Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-859/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Ibrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: a) iddia barədə məlumat
1. Iddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, vəfat etmiş borcalan X4 Bank ilə bağladığı ##.##.2023-cü il tarixli, BPM************ saylı “«Tam kart» kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 700 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 15 manat, ##.##.2024-cü il tarixdə bağlanmış BPM************ saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 7.289,56 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 138,74 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101,45 manat, ödənilmiş bank xidmət haqqının əvəzi olaraq 0,4 manat məbləğində pulun mərhum borcalanın vərəsəsi olan cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Məhəbbət Rəhimova, onunla Bank arasında ##.##.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, Bankdan, 35 ay müddətində qüvvədə olan “Tam kart” almışdır. “«Tam kart» kredit müqaviləsi” üzrə məbləğ 700 manat olmuşdur. Bundan başqa, Məhəbbət Rəhimova, onunla Bank arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən 59 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 7.800 manat məbləğində kredit almışdır. Məhəbbət Rəhimova ##.##.2024-cü il tarixdə ölmüşdür. Öldüyü məqama Məhəbbət Rəhimovanın iddiaçı Banka ##.##.2023-cü il tarixli “«Tam kart» kredit müqaviləsi” üzrə 700 manat məbləğində əsas kredit borcu və 15 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu, ##.##.2024-cü il tarixli “Kredit müqaviləsi” üzrə 7.289,56 manat məbləğində əsas kredit borcu və 138,74 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu olmuşdur. Bakı Şəhəri * saylı Notariat Ofisi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən (reyestr nömrəsi: 2V-266) görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş Məhəbbət Rəhimovanın vərəsəsi onun övladı – hazırkı iş üzrə cavabdehdir. Miras əmlak “Əmək müqaviləsi” üzrə ödənilməli olan 23,56 manat məbləğində son haqq-hesab və Dövlət Sosial Müdafiə Fondu tərəfindən “xəstəlik vərəqəsinə” əsasən ödənilməli olan 1.191,15 manat pul məbləğidir. Iddiaçı Bankın nümayəndəsi iddia ərizəsində qeyd edir ki, cavabdeh, miras əmlakı qəbul etməsinə baxmayaraq mərhumun iddiaçı Banka olan borcunu ödəməmişdir, baxmayaraq ki, Bank tərəfindən ona müraciət edilərək, borcun ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 101,45 manat dövlət rüsumu və rüsumun ödənilməsi üçün isə 0,4 manat məbləğində bank xidmət haqqını ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin verdikləri izahatlar barədə məlumat
3. Iddiaçı Bankın nümayəndəsi nümayəndə1 Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Iş üzrə cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onun mərhum anası vəfat etdikdən sonra o, * saylı Notariat Ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında (23,56 + 1.191,15 =) 1.214,71 manat məbləğində pulu miras əmlak kimi almışdır. Başqa miras əmlak yoxdur. Yaşadıqları ev isə özbaşına tikili olduğu üçün miras əmlak kütləsinə daxil deyil. Buna görə də o hesab edir ki, iddia ərizəsi ilə tutulması xahiş edilən məbləğ tam həcmdə ondan tutula bilməz. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, mərhum X3nın övladı olmaqla sonuncunun birinci növbə vərəsəsidir. X3 sağlığında Bank ilə bağladığı ##.##.2023-cü il tarixli “«Tam kart» kredit müqaviləsinə” əsasən 700 manat, ##.##.2024-cü il tarixdə bağladığı “Kredit müqaviləsinə” əsasən 7.800 manat məbləğində kredit almışdır. Öldüyü məqama onun iddiaçı Banka “«Tam kart» kredit müqaviləsi” üzrə 700 manat məbləğində əsas kredit borcu və 15 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu, “Kredit müqaviləsi” üzrə 7.289,56 manat məbləğində əsas kredit borcu və 138,74 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu olmuşdur. Mərhumun vərəsəsi olan cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almış və 1.214,71 manat məbləğində pulu miras əmlak kimi qəbul etmişdir. Belə olan halda, o, mərhumun iddiaçı Banka olan borcunu tam həcmdə ödəməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin miras payına uyğun azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Əsasları, cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh miras əmlak kimi yalnız və cəmi 1.214,71 manat məbləğində pulu qəbul etmişdir. Mərhumun başqa əmlakı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1306.4-cü maddəsinə görə isə, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi, miras əmlak kimi yalnız 1.214,71 manatı qəbul etmiş cavabdehdən Rayon Məhkəməsinin qətnaməsi ilə tutulması qət edilmiş məbləğdə pulun tutulması ədalətsiz və qanunsuzdur. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. Apellyator olan iş üzrə cavabdeh apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. Iddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmuna uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdehin anası Məhəbbət Rəhimova, onunla iddiaçı Bank arasında 35 ay müddətinə bağlanmış ##.##.2023-cü il tarixli «Tam kart» kredit müqaviləsinə” əsasən Bankdan 700 manat, 59 ay müddətinə bağlanmış ##.##.2024cü il tarixli “Kredit müqaviləsinə” əsasən isə 7.800 manat məbləğində kredit almışdır.
14. Bakı Şəhəri * saylı Notariat Ofisi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən (reyestr nömrəsi: 2V-266) görünür ki, Məhəbbət Rəhimova ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Onun vərəsəsi onun övladıdır – hazırkı iş üzrə cavabdehdir. Miras əmlak “Əmək müqaviləsi” üzrə ödənilməli olan 23,56 manat məbləğində son haqq-hesab və Dövlət Sosial Müdafiə Fondu tərəfindən “xəstəlik vərəqəsinə” əsasən ödənilməli olan 1.191,15 manat pul məbləğidir.
15. Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, öldüyü məqama Məhəbbət Rəhimovanın iddiaçı Banka ##.##.2023-cü il tarixli müqavilə üzrə 700 manat məbləğində əsas kredit borcu və 15 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu, ##.##.2024-cü il tarixli müqavilə üzrə 7.289,56 manat məbləğində əsas kredit borcu və 138,74 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu olmuşdur.
16. Iş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak etməsə də, onun apellyasiya şikayətinin dəlilinin əsaslı olmasını təsdiq edə biləcək sübut kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarını Məhkəməyə göndərmişdir.
17. Həmin qərardan görünür ki, halları hazırkı mülki mübahisənin halları ilə eynilik təşkil edən mülki işə baxmış məhkəmələr İddiaçı ASC-nin mərhum borcalanın vərəsəsinə qarşı irəli sürülmüş iddianın qismən təmin edilməsini, vərəsənin qəbul etdiyi mirasın məbləğinə bərabər pulun tutularaq Banka ödənilməsini qət etmişlər.
18. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1153.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar (maddə 1306.5.).
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarına istinad edilərək qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən Icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edilir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
20. Qeyd edilən maddi hüquq normaların, tələblərindən və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarlarda təsbit edilmiş hüquqi mövqedən məlum olur ki, mərhumun vərəsəsi olan cavabdeh iddiaçı Bank ilə bağladığı “Kredit müqaviləsi” üzrə yaranmış borcu ödəməlidir.
21. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti əsassızdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi və cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli qərarına münasibətdə isə Məhkəməyə qeyd edir ki, həmin qərardan görünür ki, həmin mülki işin halları hazırkı işin hallarından fərqlidir.
23. Belə ki, həmin iş üzrə məhkəmələrə təqdim edilmiş sübutlar ilə müəyyən edilmişdir ki, vərəsənin qəbul etdiyi miras əmlak mirasın notarius tərəfindən siyahıya alındığından çox deyil. Lakin hazırkı işdə bu kimi sübutlar yoxdur. Hazırkı iş üzrə cavabdeh bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, o, bu kimi sübutları məhkəmələrə təqdim etmək yükünü daşıyır. g) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
27. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi, qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
28. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDI:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.