Məhkəmə qərarları › İş №2(3-6)-825/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-825/2026

30.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-825/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: (kredit müqaviləsi; gecikdirilmiş vaxt üçün illik 5 % pul tələbi, maddi hüquq normasını tətbiqində səhvə yol verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı "X1 Azərbaycan" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2016-cı il tarixli, 2(004) ****/**** saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmuş, “X1” ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə ## ######## 2013-cü il tarixli, ****** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 32.429 (otuz iki min dörd yüz iyirmi doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent, faiz borcu qismində 1.939 (min doqquz yüz otuz doqquz) ABŞ dolları 26 (iyirmi altı) sent, cərimə borcu qismində 100 (yüz) ABŞ dolları, cəmi 34.468 (otuz dörd min dörd yüz altmış səkkiz) ABŞ dolları 65 (altmış beş) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat və poçt xərci qismində 5 (beş) manat, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, 2011-ci il buraxılışlı, ban nömrəsi WPOZZZ97ZCL000486, mühərrikinin nömrəsi C01455 olan “Porsche Panamera” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh “X1 Azərbaycan” QSC-yə olan borcunun ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2016-cı il tarixli, 2(004) ****/**** saylı qətnaməsi ## ### 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır.

3. Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin ##.##.2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya 10 gün müddətində icra könüllü olaraq təmin etməsi barədə təklif edilməsi qərara alınmışdır. Icra sənədinə əsasən borclu Cavabdeh 34468,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməlidir.

4. “X8" MMC-nin # #### 2017-ci il tarixli, ** saylı hərracın yekunları barədə protokoluna əsasən Cavabdeh mülkiyyətində olan "Porshe Panamera" markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 AZN-ə ilkin qiymət ilə satışa çıxarılmış və nəticədə 23.600 AZN vəsaitə vətəndaş (qalib alıcı) X4 tərəfindən alınmışdır.

5. Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin *****/****-**-*/* nömrəli, # ###### 2024-cü il tarixli inkasso sərəncamına əsasən *(***)-****/**** nömrəli icra sənədi üzrə borclu Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin hesabına 116.34 manat köçürülməlidir.

6. Maliyyə arayışına əsasən "X1 Azərbaycan" QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ****** nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə banka ##.##.2025-cil tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 11.628,64 ABŞ dolları məbləğində borcu vardır.

7. “xxxx” ASC tərəfindən verilmiş Cavabdeh aid hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən "X1 Azərbaycan" QSC-yə ##.##.2023-cü il tarixində 116,34 manat, ##.##.2024-cü il tarixində 290,86 manat, ##.##.2024-cü il tarixində 258,75 manat, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərində 129,37 manat, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində 139,85 manat məbləğində ödənişlər edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı "X1 Azərbaycan" QSC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan”) iddiaçının xeyrinə 34468,65 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə, 11.628.64 ABŞ dolları pul vəsaitinin və 149,3 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbini belə əsaslandırılmışdır ki, ## ######## 2013-cü il tarixində Bankla cavabdeh arasında ****** nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 36 (otuz altı) ay müddətinə 64000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 16% (on altı faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin qaytarılması üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür. Borcalanın ****** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ## ######## 2013-cü il tarixində Bank ilə cavabdeh arasında ****** nömrəli Ipoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış Ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus buraxılış ili 2011, şassi/ban: WPOZZZ97ZCL000486, mühərrik: C01455, ağ rəngli “Porsche Panamera” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ipoteka müqaviləsi Azərbaycan Respublikası DIN BDYPI tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. ## ##### 2015-ci il tarixində Bank ilə cavabdeh arasında ## ######## 2013-cü il tarixli ****** nömrəli kredit müqaviləsinə * saylı əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 14% (on dörd faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada Banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Borcalan kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi banka olan borcunu ödəməmişlər. Lakin öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən, Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd edilən ## ##### 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon Icra və Probasiya Şöbəsinin **/**-****/*-***** saylı, ##.##.2017-ci il tarixli sifariş məktubuna əsasən # #### 2017-ci il tarixdə saat 11:00-da "X8" MMC tərəfindən hərrac keçirilərək cavabdehin mülkiyyətində olan "Porshe Panamera" markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 manata ilkin qiymətlə satışa çıxarılmış və nəticədə 23.600 manata qalib alıcı X4 tərəfindən alınaraq # #### 2017-ci il tarixli hərracın yekunları barədə ** saylı Protokol tərtib edilmişdir. Yasamal Rayon Icra Şöbəsi tərəfindən ##.##.2023-cü il tarixində borclunun təqaüdünə inkasso sərəncamı qoyulmuşdur. Lakin borclunun aldığı aylıq pensiyadan xırda-xırda ödəməsi bankı yuxarıda göstərilən zərərçəkmə reallığından qurtarmır və borc tam həcmdə qaytarılmadıqca həmin zərər artmaqda davam edir. Göründüyü kimi, cavabdehin ## ##### 2016-cı il tarixə borc üzrə 34468,65 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh ## ##### 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı cavabdehə yazılı xəbərdarlıq etmiş, lakin bundan sonra da öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 11628,64 ABŞ dolları məbləğində Banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) ##.##.2016-cı il tarixindən ##.##.2019-cu il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 1023 gün- 4897.42 ABŞ dolları 2) ##.##.2019-cu il tarixindən ##.##.2023-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 1771 gün- 5230.05 ABŞ dolları 3) ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 63 gün– 185,45 ABŞ dolları 4) ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 90 gün 262.79 ABŞ dolları 5) ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 154 gün– 446.41 ABŞ dolları 6) ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 32 gün 92.42 ABŞ dolları 7) ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 31 gün– 89.21 ABŞ dolları 8) ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 29 gün– 83.14 ABŞ dolları 9) ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 30 gün– 85.69 ABŞ dolları 10) ##.##.2025-ci il tarixindən ##.##.2025 ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 26 gün– 73.97 ABŞ dolları 11) ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 64 gün– 182.08 ABŞ dolları olmaqla ümumilikdə cəmi 11628,64 ABŞ dolları təşkil edir.

10. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı üçün iddia müddətinin axımı ##.##.2016-cı il tarixindən başlamışdır. Lakin iddiaçı 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qanunla müəyyən edilmiş iddia müddətim buraxmışdır Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı uçun iddia müddətinin axımının başlandığı tarix, hüququnun pozulduğunu aşkar etdiyi tarixdir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən 9 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddəti buraxılmışdır.

11. Iddiaçı məhkəməyə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh məhkəməyə ayrıca ərizə təqdim edərək, iddia müddətinin başa çatması məsələsinə istinad edir, lakin hazırkı tələb kredit müqaviləsi üzrə deyil, banka vurulmuş maddi ziyan xarakteri daşıyır. MM-in tələblərinə əsasən, zərərin ödənilməsi ilə bağlı iddialar ayrı qaydada və əsaslarla təqdim oluna bilər. Bu hallarda iddia müddəti ya tətbiq edilmir, ya da ümumi 10 illik müddət tətbiq olunur (MM 373). Odur ki, cavabdehin bu iddiası da zəif və hüquqi əsassızdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdehin kredit hesabı üzrə fəaliyyəti aydın şəkildə göstərir ki, o, borcu mütəmadi olaraq etiraf etmiş və bu borcun mövcudluğunu tanımaqla müxtəlif tarixlərdə hissə-hissə ödənişlər etmişdir. Cavabdehin borcu etiraf edən hərəkətləri iddia müddətinin axımını qanunvericiliyə uyğun olaraq kəsmişdir. Belə olduqda, iddia müddəti ötürülməmiş hesab edilməli və cavabdehin ərizəsi əsassız sayılmalıdır. Banka dəymiş maddi ziyanın yaranmasında cavabdehin səhlənkarlığı əsas səbəb olmuşdur. Cavabdeh kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, girov predmeti olan avtomobili üçüncü şəxsə etibarnamə ilə verərək məsuliyyətlərini qeyri-rəsmi şəkildə ötürmüşlər. Bu hal banka kommersiya və hüquqi ziyan vurmuşdur. Məhkəmə təcrübəsi bu kimi hallarda iddiaların təmin edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası məhkəmələrinin son illərdəki praktikasına uyğun olaraq zərər çəkən bankın maddi ziyan tələbləri mütəmadi təmin edilir. Bu, bankın kredit riski daşımasına yox, müqavilə üzrə öhdəliklərin icrasına əsaslanır. Cavabdeh şifahi olaraq iddia edir ki, “faizdən faiz yolverilməzdir”. Iddia ərizəsində faizdən faiz deyil, qanuni qüvvəyə minmiş qətnamədə qeyd olunan ümumi məbləğin gecikdirilmiş hissəsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% tələb olunmuşdur. Bu, gecikmə sanksiyasıdır, yəni kompensasiya xarakteri daşıyır və faizdən fərqli hüquqi təbiətə malikdir. Bu səbəbdən, 445.7-ci maddənin tətbiqi hüquqazidd deyil və geniş məhkəmə təcrübəsi ilə təsdiqlənmişdir (## #### 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borcun ödənilməsinin gecikdirilməsi səbəbindən illik 5% miqdarında kompensasiya tələbi irəli sürmək hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi üçün əlavə sübutlara və ya borclunun təqsirinin sübuta yetirilməsinə ehtiyac yoxdur. Maddənin dispozisiyası yalnız borcun gecikdirilməsi faktı ilə kifayətlənmiş və bu əsasda kreditorun müvafiq tələb irəli sürmək hüququnu tanımışdır. Yəni borcun təqsirli və ya təqsirsiz şəkildə gecikdirilməsi hüquqi əhəmiyyət daşımır və bu, kompensasiya tələbinin əsaslılığına təsir göstərmir. Təkcə öhdəliyin icra müddətinin başa çatması və pul borcunun qaytarılmaması faktı kompensasiya tələbini hüquqi cəhətdən əsaslandırmaq üçün kifayət edir. Həmçinin bu tələbin başlanğıc anı borc üzrə çıxarılan məhkəmə qərarının qanuni qüvvəyə minməsi anı deyil, pul öhdəliyinin müqavilə ilə müəyyən edilmiş icra müddətinin bitdiyi tarix hesab olunur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan illik 5% məbləğ pul vəsaitindən qanunsuz istifadəyə görə tutulur və bu tələbin yaranması yalnız gecikdirilmiş borcla bağlıdır. Bu mənada, əvvəlki mübahisə üzrə keçirilmiş ilkin məhkəmə icraatının uzun müddət davam etməsi və ya çıxarılan məhkəmə qərarlarının tərəflərdən biri tərəfindən apellyasiya və ya kassasiya qaydasında mübahisələndirilməsi də borcun ödənilməməsinə dair üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Əksinə, borcun qaytarılmaması səbəbindən bank aşağıdakı 4 istiqamətdə maddi itkilərə məruz qalır: 1. Pul vəsaitindən istifadə imkanının itirilməsi- Bank öz vəsaitindən faktiki istifadə edə bilmədiyindən, maliyyə çevikliyini itirmiş olur. 2. Alternativ gəlir imkanının əldən çıxması; Borc vaxtında qaytarılsaydı, həmin vəsait digər fiziki və ya hüquqi şəxslərə kredit kimi verilməklə faiz gəliri əldə edilə bilərdi. 3. Pulun real dəyərinin inflyasiya səbəbilə azalması; zaman keçdikcə pulun alıcılıq qabiliyyəti azalır və bankın əlinə çatan məbləğ ilkin nominal dəyəri qoruyub saxlamır. 4. kapital dövriyyəsinin pozulması və kredit portfelinin zədələnməsi; bu kimi gecikmələr bankın ümumi maliyyə sabitliyinə və yeni kreditlərin ayrılması imkanlarına mənfi təsir göstərir. Bu səbəbdən də, cavabdeh kredit müqaviləsi üzrə müəyyən məbləğdə vəsait alsalar da, həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmayıb. Nəticədə, iddiaçı öz maliyyə vəsaiti üzərində sərəncam vermək və ondan gəlir əldə etmək imkanından məhrum olub. Halbuki əgər cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmiş olsaydı, iddiaçı həmin vəsaiti daha yüksək faizlə dövriyyəyə buraxaraq əlavə qazanc əldə edə bilərdi. Müqavilə müddətinin başa çatmasından sonra artıq konkret müqavilə şərtlərinə əsasən daha yüksək faiz və ya cərimə tələb etmək mümkün olmadığından, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% miqdarında kompensasiya tələbi hüquqi və iqtisadi cəhətdən tam əsaslıdır.

12. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2017-ci ildə ona məxsus avtomobil satılmış, lakin satışdan əldə olunan vəsait yalnız 2019-cu ildə Bankın hesabına köçürülmüşdür. Bundan başqa, 2023-cü ilə kimi ona icra ilə bağlı hər hansı bildiriş gəlməmişdir. 2023-cü ildə isə icra məmuru tərəfindən ona bildiriş göndərilmiş, ödəniləcək vəsait onun əmək pensiyasından 20 faiz tutulmaqla, 2023-cü ilin dekabrından hazırkı vaxtadək bankın hesabına köçürülmüşdür. Bu barədə “xxxx” ASC tərəfindən verilmiş bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025 ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 1723,48 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 49,30 (qırx doqquz manat otuz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim Ayşən Sultanova-Məmmədova).

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hazırki iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan və borc məbləği tam şəkildə ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

15. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ## ### 2016-cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı ## #### 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon Icra şöbəsi tərəfindən pulun hər ay borclunun pensiyasından tutulması ilə bağlı ##.##.2023-cü il tarixdə Inkasso sərancamı verilmişdir. “xxxx” tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, ##.##.2023-cü il tarixdən hazırki vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı ## #### 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 399.3, 399.4, 427.3, 442, 445.1, 445.2.1, 445.3, 445.7, 448-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” # #### 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul vəsaitinin kreditorun istifadəsindən məhrum edilməsi, özü-özlüyündə kompensasiya tələb etmək hüququnu yaradır və bunun üçün borclunun təqsirli olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Gecikdirilmiş öhdəlik üzrə illik 5% miqdarında kompensasiya tələbi Mülki Məcəllənin 445.7-ci maddəyə uyğun olaraq, yalnız gecikmə faktına əsasən tələb oluna bilər. Əgər borc qismən ödənilibsə, qalan məbləğ üzrə gecikmə müddəti ayrıca hesablanmalı və kompensasiya həmin məbləğə dair ayrıca müəyyən edilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirmiş və girov əmlakı təhvil vermişdir.

22. Belə ki, işin müəyyən edilən hallarına görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ## ### 2016 cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı # #### 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon Icra şöbəsi tərəfindən pulun hər ay borclunun (cavabdehin) pensiyasından tutulması ilə bağlı ##.##.2023-cü il tarixində inkasso sərancamı verilmişdir. “xxxx” tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, ##.##.2023-cü il tarixdən hazırkı vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir.

23. Qeyd olunan hallara əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı ## #### 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi tələb olunan borcun məbləğini, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin iddianın rədd olunan hissəsində gəldiyi nəticəni əsaslı hesab etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Iddiaçı kassasiya şikayəti verərək (vəkil Vəkil) qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv, iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı “X1 Azərbaycan” QSC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

27. Işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib, üstəlik, həmin öhdəlik üzrə məhkəmə qətnaməsini də tam icra etməyib. Iddia ərizəsində cavabdehin hansı dövrlər üzrə gecikməyə yol verməsi, gecikdirilən günlərin sayı və buna uyğun olaraq da hesablanmış 5 faiz məbləğinin konkret olaraq 11628,64 ABŞ dolları təşkil etməsi qeyd edilib. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırıb ki, borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı ## #### 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən belə görünür ki, iddia mübahisələndirilən hissədə ona görə təmin edilməyib ki, öhdəliyin və qanuni qüvvəyə minmiş qətnamənin icrasında cavabdehin təqsiri yoxdur.

28. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur.

29. Buna görə də apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqinin cavabdehin icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməsi düzgün olmamışdır.

30. Kassasiya instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2009-cu il tarixli qərarında şərh edilənləri nəzərə alaraq qeyd etmişdir ki, borclunun icranı gecikdirməsində təqsirli olub-olmaması Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət daşımır.

31. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 445.7-ci maddəsini borclunun icranı gecikdirməsində təqsirli olmaması əsası ilə tətbiq etməməsi maddi hüquq normasının pozulmasıdır. Iddiaçı apellyasiya şikayətində də məhz onu vurğulamışdır ki, pul vəsaitinin kreditorun istifadəsindən məhrum edilməsi, özü-özlüyündə kompensasiya tələb etmək hüququnu yaradır və bunun üçün borclunun təqsirli olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Buna baxmayaraq, apellyasiya instanisyası məhkəməsi həmin dəlilə əhəmiyyət verməmiş, maddi hüquq normalarına və hazırkı məsələ ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə diqqət yetirmədən yalnız birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını göstərərək, birinci instansiya məhkəməsinin qətnaməsində əks edilən dəlillərini təkrarlamaqla yetərlənmişdir.

32. Bundan əlavə, iddianın təmin edilməyən hissəsi üzrə qalan borcun hər ay cavabdehin pensiyasından tutulması da Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini istisna etmir.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə– iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, cavabdeh (borclu) tərəfindən pul məbləğinin ödənilməsinin hansı müddətə və məbləğdə gecikdirilməsi, gecikdirilmiş vaxt və məbləğ üçün nə qədər pul hesablanmalı olması və s. hallara aydınlıq gətirməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

35. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, qarşı tərəf 2016-cı ildən etibarən 34 min dollarla hesablayır. Maşın 2019-cu ildə hərracda satılıb. 2019-cu ildə 23 min manat məbləğində pul ödənilib. Həmin pul çıxılmalı idi, lakin çıxılmayıb. 2023-cü ildən onun pensiyasından tutulmalar olur, bununla bağlı arayış da təqdim etmişdir. Bunlar nəzərə alınmayıb.

36. Iddiaçı "X1 Azərbaycan" QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.7. (hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiya) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. Işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.

Işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir.

43. Belə ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı "X1 Azərbaycan" QSC ##.##.2016-cı il tarixli məhkəmə qətnaməsinə əsasən tutulmalı olan 34468,65 ABŞ dolları pul vəsaitinin (kredit borcu) ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehdən 11628,64 ABŞ dolları pul vəsaitinin ödəlməsini tələb etmişdir. Iddia ərizəsində cavabdehin hansı dövrlər üzrə gecikməyə yol verməsi, gecikdirilən günlərin sayı və buna uyğun olaraq da hesablanmış 5 faiz məbləğinin konkret olaraq 11628,64 ABŞ dolları təşkil etməsi qeyd edilib. Iddiaya görə 1) ##.##.2016 tarixindən ##.##.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı– 1023 gün- 4897.42 ABŞ dolları 2) ##.##.2019 tarixindən ##.##.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 1771 gün- 5230.05 ABŞ dolları 3) ##.##.2023 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 63 gün– 185,45 ABŞ dolları 4) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 90 gün– 262.79 ABŞ dolları 5) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 154 gün– 446.41 ABŞ dolları 6) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 32 gün– 92.42 ABŞ dolları 7) ##.##.2024 tarixindən ##.##.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 31 gün– 89.21 ABŞ dolları 8) ##.##.2024 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 29 gün– 83.14 ABŞ dolları 9) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 30 gün– 85.69 ABŞ dolları 10) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 26 gün– 73.97 ABŞ dolları 11) ##.##.2025 tarixindən ##.##.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 64 gün– 182.08 ABŞ dolları olmaqla ümumilikdə cəmi 11628,64 ABŞ dolları təşkil edir.

44. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ## ### 2016-cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı ## #### 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon Icra şöbəsi tərəfindən pulun hər ay borclunun pensiyasından tutulması ilə bağlı ##.##.2023-cü il tarixdə Inkasso sərancamı verilmişdir. “xxxx” tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, ##.##.2023-cü il tarixdən hazırki vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı ## #### 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.

45. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin mövqeyini və qanunvericiliyin istinad olunan normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

46. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (hazırda həmin norma ## ###### 2023-cü il tarixli, 822-VIQD №-li Qanunla eyni məzmunda başqa redaksiyada tətbiq edilir.)

47. Göründüyü kimi Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz ödənilməsi öhdəliyi müstəqil qanuni faiz institutu olmaqla, pul öhdəliyinin vaxtında icra edilməməsi faktının özündən yaranır və bunun üçün borclunun təqsirinin mövcudluğu imperativ şərt kimi tələb olunmur. Yəni, borclunun öhdəliyi gecikdirməsində təqsirinin olub-olmamasından, eləcə də icra icraatı çərçivəsində məcburi icra tədbirlərinin (o cümlədən pensiyadan tutulmaların və ya inkasso sərəncamlarının) tətbiq edilib-edilməməsindən asılı olmayaraq, pul vəsaitinin ödənilməsinin gecikdirildiyi bütün dövr ərzində kreditorun qanunla müəyyən edilmiş minimal kompensasiyanı (illik 5 faizi) tələb etmək hüququ saxlanılır.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

49. Həmin qərarda Konstitusiya Məhkəməsi izah etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. ... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. ... MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.

50. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

51. Maliyyə arayışdan görünür ki "X1 Azərbaycan" QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ****** nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə banka ##.##.2025-cil tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 11.628,64 ABŞ dolları məbləğində borcu vardır.

52. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ##.##.2017-ci il tarixdən sonrakı dövr üzrə iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə həmin hissədə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

53. Beləliklə işdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2016-cı il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən və əmlakın satışından sonra qalan əsas borc məbləği iddiaçının təqdim etdiyi maliyyə arayışının tərtib olunduğu ##.##.2025-ci il tarixədək tam həcmdə icra olunmamış, borclu pul vəsaitini kreditorun sərəncamına qaytarmaq öhdəliyini gecikdirməkdə davam etmişdir.

54. Buna görə də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya əlavə edir ki, qanunvericiliyin məntiqinə görə, borcun icra icraatı çərçivəsində hissə-hissə ödənilməsi kreditorun Mülki Məcəllənin 445.7-ci maddəsində tənzimlənən gecikdirmə faizlərini tələb etmək hüququnu məhdudlaşdıra bilməz. Kreditorun məcburi icra prosesində pulun hissə-hissə ödənişini qəbul etməsi onun gecikdirilən qalıq borc məbləğinə görə qanuni faiz tələbindən imtina etməsi kimi qiymətləndirilə bilməz və bu hal icranın gecikdirilməsində borclunun məsuliyyətini aradan qaldırmır. Buna görə də iddiaçı "X1 Azərbaycan" QSC-nin gecikdirilmiş dövr üçün faiz məbləğinin tutulması tələbi ilə məhkəməyə müraciət etməsi tamamilə hüquqauyğundur.

55. Iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, 13/1285 nörməli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2013-cü il tarixli, ****** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə almaqla Cavabdeh ## ### 2025-ci il tarixinə “X1 Azərbaycan” QSC-yə olan faiz borcu 15.486,96 ABŞ dolları müəyyən edilir.

56. Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən iddia tələbindən kənara çıxılmasının yolverilməzliyi nəzərə alaraq hesab edir ki, öhdəliyin gecikdirilməsi üzrə illik 5 faiz tətbiq edilməklə borc məbləği ekspert rəyi ilə 15.486,96 ABŞ dolları müəyyən edilsə də iddia ərizəsi mübahisələndirilən hissədə iddia tələbi həcmində təmin edilməli, cavabdeh Cavabdeh 9905,16 (doqquz min doqquz yüz beş ABŞ dolları, on altı sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) pul tutularaq iddiaçı "X1 Azərbaycan" QSC-yə ödənilməlidir.

57. Kollegiya prosessual qanuvericiliyin tələbinə əsasən hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 74,65 manat məbləğində pul cavabdeh Cavabdeh iddiaçı "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulmalıdır.

58. O cümlədən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 300 (üç yüz) manatı cavabdeh Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilməlidir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı "X1 Azərbaycan" QSC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 9905,16 (doqquz min doqquz yüz beş ABŞ dolları, on altı sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) pul tutularaq iddiaçı "X1 Azərbaycan" QSC-yə ödənilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi kimi 100 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 74,65 manat məbləğində pul cavabdeh Cavabdeh iddiaçı "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulsun. Iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 300 (üç yüz) manat cavabdeh Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Leyla Əliyeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar