Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-747/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı iddiaçı1 MMC-nin qanuni təmsilçisi Nümayəndə, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı, “Nissan Sunny” Minik markalı avtomobil nəqliyyat vasitəsi iddiaçı iddiaçı2 mülkiyyətində olmuşdur.
2. iddiaçı1 MMC-nin təsisçisi və direktoru İcarəyə verən Nümayəndə (iddiaçı iddiaçı2 əri) ilə İcarədar cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, icarəyə verən **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı, “Nissan Sunny” Minik markalı avtomaşını bundan sonra müvəqqəti icarədarın istifadəsinə verir.
3. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə görə İcarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər "1" günü üçün 40 manat ödəyir qiymətlərə sığorta daxildir. İcarədar icarə haqqından əlavə yol-qəza oğurluq və şəxsi qəza hadisələri üçün nəzərdə tutulmuş 40 azn sığorta məbləğinin (franşiza) avtonəqliyyat vasitəsini təhvil alan gün icarəyə verənə ödəyir.
4. Müqavilədə İcarədarın öhdəlikləri sırasında həmçinin göstərilmişdir: 2.2.2. Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 2.2.4. Avtonəqliyyat vasitəsi üçüncü şəxs tərəfindən idarə olunacaqsa, icarədar bu barədə dərhal icarəyə verənə məlumat verməlidir və qanuna uyğun yol vərəqəsi almalıdır.
5. Müqavilənin 4.3-cü bəndində isə göstərilmişdir ki, “İcarəyə götürən öhdəliyinə götürdüyü avtomobili 2-ci şəxsə (icarəyə verənin razılığı olmadan) idarə etməyə verə bilməz."
6. iddiaçı1 MMC-yə verilmiş iltizamda qeyd olunanları cavabdeh1 imzası ilə təsdiq etmişdir: “Sürücülük vəsiqəmin icarəyə götürdüyüm xxxx MMC şirkətində qalmağına etiraz etmirəm. İcarəyə götürdüyüm avtomobili məndən başqası idarə etməyəcək, etdiyi halda şirkət tərəfindən deyilən 500 azn məbləğində cəriməni ödəməyə hazıram. ...” İltizama cavabdeh1 aşağıdakı əlavə qeydlər edilmişdir: “Maşında kasko sığortası olmadığını bilirəm və onunla razıyam, mən tərəfdən yaranan hər problemə cavabdehlik daşıyıram.”
7. ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddəsinin tərkibi yarandığı məlum olduğu üçün sürücü cavabdeh2 barəsində inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə toplanmış materialların Xəzər RPİ-nin DYPŞ vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi, cavabdeh1 əməlində Azərbaycan Respublikası İXMnin 335.3-cü maddəsinin tərkibi yarandığı məlum olduğu üçün sürücü cavabdeh1 barəsində inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi müəyyən edilmişdir.
8. Həmin qərardan müəyyən olunur ki, cavabdeh1 DİN-nin 102 xidmətinə ##.##.2024cü il tarixdə zəng edib Nissan markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması və yol-nəqliyyat hadisəsi olması barədə məlumat vermişdir. Araşdırma zamanı vətəndaş cavabdeh1 izahat verərək bildirmişdir ki, ... cavabdeh2 və Orxan İqdalıyev qonşularıdır, onlarla yoldaşlıq edir, ##.##.2024 tarixdə birlikdə üçü qərar vermişlər ki, sosial şəbəkədə tapdığı "xxxx MMC"-dən icarəylə avtomobil götürsünlər və idarə etsinlər, öz marağını ödəsinlər. ##.##.2024 tarixdə birlikdə MMC-ə getmiş, oradan öz adına **- SS-*** dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili, gündəlik 45 manat ödəməklə sənədləşdirib götürmüş, oraya onunla dostlarının nömrəsini də əlaqə üçün yazmış, bir gün pulunu Orxan, bir Vüsal, iki gün o, sonra yenə onlar Anar adlı MMC-ni işlədən şəxsin verdiyi plastik bank karta pul ödəmiş, dostlarının sürücülük vəsiqəsi olmasa da bəzən Xəzər rayonu, Albalılıq yaşayış massivində avtomobili həvəsi olduqlarından idarə etmişlər. ##.##.2024 tarixdə gecə saat 04 radələrində avtomobil onlarda olan zaman Vüsal ona zəng edib qəza olmasını Orxanla özünün xəsarət almasını demiş, o da yuxulu olduğundan zənn etmişdir ki, kimsə başqa adam avtomobili qaçırıb, ona görə polisə zəng edib demiş, bir neçə saat sonra bilmişdir ki, heç kim avtomobili qaçırmayıbdır, hazırda şikayəti yoxdur, ümumiyyətlə avtomobili üçü götürmüş, pulunu da birlikdə ödəmişlər. Avtomobili öz razılığıyla Orxanla Vüsala vermişdir. İş üzrə izahat verən cavabdeh2 bildirmişdir ki, .... ##.##.2024 tarixdə birlikdə MMC-ə getmiş oradan, Əlinin adına **-SS-*** dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili, gündəlik 45 manat ödəməklə sənədləşdirib götürmüş, bir gün pulunu Orxan, iki gün Əli, sonra yenə o, Anar adlı MMC-ni işlədən şəxsin verdiyi plastik bank karta pul ödəmiş, onun sürücülük vəsiqəsi olmasa da, bəzən Xəzər rayonu, Albalılıq yaşayış massivində avtomobil həvəsi olduğundan idarə etmişdir. ##.##.2024 tarixdə gecə saat 02:50 radələrində o, Orxanla evdən çıxıb avtomobili idarə etmiş, özü sükan arxasında əyləşmişdir. Təxminən saat 03:30 radələrində saatda 80 km saat sürətlə hərəkət edib, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində o, ehtiyatsızlıqdan idarəetməni itirmiş, nəticədə avtomobili dayanıqlı vəziyyətə gətirə bilməmiş, avtomobil orada olan dəmir darvazaya dəymiş, nəticədə o da, Orxan da xəsarət almış, avtomobil də əzilmişdi. İş üzrə izahat verən Nümayəndə bildirmişdir ki, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun həyat yoldaşının adına olsa da, o idarə edib, icarəyə verir. ##.##.2024 tarixdə cavabdeh1 və yanında olan digər dostları şirkətə gəlib həmin avtomobili gündəlik 45 manatdan icarəyə götürmüş, əlaqə telefon nömrələrini də qeyd edib, Əliyə avtomobili təhvil vermiş, sonrakı günlərdə ona məxsus Kapitalbank karta onlar pulları vaxtında ödəmiş, yanvarın əvvəlləri bilmişdir ki, uşaqlarda biri daha dəqiqi Vüsal qəza törədib və Orxan xəsarət alıbdır, avtomobilinə 13060 manat maddi ziyan dəyibdir. Ziyanı ödənilməsə məhkəməyə müraciət edəcəkdir. Alınmış məktubdan görünür ki, cavabdeh2 sürücülük vəsiqəsi verilməmişdir.
9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən cavabdeh2 yetkinlik yaşına çatmadığı nəzərə alınmışdır.
10. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, AV **-**/** nömrəli hesabatından müəyyən edilir ki, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı, “Nissan Sunny” Minik markalı avtomobilinə dəymiş maddi zərərin dəyəri 12.786 manat, həmin nəqliyyat vasitəsinin qəzadan əvvəlki orta bazar dəyəri 13.600 manat, qəzalı vəziyyətdəki dəyəri isə 3.044 manatdır. “xxxx” MMC-nin kassa mədaxil orderinin İĞC №*********** nömrəli qəbzindən görünür ki, aparılan dəyərləndirmənin əvəzi olaraq iddiaçı2 200 manat pul ödəmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.786 manat dəymiş ziyanın, müqavilə üzrə 500 manat dəbbə pulunun, vəkilə ödənilmiş 540 manat xidmət haqqının, əldən çixmış fayda olaraq 2.200 manat məbləğində pul vəsaitinin, “xxxx” MMC-yə ödənilmiş 200 manat xidmət haqqının, ümumilikdə 16.226 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1 MMC-nin təsisçisi və direktoru icarəyə verən Nümayəndə ilə icarədar cavabdeh1 arasında ##.##.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə görə icarəyə verən 2013-cü il buraxılışlı BAN № MDHBBAN**Z******* ban nömrəli (qeydiyyat şəhadətnaməsi - BA435453) avtomaşını bundan sonra müvəqqəti icarədarın istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. Belə ki, həmin nəqliyyat vasitəsi eyni zamanda mülkiyyət hüququ ilə iddiaçı iddiaçı2 məxsusdur. Həmin müqavilə ilə İcarədar cavabdeh1 maşının kasko sığorta olmadığını bildiyini və onun tərəfindən yaranan hər bir problemə cavabdehlik daşıdığını bildirmişdir. Eyni zamanda həmin müqavilə ilə icarəyə götürdüyü avtomobili ondan başqası idarə etməyəcəyini və edəcəyi halda şirkət tərəfindən deyilən 500 AZN məbləğində cəriməni ödəyəcəyini təsdiq etmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən icarədar avtonəqliyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericliklə nəzərdə tutulmuş qaydada məuliyyət daşıyır. ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddəsinin tərkibi yarandığı məlum olduğu üçün sürücü cavabdeh2 barəsində inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə toplanmış materialların Xəzər RPİ-nin DYPŞ vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi, cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinin tərkibi yarandığı məlum olduğu üçün sürücü cavabdeh1 barəsində inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi müəyyən edilmişdir. İş üzrə əlavə edilmiş xxxx MMC-nin ##.##.2025-ci il tarixli AV **-**/** nömrəli hesabatından müəyyən edilir ki, **-SS-***dövlət nömrə qeydiyyat nişanlı, X1 markalı avtomobilinə dəymiş maddi zərərin dəyəri 12786 manat, həmin nəqliyyat vasitəsinin qəzadan əvvəlki orta bazar dəyəri 13600 manat, qəzalı vəziyyətdəki dəyəri isə 3.044 manatdır. Bundan əlavə qəza hadisəsi baş verdiyi gündən (## ###### 2025-ci il) avtonəqliyyat vasitəsini satdığı günədək (## ###### 2025-ci il) 55 gün keçmişdir və bu məbləğ 2.200 manat pul vəsaiti təşkil edir.
13. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
14. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyinə əsasən “Nissan Sunny” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ehtiyyat hissələrinin hesabatı – 7.148 manat, işçilik xidmət haqqı – 3.780 manat, ümumilikdə -10.928 manat təşkil edir.
15. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
16. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli məktubu ilə xidmət haqqı ödənilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
17. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə qaydada 12.786 manat dəymiş ziyanın, vəkilə ödənilmiş 540 manat xidmət haqqının və əldən çixmış fayda olaraq 200 manat olmaqla, cəmi 13.526 manat məbləğində pulun tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi, cavabdeh cavabdeh1 500 manat məbləğində cərimənin tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq xxxx MMC-nin (Hesab nömrəsi- AZ85ACAB00210100000001318902, Vöen 14055008671, Müxbir hesab- AZ10N4ABZ70135010000000005644, Bankın kodu-505000) hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixində iddiaçı1 MMC ilə cavabdeh cavabdeh1 arasında avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, 2013-cü il buraxılışlı “Nissan Sunny” markalı avtomobil müvəqqəti istifadə üçün cavabdehin sərəncamına verilmişdir. Eyni zamanda, həmin avtomobilin mülkiyyət hüququ iddiaçı iddiaçı2 məxsus olmuşdur ki, bu da onun zərərin əvəzinin tələb edilməsi üçün maddi-hüquqi legitimliyini təsdiqləyir. Müqavilənin şərtlərindən açıq şəkildə görünür ki: avtomobilin kasko sığortasının olmadığı icarədara məlum olmuşdur; icarədar avtomobilin istifadəsi zamanı yaranan bütün risk və zərərlərə görə tam məsuliyyət daşıdığını qəbul etmişdir; avtomobilin üçüncü şəxsə verilməsi qadağan edilmiş və bu şərtin pozulması halında 500 manat dəbbə pulu nəzərdə tutulmuşdur. Bununla da, cavabdeh cavabdeh1 üzərinə yüksəldilmiş ehtiyat və məsuliyyət öhdəliyi qoyulmuşdur.
19. İş materiallarından, xüsusilə ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və inzibati xətaya dair məhkəmə aktından görünür ki: avtomobili faktiki olaraq idarə edən cavabdeh2 yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş; cavabdeh cavabdeh1 isə avtomobili müqavilə şərtlərinə zidd olaraq üçüncü şəxsə vermişdir. Bu hallar Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri üzrə cavabdehlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə təsdiq edilmişdir ki, həmin aktlar mülki prosesdə təqsirin və hüquqazidd davranışın sübutu kimi qiymətləndirilmişdir.
20. Həmçinin iş materiallarına əlavə edilmiş xxxx MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatına əsasən: avtomobilə dəymiş maddi zərərin məbləği – 12.786 manat; qəzadan əvvəlki bazar dəyəri – 13.600 manat; qəzalı vəziyyətdəki dəyəri – 3.044 manat təşkil etmişdir. Bundan başqa iş materiallarına “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş rəy də əlavə edilmişdir. Həmin rəyə əsasən, “Nissan Sunny” markalı, 90-SS597 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ehtiyat hissələri üzrə 7.148 manat, işçilik xərcləri üzrə 3.780 manat, ümumilikdə isə 10.928 manat təşkil etmişdir. Məhkəmə bu rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3 və 103.1-ci maddələrinə uyğun olaraq digər sübutlarla yanaşı tədqiq etmiş və aşağıdakı nəticəyə gəlmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə həmin rəyi digər sübutlarla birlikdə, daxili inamına əsasən qiymətləndirir. Bu baxımdan, iş üzrə mövcud olan bir neçə qiymətləndirmə sənədinin olması məhkəməni onlardan yalnız birini avtomatik olaraq qəbul etməyə məcbur etmir. Məhkəmə müəyyən etmişdir ki: xxxx MMC-nin rəyi nəqliyyat vasitəsinin: 1. qəzadan əvvəlki bazar dəyərini, 2. qəzalı vəziyyətdəki dəyərini, 3. ümumi iqtisadi zərəri kompleks şəkildə əhatə edir və real zərərin (total loss elementləri daxil olmaqla) hesablanmasına əsaslanır; “xxxx” MMC-nin rəyi isə yalnız: 1. bərpa (təmir) xərclərini,
2. ehtiyat hissələri və işçilik dəyərini əks etdirir və avtomobilin bazar dəyərinin itirilməsi aspektini əhatə etmir. Bu səbəbdən, “xxxx” MMC-nin rəyi zərərin yalnız bir hissəsini (təmir aspektini) əks etdirməklə, vurulmuş zərərin tam həcmini müəyyən etmək üçün kifayət etməmişdir.
21. Zərərçəkmiş şəxsə vurulmuş zərər tam həcmdə ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, avtomobilin qəzadan sonrakı faktiki vəziyyəti və bazar dəyərinin kəskin azalması nəzərə alınmadan yalnız təmir xərcləri əsasında hesablanan məbləğ tam zərəri əks etdirmir. Bu baxımdan məhkəmə “xxxx” MMC-nin rəyini sübut kimi rədd etməmiş, lakin onu MPM-in 88ci maddəsinə uyğun olaraq digər sübutlarla müqayisədə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, bu rəy zərərin yalnız təmir komponentini əhatə edir; real və tam maddi zərərin müəyyən edilməsi üçün kifayət qədər əsaslandırıcı deyil; buna görə də, məhkəmə zərərin məbləğini müəyyən edərkən xxxx MMC-nin rəyini üstün sübut kimi qəbul etmişdir. Məhkəmə haqlı olaraq müəyyən etmişdir ki, zərər nə qarşısıalınmaz qüvvə, nə də zərərçəkənin qəsdi nəticəsində baş verməmişdir. Bu səbəbdən cavabdehlər təqsirdən asılı olmayaraq zərərin əvəzini ödəmək öhdəliyindən azad edilə bilməzlər.
22. Həmçinin iş üzrə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi qəza nəticəsində 55 gün istismardan kənarda qalmış, bu müddət ərzində icarə münasibətlərindən əldə edilə biləcək gəlir itirilmişdir. Lakin əldən çıxmış faydanın ödənilməsi üçün təkcə gəlirin itirilməsi ehtimalının mövcudluğu kifayət etmir; həmin gəlirin real, konkret və ağlabatan olması, eləcə də iddia edilən məbləğin müvafiq sübutlarla təsdiqlənməsi zəruridir. Bu baxımdan, iddiaçılar tərəfindən təqdim edilmiş hesablamalar və müqavilə münasibətləri 2.200 manat məbləğində gəlirin mübahisəli dövr ərzində faktiki olaraq əldə ediləcəyini inandırıcı və dəqiq şəkildə sübut etməmişdir. Xüsusilə, gündəlik icarə haqqının sabitliyi, nəqliyyat vasitəsinin fasiləsiz icarədə olması, habelə bazar şəraiti ilə uyğunluq məsələləri lazımi dərəcədə əsaslandırılmamışdır. Eyni zamanda, məhkəmə ədalətlilik, proporsionallıq və ağlabatanlıq prinsiplərini rəhbər tutaraq, nəqliyyat vasitəsinin müəyyən müddət istifadədən kənarda qalmasının iqtisadi nəticələrini nəzərə almışdır. Bu kontekstdə, iddiaçının əmlak maraqlarının qismən pozulduğu qəbul edilsə də, tələb edilən 2.200 manat məbləğinin sübut edilməməsi həmin tələbin tam həcmdə təmin olunmasını istisna edir. Bu səbəbdən, məhkəmə tərəfindən 220 manat məbləğində əldən çıxmış faydanın tutulması, bir tərəfdən real iqtisadi itkinin mövcudluğunu nəzərə alan, digər tərəfdən isə sübut yükünün yerinə yetirilməməsi ilə bağlı riskləri balanslaşdıran ağlabatan və hüquqi baxımdan əsaslandırılmış qərar kimi qiymətləndirilmişdir. Bu məbləğ, mübahisəli dövr ərzində ehtimal olunan minimum gəlir itkisinin kompensasiyası kimi, iş materialları və mülki hüququn ümumi prinsipləri ilə uzlaşır.
23. Cavabdehlərin hərəkətləri birgə nəticə doğurduğundan, zərərin əvəzinin müştərək məsuliyyət qaydasında tutulması əsaslı hesab edilmişdir.
24. Məhkəmə dəbbə pulunun (500 manat) tutulmasına hüquqi qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və yalnız cavabdeh1 münasibətdə təmin edilməlidir. İcarə müqaviləsinin şərtlərinə əsasən, nəqliyyat vasitəsinin üçüncü şəxsə verilməsi halında 500 manat məbləğində dəbbə pulu nəzərdə tutulmuşdur. Müqavilə üzrə tərəf yalnız cavabdeh cavabdeh1 olduğundan, bu öhdəlik müqavilə xarakterli məsuliyyət kimi yalnız onun üzərinə düşür. Mülki hüquqda müqavilə məsuliyyəti şəxsi xarakter daşıdığından, ikinci cavabdehə şamil edilməsi mümkün deyildir. Bu baxımdan, məhkəmənin dəbbə pulunu yalnız bir cavabdehdən tutması müqavilə hüququnun subyektivlik prinsipinə uyğundur. 500 manat dəbbə pulu yalnız icarə müqaviləsinin tərəfi olan cavabdeh1 aid edilmişdir. Bu yanaşma mülki hüququn müqavilə məsuliyyətinin şəxsi xarakter daşıması prinsipinə tam uyğundur və üçüncü şəxsə şamil edilə bilməz.
25. Bundan başqa “xxxx” MMC-yə ödənilmiş 200 manat xidmət haqqın tutulmasına münasibətdə bildirir ki, həmin məbləğdə vəsaitə dair təqdim edilən qəbzin mühasibat və maliyyə sənədlərinə dair normativ tələblərə uyğun olmaması səbəbindən məhkəmə bu xərci sübut kimi qəbuledilməz etmişdir. Bu səbəbdən, həmin məbləğin tutulmaması prosessual hüquq normalarının tələblərinə uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
26. Məhkəmə həmçinin iddianın vəkilə ödənilmiş 540 manat məbləğində xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. İş materiallarında vəkilə ödənilmiş 540 manat məbləğində xidmət haqqı müvafiq sənədlərlə təsdiq edildiyindən, bu xərcin cavabdehlərdən tutulması qanunauyğundur.
27. Həmçinin iş materiallarında olan rəyə əlavə edilmiş ##.##.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış qiymətləndirmənin dəyəri 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərəq qaydada alınaraq xxxx MMC-nin xeyrinə ödənilməlidir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1108.2, 1108.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 191.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçı1 MMC-nin zərərin əvəzinin özünə ödənilməsinə və iddianın qismən təmin edilməli olduğuna dair müəyyən etdiyi hallar qəbuledilməzdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, **-SS-*** qeydiyyat nişanlı,“X1” markalı avtomobil mülkiyyət hüququ ilə yalnız iddiaçı iddiaçı2 məxsusdur. Bеlə оlan halda həmin əmlakın zədələnməsi ilə bağlı zərər оna dəymişdir. İddiaçı iddiaçı1 MMC avtomobilin mülkiyyətçisi оlmamış və оnun həmin avtоmоbilin zədələnməsi ilə bağlı zərərin əvəzinin özünə ödənilməsi barədə iddia ilə müraciət еtmək hüququ оlmamışdır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Еyni zamanda, avtomobilin zədələnməsi ilə nəticələnmiş yоl nəqliyyat hadisəsi baş vеrərkən cavabdeh cavabdeh2 on səkkiz yaşı tamam оlmamış, mübahisə həll еdilərkən isə оnun zərərin əvəzini ödəmək üçün yetərli gəliri оlması halı təsdiq еdilməmişdir. Bundan başqa, cavabdeh cavabdeh2 avtomobilə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik etməmişdir. Еyni zamanda, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəy ilə avtomobilə dəymiş zərərin ümumilikdə 10.928 manat təşkil etdiyi, bununla da zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsə ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi üçün həmin vəsaitin ödənilməsinin yetərli olması təsdiq еdilsə də, məhkəmə rəyi zərərin miqdarının müəyyən еdilməsi hissəsində nəzərə almamışdır. Ümumiyyətlə, 2013cü il buraхılışlı “X1” markalı yеni avtomobilin dəyəri 10.000 manat civarında оlsa da, məhkəmə zərəri avtоmоbilin təbii aşınmaya səbəb оlan uzun müddətli istismarını nəzərə almadan və iddiaçıların avtоmоbilin əvvəllər охşar qəza kеçirmədiyinə, bununla da dəyərinin kənar təsirdən və hələ bu qəzayadək itirmədiyinə dair halını sübut еdə bilmədiklərinə baхmayaraq, 2013-cü il buraхılışlı “X1” markalı yеni avtomobilin dəyərindən artıq müəyyən еtmişdir. Məhkəmə həmçinin iddiaçıların zədələnməsi ilə bağlı sığоrta ödənişi almadıqlarına, bununla da zərərin əvəzinin bir hissəsinin оnlara hazırkı mübahisəyədək ödənilməməsi halını sübut еdə bilmədiklərini nəzərə almamış, bu halı aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı iddiaçı1 MMC avtomobilin mülkiyyətçisi olmayıb və onun həmin avtomobilin zədələnməsi ilə bağlı zərərin əvəzinin özünə ödənilməsi barədə iddia etmək üçün hüququ olmayıb. Bu şəxsin heç o münasibətlərlə əlaqəsi olmayıb. İddia müqavilə kiminlə bağlanılıb, ona qarşı olmalıdır
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı1 MMC-nin qanuni təmsilçisi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, həmçinin bildirdi ki, o, avtomobili 16.200 manata almış, cəmi 4 ay sürülmüşdü. Cavabdehlər deyir ki, 1.000 manat ödəyim məsələ qurtarsın. Onların yerinə 500 manat cərimə ödəmişdir. Avtomobil elə cərimə meydançasından satıldı. iddiaçı1 MMC-nin də iddiaçı kimi zərəri tələb etməsi vəkilin məsləhətidir. Avtomobil şirkət sahibi olaraq onun üzərindədir. Zərər faktiki olaraq mülkiyyətçiyə dəyib, o da MMC-dən tələb edir.
34. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Maddə 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
36. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Maddə 7.5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa uyğun olaraq qətnamə iş üzrə cavabdeh cavabdeh2 tərəfindən ondan və cavabdeh2 birgə qaydada 12.786 manat dəymiş ziyanın, vəkilə ödənilmiş 540 manat xidmət haqqının və əldən çixmış fayda olaraq 200 manat olmaqla, cəmi 13.526 manat məbləğində pulun tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehlər müştərək qaydada alınaraq xxxx MMC-nin hesabına ödənilməsi hissəsində mübahisələndirildiyindən, habelə sözügedən hissədə qət edilən məbləğ cavabdehlərdən müştərək qaydada tutulduğundan, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi və ekspertiza xərcinin tutulması ilə bağlı hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı2 iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən dəymiş ziyanın əvəzi olaraq 10.556 manat məbləğində vəsait müştərək qaydada tutularaq iddiaçı iddiaçı2 ödənilməli, iddiaçı1 MMC-nin iddia tələbi qismən təmin edilərək, əldən çıxmış fayda olaraq 200 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı iddiaçı1 MMC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsait tərəflər arasında bərabər bölünməlidir.
41. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.
42. İşdən müəyyən olunur ki, iddiaçı1 MMC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsi əsasında iddiaçı iddiaçı2 mülkiyyətində olmuş “X1” markalı, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh1 istifadəsinə verilmişdir.
43. Qeyd edilməlidir ki, iddiaçı iddiaçı1 MMC-nin qanuni təmsilçisi ilə iddiaçı iddiaçı2 ər-arvaddırlar, sonuncu mülkiyyətində olan nəqliyyat vasitəsinin MMC-tərəfindən cavabdehə icarəyə verilməsinə etiraz etməmiş, həmin müqaviləni mübahisələndirməmişdir.
44. Müqavilədə cavabdeh cavabdeh1 icarəyə verənin razılığı olmadan avtomobilin başqa şəxsə idarə etməyə verilməməsi barədə öhdəliyi nəzərdə tutulsa da, o, müqavilə şərtlərini pozaraq nəqliyyat vasitəsini digər cavabdeh cavabdeh2 istifadəsinə vermiş, nəticədə ##.##.2024-cü il tarixdə həmin avtomobili sürücülük hüququ olmadan idarə edən cavabdeh cavabdeh2 yol-nəqliyyat hadisəsi törətmişdir.
45. Hadisə ilə bağlı araşdırma zamanı cavabdeh cavabdeh1 öz izahatında tərəfindən nəqliyyat vasitəsinin digər cavabdehin istifadəsinə verildiyini təsdiq etmişdir.
46. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
47. Kollegiya qeyd edir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı iddiaçı2 zərər cavabdehlərin birgə hüquqazidd davranışları nəticəsində vurulmuşdur. Odur ki, cavabdehlər törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə avtomobilin mülkiyyətçisi qarşısında mülki məsuliyyət daşıyırlar və iddiaçı iddiaçı2 ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
48. iddiaçı1 MMC isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından qeyd olunan zərəri tələb etməkdə haqlı olmamışdır.
49. Vurulmuş zərərin məbləği ilə bağlı kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləği düzgün müəyyən etməmişdir. Belə ki, işdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatından müəyyən olunur ki, nəqliyyat vasitəsinin dəyəri 13.600 manat, qəzalı vəziyyətdəki dəyəri isə 3.044 manat təşkil etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçı1 MMC-nin qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiklərindən müəyyən edilir ki, nəqliyyat vasitəsi qəzalı vəziyyətdə özgəninkiləşdirilmişdir. Nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi üçün, onun təmiri-bərpası məqsədilə mülkiyyətçiyə hər hansı məbləğin tutulması mülki qanunvericiliyin tələblərinə uyğun deyil.
50. Bu baxımdan iddiaçı iddiaçı2 dəymiş zərər avtomobilin əvvəlki və sonrakı dəyəri arasındakı olan fərq kimi hesablanmalı və cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq 10.556 (13.600 – 3.044) manat məbləğində vəsait iddiaçı iddiaçı2 xeyrinə tutulmalıdır.
51. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də odur ki, yоl nəqliyyat hadisəsi baş vеrən zaman cavabdeh2 yetkinlik yaşına çatmamış, mübahisə həll еdilərkən isə оnun zərərin əvəzini ödəmək üçün yetərli gəliri оlması halı təsdiq еdilməmişdir.
52. Kollegiya bununla bağlı qeyd edir ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 1104.2-ci maddəsinin tələblərinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxs tərəfindən vurulmuş zərərə görə onun valideynləri subsidiar məsuliyyət daşıyırlar. Əgər cavabdeh cavabdeh2 tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda iddiaçı tərəfindən gələcəkdə onun valideynlərinə qarşı zərərin əvəzinin ödənilməsi ilə bağlı iddianın irəli sürülməsi istisna edilmir.
53. O da nəzərdən qaçırılmamalıdır ki, iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi təkcə cavabdeh cavabdeh2 deyil, müştərək qaydada digər cavabdeh cavabdeh1 da üzərinə qoyulmuşdur və qətnamənin icrası zamanı zərərin əvəzinin cavabdeh1 tərəfindən ödənilməsi istisna edilmir.
54. Kollegiya şikayətin dəlilləri ilə bağlı onu da qeyd edir ki, müqavilə bağlanan zaman nəqliyyat vasitəsinin könüllü sığorta üzrə sığortalanmadığı barədə icarəyə verən iddiaçı1 MMC tərəfindən icarədar cavabdeh1 məlumat verilmiş, bununla bağlı o, müvafiq sənəd imzalamışdır.
55. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan hissədə əldən çıxmış fayda tələbi ilə bağlı qeyd edir ki, cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində iddiaçı "xxxx MMC" nəqliyyat vasitəsini icarəyə verə bilmədiyinə görə mənfəətdən məhrum olmuşdur. Bu hal nəzərə alınaraq, cavabdehlərdən müştərək qaydada 200 manat məbləğində əldən çıxmış faydanın tutulması ağlabatan hesab olunur.
56. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş ekspertiza xərcinə münasibət bildirərək qeyd edir ki, iddia tələbləri qismən təmin olunduğundan, həmin xərc tərəflər arasında bərabər bölünməlidir.
57. Kollegiya həmçinin hesab edir ki, iddiaçılar tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 540 manat məbləğində vəsait ağlabatan olmaqla cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissəsində qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiaçı2 iddia tələbi qismən təmin edilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 10.556 manat məbləğində vurulmuş zərərin əvəzi tutularaq iddiaçı iddiaçı2 ödənilsin. İddiaçı iddiaçı1 MMC-nin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 200 manat məbləğində əldən çıxmış fayda tutularaq iddiaçı iddiaçı1 MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manatın 250 manatı iddiaçılar iddiaçı2, iddiaçı1 MMC-dən, qalan 250 manatı isə cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı iddiaçı1 MMC və cavabdeh cavabdeh2 tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova