Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-745/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 10 516,72 (on min beş yüz on altı manat 72 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 899,38 (səkkiz yüz doxsan doqquz manat 38 qəpik) manat və 124,25 (bir yüz iyirmi dörd manat 25 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11 540,25 (on bir min beşyüz qırx manat 25 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı IB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWIFT IBAZAZ2X, Azəriqaz it VÖeN**********, IBAN: AZ50IBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent Cavabdeh arasında ##.##.2022-ci il tarixində **-***** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Birlik abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 691,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 1036,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 149,14 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 274,32 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 731,92 manat (video);cəmi 10 516,72 (on min beş yüz on altı manat 72 qəpik) manat məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. AR Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və cavabdeh barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin ödənilməmiş 2020-ci ilin avqust-dekabr ayları üzrə 228,20 manat sərfiyyat borcu və limitdən əlavə 1,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 675,50 manat sərfiyyat və limitdən əlavə 15,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 388,92 manat sərfiyyat və limitdən əlavə 8,08 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar ayı üzrə 14,28 manat uçotu pozulmuş qaz sərfin, cəmi 1331,98 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin avqust ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh 432,60 manat ödəniş etmişdir. Yuxarda qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 899,38 (səkkiz yüz doxsan doqquz manat 38 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin Birliyə ödəməli olduğu borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 11 416,10 (on bir min dörd yüz on altı manat 10 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Birliyə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş maddi zərər üzrə 731.92 AZN (yeddi yüz otuz bir manat doxsan iki qəpik) və debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 14.28 AZN (on dörd manat iyirmi səkkiz qəpik) olmaqla, cəmi 746.2 AZN (yeddi yüz qırx altı manat iyirmi qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutulması və iddiaçı İddiaçı Istehsalat Birliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:
5. Iddiaçı tərəfindən verilmiş şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda Birliyin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsinə dair sübutların olmasına baxmayaraq, rayon məhkəməsi iddia tələbini tam təmin etməməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qaz sayğacına müdaxilə edilməklə təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Eyni zamanda aktlar cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Faktla bağlı İddiaçı IB tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyinə də, rəsmi müraciət edilmişdir. Göstərilənlərə əsasən qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi:
8. Mülki iş materiallarında olan ##.##.2022-ci il tarixli, **-***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, İddiaçı Istehsalat Birliyi müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdehnu keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
9. ##.##.2022-ci il tarixli qaz paylayıcısı və istehlakçı arasında “qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktdan görünür ki, qaz paylayıcısı tərəfindən istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Zenner smart 0189210740867 qaz sayğacı quraşdırılması nəzərdə tutulmuşdur.
10. ##.##.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh oğlu, abonent kodu 100321401200070, ünvan ünvan 2bonent koduna 06/2025-ci il tarixinə 11416.1 manat borc mövcuddur.
11. ##.##.2025-ci il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 90 günlük hesabat aparılaraq 4212 m3 qaz itkisinə görə 731.92 manat borc hesablanmışdır. Akta qeyd əlavə edilərək, Cavabdeh aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur.
12. X3 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, ##.##.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
13. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması və rəyin verilməsinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunması qərara alınmışdır. Həmçinin rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.
14. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının *-**-*-*/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, 2023-cu ilin ## #### tarixiədək istehlakçı tərəfinden sayğaca müdaxile, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikde tənzimlənmirdi. Qeyd olunan münasibetlerin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ile təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na deyişiklik edilmesi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli 218 nömreli Qerarı ile müəyyən edilmişdir. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5- 1-ci ve 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evinde hal-hazırda istifadə olunan 1 eded PQ-4 məişət tipli qaz plitesinin maksimal saatlıq qaz sərfi 1,2 m3,1 eded 24 kwt gücündə kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3, 1 eded dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3,1 eded iran sobasının maksimal qaz sərfi 1,5 m3, işləmə rejimi 12 saat nəzərə alınaraq qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: ##.##.2022-ci il tarixində qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün -1.2 m3 x 12 saat x 90 gün = 1296 m3; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 2.5 m3 x 12 saat x 90 gün = 2700 m3; 1 ədəd dəmir soba üçün - 1.4 m3 x 12 saat x 47 gün = 789.6 m3; Cəmi 4785.6 m3 (1296+2700+789.6=4785.6) təşkil edə bilər. 2023- cü il üzrə qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün -1.2 m3 x 12 saat x 90 gün = 1296 m3; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 2.5 m3 x 12 saat x 90 gün = 2700 m3; 1 ədəd dəmir soba üçün -1.4 m3x 12 saat x 90 gün = 1512 m3; Cəmi 5508 m3 (1296+2700+1512=5508) təşkil edə bilər. 2024- cü ilin ilk 4 ayı üzrə qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün -1.2 m3 x 12 saat x 90 gün = 1296 m3; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 2.5 m3 x 12 saat x 90 gün = 2700 m3; 1 ədəd dəmir soba üçün -1.4 m3 x 12 saat x 90 gün = 1512 m3; Cəmi 5508 m3 (1296+2700+1512=5508) təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında yuxarıda göstərilən dövrlər üzrə hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər ünvan 1 ünvanında ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək Istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3, 1 ədəd 250 litr həcmdə qeyri standart su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2.5 m3, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 olduğu nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2022- ci il ərzində hesablanan 4785.6 m3 qaz həcminin dəyərinin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144 manat), 1200-2500 m3-i 0,20 manat (1300 x 0,20 = 260 manat),qalan 2285.6 m3-i isə 1 m3-i 0,25 manat (2285.6 x 0,25 = 571.4 manat); Beləliklə 2022-ci il ərzində 144+260+571.4=975.4 manat təşkil edə bilər. 2023- cü il ərzində hesablanan 5508 m3 qaz həcminin dəyərinin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144 manat), 1200-2500 m3-i 0,20 manat (1300 x 0,20 = 260 manat),qalan 3008 m3-i isə 1 m3-i 0,25 manat (3008 x 0,25 = 752 manat); Beləliklə 2023-cü il ərzində 144+260+752=1156 manat təşkil edə bilər. 2024- cü ilin yanvar-aprel ayları ərzində hesablanan 5508 m3 qaz həcminin dəyərinin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144 manat), 1200-2500 m3-i 0,20 manat (1300 x 0,20 = 260 manat),qalan 3008 m3-i isə 1 m3-i 0,25 manat (3008 x 0,25 = 752 manat); Beləliklə 2024-cü il ərzində 144+260+752=1156 manat təşkil edə bilər. Ümumilikdə qaz xəttinə qeyri-qanuni qoşulma halında göstərilən qaz qurğularının maksimal saatlıq qaz sərfinə uyğun olaraq 2023-cü ilin iyul-dekabr ayları və 2024-cü ilin yanvar-aprel aylarında dəymiş ziyanın məbləği 975.4+1156+1156=3287.4 (üç min iki yüz səksən yeddi manat qırx qəpik) manat təşkil edə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
15. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
18. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir.
19. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). Istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)
20. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
24. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
22. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
36. 384.0.3. qətnaməni dəyişdirə bilər;
37. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır
39. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
40. Məhkəmə iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə cavabdehdən tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir.
41. Hazırkı işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehin sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək akt tərtib olunmaqla, dəymiş zərər kimi 10516.72 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Habelə cavabdehin istifadə etdiyi təbii qazın sərfiyyatına görə ödənilməmiş 899.38 manat debitor borcu vardır və bu borcları cavabdeh ödəməmişdir. Ona görə iddiaçı cavabdeh tərəfindən ona vurulmuş dəymiş maddi zərərin əvəzinin, həm də debitor borcun cavabdehdən tutulmasını tələb edir.
42. Iddia tələblərini qismən təmin edən rayon məhkəməsi iddiaçıya dəymiş zərərlə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh barəsində ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi təbii X2 pozulması ilə bağlı 16 (on altı) Akt və tələbnamə tərtib edilmiş, lakin yalnız sonuncu ##.##.2025-ci il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, iddiaçı İddiaçı IB tərəfindən cavabdeh barəsində ##.##.2025-ci il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət edilmiş və həmin akt əsasında X3 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız ##.##.2025-ci il tarixli akt əsasında hesablanmış 731.92 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.
43. Rayon məhkəməsi debitor borcla bağlı isə hesab etmişdir ki, iddiaçı həm müqavilə bağlanıldıqdan sonrakı dövr (2023-cü ilin yanvar ayı) üzrə ödənilməmiş debitor borcu, həm də müqavilə bağlanıldıqdan əvvəlki dövr, yəni 2020-ci ilin avqust-dekabr, 2021-ci ilin yanvardekabr, 2022-ci ilin yanvar-iyul ayları üzrə debitor borcların cavabdehdən tutulmasını tələb etmişdir. Işin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” ##.##.2022-ci il tarixində bağlanmışdır. Mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə əsasən də, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Işin müəyyən edilən hallarından göründüyü kimi, tərəflər arasında müqavilə münasibəti ##.##.2022-ci il tarixindən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu isə iddiaçı tərəfindən sübuta yetirilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (##.##.2022-ci il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Qeyd edilən səbəbdən iddia tələbinin 2020-ci ilin avqust-dekabr, 2021-ci ilin yanvardekabr və 2022-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış debitor borcun cavabdehdən tələb edilməsi əsassızdır. Ancaq 2023-cü ilin yanvar ayı üzrə təbii qazın sərfiyyatına görə ödənilməmiş debitor borcun cavabdehdən tələb edilməsi qanunidir və cavabdeh də izahatında həmin borcun olduğundan məlumatlı olduğunu, lakin maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini qeyd edərək, müvafiq borc öhdəliyinin olduğunu etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yalnız 2023-ci ilin yanvar ayı üzrə ödənilməmiş debitor borc, yəni 14.28 manat sərfiyyat borcu tutulmalı, əvvəlki dövr üzrə debitor borcun tutulması tələbi isə təmin edilməməlidir.
44. Debitor borcla bağlı hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkəmə iddiaçıya vurulmuş maddi ziyanla bağlı isə hesab edir ki, aparılmış araşdırmalar nəticəsində cavabdehin qaz sayğacından kənar qeyri-qanuni qaz xəttinə qoşulma halı aşkar edildiyindən iddiaçıya maddi ziyan dəyməsi sübut olunur.
45. Bununla belə, iddiaçı cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə ona 10516.72 manat məbləğdə ziyanın dəyməsi barədə əsaslı və şübhədənkənar sübutlar təqdim edə bilməmişdir. Göründüyü kimi, maddi ziyanın məbləği mübahisələndirilir.
46. Bununla bağlı Məhkəmə tərəfindən mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.
47. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının ## ##### 2026-cı il tarixli mütəxəssis rəyindən məlum olur ki, abonentin sayğacdan kənar qazdan istifadə etməsi və qaz sayğacına müdaxiləsi nəzərə alınarsa qazpaylayıcıya 2022-2024-cü illərdə dəyən zərərin məbləği 975.4+1156+1156=3287.4 (üç min iki yüz səksən yeddi manat qırx qəpik) manat təşkil edə bilər.
48. Məhkəmə qeyd edir ki, maddi ziyanın məbləğinin 10516.72 manat təşkil etdiyini iddia edən iddiaçı tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiydən, mütəxəssis rəyi ilə isə maddi ziyanın məbləğinin 3287.4 (üç min iki yüz səksən yeddi manat qırx qəpik) manat təşkil etdiyi müəyyən edildiyindən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən maddi ziyana görə tutulan məbləğ hissədə dəyişdirilməli, 2022-2024 illər üzrə təbii qazdan qanunsuz istifadəyə görə cavabdehdən tutulmalı məbləğ 3287.4 (üç min iki yüz səksən yeddi manat qırx qəpik) manat müəyyən edilməlidir. Təbii qazdan qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi ziyan üçün cavabdehdən tutulmalı olan ümumi – 2022-2025-ci illər üzrə məbləğ isə 3287.4+731.92=4019.32 (dörd min on doqquz manat otuz iki qəpik) manat müəyyən edilməlidir.
49. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
50. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
52. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
53. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Nəticə:
54. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən vurulmuş maddi ziyana görə tutulan məbləğ hissədə dəyişdirilməli, təbii qazdan qanunsuz istifadəyə görə cavabdehdən tutulmalı məbləğ 4019.32 (dörd min on doqquz manat otuz iki qəpik) manat olmaqla, (debitor borc və dövlət rüsumu da daxil olmaqla) cəmi tutulmalı məbləğ 4019.32+14.28+30=4063.6 (dörd min altmış üç manat altmış qəpik) manat müəyyən edilməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
56. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
57. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində qiyməti (11416.1-746.2=10669.9) 10669.9 (on min altı yüz altmış doqquz manat doxsan qəpik) manat olduğundan bu qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəfindən mübahisələndirilə bilən hissədə iddianın qiyməti isə 5000 (beş min) manatdan az olduğuna görə hazırkı qətnamədən cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
58. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı Istehsalat Birliyinin xeyrinə təbii qazdan qanunsuz istifadəyə görə vurulmuş maddi ziyana görə tutulmalı məbləğ 4019.32 (dörd min on doqquz manat otuz iki qəpik) manat olmaqla, cəmi tutulmalı məbləğ 4063.6 (dörd min altmış üç manat altmış qəpik) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə yalnız iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.