddiaçı MMC tərəfindən görülməli olan tikinti işləri uzun müddət üçün dayandırılmalı olmuşdur. Halbuki, həmin fərdi yaşayış evi üçün İddiaçı MMC tərəfindən 661500 AZN kompensasiya ödənilmiş və İddiaçı MMC həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişdir. Fərdi yaşayış evinin İddiaçı MMC tərəfindən inşa edilməli olan yeni blokun tikilməsi üçün strateji yerdə yerləşməsi səbəbindən blokun tikintisini aparmaq mümkün olmamışdır. Buna baxmayaraq, həmin yerdə tikiləcək blokda mənzillə təmin edilməli olan digər sakinlərə həmin dövr üçün kirayə haqları tam şəkildə ödənilmişdir. Bu xərclər birbaşa olaraq qarşı tərəfin hüquqa zidd hərəkətləri və müqavilə öhdəliklərini icra etməməsi nəticəsində yaranmışdır. Belə ki, cavabdehlərin müqavilə öhdəliklərini icra etməməsi və məhkəmə mübahisələri ilə tikintinin qarşısını almaq məqsədi güdərək irəli sürülmüş əsassız iddialar və nəticəsiz məhkəmə prosedurları səbəbilə tikinti prosesi ciddi şəkildə ləngimiş və uzanmışdır. Iddia ərizəsi məhkəməyə təqdim edilən tarixə 2024-cü ilin dekabr ayından etibarən həmin ərazidən köçürülmüş sakinlər üçün ödənilmiş icarə haqları 329300 (üç yüz iyirmi doqquz min üç yüz) AZN təşkil etməkdədir. Bank hesabından yekun çıxarışlar əldə edildikdən sonra müqavilənin imzalandığı tarixdən yəni 2024-cü ilin iyul ayından dekabr ayına qədər ödənilmiş icarə haqları da iddia tələbinə əlavə ediləcəkdir. Bu xərclər əsassızlığı cavabdeh4 əvvəlcədən məlum olan məhkəmə prosedurlarının və müqavilə öhdəliklərinin icra olunmamasının nəticəsi olduğundan, qarşı tərəfdən kompensasiya şəklində ödənilməlidir. cavabdeh4 əsassız iddialar qaldırmaqla kifayətlənməmiş, həmçinin İddiaçı MMC barəsəində yalan məlumatları əks etdirən müxtəlif dövlət orqanlarına şikayətlərlə, mediada yayılan əsassız fikirlərlə İddiaçı MMC-nin işgüzar nüfuzuna zərər dəymişdir. Xüsusilə bu zərər özünü sakinlərlə imzalanmış müqavilələr üzrə öhdəliklərin vaxtında icra edilməsinin mümkünsüzlüyündə də göstərməkdədir. Belə ki, sakinlərlə imzalanmış əvəzləşdirmə müqavilələrinə əsasən Şirkət sakinlərdən təhvil aldığı yaşayış sahələri əvəzində razılaşdırılmış müddət ərzində tikiləcək binada yeni binalarla təmin etməyi öhdəsinə götürmüşdür. Lakin həmin ərazidə bir il ərzində heç bir işin görülməsi mümkün olmadığı üçün həmin öhdəliklərin yerinə yetirilməsi böyük gecikmə ilə üzləşmişdir. Bununla da, İddiaçı MMC-nin sakinlər arasında nüfuzuna ciddi zərər dəymiş, digər sakinlərlə razılaşmada böyük çətinliklər yaranmış və ümumilikdə tikinti sektorunda Şirkətin nüfuzuna zərər dəymişdir. Belə ki, Şirkətin sakinləri “xxxx” görüntüsü yaranmışdır. Şirkətin işgüzar nüfuzuna dəymiş zərər 50000 (əlli min) AZN miqdarında dəyərləndirilməlidir.

17. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında imzalanmış müvafiq müqavilələr üzrə öhdəliklərin cavabdehlər tərəfindən tam icra edilməsinə; müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə dəymiş 560500 (beş yüz altmış min beş yüz) AZN kirayə haqqı zərərinin; İddiaçı MMC-nin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olaraq 50000 (alli min) AZN kompensasiya olmaqla ümumilikdə 610500 (altı yüz on min beş yüz) AZN və ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızından müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Daha sonra iddiaçı iddia tələbinə daha bir dəqiqləşdirmə verərək, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə dəymiş 560500 (beş yüz altmış min beş yüz) AZN kirayə haqqı zərərinin; İddiaçı MMC-nin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olaraq 50.000 (əlli min) AZN kompensasiya olmaqla ümumilikdə 610500 (altı yüz on min beş yüz) AZN və ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızından müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh1 məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq göstərmişlər ki, hazırkı iş üzrə cavabdehlərdən biri cavabdeh4 ##.##.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi cavabdeh4 tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi evlə bağlı məhkəmə qarşısında iddia qaldırılmışdır. Həmin iş üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia verərək cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızına qarşı "cavabdehlərin ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən İddiaçı MMC-yə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı MMC ünvan 3 ünvanında yerləşən fərdi evlə bağlı qarşılıqlı iddia qaldırmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini məhz ünvan 3 ünvanında yerləşən fərdi ev təşkil etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçının tələbi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçının isə iddia tələbləri təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh4 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qətnamə rəsmi qaydada tərəflərə bu günkü tarixədək verilməmişdir. Göründüyü kimi tərəflər arasında mübahisə davam etməkdədir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi elan edilsə də, qətnamənin özü rəsmi qaydada tərəflərə təqdim edilməmişdir. Qanunvericiliyə əsasən, cavabdeh4 həmin qətnamədən rəsmi verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti vermək hüququnun olduğunu nəzərə alsaq mübahisənin kassasiya instansiyasına daşınacağı şübhəsizdir. Qeyd edildiyi kimi tərəflər mübahisə predmetini fərqli ünvanlarda yerləşən fərdi yaşayış evləri üzərindən qurmuşlar və belə olan halda həmin mübahisənin hər bir halda yekun məhkəmə həllini gözləmək zəruridir. Digər tərəfdən cavabdeh4 ünvan 2 ünvanında yerləşən fərdi evlə bağlı iddia qaldırmış, hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş cavabdeh4 ailə üzvləri ümumiyyətlə həmin mübahisənin tərəfləri olmamışlar. Həm cavabdeh4, həm də onun ailə üzvləri paylı mülkiyyət hüquqları əsasında onlara məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi evin özlərinə aid olan hissələrini uzun müddət əvvəl, yəni İddiaçı MMC ilə müqavilə bağladıqdan qısa müddət sonra boşaltmışlar. İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi evinin söküntüsü də həyata keçirilmişdir. Belə olan halda, hazırkı iddia təmin edilə bilməz, belə ki, cavabdehlər tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi evi ilə bağlı İddiaçı MMC-yə hər hansı bir ziyanın vurulması baş verməmişdir. Iş materiallarından da görünür ki, İddiaçı MMC bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. cavabdeh4 ünvan 2 ünvanında yerləşən fərdi evlə bağlı məhkəməyə müraciət hüququ isə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təsbit edilmiş konstitusion hüquqdur. İddiaçı MMCtərəfindən hazırkı iş üzrə mövqeyi faktiki olaraq cavabdeh4 öz hüququndan istifadə etməklə məhkəməyə müraciət etmək hüququndan istifadə etdiyi üçün ondan qisas alınmasıdır. Bir vətəndaş öz hüququndan istifadə etməklə məhkəməyə müraciət edib tərəflər arasında yaranmış mübahisənin həllinə nail olmaq istəyi ilə İddiaçı MMC-yə hər hansı bir formada ziyan vura bilməz.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

21. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 arasında ayrı-ayrılıqda ##.##.2024-cü il tarixli 245, 246, 247, *** nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, cavabdehlər ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə onlara məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi öhdələrinə götürmüşdürlər. Həmin müqavilələrin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən, ünvan 3 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165.375 manat pul ödəyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı cavabdeh4 cavabdeh İddiaçı MMCyə qarşı “cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin dayandırılması” tələbinə dair iddiası təmin edilməməmiş, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızına qarşı “cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmaları, həmin mənzilin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızı tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, həmin mənzilə dair cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının mülkiyyət hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il qətnaməsinə əsasən, Apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Hazırda iddiaçı tərəflər arasında imzalanmış müqavilələrin icra olunmaması nəticəsində ona dəymiş 560.500 manat kirayə haqqı zərərinin və işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olaraq 50.000 (əlli min) manat kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

23. Iddiaçı iddia edir ki, cavabdehlərin hər birinə 165.375 manat olmaqla, ümumilikdə 661.500 manat kompensasiya onların hər birinin bank hesabına köçürülmüşdür. Həmin vəsait mülkiyyətçilər tərəfindən təhvil alınsa da, yaşayış sahəsi indiyə qədər təhvil verilməmişdir. Əksinə cavabdeh cavabdeh4 tərəfindən məhkəmədə əsassız iddialar qaldırılmaqdadır. Çıxarış üzrə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyətində olsa da, Kazım Kazımzadə küçəsi, ev 32 ünvanında yerləşən və digər şəxslərin mülkiyyətində olan yaşayış sahəsinə dair də əsassız hüquqlar iddia olunmaqdadır. Bununla da, kompensasiya ödənilmiş yaşayış sahəsini də tərk etməməkdə və söküntüsünün qarşısını almaqdadır. Nəticədə, İddiaçı MMC nəzərdə tutulan layihəni tam icra edə bilməyərək, həmin ərazidən köçürülmüş sakinlərə təhvil verilməli olan blokun tikintisinə başlaya bilməmişdir. Layihənin icrasına hələ də başlanılması mümkün olmasa da, həmin ərazidən köçürülmüş sakinlərə hər ay icarə haqqı ödənilməkdədir. Yeni blokun tikintisinə başlanması üçün yeganə maneə cavabdeh4 və ailə üzvlərinin faktiki istifadəsində olmuş ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olmuşdur. cavabdeh4, həmçinin İddiaçı MMC barəsəində yalan məlumatları əks etdirən müxtəlif dövlət orqanlarına şikayətlərlə, mediada yayılan əsassız fikirlərlə İddiaçı MMC-nin işgüzar nüfuzuna zərər dəymişdir. Sakinlərlə imzalanmış əvəzləşdirmə müqavilələrinə əsasən Şirkət sakinlərdən təhvil aldığı yaşayış sahələri əvəzində razılaşdırılmış müddət ərzində tikiləcək binada yeni binalarla təmin etməyi öhdəsinə götürmüşdür. Lakin həmin ərazidə bir il ərzində heç bir işin görülməsi mümkün olmadığı üçün həmin öhdəliklərin yerinə yetirilməsi böyük gecikmə ilə üzləşmişdir. Bununla da, İddiaçı MMC-nin sakinlər arasında nüfuzuna ciddi zərər dəymiş, digər sakinlərlə razılaşmada böyük çətinliklər yaranmış və ümumilikdə tikinti sektorunda Şirkətin nüfuzuna zərər dəymişdir. Belə ki, Şirkətin sakinləri “xxxx” görüntüsü yaranmışdır. 24.Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilələrin icra olunmaması nəticəsində ona dəymiş 560.500 manat kirayə haqqının ödənilməsi hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı cavabdehlərin evi boşaltmaması səbəbindən tikintinin ləngidiyini və buna baxmayaraq şirkət tərəfindən digər sakinlərə kirayə pulu ödənildiyini bildirsə də, digər sakinlərlə bağlanan müqavilələr üzrə öhdəliklər (kirayə haqqı ödənilməsi) İddiaçı MMC-nin həmin şəxslər qarşısında öz müqavilə öhdəliyidir. Iddiaçı tərəfindən təqdim edilən sənədlər zərərin məhz cavabdehlərin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yarandığını təsdiqləmir. Təqdim edilmiş ödəniş tapşırıqları iddiaçının üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icra edildiyini göstərir və iddiaçıya dəymiş maddi zərərin yaranmasında cavabdehlərin birbaşa təqsirini və ya onların hərəkətləri ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirmir. Bundan başqa iddiaçı cavabdehlərin məhkəmədə iddia qaldırmasını tikintini ləngitməyə yönəlmiş hərəkət kimi qiymətləndirir. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin öz mülkiyyətini və ya faktiki yaşayış yerini qorumaq üçün məhkəməyə müraciət etməsi və ya müvəqqəti təminat tədbiri barədə ərizə verməsi onun qanuni hüququdur. Müvəqqəti təminat tədbirinin tətbiqi, hətta sonradan ləğv edilsə belə məhkəmə tərəfindən verilmiş hüquqi qərardır və bu qərardan irəli gələn nəticələrə görə cavabdehlər maddi məsuliyyət daşımır. Iş materiallarıda olan Bakı şəhəri ünvan 5 ünvanından çıxarılması və mülkiyyət hüquqlarına xitam verilməsi artıq təmin edilmişdir, apellyasiya instansiyası həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Göründüyü kimi, iddiaçının hüquqları artıq məhkəmə qətnaməsi ilə bərpa edilmişdir. Həmin qətnamə hələ qanuni qüvvəyə minməsə belə, eyni faktlara əsaslanaraq əlavə olaraq iddiaçının maddi zərərin ödənilməsi tələbi irəli sürməsi mülki hüququn əsas prinsiplərinə ziddir.

25. Məhkəmə iddia tələbinin işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq 50.000 (əlli min) manat kompensasiyanın ödənilməsi hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki,işgüzar nüfuza dəymiş zərər isə iddiaçının ümumi mülahizələrinə əsaslanır və heç bir əsaslı sübutlarla təsdiqini tapmamışdır.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 23.4, 23.6, 386.1, 425.1, 425.2, 442, 443.1, 445.1, 445.2.1, 445.5, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci və Mülki Prosessual Məcəllənin 82.3, 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılımış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ilə ayrı-ayrılıqda bağlanmış ##.##.2024-cü il tarixli 245, 246, 247, *** nömrəli müqavilələr üzrə öz öhdəlikləri tam icra edilmiş, müqavilələr üzrə razılaşdırılmış vəsait MMC tərəfindən Mülkiyyətçilərə ödənilmişdir. Buna baxmayaraq, cavabdehlər tərəfindən müqavilə üzrə öhdəliklərindən heç biri icra edilməmiş, onlara aid ev iddiaçıya təhvil verilməmişdir. Halbuki, müqavilələrin məqsədi cavabdehlərə aid evin iddiaçıya təhvil verilməsi və həmin evin sökülərək yerində çox mərtəbəli yaşayış binasının tikintisi olmuşdur. Cavabdehlərin öz müqavilə öhdəliklərini icra etməməsi nəticəsində onlara aid yaşayış sahəsinin yerində inşa ediləcək binanın tikintisinə başlamaq mümkün olmamışdır. Bu səbəbdən də, tikinti prosesində hələ də davam edən gecikmələr yaranmışdır. Gecikmələr səbəbindən isə MMC-yə böyük miqdarda zərər dəymişdir. Belə ki, MMC cavabdehlərin öz müqavilə öhdəliklərini vaxtında icra edəcəyinə etimad etmiş, digər sakinlər qarşısında da həmin ərazidə inşa ediləcək binaya dair öhdəliklər götürmüşdür. Lakin cavabdehlərin hüquq pozuntusuna yol verməsi səbəbindən, digər sakinlər qarşısında öhdəliklərin icrasında da gecikmələr yaranmışdır. Birinci Instansiya Məhkəməsi tərəfindən bildirilmişdir ki, MMC tərəfindən digər sakinlərə ödənilmiş kirayə haqları MMC-nin digər sakinlərlə bağlanmış müqavilələr üzrə öhdəlikləridir və zərərin məhz cavabdehlərin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yarandığını təsdiqləmir. Digər sakinlərə ödənilmiş kirayə haqlarının əsasında həmin sakinlərlə MMC arasında imzalanmış müqavilələrin dayandığı işin mübahisəsiz halıdır. Lakin həmin müqavilələr imzalanarkən halhazırki iş üzrə cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 öz öhdəliklərini problemsiz icra edəcəkləri və binanın tikintisinin vaxtında tamamlanacağı əsas götürülmüşdü. Lakin, bu günə qədər cavabdehlər müqavilə öhdəliklərini icra etməyərək, onlara aid evi təhvil vermədiyinə görə həmin binanın inşasına başlamaq ümumiyyətlə mümkün olmamışdır. Bu isə o deməkdir ki, həmin dövr ərzində MMC digər sakinlər qarşısında olan öhdəliklərinin icrası olaraq onlara kirayə haqlarını ödəməyə davam etsə də, mənzillərin təhvili cavabdehlərdən birbaşa asılı olan qeyri müəyyən müddətə qədər gecikməkdədir. Əlavə olaraq, nəzərə alınmalıdır ki, MMC tərəfindən təqdim edilmiş kirayə haqqı ödənişləri məhz cavabdehlərə aid evin yerində tikiləcək binada mənzilin təhvil verilməsi razılaşdırılmış sakinlərə ödənilən kirayə haqlarıdır. Həmçinin, təqdim edilmiş ödənişlər cavabdehlərlə müqavilə imzalandığı dövrdən iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixə qədərki dövrü əhatə etməkdədir. Bununla da, sübuta yetməkdədir ki, MMC-yə dəymiş zərər məhz cavabdehlərin öz öhdəliklərini icra etməməsi nəticəsində yaranmışdır. Birinci Instansiya Məhkəməsi tərəfindən qeyd edilənlərə düzgün qiymət verilməmiş, işin faktiki hallarına uyğun olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Beləliklə, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Birinci Instansiya Məhkəməsi tərəfindən qeyd edilmişdir ki: “Cavabdehlərin dövlət orqanlarına şikayət etməsi və ya öz hüquqlarını qoruması iddiaçının işgüzar nüfuzuna zərər vurma kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdehlərin öz konstitusion hüquqlarından istifadə edərək məhkəməyə müraciət etməsi hüquqa zidd hərəkət sayıla bilməz.” Nəzərə alınmalıdır ki, mübahisə predmetini ilk olaraq cavabdehlərin öz müqavilə öhdəliklərini icra etməməsi təşkil etməkdədir. Cavabdehlər öz əsassız tələblərinə qanuni don geyindirmək məqsədi ilə əsassız tələblərlə bir sıra dövlət orqanlarına və məhkəməyə müraciət etmişdirlər. Burada xüsusi diqqətə alınmalı olan məsələ qeyd edilən tələblərin qanunsuzluğu və əsassızlığının bir sıra məhkəmə aktları ilə təsdiqini tapmasıdır. Işin faktiki hallarının düzgün təhlili cavabdehlər tərəfindən hüquqdan sui-istifadəyə yol verildiyini sübuta yetirməkdədir. Belə ki, cavabdehlər ilk olaraq iddiaçı ilə müqavilələr imzalamış və həmin müqavilələrə əsasən iddiaçıdan ümumilikdə 661500 AZN kompensasiya əldə etmişdirlər. Həmin kompensasiyanı da bank hesabı vasitəsi ilə əldə etdikdən sonra öz öhdəliklərini icra etməmiş və buna qanuni görüntü yaratmaq məqsədi ilə real olmayan hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmişdirlər. Bu tələblərin də əsassız olduğu bir sıra məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq, Birinci Instansiya Məhkəməsi tərəfindən cavabdehlərin addımları hüquqa zidd hərəkət hesab edilməmişdir. Müqavilə şərtləri üzrə kompensasiya əldə etdikdən sonra, cavabdehlərin həmin müqavilə üzrə öz öhdəliklərini bir ildən uzun müddətdir ki icra etməməsi, bununla da MMC-yə və onlarla sakinin hüquqlarına zərər vurulmasının hüquqa zidd hərəkət hesab edilməməsi ədalətli mövqe hesab edilə bilməz. Cavabdehlər tərəfindən öz hüquqlarından açıq aşkar suiistifadə edilməkdədir. Həmin sui-istifadənin məqsədi İddiaçı MMC-dən əlavə maddi mənfəət əldə edilməsi təşkil etməkdədir. Bu cür şəxsi və ədalətsiz məqsədlər üçün ən ali konstutision hüquqların alət edilməsi yolverilməzdir. MPM-in 88-ci maddəsinə, Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin yanaşmalarını nəzərə almayan birinci instansiya məhkəməsi, tərəflər arasında imzalanmış müqaviləni, onun şərtlərini və həmin müqavilə ilə tərəflərin öz üzərinə götürdüyü öhdəlikləri tam araşdırmamış və hüquq normasını tətbiq edərkən qüsurlu mövqedən çıxış etmişdir. Məhkəmə tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmişdir. Belə ki, əvvəlki hissələrdə də qeyd edildiyi kimi, cavabdehlərin öz konstitusion hüquqlarından konstitusiyada nəzərdə tutulmuş məqsədlər üçün deyil də, öz şəxsi maddi məqsədləri üçün suiistifadə etdikləri nəzərə alınmamışdır. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar, məhkəmə aktlarına düzgün qiymət verilməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə aktları ilə sübuta yetirilməkdədir ki cavabdehlərin qanunla qorunmalı olan hər hansı real hüquqları olmamışdır. Təqdim edilmiş qəbzlərə də, düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə prosesində də diqqətə çatdırılmışdır ki, təqdim edilən qəbzlər məhz cavabdehlərə aid evin yerində tikiləcək binada yerləşdiriləcək sakinlərə aiddir. X10 Məhkəməsi tərəfindən həmin qəbzlərə dair hər hansı sual vardırsa, işin məhkəmə baxışı üçün hazırlanması məqsədi ilə əlavə aydınlaşdırma tələb edilməmişdir. Yalnız məhkəmə qətnaməsində bu barədə mövqe bildirilmişdir. Halbuki, işin məhkəmə baxışı üçün tam hazırlanması məqsədilə bütün zəruri hərəkətlərin görülməsi məhkəmənin vəzifəsidir. Birinci Instansiya Məhkəməsi tərəfindən aparılan səhv qiymətləndirmə nəticəsində əsassız qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır..

c) Proses iştirakçılarının izahatı

30. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı qəbul edildikdən sonra icra sənədi icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərildi. Icra prosesi zamanı da cavabdehlər yayınırdılar. ##.##.2026-ci il tarixdə həmin əmlak təhvil verildi və məhkəmə qərarı icra edildi. ##.##.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehlər 10 gün ərzində mənzili təhvil verməli idi, lakin müxtəlif əsassız tələblərlə ##.##.2026-cı ilədək mənzil təhvil verilməmişdir. Bu səbəbdən onların görməli olduğu işlər də ləngimişdir, tikinti işlərinin aparılması mümkün olmamışdır. Cavabdehlərin qeyd etdiyi ** nömrəli ünvanda başqa vətəndaşlar yaşayır, çıxarış var. Onlarla müqavilə bağlanılıb və köçürülüblər. Cavabdehlərlə bağlanmış müqavilədə isə ** nömrəli ünvandır, onlar da bunu bilərək müqaviləni imzalayıblar. Zərərin ödənilməsi 2024-cü ilin iyul ayından cavabdehlərin mənzili təhvil verdikləri günə qədər olan müddətə tələb edilir. Onlar vətəndaşlara 2 ilə yaxın müddətdir ki, kirayə haqqı ödəmişdir, lakin binanın tikintisinə başlaya bilməmişlər.

32. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh cavabdeh4 izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, onların həmin evdən çıxmamağına səbəb həmin mənzillə bağlı məhkəmə mübahisəsinin olması olub. Həmin ünvanda sökülməyən tək ev onlara aid olmayıb, başqa şəxslər də evlərini tərk etməyiblər. Onların evin yaxınlığında artıq demək olar ki, 10 mərtəbə tikilib. Bu 10 gün müddətində tikilməyib. Tikinti işləri 2 ildir ki, davam edir. Əgər onlar bir ziyan vurmuşdursa, bunun sübutu olmalıdır. Onların 32 və 34 ünvanlı iki mənziləri olub. O, müqaviləni imzalayanda onların həmin müqavilədə təkcə ** nömrəli mənzili yazdıqlarını görməmişdir. Sonradan onlara dedilər ki, onlara 32/34 olmaqla iki ünvan satmışdır. Onlar əslində evdən çıxacaqdır. Sonradan bu məsələ yarandığı üçün məhkəməyə müraciət etdilər. Mənzilin təhvil verilməsini ləngitməmişlər. Məhkəmə prosesləri davam etdiyi üçün müqavilədəki öhdəliklərini icra etməmişlər. Onlar bunlarla əlaqədar məhkəməyə müraciət etmişdir. Buna görə də müqavilədə nəzərdə tutulan 10 gün ərzində mənzilin təhvil verilməsi mümkün olmayıb. Onlar qarşı tərəflə danışıqlar apardılar, razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət etdilər. ** nömrəli ünvanla bağlı kommunal ödənişlərə dair sənədləri var. Atası həmin ünvanda qeydiyyatda olub.

33. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq normaları:

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. Icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Icraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir.

40. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, ünvan 3 ünvanı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının mülkiyyətində olmuşdur.

41. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər bir mülkiyyətçi arasında ayrı ayrılıqda bağlanmış ##.##.2024-cü il tarixli 245, 246,247 və 248 nömrəli müqavilələrin 2.1-ci bəndinə əsasən, mülkiyyətçi ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir.

42. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ünvan 3 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165.375 manat pul ödəyir. 43.Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kompensasiya məbləği Mülkiyyətçinin bank hesabına köçürülür.

44. Iddiaçı tərəflər arasında imzalanmış müqavilələrin icra olunmaması nəticəsində ona dəymiş 560.500 manat kirayə haqqı zərərinin və işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olaraq 50.000 (əlli min) manat kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

45. Iddiaçının dəlillərinə görə cavabdehlərin hər birinə 165.375 manat olmaqla, ümumilikdə 661.500 manat kompensasiya onların hər birinin bank hesabına köçürülmüşdür. Həmin vəsait mülkiyyətçilər tərəfindən təhvil alınsa da, yaşayış sahəsi indiyə qədər təhvil verilməmişdir. Əksinə cavabdeh cavabdeh4 tərəfindən məhkəmədə əsassız iddialar qaldırılmaqdadır. Çıxarış üzrə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyətində olsa da, Kazım Kazımzadə küçəsi, ev 32 ünvanında yerləşən və digər şəxslərin mülkiyyətində olan yaşayış sahəsinə dair də əsassız hüquqlar iddia olunmaqdadır. Bununla da, kompensasiya ödənilmiş yaşayış sahəsini də tərk etməməkdə və söküntüsünün qarşısını almaqdadır. Nəticədə, İddiaçı MMC nəzərdə tutulan layihəni tam icra edə bilməyərək, həmin ərazidən köçürülmüş sakinlərə təhvil verilməli olan blokun tikintisinə başlaya bilməmişdir. Layihənin icrasına hələ də başlanılması mümkün olmasa da, həmin ərazidən köçürülmüş sakinlərə hər ay icarə haqqı ödənilməkdədir. Yeni blokun tikintisinə başlanması üçün yeganə maneə cavabdeh4 və ailə üzvlərinin faktiki istifadəsində olmuş ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olmuşdur. cavabdeh4, həmçinin İddiaçı MMC barəsəində yalan məlumatları əks etdirən müxtəlif dövlət orqanlarına şikayətlərlə, mediada yayılan əsassız fikirlərlə İddiaçı MMC-nin işgüzar nüfuzuna zərər dəymişdir. Sakinlərlə imzalanmış əvəzləşdirmə müqavilələrinə əsasən Şirkət sakinlərdən təhvil aldığı yaşayış sahələri əvəzində razılaşdırılmış müddət ərzində tikiləcək binada yeni binalarla təmin etməyi öhdəsinə götürmüşdür. Lakin həmin ərazidə bir il ərzində heç bir işin görülməsi mümkün olmadığı üçün həmin öhdəliklərin yerinə yetirilməsi böyük gecikmə ilə üzləşmişdir. Bununla da, İddiaçı MMC-nin sakinlər arasında nüfuzuna ciddi zərər dəymiş, digər sakinlərlə razılaşmada böyük çətinliklər yaranmış və ümumilikdə tikinti sektorunda Şirkətin nüfuzuna zərər dəymişdir. Belə ki, Şirkətin sakinləri “xxxx” görüntüsü yaranmışdır.

46. Işə baxan birinci instansiya məhəməsi qeyd etmişdir ki, cavabdehlərin öz mülkiyyət və yaşayış hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməsi və müvəqqəti təminat tədbiri alması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən irəli gələn qanuni hüquqdur və hüquqa zidd əməl kimi qiymətləndirilə bilməz. Iddia olunan 560.500 manatlıq maddi zərər (kirayə haqları) şirkətin üçüncü şəxslər qarşısındakı müqavilə öhdəliyinin icrasıdır və bunun yaranmasında cavabdehlərin birbaşa təqsiri, eləcə də hərəkətləri ilə zərər arasında səbəbli əlaqə sübut olunmamışdır. Eyni zamanda, işgüzar nüfuza dəymiş zərər isə iddiaçının ümumi mülahizələrinə əsaslanır və heç bir əsaslı sübutlarla təsdiqini tapmamışdır.

47. Kollegiya iddianın tam rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.

48. Belə ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

49. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

50. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

51. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

52. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

53. Öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən Mülki Məcəllənin 425.1ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

54. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

55. Hazırki işin hallarında görünür ki, iddiaçı İddiaçı MMC ilə cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 arasında ayrı-ayrılıqda ##.##.2024-cü il tarixli 245, 246, 247, *** nömrəli müqavilələr bağlanlılaraq, razılaşdırılmışdır ki, cavabdehlər ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə onlara məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili müqavilə təqdim olunduğu gündən 10 gün ərzində Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməli, Şirkət isə tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165.375 manat pul ödəməlidir. 56.Işin mübahisəsiz halıdır ki, cavabdehlərin hər birinə müqavilə üzrə ödənilməli olan məbləğ ödənilsə də cavabdehlər 1 il 10 ay müddətində müqavilə üzrə öhdəliyini icra etməyərək mənzili təhvil verməmişlər. Cavabdehlər hesab etmişlər ki, onlarla ev 32 üçün də razılıq əldə edilməli idi.

57. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli, ##.##.2024 cü il tarixli qərardadı ilə iddiaçı cavabdeh4 cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və söküntü-tikinti işlərinin dayandırılması" tələbinə dair mülki iş üzrə iddiaçı cavabdeh4 müvəqqəti təminat tədbirinin görülməsi haqqında ərizəsi təmin edilərək, e-*(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və həmin evin, eyni zamanda evlə əlaqəli tikililərin (iddiaçı cavabdeh4 aid hissədə) sökülməsi iş üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilmişdir.

58. Həmin qərardadın məzmunundan görünür ki, “e-*(***)-****/**** saylı mülki iş üzrə ##.##.2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilərək, iddiaçı cavabdeh4 cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və söküntü-tikinti işlərinin dayandırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış və sözügedən qərardad ## ###### 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır.”

59. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli, ##.##.2025 ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e 16(006)- ***/**** saylı qərardadı ilə iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və həmin evin, eyni zamanda evlə əlaqəli tikililərin (iddiaçı cavabdeh4 aid hissədə) sökülməsinin iş üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi ləğv edilmişdir.

60. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdeh4 nümayəndəsi-vəkili X7 tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə rədd edilmişdir.

61. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025 ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı cavabdeh4 cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü tikinti işlərinin dayandırılması” tələbinə dair iddiası təmin edilməməmiş, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızına qarşı “cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmaları, həmin mənzilin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızı tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, həmin mənzilə dair cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının mülkiyyət hüquqlarına xitam verilməsi qət edilmişdir.

62. Həmin qətnamənin məzmunundan müəyyən edilmişdir ki, “Iş materiallarında olan cavabdeh4 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətinə əsasən müəyyən edilir ki, o, ##.##.2024-cü il tarixdə vəfat etmiş atası Əsgərov Telman Əbdülhəsən oğlundan qalmış miras əmlakının özünə çatan hissəsindən cavabdeh2 xeyrinə imtina etmişdir (eyni məzmunlu ərizələri qarşılıqlı iddia üzrə digər cavabdehlər də imzalamışdır). Iş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı X1, X15, X2, X8 və X13 paylı mülkiyyətindədir. ...Həmin yaşayış sahəsinə və əraziyə 2 dəfə yerli baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlak (ev 34 ünvanı) giriş hissə və 5 otaqdan ibarətdir, 1 mərtəbəli tikilidir. Həmin tikilinin yaxın ətrafında yaşayış yeri kimi tikililər, evlər vardır. Ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş müqavilə predmeti Əsgərov Telman Əbdülhəsən oğluna məxsus K.Kazımzadə 32/34, kvartal-1 ünvanında yerləşən mənzilin sxeminə əsasən sözügedən sxem ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən (iddia tələbi üzrə kompensasiyası ödənilmədiyi iddia edilən) və mənzil 32 ünvanı olması iddia edilən mənzilə aiddir. Sözügedən sxem cavabdeh4 və digərləri tərəfindən imzalanmışdır. Deməli, tərəflər arasında bağlanmış müqavilə predmeti olan mənzil məhz ilkin iddia üzrə kompensasiyasının ödənilmədiyi iddia edilən (ev 32) (yerli baxış və iş materialları nəzərə alınmaqla), lakin kompensasiya məbləği ödənilmiş mənzildir. Həmçinin, iş materiallarında olan ** saylı MKIS tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, Əsgərov X19 rayonu, Kazım Kazımzadə küçəsi, ev 34 ünvanında yaşayır.” 63.Göründüyü ki, cavabdehlər mülkiyyətində olan ** saylı evə görə ödənişi əldə etdikdən sonra mənzili təhvil verməmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025 ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı cavabdeh4 cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü tikinti işlərinin dayandırılması” tələbinə dair iddiası təmin edilməməmiş, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızına qarşı “cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və X5 Ağa qızının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir.

64. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il qətnaməsinə əsasən, Apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

65. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Nümayəndə təsdiq etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı qəbul edildikdən sonra icra sənədi icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş, icra qaydasında ##.##.2026-ci il tarixdə həmin ev təhvil verilərək sökülmüşdür.

66. Göründüyü kimi, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilələrin şərtlərinə görə, mənzil ən geci ##.##.2024-cü il tarixdə iddiaçıya təhvil verilməli olduğu halda, cavabdehlərin qanunsuz müqaviməti və öhdəliyi icra etməməsi səbəbindən mənzil könüllü olaraq deyil, yalnız ##.##.2026-cı il tarixdə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında təhvil verilmişdir.

67. Bütün bu faktiki halları sistemli təhlil edərək Kollegiya vurğulayır ki, cavabdehlərin bu cür davranışı müqavilə öhdəliyinin aşkar pozuntusu kimi tövsif olunur, birinci instansiya məhkəməsinin bu davranışı cavabdehlərin öz mülkiyyət və yaşayış hüquqlarını qorumaq üçün məhkəmə müdafiəsi hüququndan istifadə kimi qiymətləndirməsi qanuni və əsaslı hesab edilə bilməz. Kollegiya hesab edir ki, müqavilə ilə açıq-aşkar öhdəlik götürmüş və bunun müqabilində kompensasiya almış tərəfin müqavilənin icrasından birtərəfli qaydada yayınması məhkəmə müdafiəsi hüququnun hüdudlarını aşaraq, qarşı tərəfin hüquqlarının pozulmasına yönəlmiş hüquqdan sui-istifadə halını təşkil edir.

68. Bu konteksdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə həmin hissədə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

69. Beləliklə, müəyyən edildiyi kimi cavabdehlər tərəfindən ##.##.2024-cü il tarixdə təhvil verilməli ev məhkəmə qərarının icrası qaydasında ##.##.2026-cı il tarixdə təhvil verilərək müqavilənin icrası 1 il 10 ay gecikdirilmişdir. Iş materialında olan video görüntüyə nəzər saldıqda müəyyən olunur ki, tikinti başlanılmış, ətraf ərazi boşaldılsa da cavabdehlərin evi mərkəzdə qalmış və tikintiyə maneçilik törətmişdir.

70. Kollegiya razılaşır ki, müqavilə öhdəliyinin bu qədər müddətə gecikdirilməsi mübahisəsizdir ki, iddiaçının digər mənzil mülkiyyətçiləri qarşısında öhdəliklərini vaxtında icra etməsinə maneə törədərək onun zərərə məruz qalmasına səbəb olmuşdur.

71. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yazılı razılaşma olmuş və cavabdehlər bu razılaşmanı qəsdən vaxtında icra etmədiyindən məsuliyyət daşımalı və müqavilə üzrə aldıqları vəsaitin 22 ay üçün illik beş faizi məbləğində (165375 manat/100*5/12*22 ay=15.159,375 manat) zərər cavabdehlərin hər birindən iddiaçının xeyrinə tutulmalıdır.

72. Məhkəmə kollegiyası işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq 50.000 (əlli min) manat kompensasiyanın ödənilməsi hissəsində iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə iddia əsassızdır. 73.Belə ki, Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqinda Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarına əsasən Işgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. 2.3.5. Işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır.

74. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hər birindən 15.159,375 manat, cəmi 60637,5 manat məbləğində pul iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 271,91 manat və apellyasiya şikayətinin verilməsin üçün ödənilmiş rüsumunun əvəzi olaraq 135,95 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392,402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hər birindən 15.159,375 manat, cəmi 60.637,5 manat məbləğində pul iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövət rüsumun əvəzi olaraq 271,91 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövət rüsumunun əvəzi olaraq 135,95 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin, ödənilmiş rüsumun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar