Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-836/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, İddiaçı "xxxx" BOKT ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizəsinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-230/2024 saylı xx.xx.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 71.051,2 manat əsas borc, 10.880,1 manat faiz borcu olmaqla, cəmi 81.931,3 manat (səksən bir min doqquz yüz otuz bir manat 30 qəpik) manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 336 (üç yüz otuz altı) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinə yönəldilməsi, torpaqların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borcuna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 2572/2020 saylı kredit müqaviləsi üzrə 71051.2 manat əsas, 10880.1 manat faiz borcu olmaqla, cəmi 81931.3 (səksən bir min doqquz yüz otuz bir manat iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 336 (üç yüz otuz altı) manat məbləğində pulun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda yerləşən və ünvan 2da yerləşən torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin hər biri 22.500 manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat müəyyən edilməsi, torpaq sahələrinin ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılması və satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılması qət edilmişdir. İddiaçı "xxxx" BOKT ASC xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(004)- 230/2024 saylı qətnaməsindəki yol verilmiş yanlışlığın düzəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair e-2(004)-230/2024 saylı mülki iş üzrə 12 mart 2024-cü il tarixdə qətnamə qəbul edilmişdir. Həmin qətnamənin qət etdi hissəsində qeyd edilmişdir ki, “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 81931,3 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 336 manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun və tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən və Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 60/7194 bağ evi ünvanında yerləşən torpaq sahələrinə yönəldilsin”. Bildirmişdir ki, qətnamədə yanlışlığa yol verilmişdir. Belə ki, hər iki ünvanda yerləşən torpaq sahələri Cavabdeh1 adına olması qeyd edilmişdir. Lakin ünvan 5 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh1, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 60/7194 bağ evi ünvanında yerləşən torpaq sahəsi isə X2 məxsusdur. Məhkəmə qətnamə qəbul edərkən yanlışlığa yol verərək qeyd edilən hər iki torpaq sahəsinin Cavabdeh1 Ramiz oğluna məxsus olmasını qət etməsi qətnamənin icrasını mümkünsüz etmişdir. Hesab edir ki, qətnamədə yol verilmiş yuxarıda qeyd edilən yanlışlıq düzəldilməlidir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-230/2024 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə düzəliş edilməsi barədə iddiaçı "xxxx" BOKT ASC-nin ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı kimi qətnamənin mahiyyətinin dəyişdirilməsi ilə bağlı deyil, 12 mart 2024-cü il tarixli, e-2(004)-230/2024 saylı qətnamədə edilmiş yanlışlıqların düzəldilməsi ilə bağlı ərizə verilmişdir. Belə ki, əgər Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 60/7194 bağ evi ünvanında yerləşən torpaq sahəsi MH seriyalı ******* saylı çıxarışa əsasən X1 mülkiyyətindədirsə, həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olması kimi qeyd edilməsi düzgün deyildir. Bu səbəbdən tutma Cavabdeh1 mülkiyyətində olan MH seriyalı ******* nömrəli çıxarış əsasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə yönəldilməsi qət edilməli idi. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin e-2(004)-230/2024 saylı xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 228.1-ci maddəsinin tələbinə görə, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. MPM-in 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göründüyü kimi qanunvericilik qiyabi qətnamə istisna edilməklə, hakimə elan etdiyi qətnaməni ləğv etmək və ya dəyişdirmək hüququ verməmişdir. Bununla yanaşı qanun işə baxmış hakim tərəfindən qətnamənin mahiyyətinə toxunmadan buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi imkanını nəzərdə tutur. Yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi nəticəsində məhkəmənin mübahisə üzrə gəldiyi nəticə dəyişdirilə, məhkəmə aktının mahiyyətinə toxunula bilməz. Hazırki işdə iddiaçı qətnamədə Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 60/7194 bağ evi ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisinə aid hissədə yol verilmiş yanlışlığın düzəldilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ərizənin araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 60/7194 bağ evi ünvanında yerləşən torpaq sahəsi MH seriyalı ******* saylı çıxarışa əsasən X1 mülkiyyətindədir. Müvafiq ipoteka müqaviləsi onunla bağlanmışdır. Məlahət Məmmədova ipoteka qoyandır. Lakin mülki iş üzrə araşdırma aparılarkən mülkiyyətçi-ipoteka qoyan X4 iş üzrə iddiaçı tərəfindən cavabdeh kimi cəlb edilməmişdir. Məhkəmə iclaslarında prosesual tərəf kimi iştirak etməmişdir. Belə olan halda ərizədə xahiş edilən məsələ qətnamənin birbaşa mahiyyəti ilə bağlıdır. Odur ki, ərizədə qeyd edilən məsələ birbaşa qətnamənin mahiyyətinə toxunduğundan birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, qeyd olunanlardan kollegiya belə nəticəyə gəlir ki, şikayət təmin edilmədən, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-230/2024 saylı xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-836/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-836/2026
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver