Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-881/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” X6 cavabdehlər Abbasov Elvin Əli oğluna və cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi nümayəndə2 Əhliman oğlunun, cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” X6 cavabdehlər Abbasov Elvin Əli oğluna və cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## ##### 2022-ci il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Abbasov Elvin Əli oğlu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
2. ## ##### 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abbasov Elvin Əli oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
3. xxxxn görünür ki, “Toyota” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin dəyəri 711 manatdır.
Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı “xxxx” X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” X6 vurulmuş 711 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Abbasov Elvin Əli oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə Sabunçu rayonu Pirşahı kəndi ərazisində Abbasov Elvin Əli oğlu idarə etdiyi “TOYOTA PRIUS“ minik markalı, 77- DP- 407 dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” X6 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəyə 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Sabunçu RPI DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən ##.##.2022-ci il tarixli, IXP ******* saylı Inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs "TOYOTA PRIUS” minik markalı, 77- DP-407dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abbasov Elvin Əli oğlu tanınmışdır. Hadisə zamanı “TOYOTA PRIUS” minik markalı, **-DP-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Qeyd edirik ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq “xxxx” X6 balansına verilmişdir. Hesab edir ki, “xxxx” X6 vurulmuş 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Abbasov Elvin Əli oğlundan tutularaq “xxxx” X6 ödənilməlidir. Iddiaçı müəssisə tərəfindən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, dəymiş ziyan məbləğinin ödənilməsi üçün cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə23.05.2022-ci il tarixli məktub ilə rəsmi qaydada müraciət edilmişdir.
6. Cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh2 Sığorta Şirkətinə qarşı "sığorta ödənişinin verilməsinə dair" iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Iddia ərizəsində qeyd edilir ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə cavabdeh2 Sığorta Şirkətində sığorta olunan “Toyota Prius” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi hadisə nəticəsində iddiaçıya məxsus işıb dirəyinə ziyan dəymişdir. Hadisədən sonra sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərər qiymətləndirilmiş və hesabata əsasən müəyyən olunmuşdur ki, əmlakın təmir-bərpa xərcləri 426 manat təşkil edir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmadığına görə, sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. “Icbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən imtina etmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmlaka dəymiş zərərin qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməli və yaxud, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barəре tərəflər arasında razılıq əldə edilmədikdə, tərəflər arasında qarşılıqlı razılaşma əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmalı idi. Qeyd edilənlərdən məlum olur ki, cavabdeh cavabdeh2 Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Sığortaçı zərəri qiymətləndirmiş amma iddiaçı zərər məbləği ilə razılaşmadığına görə sığorta ödənişini həyata keçirə bilməmişdir. Iddiaçı tərəfindən təqdim olunan "xxxx" qeyd edilən məbləğ, sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib olunmuşdur. Zərərin təhlili və qüsurların müəyyən edilməsi cavabdeh2 Sığorta Şirkəti tərəfindən həyata keçirilməmiş, bu barədə qarşı tərəflə hər hansı razılaşdırılmış akt və ya ekspert rəyi də mövcud olmamışdır. Iddiaçı tərəfindən təqdim olunmuş və iddia edilən zərəri 711 manat məbləğində müəyyən edən “smeta” hüquqi baxımdan sübut kimi qəbul edilə bilməz. Belə ki, bu akt mütəxəssislər tərəfindən tərtib edilməmişdir. Qüsur aktı hər hansı sığorta mütəxəssisi, texniki ekspert və ya müstəqil qiymətləndirici tərəfindən deyil, iddiaçı tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu şəxslər əmlakın texniki xüsusiyyətlərini peşəkar qiymətləndirmək səlahiyyətinə malik deyildirlər. Akt hüquqi əhəmiyyət daşımır: Qiymətləndirmə fəaliyyəti yalnız lisenziyalı, ixtisaslı ekspertlər və mütəxəssislər təqdim edə bilər. Təqdim edilən sənəddə belə bir status yoxdur. Sığorta şirkətinin iştirakı olmadan tərtib olunub. Qiymətləndirmə yalnız sığorta şirkətinin iştirakı və razılığı ilə aparıldıqda hüquqi nəticə doğura bilər. Təqdim edilən sənəd birtərəfli gaydada, birbaşa işdə maraqlı şəxs tərəfindən öz əmlakı barəsində hazırlanıb və sığortaçı ilə razılaşdırılmayıb. Sığorta şirkətinin müəyyən etdiyi məbləğ və iddiaçının tələb etdiyi məbləğ arasında rəqəm fərqləri mövcuddur. Hesab edir ki, hazırkı iddia ilə iddiaçı cavabdehdən əmlaka dəyən real zərər miqdarından artıq zərərin ödənilməsini tələb edir ki, bu da yolverilməzdir. Iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, 711 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı “xxxx” X6 ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, Abbasov Elvin Əli oğlu idarə etdiyi 77- DP-407 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobil ilə ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” X6 məxsus 1 ədəd işıq dirəyini çırağı ilə birlikdə sıradan çıxararaq müəssisəyə 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Bakı şəhər DYPI-nin əməkdaşı tərəfindən tərtib edilən IXP ******* saylı inzibati xəta haqqında protokol və ##.##.2022-ci il tarixli, TP-******* saylı Inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Toyota” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abbasov Elvin Əli oğlu tanınmışdır. Hadisə zamanı **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Iddiaçı tərəf sığortalanmış avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləğinin 711 manat olmasını iddia edir, cavabdeh tərəf isə bildirir ki, zərərin məbləği 426 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus olan əmlaka hadisə nəticəsində zərər vurulması, zərərin “Toyota” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abbasov Elvin Əli oğlu tərəfindən vurulması və hadisə zamanı **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə cavabdeh2 ASC sığortalanması işin mübahisəsiz hallarıdır. Işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə tələb olunan sığorta ödənişinin yüksək məbləğ olduğuna istinad edərək iddiaya etiraz edir. Məhkəmə hesab etmişdir ki, 711 manat məbləğində sığorta ödənişi cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddianın “ödənişin Abbasov Elvin Əli oğlundan da tutulması”-hissəsini əsaslı hesab etməmişdir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Abbasov Elvin Əli oğlunun sürücüsü olduğu **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə cavabdeh2 ASC sığortalanmış və hazırki qətnamə ilə sığorta ödənişinin sığorta şirkətindən tutulması qənaətinə gəlinmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1-ci maddələrinə, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məbləğ mübahisəsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə yazılı vəsatət təqdim edilərək, iddiaçıdan işıq dirəyinin məhv olması halında silinmə aktının, təmir edilməsi halında təmir aktının, saxlanılması halında isə əmlakın mövcud vəziyyəti barədə məlumatların, əmlakın məhz 711 manata alınmasına dair alğı-satqı müqaviləsi, gömrük sənədləri, hesab-faktura və digər təsdiqedici sənədlərin tələb edilməsi, əlavə olaraq iş üzrə əmlaka dəymiş zərərin real və obyektiv müəyyən edilməsi məqsədilə müstəqil ekspertizasının təyin edilməsi xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Bu onu deməyə əsas verir ki, iş üzrə qeyd edilən hallar aydınlaşdırılmamışdır. Məhkəmə zərər dəymiş əmlakın təmirini və ya bərpasını mümkün hesab etməyərək, əmlakı tam məhv olmuş hesab etmiş və iddia tərəfin təqdim etdiyi smetanı mötəbər sübut hesab edərək, işıq dirəyinin bərpasına sərf olunan xərclərin dəyərinin 711 manat olması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, əmlakın tam məhv olması faktı yalnız müvafiq ləğvetmə (silinmə) aktı ilə sübut edilə bilər. Belə bir sənədin iş materiallarında mövcud olmaması məhkəmənin əmlakı tam məhv olmuş hesab etməsi üçün hüquqi əsas yaratmır. Bununla yanaşı, məhkəmə əmlakı tam məhv olmuş hesab edərək, sığortaçıdan 711 manat məbləğində tam zərərin tutulması nəticəsinə gəlmişdirsə, bu halda sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq zərər dəymiş əmlakın qalıqları sığortaçıya keçməli idi. Lakin nə qalıqların mövcudluğu məsələsi araşdırılmış, nə də onların sığortaçıya verilməsi barədə hər hansı qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə bir tərəfdən əmlakın tam məhv olmasını sübuta yetirən sənədləri tələb etmədən, digər tərəfdən isə tam məhv olma halının hüquqi nəticələrini nəzərə almadan əsassız nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə sübutları tam tədqiq etmədən, doğruluğu şübhəli olan aktı əsassız olaraq mötəbər sübut kimi qəbul edərək, həmin məbləği təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, sığorta tələbi ilə müraciət etmiş şəxsin əmlakına dəymiş zərəri sığorta şirkəti müəyyən edir. Baxılan iş üzrə də zərər məbləği cavabdeh tərəfindən müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi üçün üç müstəqil ekspert təklif edilmiş, amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən də imtina etmişdir. Mülki Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsədəyən real zərərin miqdarından çox ola bilməz. Maddənin məzmunundan da aydın olur ki, sığorta ödənişinin miqdarı nəqliyyat vasitəsinə dəyən real zərərin miqdarından çox ola bilməz. Sığortaçı əmlaka baxış keçirməklə ona dəymiş zərəri müəyyən etdiyi halda, məhkəmə zərər dəymiş əmlakın təmirini və ya bərpasını mümkün hesab etməyərək əmlakı tam məhv olmuş hesab etmiş və iddia tərəfin təqdim etdiyi smetanı mötəbər sübut hesab edərək, işıq dirəyinin bərpasına sərf olunan xərclərin dəyərinin 711 manat olması barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə əmlakı tam məhv olmuş hesab edərək, sığortaçıdan 711 manat məbləğində tam zərərin tutulması nəticəsinə gəlmişdirsə, bu halda sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq zərər dəymiş əmlakın qalıqları sığortaçıya keçməli idi. Lakin nə qalıqların mövcudluğu məsələsi araşdırılmış, nə də onların sığortaçıya verilməsi barədə hər hansı qərar qəbul edilmişdir. Məhkəmə zərər dəymiş əmlakın təmirini və ya bərpasını mümkün hesab etməyərək, əmlakı tam məhv olmuş hesab etmiş və iddia tərəfin təqdim etdiyi smetanı mötəbər sübut hesab edərək, işıq dirəyinin bərpasına sərf olunan xərclərin dəyərinin 711 manat olması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, əmlakın tam məhv olması faktı yalnız müvafiq ləğvetmə (silinmə) aktı ilə sübut edilə bilər. Belə bir sənədin iş materiallarında mövcud olmaması məhkəmənin əmlakı tam məhv olmuş hesab etməsi üçün hüquqi əsas yaratmır. Işıq dirəyinin məhv olması halında silinmə aktının, təmir edilməsi halında təmir aktının, saxlanılması halında isə əmlakın mövcud vəziyyəti barədə məlumatların, əmlakın məhz 711 manata alınmasına dair alğı-satqı müqaviləsi, gömrük sənədləri, hesab-faktura və digər təsdiqedici sənədlərin tələb edilməsi, əlavə olaraq iş üzrə əmlaka dəymiş zərərin real və obyektiv müəyyən edilməsi məqsədilə müstəqil ekspertizasının təyin edilməsi xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Bu onu deməyə əsas verir ki, iş üzrə qeyd edilən hallar aydınlaşdırılmamışdır. Əmlaka 711 manat məbləğində ziyan dəyməsi barədə sübutlar tam və dəqiq deyil. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi smeta qeyd olunan faktı təsdiq etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Iddiaçının nümayəndəsi nümayəndə2 Əhliman oğlu apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
16. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15.1. Icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi tələb olunduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, birinci instansiya məhkəməsi zərər dəymiş əmlakın təmirini və ya bərpasını mümkün hesab etməyərək, əmlakı tam məhv olmuş hesab etmiş və iddia tərəfin təqdim etdiyi smetanı mötəbər sübut hesab edərək, işıq dirəyinin bərpasına sərf olunan xərclərin dəyərinin 711 manat olması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, əmlakın tam məhv olması faktı yalnız müvafiq ləğvetmə (silinmə) aktı ilə sübut edilə bilər. Belə bir sənədin iş materiallarında mövcud olmaması məhkəmənin əmlakı tam məhv olmuş hesab etməsi üçün hüquqi əsas yaratmır.
21. O cümlədən, digər dəlil olaraq göstərilmişdir ki, məhkəmə əmlakı tam məhv olmuş hesab edərək, sığortaçıdan 711 manat məbləğində tam zərərin tutulması nəticəsinə gəlmişdirsə, bu halda sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq zərər dəymiş əmlakın qalıqları sığortaçıya keçməli idi. Lakin nə qalıqların mövcudluğu məsələsi araşdırılmış, nə də onların sığortaçıya verilməsi barədə hər hansı qərar qəbul edilmişdir. Məhkəmə bir tərəfdən əmlakın tam məhv olmasını sübuta yetirən sənədləri tələb etmədən, digər tərəfdən isə tam məhv olma halının hüquqi nəticələrini nəzərə almadan əsassız nəticəyə gəlmişdir. Məhkəmə sübutları tam tədqiq etmədən, doğruluğu şübhəli olan aktı əsassız olaraq mötəbər sübut kimi qəbul edərək, həmin məbləği təmin etmişdir.
22. Birinci instansiya məhkəməsi yekun aktında cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən arqumentləri qiymətləndirərək iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni işin aşağıda qeyd olunan halları ilə əsaslandırmışdır: - maddi zərər “Toyota” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Abbasov Elvin Əli oğlu tərəfindən vurulmuşdur. - hadisə zamanı **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari sığorta ilə cavabdeh2 ASC tərəfindən sığortalanmışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində əsaslandığı hallar birinci instansiya məhkəməsində işə baxılan zamanı etirazın dəlilləri ilə eynilik təşkil edir, məhz bu xüsusatlar araşdırılmış və məhkəmə tərəfindən işdə olan sübutlar düzgün qiymətləndirilərək, iş üzrə Abbasov Elvin Əli oğlunun sürücüsü olduğu **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə cavabdeh2 ASC sığortalanmış və hazırki qətnamə ilə sığorta ödənişinin sığorta şirkətindən tutulması ilə bağlı yekun nəticəyə gəlinmişdir.
24. Beləliklə, hazırki mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün qiymətləndimə aparmış və məhkəmənin iddianın qismən edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.