Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-822/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Işin halları
1. “Elektron məhkəmə” informasiya sisteminə əsasən müəyyən olunur ki, “Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
2. ##.##.2021-ci il tarixli razılaşmanın məzmununa görə: Mehrəliyev Turqut Vidadi oğlu İddiaçı “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin ödəniş 700 manat ödəmişdir. Avtomobili günü 25 manat olmaqla, 26 aylıq icarə yolu ilə avtomobil sonunda ona qalmaq şərti ilə razılaşmış, avtomobili götürmüş, onun mühərrikinə Şəbnəm tərəfindən 26 ay zəmanət verilmiş (mühərrikə qəsdən zərər vermədiyi halda), avtomobili həftədə bir dəfə (beş gündən bir) Şəbnəmin servisinə texniki baxışa gətirməlidir, onun mühərrikinin yağını 5000 km-dən bir dəyişməlidir. Şəbnəmin servisində avtomobilin mühərrikinin yağını vaxtında və ünvanında dəyişməsə, vaxtında texniki baxışa gətirmədiyi təqdirdə, başqa servislərə avtomobili təmirə aparsa, o zaman avtomobilin mühərrikinə verilmiş zəmanət ləğv edilir. Avtomobili ondan başqa şəxsin idarə etməyi qəti qadağandır. Belə hal aşkar edilərsə, avtomobil ondan dərhal geri alınır və geri qaytarılmır. Avtomobilin gündəlik ödənişi 4 gün gecikərsə, avtomobil ondan geri alına bilər. Bundan 2 gün gözlədikdən sonra digər şəxsə verilə bilər. Avtomobili hər hansı bir səbəbdən geri qaytarmaq istəyərsə və ya hansısa şərtlərin pozulması nəticəsində ondan geri alınarsa o zaman ödədiyi ilkin ödəniş və gündəlik ödədikləri ona heç bir halda geri qaytarılmır. Belə halda avtomobili kiməsə yönlədirə bilməz. Avtomobili hər hansı bir səbəbdən təmirdə saxlayarsa, bunun gündəlik ödənişə heç bir aidiyyəti yoxdur. Avtomobilin üzərində icbari sığortası vardır, kasko sığortası yoxdur, texniki baxışdan keçirilmişdir, avtomobildə kasko sığorta olmadığına görə onda hər hansı yüngül və ağır qəza edərsə, məsuliyyəti özü daşıyacaqdır. Avtomobildə konstruksiya dəyişikliyi etmək qəti qadağandır. Belə hallar baş verərsə, avtomobilə vurduğu zərəri o qarşılamalıdır (konstruksiya dəyişikliyi və qəza zərəri). Avtomobilin ##.##.2021-ci il tarixdən saat 19:00 radələrində etibarən cərimələrinə məsuliyyət daşıyır. Adına gələn qərarlı və qərarsız cərimələrini 10 gün müddətində ödəməlidir. Əks halda növbəti aya etibarnamə verilməyəcəkdir. Belə olan halda etibarnaməsiz idarə etmək qadağandır. Avtomobil saxlanılır və gündəlik hesablanır.
3. ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin Istintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçı tələbi ilə əlaqədar mülki məsələlərin həlli üzrə aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan müəyyən olunur ki, təhqiqat araşdırması zamanı X6 izahat verərək bildirmişdir ki, təxminən 2021-ci ilin dekabr aylarında İddiaçı tap.az saytında yerləşdirdiyi elan vasitəsilə zəng edərək ondan “Daewoo Gentra” markalı **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ondan gündəlik icarəyə götürmək məqsədilə görüşərək aralarında razılığa gələrək günü 25 manat ödəməklə götürmüşdür. Turqutun dostu Elvin yol nəqliyyat hadisəsini törətdiyinə görə Şəbnəm etibarnamənin vaxtını uzatmamış və hadisə ilə bağlı Elvindən şikayətçi olmamasına görə ona məxsus servisdə təmirə qoymuşlar. T.Mehrəliyev Kürdəxanı qəsəbəsi, BIO marketlə üzbəüz olan sözügedən servisə gedərək sexdən açarı götürüb avtomaşını sürərək getdikdən sonra Kürdəxanı qəsəbəsi X.Əzimov küçəsində hərəkətdə olan zaman göy rəngli darvazaya dəyərək qəza hadisəsi törətmiş və evakuator vasitəsilə dostu Fuadın qapısına düşürdüyünü bildirmişdir. Həmçinin, təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, dostu Turqut Mehrəliyevin idarə etdiyi **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının işi olduğu üçün götürmüş və hadisə nəticəsində avtomaşına ziyan dəymişdir. Elvin avtomaşını işlədiyi servisə gətirərək Turqutla görüşərək sözügedən avtomaşını təmir etdiyini söz vermişdir. Həmin vaxt Turqutun yanında özünü Şəbnəm kimi təqdim edən və maşının sahibi olduğunu deyən xanım maşının təmiri qurtardıqdan sonra ona təhvil verəcəyini bildirib maşın hazır olduqdan sonra İddiaçı dəfələrlə zəng etsə də, telefonunu açmadığını bildirmişdir. Turqut ##.##.2022-ci il tarixdə sözügedən iş yerinə gələrək onunla mübahisə edərək açarı təmir sexindən götürüb getdikdən sonra ##.##.2022-ci il tarixdə Turqutun həmin avtomaşınla qəza törətdiyini bilmişdir.
4. ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin Istintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçı tələbi ilə əlaqədar mülki məsələlərin həlli üzrə aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir (eyni izahatlar).
5. ##.##.2023-cü il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin Istintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçı tələbi ilə əlaqədar mülki məsələlərin həlli üzrə aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir (eyni izahatlar).
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin Istintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və İddiaçı şikayətində və məhkəmənin qərarında göstərilmiş xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması qərara alınmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPŞ-nin Istintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və qərarın təsviri hissəsində göstərilən halların araşdırılaraq müvafiq qərar qəbul olunmasının təmin olunması məqsədi ilə İddiaçı müraciəti əsasında toplanmış materialın Sabunçu rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır.
8. ##.##.2021-ci il tarixli ** nömrəli qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün material və xidmət haqqı cəmi 1660 manat təşkil edir.
9. Avangard avto servis tərəfindən tərtib edilmiş dəymiş ziyanın müəyyən edilməsinə dair aktdan görünür ki, “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün material və xidmət haqqı cəmi 6620 manat təşkil edir.
10. Bakı şəhəri Arbitrium vəkil bürosunda İddiaçı ilə vəkil Nümayəndə arasında ##.##.2024-cü il tarixdə hüquqi xidmətin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı tərəfindən 200 və 120 manat olmaqla xidmət haqqı ödənilmişdir.
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin **/** nömrəli, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır.
12. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli hökmü ilə müəyyən edilir ki, Cavabdeh ## ###### 2022-ci il tarixdə saat 01:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan İddiaçı məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "DAEWOO GENTRA" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi ilə "Kürdəxanı market" adlı ərzaq mağazası istiqamətində 75 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək yəni, sürücü nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə idarə etdiyi avtomobillə yolun sağ hissəsindən sol hissəsinə doğru yolu keçən piyada X2 avtomobilinin qabaq sol hissəsilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncuya başbeyin maddəsinin əzilməsi, başbeyin maddəsinə, mədəciklərinə və yumşaq qişalarına qansızma, sol gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən yerini dəyişən qapalı-qəlpəli sınıqları, ikitərəfli hemotoraks (hər iki döş boşluğuna sərbəst qanın yığılması), ağciyərlərin və qaraciyərin əzilmiş-cırılmış yaraları, hər iki körpücük sümüyünün, sol tərəfi II-III-IV, sağ tərəfi II-III qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, sol mil-bilək və sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, başın, sifətin, boyunun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, qançır və sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur.
13. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı İddiaçı cavabdehlər Mehrəliyev Turqut Vidadi oğluna, Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Mehrəliyev Turqut Vidadi oğlundan 1660 manatın və Cavabdeh vurulmuş 6620 manat maddi zərərin və əldən çıxmış faydanın, vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı və cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu arasında İddiaçı məxsus Daewoo Gentra markalı **MA*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi ilə bağlı razılaşmışlar. Razılaşmanın şərtlərini cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu öz əl yazısı və imzası ilə təstiqləmişdir. Cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu və iddiaçı İddiaçı Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin ödəniş olaraq 700 manat ödəmişdir və qarşılıqlı razılaşmaya əsasən Mehrəliyev Turqut günü 25 manatdan 26 aylıq icarə haqqını ödədiyi təqdirdə avtomobil onun mülkiyyətinə keçəcəkdi. Həmçinin avtomobilin mühərrikinə İddiaçı tərəfindən zəmanət verilmişdir (Mehrəliyev Turqut tərəfindən qəsdən zərər vurulmadığı hallarda). Cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu avtomobili həftədə 1 dəfə yəni 5 gündə bir olmaq şərti ilə iddiaçının servisində texniki baxışdan keçirmək üçün gətirməyi, avtomobilin mühərrikinin yağını hər 5000 km-dən bir dəyişməyi öz üzərinə götürmüşdür. Bununla yanaşı mühərrikin yağının vaxtında dəyişilməsə, vaxtında texniki baxışa gətirilməsə, başqa servislərə təmir üçün aparsa o zaman iddiaçı tərəfindən verilmiş zəmanət ləğv edilir. Belə ki, avtomobilin Mehrəliyev Turqut Vidadi oğlundan başqa hər hansısa bir şəxs tərəfindən idarə edilməsi razılaşmaya əsasən qəti qadağan hesab olunmuşdur. Avtomobilin gündəlik ödənişi 4 gün geciksə avtomobil icarəyə götürəndən geri alına, əlavə 2 gün gözləndikdən sonra digər şəxsə verilə bilərdi. Əgər avtomobil icarəyə götürən tərəfindən hər hansısa səbəbdən geri qaytarılmaq istənərsə və ya hansısa şərtlərin pozulması nəticəsində Mehrəliyev Turqut Vidadi oğlundan alınarsa bu zaman ödədiyi ilkin ödəniş və gündəlik ödədikləri şəxsə heç bir halda qaytarılmır. Avtomobilin hər hansısa bir səbəbdən təmirə saxlanılmasının gündəlik ödənişin ödənilməməsi üçün səbəb deyil. Avtomobilin yanlız icbari sığortası olduğuna görə avtomobilə dəyən yüngül və ağır qəza ilə bağlı məsuliyyəti Mehrəliyev Turqut Vidadi oğlu öz üzərinə götürmüşdür. Avtomobilə konstruksiya dəyişikliyinin edilməsi qadağandır lakin belə hallar baş versə avtomobilə vurulmuş zərər Turqut tərəfindən dərhal qarşılanmalıdır və ##.##.2021-ci il 19:00-dan etibarən avtomobilə yazılan cərimələrə məsuliyyət daşıyır. Turqut öz adına gələn qərarlı və qərarsız cərimələri 10 gün müddətində ödəməli əks halda iddiaçı tərəfindən növbəti ay üçün etibarnamə verilmir. Qeyd edilən şərtlər Mehrəliyev Turqut Vidadi oğlu tərəfindən yazılmış və şərtlərlə bağlı razılığını və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. ##.##.2022-cü il tarixində cavabdeh Mehrəliyev Turqut Vidadi oğlunun dostu Cavabdeh dostunun icazəsi olmadan həmin avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi nəticəsində piyadanı öldürmüş, avtomobilə isə xeyli maddi zərər vurulmuşdur. Belə ki, təqdim olunmuş “xxxx” MMC tərəfindən verilən ## ##### 2021-ci il tarixli № ** nöqsan aktından da göründüyü kimi **MA*** dövlət qeydiyyat nişanlı, DAEWOO CENTRA minik markalı avtomobildə görülən dəmirçi, rəngsaz, armatur və bamper işləri üçün zəhmət haqqı ümumilikdə 1285 manat, qabaq qanad, fara şüşəsi, alın şüşəsi və dumannı faranın qiyməti ümumilikdə 375 manat olmuşdur. Işçilərin zəhmət haqqı və ehtiyat hissələri 1285 və 375 manat ümumilikdə avtomobilə 1660 manat məbləğində ziyan dəymişdir. Sonradan digər cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu avtomobili götürmüş və təmir etmək üçün servisə aparmış və sonradan avtomobili servisdən götürərkən avtomobili darvazaya çırparaq qəza törətmiş, nəticədə avtomobili tam yararsız hala salmışdır. Bununla da avtomobilə 6620 manat maddi zərər vurmuşdur. Dəfələrlə cavabdehlərdən vurulmuş zərərin tələb edilməsinə və barələrində cinayət işi açılmasına çalışsa da, heç bir nəticə əldə edə bilmədi. Onların əməlləri sayəsində o, həm ##.##.2022-ci ildən indiyədək keçən 28 ay müddətində (840gün*25manat) 21000 manat gəlirimdən məhrum olmuş, həm də avtomobilimə vurulmuş ümumilikdə (1660+6620) 8280 manat maddi zərəra uğramış ki, hazırda o qədər vəsaiti olmadığından avtomobilimi də düzəldə bilmir. Artıq hadisədən 28 aya yaxın bir müddət keçməsinə baxmayaraq, nə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmış, nə də avtomobilin icarəsindən qazanacağı vəsait ödənməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə ödəniş etməli olmuşdur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır.
16. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ##.##.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, iddia tələbinin xahiş edirəm hissəsindəki "əldən çıxmış fayda" hissəsinə dəqiqləşmə verilənədək nəzərə alınmamasını, iddia ərizəsinin xahiş edirəm hissəsinin “cavabdehlər Mehrəliyev Turqut Vidadi oğlundan 1660 manatın və Cavabdeh vurulmuş 6620 manat maddi zərərin, vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarasınız” kimi oxunmasını xahiş etmişdir.
17. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ##.##.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mehrəliyev Turqut Vidadi oğlunun mülkiyyətinə verilməklə cavabdeh Mehrəliyev Turqut Vidadi oğlundan müqavilə üzrə ödənməli məbləğ kimi 19500 manatın və əldən çıxmış fayda kimi 3750 manatın, Cavabdeh vurulmuş 6620 manat maddi zərərin, cavabdehlərdən müştərək qaydada vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi Mehrəliyev Turqut Vidadi oğlu ilə İddiaçı Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi ilə bağlı razılaşmışlar. Razılaşmanın şərtlərini cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu günü 25 manatdan 26 aylıq icarə haqqını ödədiyi təqdirdə avtomobil onun mülkiyyətinə keçəcəkdi. Avtomobilin gündəlik ödənişi 4 gün geciksə avtomobil icarəyə götürəndən geri alına, əlavə 2 gün gözləndikdən sonra digər şəxsə verilə bilərdi. Avtomobil icarəyə götürən tərəfindən hər hansısa səbəbdən geri qaytarılmaq istənərsə və ya hansısa şərtlərin pozulması nəticəsində Mehrəliyev Turqut Vidadi oğlundan alınarsa bu zaman ödədiyi ilkin ödəniş və gündəlik ödədikləri şəxsə heç bir halda qaytarılmır. Avtomobilin hər hansısa bir səbəbdən təmirə saxlanılmasının gündəlik ödənişin ödənilməməsi üçün səbəb deyil. Avtomobilin yanlız icbari sığortası olduğuna görə avtomobilə dəyən yüngül və ağır qəza ilə bağlı məsuliyyəti Mehrəliyev Turqut Vidadi oğlu öz üzərinə götürmüşdür. Avtomobilə konstruksiya dəyişikliyinin edilməsi qadağandır lakin belə hallar baş versə avtomobilə vurulmuş zərər Turqut tərəfindən dərhal qarşılanmalıdır və ##.##.2021-ci il 19:00-dan etibarən avtomobilə yazılan cərimələrə məsuliyyət daşıyır. Turqut öz adına gələn qərarlı və qərarsız cərimələri 10 gün müddətində ödəməli əks halda iddiaçı tərəfindən növbəti ay üçün etibarnamə verilmir. Qeyd edilən şərtlər Mehrəliyev Turqut Vidadi oğlu tərəfindən yazılmış və şərtlərlə bağlı razılığını və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh dostu Mehrəliyev Turqut Vidadi oğlunun icazəsi olmadan həmin avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi nəticəsində piyadanı öldürmüş, avtomobilə isə 1660 manat məbləğində ziyan dəymişdir. Sonradan digər cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu avtomobili götürmüş və təmir etmək üçün servisə aparmış və sonradan avtomobili servisdən götürərkən avtomobili darvazaya çırparaq qəza törətmiş, nəticədə avtomobili tam yararsız hala salmışdır. Bununla da avtomobilə 6620 manat maddi zərər vurmuşdur. Dəfələrlə cavabdehlərdən vurulmuş zərərin tələb edilməsinə və barələrində cinayət işi açılmasına çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Onların əməlləri sayəsində o, həm ##.##.2022-ci ildən indiyədək keçən 32 ay müddətində (960gün*25manat) 24000 manat gəlirindən məhrum olmuş, həm də avtomobilinə vurulmuş ümumilikdə (1660+6620) 8280 manat maddi zərəra uğramış ki, hazırda o qədər vəsaiti olmadığından avtomobilini də düzəldə bilmir. Ilk iddia ərizəsinin əsaslandırma hissəsində vurulan zərəri əsaslandıraraq qeyd etsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində həmin zərərin tələb edilmədiyindən dəqiqləşmə verməli olmuşdur. Bununla yanaşı qeyd edir ki, cavabdehlərin əməlləri mülki iş üzrə təqdim edilmiş sübutlarla tam sübut edildiyindən, cavabdehlərdən birinin məhkəmə iclasında tam etiraf etdiyindən iddia tam sübut edilmişdir ki, hesab edir ki, bu səbəbdən iddia tələbində tam haqlıydır. Belə ki, cavabdehlərin avtomobilə vurduğu zərər bütün hallarda tam sübut edilmiş, cavabdeh tərəfindən etiraf edildiyi və mübahisələndirilmədiyi halda hakim tərəfindən istiqamət verilərək mübahisələndirilməyə çalışsa da, mübahisə edilmədiyindən hazırda həmin hissədə hər hansı bir əlavə sübuta ehtiyac yoxdur. Bununla yanaşı cavabdehlərdən Mehrəliyev Turqut Vidadi oğlunun İddiaçı məxsus Daewoo Gentra markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin günü 25 manatdan 26 aylıq icarə haqqını ödədiyi təqdirdə avtomobil onun mülkiyyətinə keçəcəyini nəzərə alaraq avtomobili onun mülkiyyətinə verməklə (26ay*30gün*25manat=) 19500 manatın və müqavilə üzrə razılaşdırılmış gündən (##.##.2022- ##.##.2024=26ay) sonrakı 5 aya görə əldən çıxmış fayda kimi (5ay*30gün*25manat=) 3750 manat alınaraq iddiaçıya ödənməlidir. Beləliklə hesab edir ki, cavabdehlər Mehrəliyev Turqut Vidadi oğlundan 19500 manatın müqavilə üzrə ödənməli məbləğ və 3750 manat əldən çıxmış fayda və Cavabdeh vurulmuş 6620 manat maddi zərərin, vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
19. Cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu ##.##.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia tələblərinin rədd edilməsi və avtomobilə dəyən zərərin qiymətləndirilməsi üçün məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən avtomobil qəzasından sonra ona iddiaçı verdiyi etibarnaməni ləğv etdirmiş və faktiki olaraq qəza nəticəsində avtomobilə dəyən ziyanın ödənilməsi üçün hər hansı imkan verməmişdir. Əsassız olaraq avtomobilin tam qiymətini ondan tələb etmişdir. Əlavə olaraq hər keçən gün üçün 25 manat olmaqla mənafeyi naminə ona təzyiqlər etməyə başlamışdır. Halbuki, onun həmin dövrdə qəza nəticəsində ayağı qırılmış və müxtəlif bədən xəsarətləri alaraq, stasionar və ev şəraitində müalicə almış, əməliyyat olunmuş və hal-hazırda bu müalicə davam edir. Bununla bağlı tibbi arayış və epikrizləri var. Iddiaçı özünün əsasız tələbini ilkin olaraq tələb etdiyi əldən çıxmış faydanı yeniləyərək sonradan avtomobilin onda qalmasını özünə və məhkəməyə sübut kimi təqdim etməyə çalışır. Əslində isə hər iki halda iddiaçı əldən çıxmış fayda kimi tələb etdiyi məbləğ iddiçıdan tələb edilməlidir. Çünki, iddia etdiyi avtomobil onun mülkiyyətində və sərəncamındadır, etibarnaməni ləğv etdirib və onun avtomobil üzərində hər hansı sərəncam verməyi mümkün deyildir. Avtomobilin təmiri üçün heç bir şərait yaratmayıb. Digər tərəfdən, iddiaçı ilkin məhkəmədə cavabdeh kimi onun qəza nəticəsində avtomobilə dəyən zərərin ödənilməsi üçün razılaşmanı qəbul etdiyi konteksindən çıxış edərək, hətta bu faktı digər tələblərinə də şamil edir. Eyni zamanda, avtomobilə dəyən zərərin miqdarı iddiaçının tələb etdiyi məbləğ ilə deyil, dəyən zərərin məhkəmə ekspertizası tərəfindən müəyyən edilməsi zəruri və ədalətlidir. Beləliklə, iddiaçının tələb etdiyi əsassız iddialar və uydurma qazanc, fayda kimi tələbetmələr, ona qarşı təzyiqlərin məhkəmə davamından başqa bir şey olmamağına dair onda əsaslı təəssürat oyadır. Bununla belə o, dəymiş ziyanın (avtomobilə) ödənilməsinə heç vaxt etiraz etməmişdir.
21. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu ##.##.2025-ci il tarixdə vəfat etmişdir.
22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qərardad ilə iddiaçı İddiaçı cavabdehlər Mehrəliyev Turqut Vidadi oğluna, Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və pul” tələbinə dair mülki işin “Daewoo Gentra” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə cavabdeh Mehrəliyev Turqut Vidadi oğlundan müqavilə üzrə ödənməli məbləğ kimi 19500 manatın və əldən çıxmış fayda kimi 3750 manatın tutulması” hissəsinin ayrıca icraata ayrılması, iddiaçı İddiaçı cavabdehlər Mehrəliyev Turqut Vidadi oğluna, Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və pul” tələbinə dair mülki işin “cavabdeh Cavabdeh vurulmuş 6620 manat maddi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair hissəsinin e-*(***)-***/**** nömrəli mülki iş üzrə davam etdirilməsi qərara alınmışdır.
23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın rədd edilməsi, ödənilmiş 86.20 manat dövlət rüsumu və 160 manat vəkil xərcinin iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 700.1, 700.2, 700.3, 683.1, 683.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1, 121.1, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2022-cü il tarixində cavabdeh Mehrəliyev Turqut Vidadi oğlunun dostu Cavabdeh dostunun icazəsi olmadan həmin avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi nəticəsində piyadanı öldürmüş, avtomobilə isə xeyli maddi zərər vurulmuşdur. Belə ki, hadisə nəticəsində maşına ümumilikdə (1660+6620) 8280 manat maddi ziyan dəymişdir. İddiaçı isə iddia ərizəsində cavabdeh Cavabdeh cəmi 6620 manat maddi ziyanı, 320 manat vəkilin xidmət haqqını və 86.20 manat dövlət rüsumunu ödəməyi tələb etmişdir. Cavabdeh maşını Turqut Mehrəliyevin icazəsi olmadan götürmüşdür. Turqut Mehrəliyev bunu məhkəmədə öz izahatında bildirmişdir. Halbuki, məhkəmə Turqut Mehrəliyevin bu izahatını heç nəzərə almamış, Cavabdeh izahatına əsasən hesab etmişdir ki, Elvin maşını Turqutun icazəsi ilə götürüb. Beləliklə, məhkəmə Turqutun məsuliyyət daşımalı olduğunu hesab edərək iddianı rədd etmişdir. Halbuki, Elvinin maşını götürdüyündən Turqutun heç xəbəri olmamışdır. Bu səbəbdən də dəymiş ziyana görə Turqut yox, Cavabdeh özü məsuliyyət daşımalıdır. Cavabdeh, maşını Turqut Mehrəliyevdən icazəsiz götürmüş, üstəlik yol nəqliyyat hadisəsi törətmiş, nəticədə (1660+6620) 8280 manat maddi ziyan vurmuşdur. Onun bu əməlləri delikt, yəni mülki hüquq pozuntusu hesab edilməlidir. Belə ki, o maşını icazəsiz götürməklə, həm Turqut Mehrəliyevin, həm də İddiaçı əşyaya sahiblik hüququnu pozmuş, mülki hüquq pozuntusu törətmişdir. Həm də maşınla yol nəqliyyat hadisəsi törədərək mülki hüquq pozuntusu törətməklə (1660+6620) 8280 manat məbləğində ziyan vurmuşdur. O bu əməlləri hüquqa zidd və təqsirli olaraq törətmişdir. Bu səbəbdən də dəyən ziyan üçün mülki hüquqi məsuliyyət daşıyır və İddiaçı dəyən zərəri ödəməlidir. Yuxarıda qeyd eytdiklərimizdə aydın şəkildə görünür ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnaməni qəbul edərkən, cavabdehin əməlinin mülki hüquq pozuntusu olmasını, bunun nəticəsində dəyən zərərə görə mülki hüquqi məsuliyyət daşıdığını nəzərə almamış, mübahisəyə düzgün qiymət verməmişdir. Bu səbəbdən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddiaçının iddiası təmin edilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu izahatında bildirmişdir ki, Cavabdeh onun dostudur. Şəbnəm xanım həmin maşını idarə etmək üçün Elvinə yox, sadəcə ona etibarnamə vermişdi. Hadisə olan gecə o, polisə zəng edərək maşının oğurlanması barədə məlumat vermişdir. Elvinə etibarnamə verməmiş, özbaşına maşını götürmüşdür. Turqut Mehrəliyevin izahatından aydın şəkildə görünür ki, o Elvinə maşını götürməsi üçün icazə verməmişdir, Elvin maşını icazəsiz, Turqutun xəbəri olmadan götürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh vurulmuş 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mehrəliyev Turqut Vidadi oğlunun istifadəsində olmuş, sonuncu həmin nəqliyyat vasitəsini dostu Cavabdeh istifadə üçün vermiş, Elvin isə istifadə zamanı maşına zərər vurmuşdur. Bu hal Elvinin etirafedici izahatı ilə təsdiq olunur. Mehrəliyev Turqut Vidadi oğlu ##.##.2021-ci il tarixli razılaşma ilə bu məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün kirayəçi məsuliyyət daşıdığından, cavabdeh Cavabdeh vurulmuş 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə iddia rədd edilməlidir. Göründüyü kimi, məhkəmə Elvinin maşını götürərkən Turqutdan icazə alıb-almadığını müəyyən edərkən sadəcə Elvinin etirafını əsas götürmüş, heç Turqutun izahatını nəzərə belə almamışdır. Halbuki, Turqut öz izahatında bildirmişdir ki, Elvin maşını ondan icazəsiz götürmüş, Turqutun da bundan xəbəri olmadığı üçün maşının oğurlandığını zənn edərək polisə zəng etmişdir. Məhkəmə Turqutun izahatını da nəzərə almalı, sübut kimi tədqiq etməli idi. Bu da onu göstərir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, Turqutun izahatını heç nəzərə belə almamış, sübutlara düzgün qiymət verməmişdir. İddiaçı və Turqut Mehrəliyev arasında olan razılaşmaya əsasən, avtomobilin Mehrəliyev Turqut Vidadi oğlundan başqa hər hansısa bir şəxs tərəfindən idarə edilməsi razılaşmaya əsasən qəti qadağan hesab olunmuşdur. Əgər avtomobil icarəyə götürən tərəfindən hər hansısa səbəbdən geri qaytarılmaq istənərsə və ya hansısa şərtlərin pozulması nəticəsində Mehrəliyev Turqut Vidadi oğlundan alınarsa bu zaman ödədiyi ilkin ödəniş və gündəlik ödədikləri şəxsə heç bir halda qaytarılmır. Avtomobilin yalnız icbari sığortası olduğuna görə avtomobilə dəyən yüngül və ağır qəza ilə bağlı məsuliyyəti Mehrəliyev Turqut Vidadi oğlu öz üzərinə götürmüşdür. Bu razılaşmadan aydın olur ki, Turqutun maşını başqa şəxsə idarə etməyə verməsi qəti qadağandır və bunun nəticəsində dəyən zərərə görə Turqut Mehrəliyev məsuliyyət daşıyır. Lakin, qeyd etmək zəruridir ki, Elvinə maşını Turqut verməmişdir, Elvin onun icazəsi olmadan maşını götürmüş, ona xəbər verməmişdir. Turqut xəbəri olmadığı üçün maşının oğurlandığını zənn edərək polisə zəng etmişdir. Nəticə olaraq, maşını Turqut başqa şəxsə idarə etməyə verməmişdir, ondan icazəsiz maşını Elvin götürmüşdür. Buna görə də, Turqut Elvinin vurduğu ziyana görə heç bir məsuliyyət daşımamalıdır. Bütün məsuliyyəti Elvin daşımalıdır. Lakin məhkəmə bütün bunları nəzərə almamış, mülki prosessual pozuntuya yol vermiş, sübutları düzgün qiymətləndirməmişdir. Nəticədə məhkəmə Turqutun maşını dostu Cavabdeh istifadə üçün verdiyini hesab etmişdir. Beləliklə, Mehrəliyev Turqut Vidadi oğlu ##.##.2021-ci il tarixli razılaşma ilə bu məsuliyyəti öz üzərinə götürdüyü üçün üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün kirayəçi məsuliyyət daşıdığından, cavabdeh Cavabdeh vurulmuş 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə iddia rədd edilməli olduğunu hesab etmişdir. Turqut Elvinə maşını istifadəyə verməmişdir, Elvin maşının icazəsiz götürmüşdür. Bu Turqutun izahatından görünür. Turqut ##.##.2021-ci il tarixli razılaşma ilə bu məsuliyyəti o zaman öz üzərinə götürmüş hesab olunur ki, o maşını başqasına versin. Lakin real olaraq Turqut maşını heç kəsə verməyib, maşın ondan xəbərsiz götürülüb. Bu səbəblə də Turqut heç bir məsuliyyət daşımır. Bütün məsuliyyəti maşını icazəsiz götürən və yol nəqliyyat hadisəsi nəticəsində ziyan vuran Cavabdeh özü daşıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə elektron kabinet vasitəsilə ərziə ünvanlayaraq qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən 18-ci bəndindən də göründüyü kimi, İddiaçı tərəfindən Bakı şəhərSabunçu RPI-nə ərizə ilə müraciət edərək ##.##.2022-ci il tarixdə Cavabdeh ona məxsus “Daewoo Gentra”markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqiliyyat hadisəsi törətməsi nəticəsində ona 1660 manat maddi ziyan vurduğunu, hadisədən sonra avtomobilini təmiretdirmək üçün təhvil aldığını, lakin ##.##.2022-ci il tarixdə yenidən ona məxsus qeyd olunan avtomobillə yolnəqiliyyat hadisəsi törətməsi nəticəsində ona 6.620 manat ziyan vurulduğunu bildirmişdir. Hər iki hadisə nəticəsində avtomobilinə dəymiş ziyanlarla bağlı dəymiş ziyan aktlarını ərizəsinə əlavə etmiş və mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Hökmün 31-ci bəndindən görünür ki, hazırkı iş üzrə cavabdeh Cavabdeh hadisə nəticəsində 6620 manat məbləğində zərərin dəydiyini etiraf etmişdir. 1660 manat məbləğində zərərin isə Turqut Mehrəliyev tərəfindən vurulduğunu və hadisə nəticəsində öldüyünü bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. ##.##.2026-cı il tarixdə yenidən ərizə ünvanlayaraq qeyd etmişdir ki, mülki iş üzrə iddiaçının Cavabdeh münasibətdə iddia tələbi vurulmuş 6620 manat maddi zərərin və cavabdehlərdən müştərək qaydada vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi olmuşdur. Belə ki, iddiaçının bildirdiyi və digər sübutlarla təsdiqini tapmış hal budur ki, ##.##.2022-ci il tarixində cavabdeh Cavabdeh dostu Mehrəliyev Turqut Vidadi oğlunun icazəsi olmadan həmin avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi nəticəsində piyadanı öldürmüş, avtomobilə isə 1660 manat məbləğində ziyan dəymişdir. Sonradan avtomobili təmir etmək üçün götürmüş və servisə aparmışdır. Avtomobili servisdən götürərkən darvazaya çırparaq qəza törətmiş, nəticədə avtomobili tam yararsız hala salmışdır. Bununla da avtomobilə 6620 manat maddi zərər vurmuşdur. Iş materiallarına əlavə edilmiş Avtoservis qamışlığın ## ###### 2021-ci il tarixli, * nömrəli Nöqsan Aktından da göründüyü kimi avtoqəzada avtomobilə 1660 manat zərər dəymişdir. Avangard avto servis tərəfindən tərtib edilmiş dəymiş ziyanın müəyyən edilməsinə dair aktından göründüyü kimi “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ikinci qəzadan sonrakı təmiri üçün material və xidmət haqqı cəmi 6620 manat təşkil edir. Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən göründüyü kimi, məhkəmənin iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, maşın vurulan vaxt iddiaçı yanında bir kişi ilə gəlmişdi. Onlar dedi ki, maşına dəymiş zərər hər nədirsə, həll edəcək, maşını düzəltdirəcəklər. Amma iddiaçı bu təkliflə razılaşmadı, onlara yeni maşın almaqlarını bildirdi. Buna gücü çatmayacağını dedi. Maşınla qəza edən o idi və maşın ustada qala-qala İddiaçı hər gün maşının günlük icarə haqqını ondan alırdı. Evində son 150 manatını da ona verməli oldu. Maşına o zərər vurmuşdu, dəymiş zərəri ödəmək istəyirdi, amma iddiaçı qəbul etmirdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mehrəliyev Turqut Vidadi oğlunun istifadəsində olmuş, sonuncu həmin nəqliyyat vasitəsini dostu Cavabdeh istifadə üçün vermiş, Elvin isə istifadə zamanı maşına zərər vurmuşdur. Bu hal Elvinin etirafedici izahatı ilə təsdiq olunur. Iddianı rədd edən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mehrəliyev Turqut Vidadi oğlu ##.##.2021-ci il tarixli razılaşma ilə bu məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün kirayəçi məsuliyyət daşıdığından, cavabdeh Cavabdeh vurulmuş 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə iddia rədd edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cavabdeh törətdiyi hadisə nəticəsində avtomobilə zərər dəydiyi üçün o mülkiyyətçi Şəbnəm xanımla razılığa gəlmişdir ki, özü avtomobil ustası olduğu üçün maşını saz vəziyyətə gətirib ona təhvil verəcək. Lakin maşın təmir olunduğu müddətdə dostu Turqut avtomobili ondan götürüb idarə etmiş, sonra həmin avtomobillə qəza törətmiş, elə həmin qəzada da rəhmətə getmişdir. Mülkiyyətçi Şəbnəm xanım avtomobil təmir olunduğu müddətdə belə icarə pulunu ondan almış, 1 ay 15 gün təmir müddətində Şəbnəm xanıma 25 manat olmaqla gündəlik pul ödəmişdir. Sonuncu dəfə evindəki televizoru sataraq Şəbnəmə 150 manat pul vermişdir. Məhkəmənin diqqətinə çatdırır ki, tutduğu əməldən peşmandır. Cavanlığı nəzərə alınaraq, məhkəmə tərəfindən səhvinin bağışlanılması ilə əlaqədar qərar verilməsini hakimlərin heyətindən xahiş edir. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, onun barəsində şikayət etməsin və avtomobilini özü işlədiyi servisdə təmir etdirəcəkdir. Sonradan Elvin bildirmişdir ki, guya Turqut avtomobili servisdən götürüb Kürdəxanı qəsəbəsində bir həyətin giriş darvazasına vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd edilmişdir ki, (8.) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh ##.##.2022-ci il tarixdə təxminən saat 01:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Daewoo Gentra” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi ilə Kürdəxanı market istiqamətində hərəkətdə olan zaman yolun hərəkət hissəsini keçmək istəyən piyada X2 aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş 9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu RPI-nin M/N-si, R Mahir Ağayev tərəfindən ##.##.2022-ci il tarixdə tərtib edilərək həmin idarənin rəisinə ünvanlanmış raportdan görünür ki, ##.##.2022-ci il tarixdə saat 02:30 rad-də 102 ZMX-nə (220014917) (050- 502-77-44) Mehrəliyev Turqut Vidadi oğlu məlumat verərək bildirmişdir ki, Kürdəxanı qəsəbəsi Kafenin qarşısı adlanan ərazidə dostu Nəcəfli Elvin ona məxsus “Daewoo” markalı **-MA-*** d.q.n.n avtomaşını qaçırıb piyadanı vurması və TTY-a gətirilməsi vurulan şəxsin vəziyyəti ağır olduğun bildirilmişdir (Cild 1, i.v.3). 10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” ##.##.2022ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış iki hal şahidinin iştirakı ilə həyata keçirilmişdir. Hadisə yeri Kürdəxanı qəsəbəsində yerləşən “Kürdəxanı” marketin yaxınlığıdır. Yolun hərəkət istiqaməti düzdür. Örtüyü asfaltbeton olmaqla qurudur. Örtüyün eni 14.40-dır. Hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 360 sm-dir. Qarşı-qarşıya nəqliyyat axını qoşa xətt vasitəsilə bir-birindən ayrılır. Yol soldan səki, sağdan iaşə obyektləri və yaşayış sahəsi ilə ayrılır. Yol işıqlandırılır. Piyada “Kürdəxanı” market istiqamətində qoşa xəttdən 0.5 metr məsafədə vurulmuşdur. Piyada Kürdəxanı” market istiqamətində yolun hərəkət hissəsini sağdan sola doğru keçmişdir. “Daewoo Gentra” markalı avtomobilin sol qanadı, sol fara işığı, alın şüşəsi zədələnmişdir (Cild 1, i.v.4-13) 18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İddiaçı tərəfindən ## ######## 2025-ci il tarixdə Bakı şəhər Sabunçu RPI-nin IŞ-nin müstəntiqi, R Vüqar Hadiyə ünvanlanmış ərizədən görünür ki, ##.##.2022-ci il tarixdə Cavabdeh ona məxsus “Daewoo Gentra” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqiliyyat hadisəsi törətməsi nəticəsində ona 1660 manat maddi ziyan vurmuş, hadisədən sonra avtomobilini təmir etdirmək üçün təhvil almış, lakin ##.##.2022-ci il tarixdə yenidən ona məxsus qeyd olunan avtomobillə yol-nəqiliyyat hadisəsi törətməsi nəticəsində ona 6.620 manat ziyan vurulmuşdur. Hər iki hadisə nəticəsində avtomobilinə dəymiş ziyanlarla bağlı dəymiş ziyan aktlarını ərizəsinə əlavə edir və mülki iddiaçı qismində tanınmasını xahiş edir (Cild 1, i.v.60-65). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İddiaçı ## ###### 2025-ci il tarixli mülki iddiasından görünür ki, hadisədən sonra avtomobilin təmiri və sevis xərcləri 8.280 (səkkiz min iki yüz səksən) manat, avtomobilin icarəsindən məhrum qalma nəticəsində itirilmiş gəlir (əldən çıxsmış fayda) 11.000 (on bir min) manat, iddiaçının keçirdiyi psixoloji sarsıntı, ailə və sosial həyatının pozulması, uzunmüddətli stress və emosional gərginliyə görə mənəvi zərər 1.000 (min) manat məbləğin, ümumilikdə 20.280 (iyirmi min iki yüz səksən) manat məbləğində dəymiş zərərin Cavabdeh tam həcmdə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (Cild 2). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İddiaçı tələbin dəqiqləşdirilməsinə dair iddia ərizə görünür ki, Daewoo Gentra markalı **MA*** dövlət qeydiyyat nişanlı avtomobilin Mehrəliyev Turqut Vidadi oğlunun mülkiyyətinə verilməklə cavabdeh Mehrəliyev Turqut Vidadi oğlundan müqavilə üzrə ödənməli məbləğ kimi 19500 manatın və əldən çıxmış fayda kimi 3750 manatın, Cavabdeh vurulmuş 6620 manat maddi zərərin və cavabdehlərdən müştərək qaydada vəkilə ödənmiş 320 manatın və dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (Cild 2). 33. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mülki iddiaçı İddiaçı iddia ərizəsinin geri götürülməsi haqqında ərizədən görünür ki, irəli sürülən mülki iddianın geri götürülməsinin qəbul edilməsini xahiş etmişdir (Cild 2). Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd edilən Cavabdeh guya avtomobillə ikinci qəzanı törədənin Turqut Mehrəliyev olması və hadisə yerində vəfat etməsi isə tamamilə yalan və uydurmadır. Belə ki, hadisənin baş verdiyi il 2022-ci ilin əvvəli olmuşdur və Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi Turqut Mehrəliyev (“Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən) ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Turqut Mehrəliyev dost olduqları üçün Cavabdeh avtomobili oğurlanması barədə şikayətini geri götürdüyü barədə verdiyi izahatlardan da göründüyü kimi, hər iki hadisə Cavabdeh əməli nəticəsində olmuşdur. Cavabdeh ikinci hadisəni Turqutun törədərək ölməsi barədə bildirdikləri isə öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
30. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 384.0.2 apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki halda, iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh 1660 manat məbləğində maddi zərərin əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, “Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mehrəliyev Turqut Vidadi oğlunun istifadəsində olmuş, sonuncu həmin nəqliyyat vasitəsini dostu Cavabdeh istifadə üçün vermiş, Elvin isə istifadə zamanı maşına zərər vurmuşdur. Bu hal Elvinin etirafedici izahatı ilə təsdiq olunur. Mehrəliyev Turqut Vidadi oğlu ##.##.2021-ci il tarixli razılaşma ilə bu məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün kirayəçi məsuliyyət daşıdığından, cavabdeh Cavabdeh vurulmuş 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə iddia rədd edilməlidir.
46. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurma faktını müəyyən etsə də, qanunsuz hərəkətə görə zərər vuran şəxsin deyil, kirayəçinin məsuliyyət daşımalı olduğunu hesab etmişdir.
47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
48. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
49. Iş materiallarından görünür ki, Mehrəliyev Turqut Vidadi oğlu ilə İddiaçı arasında ##.##.2021-ci il tarixli razılaşma olmuş, həmin razılaşmaya əsasən Mehrəliyev Turqut Vidadi oğlu İddiaçı “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 25 manat olmaqla, 26 aylıq icarə yolu ilə avtomobil sonunda ona qalmaq şərti ilə avtomobili götürmüşdür. Daewoo Gentra” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mehrəliyev Turqut Vidadi oğlunun istifadəsində olmuşdur. Mehrəliyev Turqut Vidadi oğlunun dostu Cavabdeh həmin nəqliyyat vasitəsi ilə ## ###### 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir.
50. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli hökmü ilə müəyyən edilir ki, Cavabdeh ## ###### 2022-ci il tarixdə saat 01:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan İddiaçı məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "DAEWOO GENTRA" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi ilə "Kürdəxanı market" adlı ərzaq mağazası istiqamətində 75 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək yəni, sürücü nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə idarə etdiyi avtomobillə yolun sağ hissəsindən sol hissəsinə doğru yolu keçən piyada X2 avtomobilinin qabaq sol hissəsilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncuya başbeyin maddəsinin əzilməsi, başbeyin maddəsinə, mədəciklərinə və yumşaq qişalarına qansızma, sol gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən yerini dəyişən qapalı-qəlpəli sınıqları, ikitərəfli hemotoraks (hər iki döş boşluğuna sərbəst qanın yığılması), ağciyərlərin və qaraciyərin əzilmiş-cırılmış yaraları, hər iki körpücük sümüyünün, sol tərəfi II-III-IV, sağ tərəfi II-III qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, sol mil-bilək və sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, başın, sifətin, boyunun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, qançır və sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur.
51. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
53. Iş materiallarından göründüyü kimi, cavabdehin ##.##.2022-ci il tarixdə "DAEWOO GENTRA" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir.
54. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmişdir. Belə ki, ##.##.2022-ci il tarixli hadisə ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Buna görə də, ## ###### 2022-ci il tarixdə cavabdeh tərəfindən “DAEWOO GENTRA" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində iddiaçının maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
55. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaslanaraq ##.##.2022-ci il tarixdə cavabdehin avtomobillə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ona 1660 manat maddi ziyan vurduğunu, hadisədən sonra avtomobilini təmir etdirmək üçün təhvil aldığını, lakin ##.##.2022-ci il tarixdə yenidən ona məxsus qeyd olunan avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ona 6.620 manat ziyan vurduğunu, hər iki hadisənin Cavabdeh tərəfindən törədilməsini qeyd etmiş, Cavabdeh ikinci hadisəni Turqutun törədərək ölməsi barədə bildirdiklərinin iş materialları ilə öz təsdiqini tapmadığını bildirmişdir.
56. Həmçinin apellyasiya şikayətindən görünür ki, iddiaçı baş vermiş hadisələr nəticəsində 8280 manat məbləğində maddi ziyan vurulduğunu qeyd etmişdir.
57. Lakin iddia tələbinin dəqiqləşdirilməsinə dair ##.##.2024-cü il tarixli sonuncu ərizədən görünür ki, iddiaçı cavabdeh Cavabdeh 6620 manat maddi zərərin əvəzinin tutulmasını xahiş etmişdir.
58. Kollegiya hesab edir ki, iddiaçı hansı əsasla cavabdehdən 6620 manat məbləğində maddi zərərin əvəzinin tutulmasını əsaslandıra bilməmişdir.
59. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ##.##.2024-cü il tarixli ərizədə və apellyasiya şikayətində dəymiş maddi zərərin əvəzini tələb edərkən qeyd etmişdir ki, ##.##.2022-ci il tarixində cavabdeh Mehrəliyev Turqut Vidadi oğlunun dostu Cavabdeh dostunun icazəsi olmadan həmin avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi nəticəsində piyadanı öldürmüş, avtomobilə isə xeyli maddi zərər vurulmuşdur. Belə ki, təqdim olunmuş “xxxx” MMC tərəfindən verilən ## ##### 2021-ci il tarixli № ** nöqsan aktından da göründüyü kimi, **MA*** dövlət qeydiyyat nişanlı, DAEWOO CENTRA minik markalı avtomobildə görülən dəmirçi, rəngsaz, armatur və bamper işləri üçün zəhmət haqqı ümumilikdə 1285 manat, qabaq qanad, fara şüşəsi, alın şüşəsi və dumannı faranın qiyməti ümumilikdə 375 manat olmuşdur. Işçilərin zəhmət haqqı və ehtiyat hissələri 1285 və 375 manat ümumilikdə avtomobilə 1660 manat məbləğində ziyan dəymişdir. Sonradan digər cavabdeh Mehrəliyev Turqut Vidadi oğlu avtomobili götürmüş və təmir etmək üçün servisə aparmış və sonradan avtomobili servisdən götürərkən avtomobili darvazaya çırparaq qəza törətmiş, nəticədə avtomobili tam yararsız hala salmışdır. Bununla da avtomobilə 6620 manat maddi zərər vurmuşdur.
60. Iş materiallarında olan ##.##.2021-ci il tarixli ** nömrəli qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün material və xidmət haqqı cəmi 1660 manat təşkil edir.
61. Kollegiya onu da qeyd edir ki, qüsur aktının tarixinin 2021-ci il qeyd olunması texniki yanlışlıq kimi qəbul edilir. Belə ki, hadisə ##.##.2022-ci il tarixdə baş vermişdir. Bundan 8 gün sonra ##.##.2022-ci il tarixdə qüsur aktının tərtib edilməsi işin halları baxımından şübhə yaratmır.
62. Iş materiallarında olan Avangard avto servis tərəfindən tərtib edilmiş dəymiş ziyanın müəyyən edilməsinə dair aktdan görünür ki, “Daewoo Gentra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün material və xidmət haqqı cəmi 6620 manat təşkil edir.
63. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ikinci yol nəqliyyat hadisəsinin Turqut Mehrəliyev tərəfindən törədilməsini və həmin hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləğinin 6620 manat olduğunu qeyd etmiş, digər tərəfdən məhkəmə iclasında hər iki hadisənin cavabdeh Cavabdeh tərəfindən törədildiyini bildirərək ziddiyətli mövqe göstərmişdir.
64. Kollegiya apellyasiya şikayətinə və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahata münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün 18 və 31-ci bəndlərini əsas gətirərək cavabdehin 6620 manat məbləğində zərər məbləğini qəbul etməsini bildirsə də, ümumiyyətlə hökmün hər hansı hissəsində qeyd edilənlər öz təsdiqini tapmır. Hökmlə müəyyən edilmişdir ki, ##.##.2022-ci il tarixdə Cavabdeh zərərçəkmiş şəxs X2 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində avtomobilə dəyən ziyanın məbləği iş materiallarındakı qüsur aktına əsasən 1660 manat müəyyən edilir. Iddiaçı cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 6620 manat tutulmasını tələb etsə də, istinad etdiyi halları əsaslandıra bilməmiş və bunu təsdiq edən sübut təqdim etməmişdir.
65. Hazırki halda məhkəmə tərəfindən müəyyən edilir ki, ##.##.2022-ci il tarixli yol nəqliyyat hadisəsini törədən Cavabdehdur və hadisə nəticəsində avtomobilə dəymiş zərərin əvəzini, yəni 1660 manat pul məbləğini ödəmək vəzifəsi daşıyır.
66. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
67. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ##.##.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68
68. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
71. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmadığından iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Həmin Məcəllənin 115.0 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər.
75. Kollegiya hesab edir ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 21,60 manat hissəsi, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10,80 manat hissəsi, hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaitinin 100 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
77. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edildiyindən və məhkəmə qətnaməsi ilə müəyyən edilən həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndiriləcək məbləğ 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 1660 manat məbləğində maddi zərərin əvəzi tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 21,60 manat hissəsi, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10,80 manat hissəsi, hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaitinin 100 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.