Məhkəmə qərarları › İş №2(3-6)-807/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-807/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-807/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiаçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı “xxxx İKB” Açıq Səhmdar Cəmiyyəti (bank), cavabdeh1 (borcalan) və Paşayev Həmzə Qəsəm oğlu (zamin) arasında ##.##.2015-ci il tarixdə bağlanmış **-M-*-*-***-** nömrəli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, bank borcalana bank hesabı açır, bu müqavilə müəyyən olunmuş xidmətləri göstərir və borcalana 24 ay müddətinə, illik 28% ödənilmək şərti ilə 14.250 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti hesablanacaq faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür, zamin bank qarşısında borcalanın bu müqavilədə nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehlik daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” İnvestisiya Kommersiya Bankının cavabdeh cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh1 və X1 birgə qaydada ##.##.2015-ci il tarixli, **-M-*-*-***-** nömrəli kredit müqaviləsi üzrə 13.879 ABŞ dolları əsas borc, 1.880 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları cərimə, cəmi 16.159 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” İnvestisiya Kommersiya Bankının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2016-cı il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsindən görünür ki, cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2016-cı il tarixli qətnamənin cavabdeh cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş, **-**/*-*/**-***/**** nömrəli arayışdan görünür ki, X1 “xxxx” ASC-nin Səbail İstismar şöbəsində hava xətti üzrə usta vəzifəsində işləyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə əsasən, 2021-ci ilin iyun ayından 2024-cü ilin noyabr ayınadək işçinin hesablanmış əmək haqqından “xxxx” İnvestisiya Kommersiya Bankının xeyrinə tutulan və müvafiq bank hesabına köçürülən ümumi kredit məbləği cəmi 6551.65 manat təşkil edir. cavabdeh2 ASC-nin ## #### 2026-cı il tarixli, **** saylı məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrası qaydasında borclu X1 əmək haqqından tutularaq 5696,97 USD məbləğində vəsaitin banka daxil olmuş, banka olan qalıq borc məbləği 10462,03 USD və 30 manat məbləğində dövlət rüsumu təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiаçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh2 ASC) qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh cavabdeh1 əvəzindən kredit müqaviləsi borclarına görə ödənilmiş ilkin 7.500 manat və ödənilmiş 105 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə, cavabdehlər barədə dələduzluqla bağlı xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Heç zaman banklarla işi olmamış və ehtiyacı olsa da kredit götürməmişdir. Yaxın və tanışları vasitəsilə Bakı şəhərində cavabdeh cavabdeh1 adlı birisi ilə 2014-2015-ci illərdə ümumi tanışlığı yaranmış, bir neçə dəfə görüşüb söhbət etmiş, yemək yemişdir. İlk təəssüratı bu adama qarşı çox isti olmuş, özünün də Naxçıvanda yaşamasına baxmayaraq, Qərbi Azərbaycandan olduğunu və bacarıqlı sahibkar və iş adamı olduğunu söyləmiş və bir-birlərinin etimadını qazanmış, qısa müddət ərzində aralarında həddən artıq mehribançılıq yaranmışdır. Cavabdeh işlərini daha da irəli aparmaq üçün əlavə vəsaitə ehtiyac yarandığını, rəsmi dövlət işi olmadığı üçün kredit götürə bilmədiyini bildirmişdir. Bununla əlaqədar olaraq, ona heç nə vəd etməmiş, iyrənc və çirkin planını həyata keçirmək üçün onu bəlkə də şübhələndirmək istəməmişdir. Cavabdeh bilirdi və öyrənmişdi ki, o, “xxxx” ASC-də işləyir. O, da aralarında yaranmış mehriban münasibətləri nəzərə alaraq, cavabdehin zaminlik təklifinə etiraz etməmişdir. Cavabdeh bildirmişdir ki, onun zaminliyi formaldır, kredit götürüb onu zaminlikdən çıxaracaqdır. Beləliklə, 2015-ci ilin may ayının 19-da birlikdə cavabdeh “xxxx” İKB-ya gedərək, 14.250 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu dələduz adam bankdan krediti götürdükdən sonra sağollaşaraq ayrılmışdır. Həmin gündən sonra fırıldaqçı cavabdeh yoxa çıxmışdır. Əsas borclu qalıb bir tərəfdə, bankdan ona hər gün zəng vurularaq narahat edilmişdir. Telefon nömrəsinə zəng vursa da, cavabdehə zəng çatmamışdır. “xxxx” İKB onun rəsmi yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, kredit üzrə verdiyi cəmi 19.920 ABŞ dolları və 30 manat dövlət rüsumunu hər ikisindən tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 və ondan birgə qaydada 16.159 ABŞ dolları tutulması qət edilmişdir. O, həm qazi, həm də Qarabağ müharibəsi veteranıdır. Ona qarşı edilən bu hörmətsizliyi və tərbiyəsizliyi unuda bilmir. Bu fırıldaqçı dələduz cavabdeh cavabdeh1 heç bir məhkəmə prosesində iştirak etməmiş, qaçıb gizlənmişdir. Məhkəmənin qətnaməsindən apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Ölkə rəhbərliyindən tutmuş hər yerə müraciətləri havadan asılı qalmış, cavablar onu qane etməmişdir. Bir şərəf və ləyaqətdən məhrum birisinin felinə keçmişdir. Ailəsində əmək fəaliyyəti ilə məşğul olub gəlir gətirən tək şəxsdir. İndiki bahalıq vaxtında az miqdarda aldığı əmək haqqı ailənin saxlanılması üçün kifayət etmir. Məhkəmə qətnaməsinə əsasən, 2021-ci il tarixindən hal-hazıradək əmək haqqından rəsmi olaraq 7.500 manat pul tutulmuşdur. Bu dələduz cavabdeh qanunsuz və gizli sahibkarlıqla məşğul olur, torpaq və ev satışı ilə, avtomobil satışı ilə məşğul olur. Adında heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Bunun əməllərində dələduzluq vardır. Başını açıb sərbəst dolaşır, kreditini isə o ödəyir. Ona görə də bu fırıldaqçı barəsində xüsusi qərardad çıxarılmalı və prokurora xəbər verilməlidir. Onun zaminliyinə xitam verilməlidir. İddia ərizəsini cavabdeh cavabdeh1 rəsmi qeydiyyat yeri üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Səbəbi isə “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından əldə olunmuş məlumata əsasən, bu adamın rəsmi qeydiyyat yerinin ünvan 1 ünvanı olması idi. İş üzrə hazırkı cavabdeh “xxxx” İKB-ni isə maraqlı şəxs qismində göstərmişdir. İddia tələbinin dəyişdirilməsi və ya əlavələr edilməsi onunla bağlıdır ki, cavabdehlər cavabdeh1 və “xxxx” İKB-nin əməkdaşları cinayət əlaqəsinə girərək, bilərək ki, birinci cavabdehin banklara kredit borcu olduğu və hələ ödənmədiyi, heç bir gəlir mənbəyi, qazancı, əmlakı olmadığı halda, onun etibardan sui-istifadə edərək, zamin kimi müqavilə bağlayarkən hüquqlarını izah etmədən, perspektivdə onu nələrin gözlədiyi barədə hər hansı məlumat vermədən tez tələsik ona müqaviləni imzalatmaları bir hüquq pozuntusudur. O, şüurlu şəkildə bu cür şərtlər daxilində zamin durardımı? Hətta qardaşına belə? Ona görə də zaminliyə xitam verilməli, ödədiyi pul vəsaitləri müştərək qaydada bu şəxslərdən alınıb ona qaytarılmalıdır. Əlavə etmək istəyir ki, birinci dələduz və saxtakar cavabdeh cavabdeh1 ilk tanışlıqlarından sonra birinci dəfə onu zamin kimi cəlb edərkən min manat kreditə pul götürərək qısa müddətdə onu ödəmişdir. Eyni fırıldağını ikinci dəfə də min manat götürərək onu da bir ilin içində tezliklə qaytarmaqla, onda cavabdehə qarşı inamın yaranmasını təmin etmişdir. Sonuncu dəfə isə onu işdən “qardaşcasına” tələm-tələsik çağıraraq, bankın dələduz əməkdaşı ilə ona zaminliyə imza atdırmışlar. Pulun məbləğini o, bu dələduzlar əməliyyatı apardıqdan sonra bilmişdir. Onda da gec idi, sonradan onu vəkili də aldatdığına görə bu iş beləcə uzandı. Odur ki, məhkəmənin ədalətinə inanır və güman edir ki, bu işin həllində humanizm və ədalət prinsiplərinə əməl olunacaqdır. Zaminlik müqaviləsi bağlandıqdan sonra bankın işçisini vəzifəsindən kənarlaşdırdıqlarını bilir. Cavabdeh banka sorğularına cavabları məhkəmə iclasında təqdim edəcəkdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iş üzrə cavabdeh cavabdeh1 ilə birgə məsuliyyət daşıdığı kredit müqaviləsi üzrə dörd il müddətində təxminən 10.000 manata yaxın pul vəsaiti ödəmişdir. Hesab edir ki, zaminlik müqaviləsi kredit müqaviləsinin daxilində deyil, ayrıca bağlanmalı, habelə müqavilə bağlanan zaman doğuracağı hüquqi nəticələr barədə məlumatlandırılmalı idi. Lakin bu kimi hallar baş tutmadığı üçün onun zaminliyinə xitam verilməli, iş üzrə cavabdeh cavabdeh1 tərəfindən də borcdan ödənişlər edilməlidir. Zaminlik müqaviləsindəki imza ona məxsusdur. Lakin cavabdeh olan bankın əməkdaşları ona sadəcə olaraq, müqaviləyə imza etməsini söyləmiş, müqavilənin şərtləri ilə tanış etməmişlər. Cavabdeh əvvəllər də banklardan xırda məbləğlərdə. 1000 manatlıq kreditlər götürmüş, sonra geri qaytarmışdır. Bu səbəbdən o, cavabdehin bu qədər yüksək məbləğdə kredit götürəcəyini güman etməmişdir. Həm də işdən çıxıb banka getdiyinə görə işə tələsmiş, müqaviləyə qol çəkib çıxıb getmişdir. Ona məbləğlə bağlı heç bir məlumat verilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 (***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiаçı Paşayev Həmzə Qəsəm oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, “xxxx İKB” Açıq Səhmdar Cəmiyyəti, cavabdeh1 və Paşayev Həmzə Qəsəm oğlu arasında ##.##.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank borcalana bank hesabı açmağı, bu müqavilə ilə müəyyən olunmuş xidmətlər göstərməyi və borcalana 24 ay müddətinə, illik 28% ödənilmək şərti ilə 14.250 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti hesablanacaq faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilədə zaminin (İddiaçı) bank qarşısında borcalanın (cavabdeh1) bu müqavilədə nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehlik daşıması da göstərilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə kreditor məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” İnvestisiya Kommersiya Bankının cavabdeh cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh1 və X1 birgə qaydada ##.##.2015-ci il tarixli, **-M-*-*-***-** nömrəli kredit müqaviləsi üzrə 13.879 ABŞ dolları əsas borc, 1.880 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları cərimə, cəmi 16.159 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” İnvestisiya Kommersiya Bankının xeyrinə tutulması qət edilmişdir. Müvafiq kredit müqaviləsi üzrə iddiaçı İddiaçı əmək haqqından 6551.65 manat məbləğində pul tutulduğunu göstərən iş yerindən arayış məhkəməyə təqdim edilmişdir. İddiaçı İddiaçı cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbində reqres qaydada tutulmalı olan pul vəsaiti ümumilikdə 7.500 manat məbləğində qeyd edilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayış əsasında ancaq 6.551.65 manatlıq tutulma müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd edilən məbləğdən artıq vəsaitin ödənilməsini təsdiq edən digər mötəbər sübut isə məhkəməyə təqdim edilməmişdir. Lakin hər bir halda mübahisəsizdir ki, icra sənədi üzrə borc iddiaçı (zamin) tərəfindən tam ödənilməmiş, ödəniş qismən həyata keçirilmişdir. Öhdəliyi qismən icra etmiş zaminin borcluya qarşı reqres qaydasında pul tələbinin əsaslılığına münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İstinad edilən bu maddə Məcəllədə “borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ” başlığı ilə ifadə edilmişdir. Belə olan halda məhkəmə maddənin başlığı və mətnini əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, birgə borclunun (hazırkı işdə zaminin) reqres qaydasında tələb hüququnun yaranması üçün o, birgə öhdəliyi tam şəkildə icra etmiş olmalıdır. Hazırkı işdən isə bunun əksi müəyyən edilmişdir. Odur ki, iddia təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 472.2, 472.3, 475.1, 475.2, 475.3, 509.1, 509.2, 509.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 185.5, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiаçı İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, yaxın və tanışları vasitəsilə Bakı şəhərində, cavabdeh cavabdeh1 adlı birisi ilə 2014-2015 illərində ümumi tanışlıqları yaranmış, bir neçə dəfə görüşüb söhbət etmiş, yemək yemişlər. İlk təəssüratı bu adama qarşı çox isti olmuş, özünün da Naxçıvanda yaşamasına baxmayaraq, qərbi Azərbaycandan olduğunu və bacarıqlı sahibkar və iş adamı olduğunu söyləmiş və bir-birilərinin etimadını qazanmış, qısa müddət ərzində aralarında həddən artıq mehribançılıq yaranmışdır. 2015-ci ilin may ayının 19-da birlikdə maraqlı şəxs “xxxx” İnvestisiya Kommersiya Bankına gedərək, 14.250 (on dörd min iki yüz əlli) ABŞ dolları məbləğində kredit götürmüşlər. Bu dələduz adam, bankdan krediti götürdükdən sonra sağollaşaraq, ayrılmışdır. Həmin gündən sonra fırıldaqçı cavabdeh yoxa çıxmışdır. Əsas borclu qalıb bir tərəfdə, bankdan hər gün ona zəng vurularaq narahat edirdilər. Telefon nömrəsinə zəng vursa da, zəng çatmamışdır. İddiaçı “xxxx” İnvestisiya Kommersiya bankı, onun rəsmi yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, kredit üzrə verdiyi cəmi 19.920 ABŞ dolları və 30 manat dövlət rüsumunu hər ikisindən tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2016 tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh cavabdeh1 və ondan birgə qaydada 16.159 (on altı min yüz əlli doqquz) ABŞ dolları tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025, *(***)-****/**** saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə onun maddi və prosessual hüquqları tam şəkildə pozulmuşdur. Sübutlara qiymət verilməmş, cavabdeh əsas borclunun iştirakı olmadan və onun iştirakı təmin olunmadan mülki işin baxışı keçirilmiş və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə, onunla maraqlı şəxs: “xxxx” İnvestisiya Kommersiya Bankı arasında ayrıca bağlanmış hər hansı zaminlik müqaviləsi olmadan bağlanmış borc və zaminlik müqaviləsinə düzgün hüquqi qiymət verməmişdir. Həmin müqavilənin iki yarımbəndində zaminin məsuliyyəti barədə iki cümləlik bir şərt mövcuddur. Ancaq, çıxardığı qanunsuz qətnaməsində isə zaminin hüquqları yox, vəzifə öhdəlikləri barədə bir neçə bənddə qeyd vardır, hansıki bunlar ona bank tərəfindən izah edilmədən tələsik bağlamaqla ona qarşı qanun pozuntusuna yol verilmişdir. Məhkəmə, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, mülki işin araşdırılmasında cavabdeh cavabdeh1 iştirakını təmin etməmiş və cəhd də göstərməmişdir. Zaminin öhdəlikləri barədə qanunvericinin tələbi qeyd edilmişdir. Onunla ayrıca zaminlik müqaviləsi bağlanmamış, bank tərəfindən ona hüquqları izah edilmədən inamından istifadə edilərək tələm tələsik müqavilə imzaladılmışdır. Müqavilə elə tərtib olunmuşdur ki, orada subsidiar yox, birgə məsuliyyət nəzərdə tutulmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə hüquqları pozulmuşdur. Əsas borclu cavabdeh1, borcu ödəməkdən qəsdən yayınması məhkəməyə də bəllidir. Məhkəməyə gəlmir hörmətsizlik edir, borcu ödəmir, icra məmurları onu himayə edirlər, o, qazi və müharibə iştirakçısıdır, indi də pensiya alır. Bu dələduz adam sağlamdır, ev və avtomobil alverilə məşğul olur, Suraxanı rayonunda daimi qeydiyyatdadır, hər gün bir maşında gəzir. Bəs yaxşı, o zaman məhkəmənin ədaləti harda qaldı? Məhkəmə iclasları zamanı borclu cavabdeh1 barəsində dələduzluq əməli ilə bağlı tələb araşdırılmadı. Bu qanunsuzdur və mənim maddi və prosessual hüquqlarının qəsdən pozulmasına yönəlmiş bir hərəkət olduğunu düşünür. Borc müqaviləsi üzrəödədiyi məbləğ iddia ərizəsində olduğu kimidir. Zaminlik müqaviləsi bağlanmasının bir neçə şərti mövcuddur. Bunlardan hansı müqavilə və borcun məbləğini bilmək, nə üçün zamin durması ona izah edilməsi, yəni, əsas öhdəliyin detalları göstərilməlidir. Əks halda əgər zamin durulmuş hər hansı şey barəsində qeyri-müəyyən məlumatlara malikdirsə, zaminlik bağlanmamış kimi hesab edilir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində, xüsusi qərardad çıxarılması tələbi istisna olmaqla, bütün detallara toxunsa da hüquqi nəticəsi yanlış olmuşdur. Məhkəmə qətnaməsi ilə onun maddi və prosessual hüquqları tam şəkildə pozulmuşdur. Çıxardığı qanunsuz qətnaməsində məhkəmə zaminin hüquqlarını yox, vəzifə öhdəlikləri barədə bir neçə bənddə qeyd vardır, hansıkı bunlar ona bank tərəfindən izah edilmədən tələsik bağlamaqla ona qarşı qanun pozuntusuna yol verilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh1 barəsində dələduzluq əməli ilə bağlı tələb araşdırılmamış, hakimin diqtəsinə və təklifinə uyğun olaraq ona işin mahiyyəti üçün heç bir nəticəsi olmayacaq neçə dəfə iddia ərizəsinə əlavə və düzəliş etdirilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, 2005-ci ildə pulu götürən cavabdeh-borcalan olmuş, o, pul götürməmiş, zamin durmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi isə borcun ondan da tutulmasını qət etmişdir. O, on gün həbs olunmuşdur. Qətnamədə birgə borclu olaraq yazılsalar da, barəsində həbs seçilən o, olmuşdur. Daha sonra ona maaşından tutulması barədə razılaşması deyilmiş, həmin vaxt Amil işləməmiş, o, isə işləyirdi. Amil ona maaşından tutulan məbləği hər ayın əvvəli ona verəcəyini demişdir. Borc onun maaşına yönəldiləndən sonra Amil onunla əlaqəni kəsmişdir. 4 ildir ki, o, borcu ödəyir, cəmi 9.200 manat ödəniş etmişdir. Onun gözləri tutulub, əlildir, müharibə veteranıdır, ona göstərilən qayğılar bunlardır. O, 500 manat pensiya alır, yoldaşı da xəstədir, özü də xəstədir, pensiyanın 200 manatını banka versə acından ölməlidir? Amilin indi işi var, xahiş edir onun zaminliyinə xitam verilsin, 10.000 manata yaxın borcu o, ödəmişdir, heç o, pulu da istəmir, heç olmazsa bundan sonra qalan borcu Amil ödəsin. Xahiş edir ki, onun zaminliyinə xitam verilsin, Amil özü də sağ-salamatdır. Amilin borcu üzrə ödədiyi vəsait təxminən 9.200 manatdır, iddiada ona görə 7.500 manat yazmışdır ki, o, köhnə məbləğdir, ondan sonra da ödənişlər etmişdir. Pensiyaya indi çıxmışdır, gözləri görmür deyə işdən çıxardıblar. Pul bankdan borca götürüləndə, o, zamin durmuşdur, alınmış borcdan ona heç nə verilməmiş, borc aralarında bölünməmişdir. Bunu Amildə təsdiq edə bilər. Məhkəmə qətnaməsindən sonra da əmək haqqından tutulmalar davam edib. cavabdeh1 dəhlizdə ona bundan sonra ödənişləri edəcəyini, onun əmək haqqına borcun yönəldilməsini demişdir. Keçən məhkəmə iclasında cavabdeh banka gedəcəyinə söz versə də, getməmişdir. Onun pulu ödəmək fikri yoxdur. Bu adam residivist dələduzdur, onun haqqında cinayət işi açmaq lazımdır. Cavabdeh bu banka olan borcu ilə bağlı heçbir ödəniş etməmişdir. 16.000 ABŞ dolları bankdan kredit götürülmüş, onun 10.000 manatını özü ödəmişdir. Cavabdehin bu pulu ödəmək niyyəti yoxdur. Amil 900 manat maaş alır, o, isə 500 manat pensiya alır. Özü, yoldaşı xəstədir. Hər ay 200 manat bank pensiyasından tutur. Qalan 300 manat pul heç onların dərmanlarını qarşılamır. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində bu işə baxılmasından xəbəri olmamışdır. O, əvvəllər bizneslə məşğul olmuşdur. Həmzə dayı sağ olsun, yaxşı insandır, indi də münasibətləri yaxşıdır. Sadəcə olaraq dolların qalxması ilə əlaqədar biznesi çökdükdən sonra işsiz qalmışdır. Bundan sonra yazılı formada müraciət etmiş və onu işlə təmin etmişlər. Onun yeddi banka borcu olmuş, həmin borcları ödəməklə məşğul olmuşdur. Borclarının yaranma səbəbi oğlunun autizm sindromu olması ilə əlaqədar olmuşdur. Bankdan borcu oğlunun müalicəsi ilə əlaqədar götürmüşdür. Yeddi bankdan beşinə olan borcunu bağlamışdır. Əlində də sənədləri var, icra şöbəsi tərəfindən maaşından tutulmalar aparılmış, 2020-ci ilin mart ayından tutulmalar aparılıb, beş ildir ki, banka olan borclarını ödəyir. Hər ay maşından 20-25%, bəzən isə 30% tutulmalar aparılır. Həmzə dayıdan 4 ildir ki, xəbəri yox idi. İndi Həmzə dayı ilə dəhlizdə söhbət etmiş, bir-birilərini başa düşürlər, o, pulu hissəhissə özü ona ödəyəcək, borcu qalmayacaqdır. Bu iş üzrə icra şöbəsində icra sənədi var. O, bu iş üzrə heç bir ödəniş etməmişdir. Belə ki, ödəniləcək icra sənədlərini icra şöbəsi özü hissə-hissə göndərmiş, Unibank KB ASC, LPO Dəmirbank ASC, Bank of Baku ASC-yə borcları olmuşdur. Bankdan götürdüyü kreditdən o, Həmzəyə pul verməmişdir. Bu borca görə Həmzə dayıdan tutulmalar aparılmasını bilməmişdir. Həmzənin ödədiyi pulu hissə-hissə ödəyəcəkdir. O, Suraxanı Neft Şirkətində mühafizəçi işləyir, əmək haqqı 779-850 manat təşkil edir. Bəzi hallarda proqramist olaraq fəaliyyət göstərir. Hətta Həmzə bundan öncədə onun iki banka olan borcunda zamin durub, o, borcları heç bir gecikmə olmadan ödəmişdir. Həmzə dayı onun dayısının dostudur, münasibətləri də bu formada başlayıb. Bankdan 14.000 borc götürmüş, iki ay ödədikdən sonra ödənişləri dayandırmışdır. Həmzə dayıdan tutulmalar aparıldıqdan sonra, ola bilər ki, bank yerdə qalan məbləği aylara bölsün, daha Həmzə dayıdan tutulmalar aparılmasın, pulu o ödəsin. O, elə bilirdi ki, maaşından bütün borcları tutulur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər cavabdeh1 və cavabdeh2 ASC-yə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh cavabdeh1 məhkəmə iclasına gəlməmiş, cavabdeh cavabdeh2 ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Maddə 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edilmədiyindən, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, “xxxx İKB” ASC (bank), cavabdeh1 (borcalan) və Paşayev Həmzə Qəsəm oğlu (zamin) arasında ##.##.2015-ci il tarixdə bağlanmış **-M-*-*-***- ** nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, bank borcalana bank hesabı açmağı, bu müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərməyi və borcalana 24 ay müddətinə qaytarmaq, illik 28% ödənilmək şərti ilə 14.250 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti hesablanacaq faizləri ilə birlikdə banka qaytarmağı, zamin isə bank qarşısında borcalanın bu müqavilədə nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı “xxxx” İnvestisiya Kommersiya Bankının cavabdeh cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh1 və X1 birgə qaydada ##.##.2015-ci il tarixli, **-M-*-*-***-** nömrəli kredit müqaviləsi üzrə 13.879 ABŞ dolları əsas borc, 1.880 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları cərimə olmaqla cəmi 16.159 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” İnvestisiya Kommersiya Bankının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2016-cı il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsinə əsasən, cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsinin cavabdeh cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırkı işdə iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən, kreditor “xxxx” İKB (hazırda Yelo Bnak ASC) ödədiyi pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. Tədqiq olunmuş sübutlardan daha sonra müəyyən olunur ki, cavabdeh2 ASC-nin ## #### 2026-cı il tarixli, **** saylı məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrası qaydasında borclu X1 əmək haqqından tutulmuş 5.696,97 USD məbləğində vəsait banka daxil olmuş, banka olan qalıq borc məbləği 10.462,03 USD və 30 manat məbləğində dövlət rüsumu təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 izahatında göstərmişdir ki, o, iddiaçı X1 uzun müddətdir tanıyır, iddiaçı əvvəllər də onun bağladığı kredit müqavilələri üzrə zamin olmuş, o həmin müqavilələr üzrə borcunu tam ödəmişdir. Sonuncu müqavilə üzrə, bir neçə kredit borcu olduğundan öhdəliyini icra edə bilməmişdir. X1 tərəfindən onun əvəzindən banka ödənilən məbləği o, hissə-hissə ona qaytaracaqdır. Kollegiya qeyd edir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar birbiri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə MM-in 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. İddiaçının apellyasiya şikayətindən, məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, o, faktiki olaraq icra sənədi üzrə ödədiyi borcu cavabdeh cavabdeh1 tutularaq ona verilməsini xahiş edir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, etibarlılığı qanuni qüvvəsini alan məhkəmə aktı üzrə müəyyən olunmuş “xxxx İKB” Açıq Səhmdar Cəmiyyəti (bank), cavabdeh1 (borcalan) və Paşayev Həmzə Qəsəm oğlu (zamin) arasında ##.##.2015-ci il tarixdə bağlanmış **-M-*-*-***-** nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, məhkəmə aktı ilə yaranan öhdəliyin tam icra edilməməsi apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı da öz təsdiqini tapmadığından, borclulardan birinin öhdəliyi tam icra etdikdə kreditora qarşı deyil, digər borcluya (borclulara) qarşı reqres qaydasında tələb hüququ yarandığından iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin iddia tələblərinin bir neçə dəfə dəqiqləşdiriləməsi ilə bağlı dəlili üzrə qeyd edir ki, MM-in 53-cü maddəsinin tələblərinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı işdən görünür ki, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələr versə də, sonda ilk dəfə məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə işə baxılaraq məhkəmə aktı qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətində qeyd olunan apellyatorun xüsusi qərardadın qəbul edilməsi ilə bağlı vəsatəti üzrə qeyd edir ki, hazırkı iş üzrə aparılan araşdırma zamanı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət əlamətləri aşkar olunmadığından iddiaçının bu vəsatəti əsasızdır və ona görə də təmin edilmir. Belə ki, MPM-in 265.4.-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İiddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar