Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-798/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçılar X19 və X4, Cavabdeh MMC-yə qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1384/2025 saylı, 24 dekabr 2025-ci il tarixli qərardadından üçüncü şəxs X8 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X19 və X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 Cəmiyyətindən iddiaçı X13 xeyrinə 2.095 manat əsas borcun və X4 xeyrinə 2.095 manat əsas borcun, 64 manat iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli 2(005)- 1384/2025 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. xx.xx.2025-ci il tarixdə üçüncü şəxs X7 məhkəməyə apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini edilməsini xahiş etmişdir. Eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1384/2025 nömrəli qətnaməsinə əsasən “Golden Turizm“ MMC-dən X13 xeyrinə 2095 manat, İddiaçı2 Alirza oğlunun xeyrinə 2095 manat pul tutularaq ödənilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu olaraq cavabdeh “Golden Turizm“ MMC-dən 64 manat X15, 64 manat İddiaçı2 Alirza oğluna ödənilməsi qət edilmişdir. Qeyd edir ki, qətnamə xx.xx.2025- ci il tarixdə çıxmasına baxmayaraq, xx.xx.2025-ci il tarixində rəsmi qaydada Nərimanov rayon İcra Şöbəsindən almışdır. Üçüncü şəxs X5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1384/2025 saylı, 24 dekabr 2025-ci il tarixli qərardadı ilə məhkəmənin həmin iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh MMCnin direktoru, o cümlədən üçüncü şəxs qismində cəlb olunmuş X6 10 iyul 2025-ci il tarixdə elektron kabineti mövcuddur. Hazırki mülki iş üzrə qətnamə həmin kabinetə yerləşdirilmişdir. Cavabdeh tərəfindən şikayət məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi apellyasiya şikayətini verən zaman həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmin qərardaddan üçüncü şəxs X8 şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli 2(005)-1384/2025 saylı qərardadının ləğv olunmasını, məhkəmənin 2(005)-1384/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh MMC-nin ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, verilən apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, X9 da tərəfindən təqdim edilən ərizənin əsassız olduğunu bildirmiş və ərizənin rədd edilməsini xahiş etmişdir. Təəssüflər olsun ki, məhkəmə tərəfindən təqdim olunmuş apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə əsassız qərardad qəbul etmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mülki iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1385/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin direktoru, o cümlədən üçüncü şəxs qismində cəlb olunmuş X6 10 iyul 2025-ci il tarixdə elektron kabineti mövcuddur. Hazırki mülki iş üzrə qətnamə həmin kabinetə yerləşdirilmişdir. Cavabdeh tərəfindən şikayət məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi apellyasiya şikayətini verən zaman həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı qərardadı ləğv edilməlidir. Belə ki, bir daha məhkəmə iclasında məhkəməyə izah verərək bildirmişdir ki, direktor olaraq öz vəzifəsini icra etmiş, lakin viza verilməsi qaydası dəyişdirildiyi üçün iddiaçılara səfirlik tərəfindən imtina edilmişdir. O, vizanın alınmasına qədər olan prosesdə iddiaçılara köməklik etmiş, lakin vizanın verilməsi səfirlik tərəfindən həyata keçirilir, şirkət bununla bağlı heç bir məsuliyyət daşımır. Dəvət məktubu 2023-cü ilin noyabr ayında və 2024-cü ilin yanvar ayında verilmiş, 2024-cü ilin fevral ayında isə Polşaya iş üçün getmə ilə bağlı dəyişiklik olmuşdur. Vizanın verilməsi ilə bağlı məsələ səfirliyin üzərinə düşür. O da öz növbəsində səfirliyə qədər bütün işləri apararaq öz öhdəliyini yerinə yetirmişdir. Hətta iddiaçılardan digər türk vətəndaşı X2 ilə proses məbləğ tam ödənilmədiyindən ümumiyyətlə başladılmayıb, buna görə də onunla barışıq sazişi bağlanmış və o aldığı pulu qaytarmağı öz öhdəliyinə götürmüş və ödəmişdir. Qeyd edir ki, Cavabdeh MMC-nin direktoru olaraq o vizanın verilməsi prosesi zamanı öz vəzifə borcunu yerinə yetirmişdir. Onun səlahiyyəti vizanın verilməsi prosesində sənədlərin toplanılması, rüsumların ödənilməsidir. Hətta Nərimanov rayon Məhkəməsində tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzlərindən də görünür ki, pul məbləği Polşa Respublikasında fəaliyyət göstərən Tərlan Əlizadənin bank hesabına köçürülmüşdür. Ödənilən pul məbləğlərinin qəbzləri sistemdə mövcuddur. Həmçinin məhkəmə qeyd etmişdir ki, 2023-cü ilin oktyabr ayında bağlanan müqavilə 4 ay ərzində icra olunmalı olduğu halda icra edilməmişdir. Burda göstərilən müddət vizanın verilməsi müddəti deyil, tərəflərə dəvət məktubunun verilməsi müddətidir. Bildirir ki, “Viza xidmətlərinin göstərilməsi haqqında” 23 №-li müqavilə xx.xx.2023-cü ildə bağlanmışdır. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən “İcraçı”, “Sifarişçi”ni bu müqavilənin bağlandığı gündən etibarən 3 ay müddətində xidmət üçün tələb olunan dəvət məktubu ilə təmin etməlidir. Hətta dəvət məktubu göstərilən 3 ay müddətindən də tez bir zamanda, xx.xx.2023-cü il tarixində təsdiq edilmiş və ona xx.xx.2023-cü il tarixində göndərilmiş və o öz növbəsində öz vəzifə borcunu yerinə yetirib xx.xx.2024-cü il tarixdə həmin sənədləri onlayn qaydada Polşa Respublikasının Azərbaycan Respublikasındakı rəsmi Səfirliyinə göndərmişdir. Həmçinin həmin dəvət məktubları sistemdə mövcuddur. Yuxarıda göstərilənləri məhkəməyə bildirməyinə, kifayət qədər tutarlı dəlillərin olmasına baxmayaraq məhkəmə sübutları ümumiyyətlə nəzərə almamış, öz mülahizəsinə əsaslanaraq qərardad qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1384/2025 saylı, 23 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 69.1-69.3-cü maddələrinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli, 2(005)-1384/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən iddiaçı X13 xeyrinə 2.095 manat və iddiaçı X4 xeyrinə 2.095 manat məbləğində borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 64 manat dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. Üçüncü şəxs X7 həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə apellyasiya şikayəti təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli, 2(005)-1384/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1384/2025 saylı, 24 dekabr 2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs X5 məhkəmənin mülki iş üzrə qəbul etdiyi 2 iyun 2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxs X8 şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli 2(005)-1384/2025 saylı qərardadının ləğv olunmasını, həmçinin məhkəmənin 2(005)-1384/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1384/2025 saylı, 23 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli, 2(005)-1384/2025 saylı qətnaməsindən apellyasiya şikayəti həmin qətnamə ilə hər hansı hüquq və vəzifəsi müəyyən edilməmiş üçüncü şəxs X7 tərəfindən verilmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti yalnız qəbul edilmiş qətnamə və ya qərardad ilə onların hüquq və vəzifələrinə toxunulduğu hallarda verilə bilər. Qəbul edilmiş məhkəmə aktının şikayət vermək hüququ olan şəxsin hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayətinin icraata qəbul olunması Mülki Prosessual Məcəllənin tələblərinə zidd deyilsə apellyasiya şikayəti üzrə icraat mümkün hesab edilməlidir. Üçüncü şəxs X5 direktoru olduğu cavabdeh hüquqi şəxsin adından məhkəmədə müvafiq prosessual hərəkətləri etməyə səlahiyyətli olması mümkün olsa da, kollegiya qeyd etməyi zəruri sayır ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş qaydada səlahiyyət verilmiş şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edə bilər. Bununla belə edilən bütün prosessual hərəkətlər müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəsi vasitəsi ilə hüquqi şəxsin öz adından həyata keçirilir. Belə ki, dövlət qeydiyyatına alındığı andan istənilən hüquqi şəxs mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır, məhkəmədə də öz hüquq və vəzifələrini şəxsən və ya adından iştirak edən səlahiyyətli şəxs vasitəsilə həyata keçirir. Hazırkı halda isə apellyasiya icraatının başlanılmasına əsas olmuş şikayət üçüncü şəxs X7 tərəfindən direktoru olduğu hüquqi şəxsin adından deyil, şəxsən öz adından verilmişdir ki, bu da onun həmin məhkəmə aktından apellyasiya qaydasında şikayət vermək hüququnun mövcudluğunu təsdiq etmir. Bundan əlavə, o, verdiyi şikayətdə iş üzrə çıxarılmış qətnamə ilə hansı hüquqlarının pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu əsaslandıran aydın izah təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, 2(005)-1384/2025 saylı qərardadı ilə üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməzdən əvvəl, ilk növbədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli, 2(005)-1384/2025 saylı qətnaməsi ilə onun hüquq və vəzifələrinə toxunulubtoxunulmadığını müəyyən etməli idi. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət qismən təmin edilməlidir. Belə ki, üçüncü şəxs X7 tərəfindən müvafiq qətnamədən verilmiş apellyasiya şikayətinin prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi əsası ilə geri qaytarılması, onun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli, 2(005)-1384/2025 saylı qətnaməsi ilə hüquq və qanuni mənafelərinə toxunulub-toxunulmadığı məsələsinə qiymət verilmədən həyata keçirildiyindən, müvafiq prosessual qaydaların tələblərinə uyğun olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli, 2(005)- 1384/2025 saylı qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin müvafiq tələblərinə uyğunluğunu yenidən yoxlayan məhkəmə ilk növbədə həmin qətnamə ilə onun hüquq və qanuni mənafelərinə toxunulub-toxunulmadığı məsələsinə münasibət bildirməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Üçüncü şəxs X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1384/2025 saylı iş üzrə qəbul etdiyi 24 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 iyun 2025-ci il tarixli, 2(005)- 1384/2025 saylı qətnaməsi ilə üçüncü şəxs X5 maraqlarına toxunulub-toxunulmaması məsələsinin həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-798/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-798/2026
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver