Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-838/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2025 nömrəli 04 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri, 11 saylı notariat ofisində, xx.xx.2021-ci il tarixdə 3M-1981 nömrəsi ilə reyestrdə qeyd edilmiş kredit müqaviləsinə əsasən ödənilməli olan 160 000,00 (bir yüz altmış min) manat borc məbləğinin, hüquqi yardıma görə ödənilmiş 350,00 (üç yüz əlli) manat xidmət haqqının, 450,00 (dörd yüz əlli) manat dövlət rüsumunun, ümumilikdə 160 800,00 (bir yüz altmış min səkkiz yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2025 nömrəli 04 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 160000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, Cavabdeh hüquqi yardıma görə “LGG” Vəkil Bürosuna iddiaçı tərəfindən ödənilmiş 350 manat və ödənilmiş 450 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından müəyyən edilir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi poçt vasitəsi ilə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, qətnamə 11 sentyabr 2025-ci il tarixdə həmin üvanda “Şirinzade” qeydi və imzası ilə təhvil alınmışdır. Bundan sonra cavabdeh özü məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Məhkəmə 24 oktyabr 2025-ci il tarixli məktubunda qətnamənin 11 sentyabr 2025-ci il tarixdə X2 təqdim edildiyini və qətnamənin təkrar alınması üçün dövlət rüsumunun ödənilmədiyini qeyd etmişdir. Hazırki şikayəti isə cavabdeh 25 noyabr 2025-ci il tarixdə verilmişdir. Şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən 11 sentyabr 2025-ci il tarixdə qətnamə əldə edilmişdir, ona görə də prosessual müddətin axımı da həmin vaxtdan başlamışdır. Odur ki, cavabdeh tərəfindən şikayət qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apellyasiya mümkün sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırki halda apellyasiya şikayəti 25 noyabr 2025-ci il tarixdə verilmişdir. Məcəlləyə əsasən prosessual hərəkətlər bu bəcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3). MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-cü maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Göründüyü kimi, cavabdeh qətnamədən şikayət vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4072/2025 nömrəli 04 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-838/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-838/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver