Məhkəmə qərarları › İş №2(3-6)-801/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-801/2026

10.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-801/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «borc və zərər tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4968/2025 saylı, 02 dekabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12-3811 nömrəli qazın alğı-satqısı barədə müqaviləyə əsasən, Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi İ. Süleymanov küçəsi(Bakı fəhləsi) 94 ünvanındakı evi təbii qazla təchiz edərək qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00940 nömrəli abonent kodu vermişdir.

2. İddiaçı ünvan 2 ünvanındakı ev üzrə Cavabdeh 8629 manat məbləğində zərər və 1319.04 manat sərfiyyat borcu hesablayıb.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8629 manat maddi zərərin və debitor borc üzrə 1319.04 manat sərfiyyat borcunun və ödənilmiş 119.49 manat dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

4. Tələbdə göstərilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 12-3811 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqavilə"si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçının Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00940 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə "G-4" markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X3"nın tələblərinə əməl etmək) və "X3"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdırj. Belə ki, iddiaçının əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən "Təbii X3nın pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 685.80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 57.60 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14.40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 21.60 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 144 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 144 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 144 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 4368.28 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 371.64 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 233.28 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 349.92 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 838.08 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 103.68 manat (video); cəmi 8629 manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin inzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 222.10 manat sərfiyyat borcu və limitdən əlavə 2.10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 534.15 manat sərfiyyat borcu və limitdən əlavə 3.30 manat sərfiyyat borcu, 2022-ci ilin fevral-sentyabr ayları üzrə 353.56 manat sərfiyyat borcu və limitdən əlavə 3.44 manat sərfiyyat borcu, 2024-cü ilin noyabr-dekabr ayları üzrə 65.16 manat sərfiyyat borcu, 2025- ci ilin yanvar-iyul ayları üzrə 147.23 manat sərfiyyat borcu, cəmi 1331.04 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2025-ci ilin iyul ayına qədər cavabdeh 12 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1319.04 manat borcu da qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda Abonentin saldosu və Gasrep üzrə ümumi 9948.04 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4968/2025 saylı, 02 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia tələbinin qismən təmin edilərək Cavabdeh qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 1236.72 (min iki yüz otuz altı manat yetmiş iki qəpik) manat və sayğacdan istifadə nəticəsində yaranmış debitor borc qismində 1319.04 (min üç yüz on doqquz manat dörd qəpik) manat olmaqla, cəmi 2555.76 (iki min beş yüz əlli beş manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti və 45.56 (qırx beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "Azəriqaz" İB-yə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 2 hissədən - 1) qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və 2) sayğacdan istifadə nəticəsində yaranmış debitor borcun tutulmasından ibarətdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 12-3811 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00940 nömrəli abonent kodu vermişdir. İddiaçı cavabdeh tərəfindən mütəmadi olaraq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmiş, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qanunsuz qoşulma faktını etiraf etmişdir. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosesura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd edilən əlavələr "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixdən əlavə edilmiş və müvafiq normaların həmin dövrdən əvvəl paylayıcı və istehlakçı arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmə imkanı istisna edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş 21 aktın 12-si həmin dövrdən əvvələ təsadüf etsə də, həmçinin aktlardan yalnız biri - xx.xx.2024-cü il tarixli akt üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı fillialı tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, hər bir halda, cavabdehin qanunsuz qoşulma kimi qanunazidd hərəkətləri etiraf etməsi, iddiaçını müvafiq prosedurlardan azad etməklə yanaşı vurulmuş zərərin əvəzinin də cavabdeh tərəfindən ödənilməsini birbaşa olaraq şərtləndirir. İş üzrə cavabdeh qanunsuz qoşulma faktını etiraf etsə də, iddiaçı tərəfindən ona həddindən artıq yüksək zərər məbləğinin hesablandığını bildirmiş və tələb olunan ümumi məbləğlə razılaşmamışdır. Belə olan halda, məhkəmə araşdırması qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi istiqamətində davam etdirilməlidir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X3"nın 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə təbii X3nın pozulması barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş hər bir akt üzrə onun tərtib edildiyi illərə uyğun vurulmuş zərərin həcminin müəyyən edilməsini zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri qismində PQ4, PQ3, radiator, dəmir soba və QSQ qeyd edilmiş və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Halbuki, məhkəmə iclasında iştirak edən cavabdeh istehlak etdiyi təbii qaz vasitəsilə yalnız PQ4 (4 gözlü qaz plitəsi) və dəmir soba kimi qaz işlədicilərindən istifadə etdiyini bildirmiş, iddiaçı tərəfindən digər qaz işlədiciləri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız təbii X3nın pozulması haqqında tərtib edilmiş akt və ona əsaslanan tələbnamələrdə bu barədə qeydlər aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunsuz qoşulma nəticəsində itirilmiş qazın dəyərinin hesablanması zamanı qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi də nəzərə alınmaqla PQ4 (4 gözlü qaz plitəsi) və dəmir soba üzrə hesablama aparılmalılıdır. İ. 2019-cu il üzrə tərtib edilmiş aktlar. xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 10 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2019cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 90) x 0.10 = 64.8 manat; dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 6 x 90) x 0.10 = 75.6 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.10 = 14.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 28) x 0.10 = 13.44 manat, xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.10 = 14.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.10 = 14.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.10 = 14.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.10 = 14.4 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.10 = 43.2 manat olmaqla, ümumilikdə 290.64 manat. İİ. 2020-ci il üzrə tərtib edilmiş aktlar. xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 2 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2020-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.10 = 43.2 manat; xx.xx.2020-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x – 0.10 = 43.2 manat olmaqla, ümumilikdə 86.4 manat. İİİ. xx.xx.2022-ci il tarixli akt istehlakçının qaz sayğacına qanunsuz müdaxilə etməsi nəticəsində tərtib edilmiş və akt əsasında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, dəmir sobanın maksimat saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 360 = 10368 m3 , 1.5 x 24 x 360 = 12960 m3 , 1.4 x 24 x 360 = 12096 m3 kimi hesablanmışdır. Göründüyü kimi, hər bir qaz işlədicisi üzrə hesabat müddəti 360 gün müddətində hesablanmışdır. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmçinin, həmin aktda qaz işlədiciləri qismində PQ4, QSQ və dəmir soba qeyd edilmişdir. Lakin cavabdehin QSQ istifadə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hesablama yalnız PQ4 və dəmir soba üzrə aparılmalıdır. Odur ki, xx.xx.2022-ci il tarixli akt üzrə qazdan istifadə nəticəsində yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır – PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 90) x 0.12 qəpik = 155.52 manat, dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 90) x 0.12 = 181.44 manat olmaqla, ümumilikdə 336.96 manat. İV. 2023-cü il üzrə tərtib edilmiş aktlar. xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 6 akta münasibətdə məhkəmə qeyd edib ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.12 = 51.84 manat; dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.12 = 51.84 manat; dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat; dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 6 x 30) x 0.12 = 30.24 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.12 = 17.28 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 30) x 0.12 = 17.28 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 4 x 90) x 0.12 = 51.84 manat olmaqla, ümumilikdə 367.2 manat. V. xx.xx.2024-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 90) x 0.12 = 155.52 manat. xx.xx.2024-cü il tarixli akta münasibətdə məhkəmə qeyd edir ki, təbii X3nın pozulması haqqında akt və həmin akt əsasında tərtib edilmiş tələbnamədən aşkar olunur ki, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmuş (iddiaçı belə iddia edir) PQ3 (üçgözlü qaz pilitəsi) tipli qaz işlədicisindən istifadə edilməklə istehlak edilən təbii qazın həcminə dair hesablama aparılmış və vurulmuş zərərin məbləği müəyyən edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış qazın alğı-satqısına dair müqavilədə ünvan üzrə istifadə edilən qaz işlədicisi qismində PQ3 tipli işlədici barədə məlumat qeyd olunmamışdır. Bundan əlavə, qeyd edilən faktın təsdiqinə dair mötəbər və təkzibedilməz sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən bu fakt etiraf edilməmişdir. Odur ki, işdəki mövcud və mümkün sübutlar əsasında məhkəmə həmin ünvanda PQ3 tipli qaz işlədicisindən istifadə edilməməsi qənaətinə gəlir. Belə olan halda, istifadə edilməyən qaz işlədicisinə görə akt tərtib edilməsi və həmin akt əsasında vurulmuş zərərin həcminin müəyyən edilməsi əsassızdır. Beləliklə, cavabdehdən qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə vurulmuş zərərin əvəzi kimi ümumilikdə 1236.72 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin ikinci hissəsinə - debitor borcun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehin 2020-ci ilin mart-dekabr ayları üzrə 222.10 manat və limitdən əlavə 2.10 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 534.15 manat və limitdən əlavə 3.30 manat, 2022-ci ilin fevral-sentyabr ayları üzrə 353.56 manat və limitdən əlavə 3.44 manat, 2024-cü ilin noyabr-dekabr ayları üzrə 65.16 manat, 2025-ci ilin yanvar-iyul ayları üzrə 147.23 manat olmaqla, cəmi 1331.04 manat debitor borcunun olmasını və həmin borcdan cavabdeh tərəfindən 12 manat ödəniş edilməsini göstərmişdir. İşin qeyd edilən halı iddiaçı tərəfindən təqdim edilmiş abonent saldosu məlumatları ilə öz təsdiqini tapmış və cavabdeh tərəfindən qeyd edilənlərin əksinə dair sübutlar təqdim edilməmişdir. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyinəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, cavabdehdən qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 1236.72 manat məbləğində pul vəsaiti, istifadə edilmiş və ödənilməmiş 1319.04 manat məbləğində debitor borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərib ki, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini və iddianın qismən, yəni qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 4000 (dörd min) manat və sayğacdan istifadə nəticəsində yaranmış debitor borc qismində 1319.04 (min üç yüz on doqquz manat dörd qəpik) manat olmaqla, cəmi 5319,04 (beş min üç yüz on doqquz manat dörd qəpik) manat məbləğində pul vəsaitinin təmin edilməsini xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»:

Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2(25 iyun 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Bənd 6.5 (25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.5 (25 iyun 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər, eləcə də cavabdehin mübahisələndirilən hissədə iddianı qismən etiraf etməsi qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməklə həmin hissədə təmin edilməsi üçün əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də mübahisələndirilən hissədə cavabdehin iddianı qismən etiraf etdiyindən birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmayıb.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisələndirilən hissədə iddanın faktiki hallar tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də mübahisələndirilən hissədə cavabdehin iddianı qismən etiraf etdiyindən iddia o hissədə də haqlı sayılır.

22. Məhkəmə tərkibi vurğulayır ki, maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii X3nın pozulması haqqında” aktlar, dəymiş ziyanın bərpasına dair tələbnamələr işdə mövcud olmuşdur. İşdə olan bu aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçının əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da iddiaçının əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Lakin həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.

23. Bundan əlavə, iddiaçının tərtib etdiyi təbii X3nın pozulması haqqında aktlar iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 4368.28 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 354.24 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 371.64 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 233.28 manat; xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında 349.92 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 838.08 manat məbləğində abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edirdisə və bu aktlara əsasən qeyd olunan məbləğdə zərər vurulduğunu görürdüsə, bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə hazırkı iddiayadək zərər və borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

24. Göstərilənlərə baxmayaraq, cavabdeh sayğacdan kənar qaz xəttinə qoşulduğunu və iddiaçıya zərər vurmasını birinci instansiya məhkəməsində etiraf etmişdir. Məhkəmə isə zərərin məbləğini yuxarıda qeyd olunan 2 qaz cihazı üzrə istifadə dövrləri nəzərə alınmaqla özü hesablayıb. Cavabdehin də həmin dövrdə qazdan istifadəyə görə cüzi ödəniş etdiyi təsdiq olunub. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasında verdiyi izahatında 2020-ci ildən qanunsuz qoşulma faktını etiraf etdi və buna görə mübahisələndirilən hissədə iddianın qismən, yəni qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 4000 (dörd min) manat və sayğacdan istifadə nəticəsində yaranmış debitor borc qismində 1319.04 (min üç yüz on doqquz manat dörd qəpik) manat olmaqla, cəmi 5319,04 (beş min üç yüz on doqquz manat dörd qəpik) manat məbləğində pul vəsaitinin təmin edilməsini qəbul etdi, bu hissədə iddianın etiraf etməsinə dair yazılı ərizə verdi.

25. Cavabdehin iddianı etiraf etməsi ilə əlaqədar yuxarıda Mülki Prosessual Məcəllədə iddianın etirafı ilə bağlı normalar və maddi hüquq normalarının təsbit edildiyi qanunvericilik aktlarının müddəaları nəzərdən keçirildi.

26. Belə ki, cavabdehin iddianı etiraf etmək kimi prosessual hüququ vardır və bunu ona qadağan etmək olmaz. Eyni zamanda iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə də belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 27.Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

28. Göründüyü kimi, qeyd olunan prosessual hüquq normaları bir tərəfdən cavabdehin iddianı etiraf etmək hüququnun olduğunu təsbit edir, digər tərəfdən isə məhkəməyə səlahiyyət verir ki, iddianı etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, belə hərəkətləri qəbul etməsin. Etirafın hansısa qanuna və digər normativ hüquqi akta zidd olması hazırkı işdə müəyyən edilmir. Digər tərəfdən bu cür etiraf hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır, əks halda məhkəmə etirafı qəbul etməməlidir. Bu mənada məhkəmə tərkibi cavabdehin iddianı etiraf etməsini nə qanuna zidd, nə də hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozan hal hesab etmir.

29. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla belə, məhkəmə tərkibi hazırkı mübahisənin mahiyyətinə və məzmununa uyğun maddi zərərin əvəzini düzgün hesablanmadığını müəyyən etdi. Ona görə də zərərin məbləği cavabdehin etiraf etdiyi həddə müəyyən edilməlidir.

30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-4968/2025 saylı, 02 dekabr 2025-ci il tarixli qətnaməsi maddi zərərə görə tutulan məbləğ hissəsində dəyişdirilməli və vurulmuş zərərin məbləği 4000 (dörd min) manat müəyyən edilməli və debitor borc 1319.04 (min üç yüz on doqquz manat dörd qəpik) manat da nəzərə alınmaqla, cəmi 5319,04 (beş min üç yüz on doqquz manat dörd qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4968/2025 saylı, 02 dekabr 2025-ci il tarixli qətnaməsi maddi zərərə görə tutulan məbləğ hissəsində dəyişdirilsin və vurulmuş zərərin məbləği 4000 (dörd min) manat, debitor borc 1319.04 (min üç yüz on doqquz manat dörd qəpik) manat da nəzərə alınmaqla, cəmi 5319,04 (beş min üç yüz on doqquz manat dörd qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar