Məhkəmə qərarları › İş №2(3-6)-904/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-904/2026

27.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-904/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh cavabdeh1 Azərbaycan Dövlətinin vahid torpaq fonduna aid olan və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən Səbail bələdiyyəsinin mülkiyyətində olmuş torpaq sahələrini ələ keçirmək məqsədi ilə X5 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləmiş, bu məqsədlə 2012-ci ilin noyabr-dekabr aylarında Səbail Bələdiyyəsinin sədri adından tanışı İsmayılov Bəhram Həsənağa oğluna 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması, 2013-cü ilin mart-aprel aylarında Səbail Bələdiyyəsinin sədri adından Etibar Məmmədovun anası cavabdeh2 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə kompüterdə 2003-cü ilə aid saxta sərəncam hazırlamış və sonuncuların adına daşınmaz əmlakın dövlət reyestri xidmətində xüsusi mülkiyyət kimi qeydiyyatına nail olaraq dələduzluq yolu ilə özgə əmlakını mənimsəmişdir. İddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0.119047 ha və 0.12 ha torpaq sahələrinin ümumilikdə 255.000 manata alqı-satqısına razılamış, iddiaçı sonuncuya ilk öncə 71.000 manat ödəniş etmiş və AN-İ seriyalı, 0426494 nörməli, ##.##.2014-cü il tarixli və AN-İ seriyalı, 0426493 nörməli, ##.##.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar cavabdeh2 və İsmayılov Bəhram Həsənağa oğlunun etibarnamə əsasında nümayəndəsi cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0.119047 ha və 0.12 ha torpaq sahələrini alıcı İddiaçı hər bir torpaq sahəsinə 92.000 manat ödəmək şərtiylə satmış, həmin məbləğlər bankın depozit hesabına köçürülmüşdür. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi (0.079047 ha) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və ona DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışı verilmişdir. İddiaçı sözü gedən torpaq sahələrində tikinti işləri aparmış, lakin tikinti tam bitməmiş Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Həmin torpaq sahələrinin hər biri 0,08 ha olmaqla ##.##.2014-cü il tarixli, *ə-*/*** nömrəli alqı-satqı müqavilələrinə əsasən qohumları X6 və X11 ilə aralarında bərabər şəkildə bölmüşlər. Onlar hər biri ##.##.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində öz adlarına çıxarış almışlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2016-cı il tarixli hökmü cavabdeh1 Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin cavabdehlər cavabdeh2, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehlər cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış ##.##.2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş mülkiyyət hüququ barədə ##.##.2014-cü il tarixli Seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Hazırda iddiaçı ##.##.2014-cü il tarixli AN-İ ******* saylı, *-Ə*/*** saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə görə cavabdeh2 və cavabdeh1 ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz ) manat pul vəsaitinin, dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altımış üç manat səksən üç qəpik) min manat pul vəsaitinin, 57.773 (əlli yeddi min yeddi yüz yetmiş üç) manat əldən çıxmış faydanın, ümumilikdə 571636.83 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Cəlilov Əli və Mahir adlı daşınmaz əmlak satan maklerlər vasitəsi ilə cavabdeh1 adlı şəxslə tanış olmuşdur. cavabdeh1 ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 2 bir-birinə bitişik olan 0,12 ha torpaq sahəsini (ümumi sahəsi 0,24 ha) ümumilikdə 255.000 manata təklif etmişdir. O, ondan həmin torpaq sahəsini almağa razılaşmışdır. Torpaq sahəsinin hər birinin dəyəri 127.500 manat idi. O, torpaq sahələrinin satılması barədə qohumları X6 və X11 məlumat vermişdir. Onlarda torpaq sahəsinə baxıb bəyəndilər. Belə qərara gəlmişlər ki, hər iki torpaq sahəsini o alsın və sonradan torpaqları üçü arasında bölər və fərdi yaşayış evi tikərlər. O, hər iki torpaq sahəsinin qiymətini cavabdeh1 ilə razılaşdırmış və iki torpaq sahəsinə görə 255.000 manat ödəniş etmişdir. 255.000 manatın 71.000 manatını nəğd şəkildə ##.##.2014-cü il tarixdə cavabdeh1 ödəmişdir. Yerdə qalan 184.000 manatın 92.000 manatını cavabdeh2 və 92.000 manatını isə İsmayılov Bəhram Həsənağa oğlunun notarial alqı-satqı zamanı bank hesabına ödəmişdir. * saylı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində təsdiq edilmiş ##.##.2014-cü il tarixli AN-İ ******* saylı, *-Ə*/*** saylı alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini cavabdeh2 92.000 (doxsan iki min) manata almışdır. Bundan başqa Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,119047 ha torpaq sahəsini İsmayılov Bəhram Həsənağa oğlunun nümayəndəsi cavabdeh1 92.000 (doxsan iki min) manata ##.##.2014-cü il tarixli AN-İ ******* saylı, *-Ə*/*** saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Hər iki torpaq sahəsinə görə müqavilədən əlavə olaraq cavabdeh1 35.500 manat ümumilikdə isə 71.000 manat pul vəsaiti ödəmişdir. Sonradan aldığı hər iki torpaq sahəsinə dair 0,239047 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında çıxarış əldə etmişdir. Bundan sonra həmin torpaq sahələrinin hər biri 0,08 ha olmaqla ##.##.2014-cü il tarixli, *ə-*/*** nömrəli alqı-satqı müqavilələrinə əsasən qohumları X6 və X11 ilə aralarında bərabər şəkildə bölmüşlər. Onlar hər biri ##.##.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində öz adlarına çıxarış almışlar. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi (0,079047 ha) İddiaçı mülkiyyətinə verilməsinə dair ##.##.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən ##.##.2014-cü il tarixdə onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə (0,079047 ha) dair №AA****** saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhər Səbail rayon icra Hakimiyyətininin Başçısının ##.##.2014-cü il tarixli, *** saylı sərəncamı ilə ona mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,079047 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. O, öz mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə dair icazə aldıqdan sonra həmin ərazidə özünə məxsus 3 mərtəbəli, əlavə olaraq zirzəmisi və terrasa malik olan ümumi 663,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evinin tikintisinə 386363.83 manat vəsait xərcləmişdir. Qeyd edir ki, həmin vəsait fərdi yaşayış evlərinin tikintisinə xərclənmişdi və evdə hələ təmir edilməmişdir. ##.##.2020-ci il tarixdə ona məxsus ev Bakı şəhər icra Hakimiyyətinin əməkdaşlarının göstərişi ilə əraziyə gətirilmiş tarktorlar və ekskavatorlar vasitəsi ilə heç bir məhkəmə qərarı olmadan sökülmüş və ona 386363.83 manat maddi ziyan vurulmuşdur. Sonradan Bakı şəhər prokurorluğunda Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X5 və qeyriləri barəsində olan cinayət işi Azərbaycan Respublikası CM-nin 308.2, 313, 320.1, 320.2, 29,178.3.2 və 178.3.2-ci maddəlləri ilə cinayət işi başlanılmış və baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş, təqsirli şəxslərin barəsində hökm çıxmışdır. Həmin cinayət işinin istintaqı zamanı o, Bakı şəhər prokurorluğunda şahid qismində ifadə vermişdir. Bundan başqa Bakı şəhər Səbail rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər cavabdeh2, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi və ona qarşı “alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh2 ilə onun arasında bağlanmış ##.##.2014-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və onun adına mülkiyyət hüququ barədə verilmiş ##.##.2014-cü il tarixli Seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhər Səbail rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X5 və qeyriləri Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X5 və qeyriləri özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək 2011-2015-ci illər ərzində “Xalqlar Dostluğu” parkı adlanan ərazidə olan və dövlət mülkiyyətində saxlanılan torpaq sahələrini Səbail Bələdiyyəsinin mülkiyyəti kimi fərdi yaşayış evlərinin inşası üçün alqı-satqı yolu ilə ayrı-ayrı yaxın qohum və tanışlarının adına verilməsi ilə bağlı saxta sərəncam, alqı-satqı aktı, torpağın cizgi planı və ödəniş qəbzlərini hazırlayıb bələdiyyənin bəzi vəzifəli şəxslərinin imzalarını saxtalaşdırdıqdan və bələdiyyənin işlər idarəsinin möhürünü vurduqdan sonra torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə müraciət etmişlər. Daha sonra isə imtina cavabı aldıqdan sonra müvafiq qaydada * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 45 inzibati iş üzrə qanunsuz iddia tələbləri təmin olunaraq “Xalqlar Dostluğu” parkı adlanan ərazidə yerləşən torpaq sahələrinə dair plan və ölçünün verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə olunmasına dair qərarlar qəbul olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etdikdən sonra Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, 2-1 (***)-***/**** saylı qərarı ilə, iş üzrə 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2013 cü il tarixli, *inz(**)-****/** saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmuş, iddiaçının iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarı Ali Məhkəmə tərəfindən öz qüvvəsində saxlanılmışdır. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2013-cü il tarixli *inz(**)-****/** saylı qərarı ilə iddiaçı cavabdeh2 iddiası təmin edilmiş, Səbail Rayon Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə alqı-satqı aktı tanınmaqla plan və ölçünün verilməsi vəzifəsi DTXK-nin Bakı Şəhər Şöbəsinə həvalə edilmişdir. Lakin, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2013-cü il tarixli, *inz(**)-****/** saylı qərarına əsasən iddiaçı cavabdeh2 öz adına ##.##.2014-cü il tarixli (qeydə alma nömrəsi 1114042792) reyestrdən çıxarış aldıqdan sonra * saylı “ASAN Xidmət” mərkəzində təsdiq edilmiş ##.##.2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisəli 0,12ha torpaq sahəsini ona satmış, DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən B. Camalovun adına mülkiyyət hüququ barədə ##.##.2014-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini cavabdeh2 və cavabdeh1 127.500 manata * saylı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində mübahisəli olduğunu biləbilə ona satmış, həmin torpaq sahəsində ümumi 663.3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmiş və həmin fərdi yaşayış evinin tikintisinə 386363.83 manat vəsait xərcləmiş, həmin torpaq sahəsində ona məxsus fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan qanunsuz olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və ona nəticədə 386363.83 manat maddi ziyan dəymişdir. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq yerləşən 0,12 ha torpaq sahəsinin Səbail Bələdiyyəsinə aid olmadığını bilmiş və torpaq sahəsini mübahisəli olduğunu bildiyi halda ona satmış və nəticədə ona 386363.83 manat maddi ziyan dəymişdir. cavabdeh2 ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli nəticəsində ona məxsus fərdi yaşayış evi sökülmüş və ona maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən ##.##.2014-cü il tarixli AN-İ ******* saylı, *-Ə*/*** saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə görə cavabdeh2 və cavabdeh1 ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz ) manat pul vəsaitinin, dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altımış üç manat səksən üç qəpik) min manat pul vəsaitinin,ümumilikdə 513863.83 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ##.##.2014-cü il tarixli AN-İ ******* saylı, *-Ə*/*** saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə görə cavabdeh2 və cavabdeh1 ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz ) manat pul vəsaitinin, dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altımış üç manat səksən üç qəpik) min manat pul vəsaitinin, 57.773 (əlli yeddi min yeddi yüz yetmiş üç) manat əldən çıxmış faydanın, ümumilikdə 571636.83 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, tərəflərin hər ikisini tanıyır. Qeyd edilən torpaq sahəsinin 0.24 ha olduğundan məlumatlı idi. Tərlan həmin torpaq sahəsini iddiaçıya 255.000 manata satmışdır. Tərəflər arasında torpaq sahəsinə dair danışıqlar aparılan zaman orada olmuşdur. Belə ki, torpağa görə hər birinə ayrı-ayrılıqda 127.500 manat qiymət razılaşdırılmış, lakin depozit hesabına bir torpaq üçün 92.000, ümumilikdə 184.000 manat pul qoyulmuşdur. Tərlan ilk öncə iddiaçıdan 3.000 manat beh almış, sonradan isə 68.000 manat, ümumilikdə iddiaçıdan 71.000 manat pul vəsaiti almışdır. Torpaq sahəsi başqa bir şəxsin adına olduğu üçün və həmin şəxsdə evli olduğundan, sonuncunun yoldaşı da alqı-satqı zamanı gəlib müqaviləyə imza etmişdir. Torpaq sahəsi üçün ödənilmiş pulu isə Tərlan özü götürmüşdür. İddiaçı aldığı torpaq sahəsində ev tikintisinə başlamışdır. Sözü gədən ərazidə tikinti demək olarki yekunlamış, sadəcə malyar işləri qalmışdır. Həmin yerdə 3 ev tikilirdi və səhv etmirsə evlər 2-3 mərtəbədən ibarət idi. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, iddiaçı və cavabdehin hər ikisini də tanıyır. Tərlanın atası ilə tanışdır. Belə ki, Tərlan ona torpaq satdığını və həmin torpaq sahələrinə müştəri axtardığını bildirmişdir. Sözü gedən torpaq sahələrinə müştərini Əli adlı şəxs tapmışdır və torpaqların alqı-satqısına dair müqavilə də bağlanmışdır. Hər iki torpaq sahəsinə görə 255.000 manata razılıq əldə edilmişdir. Bildiyinə görə torpağa görə 3.000 manat məbləğində beh verilmişdir. İddiaçı Tərlana hər torpağa ayrı-ayrılıqda 35.500 manat, ümumilikdə 71.000 manat nəğd şəkildə pul vermişdir. Qeyd edilən torpağa görə müştəri tapdıqları üçün Tərlan onlara beh verməli idi. Lakin cavabdeh Tərlan həmin behi də vermədi. İddiaçı aldığı torpaq sahəsində tikinti işləri aparmışdır. Belə ki, o həmin yerdən keçərkən bu işlərin şahidi olmuşdur. Lakin həmin ərazidə neçə ədəd evin tikildiyini dəqiq bilmir. Onları polisə çağırılan zaman evlərinin söküləcəyi barədə məlumat əldə etmişdir. Evlərin hansı mərhələdə söküldüyündən məlumatsızdır. Fikrincə evlər sökülən zaman tikilib yekunlaşmışdır. Söküntü olarkən isə qeyd edilən ünvanda olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 maddi ziyanın əvəzi qismində 481.535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 %-i, yəni 15 (on beş) manat iddiaçıya aid edilməsi, qalan 50 %-i, yəni 15 (on beş) manatı isə cavabdeh cavabdeh1 iddiaçı İddiaçı xeyrinə tutulması, iş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci 50%-i, yəni 150 (yüz əlli) manatın iddiaçıdan, qalan 50%-i, yəni 150 (yüz əlli) manatı isə cavadbehdən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin ##.##.2014-cü il tarixli AN-İ ******* saylı, *-Ə*/*** saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə görə ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz ) manat pul vəsaitinin, dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altımış üç manat səksən üç qəpik) min manat pul vəsaitinin tutulması hissəsi qismən təmin edilməlidir. Belə ki, iş materialları, tərəflərin izahatı və eləcə də cavabdeh cavabdeh1 istintaq zamanı verdiyi ifadəsi ilə iddiaçı tərəfindən cavabdeh cavabdeh1 torpaqların alqı-satqısı üçün ilk öncə 3.000 manat beh ödəməsi, sonradan isə alqı-satqı baş verən zaman 68.000 manat, ümumilikdə nağd olaraq 71.000 manat (hər torpaq sahəsi üçün 35.500 manat olmaqla) və eləcə də, AN-İ seriyalı, 0426494 nörməli, ##.##.2014-cü il tarixli və AN-İ seriyalı, 0426493 nörməli, ##.##.2014cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hər torpaq üçün 92.000 manat satıcıların bank hesabına depozit qoyması, cavabdeh cavabdeh1 həmin pulları çıxardaraq ümumilikdə 255.000 manatı mənimsəməsi, iddiaçı tərəfindən sözü gedən (ona məxsus olan) torpaq sahəsində tikili inşa etməsi, həmin tikilinin sonradan sökülməsi nəticəsində ona 481.535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik (127.500 manat alqısatqı üçün verilmiş pul vəsaiti + 354035.44 manat ekspert rəyi) məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli, LP-***/**** saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında mövcud olmuş və sökülmüş fərdi yaşayış evinin sahəsi, tikintinin söküntü anına mövcud olmuş (iş materiallarında olan fotoşəkillər əsasında) vəziyyəti və 2015-ci il tarixinə tikintinin bazar qiyməti (işçilik və materiallar nəzərə alınmaqla) tikintinin dəyəri 354035.44 manat təşkil etmişdir. İşin bu halları Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2016-cı il tarixli hökmü ilə də öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 maddi ziyanın əvəzi qismində 481.535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik (127.500 manat alqı-satqı üçün verilmiş pul vəsaiti + 354035.44 manat ekspert rəyi) məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin maddi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulması hissəsi razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdeh2 adına onun oğlu Etibar Məmmədov tərəfindən qanunsuz olaraq sənədləşdirildiyindən, cavabdeh cavabdeh2 ilə iddiaçı İddiaçı arasında bağlanmış AN-İ seriyalı, 0426493 nörməli, ##.##.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində formal olaraq iştirak etmiş və onun adına ödənilmiş 92.000 manat məbləğində pul vəsaitini depozit hesabından çıxartdıqdan sonra digər cavabdeh cavabdeh1 tələbi ilə ona vermişdir. Sözügedən bu hal cavabdeh1 və eləcə də, iş üzrə digər təqsirləndirilən və şahidlərin cinayət işinin istintaqı, həmçinin məhkəmə gedişatı zamanı verdikləri ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlərdən 57.773 (əlli yeddi min yeddi yüz yetmiş üç) manat əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2014-cü il tarixli AN-İ ******* saylı, *-Ə*/*** saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçi İsmayılov Bəhram Həsənağa oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya satılmış Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin sənədləri qaydasında olmuş, satıcının torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin alqı-satqı müqaviləsi sonradan etibarsız hesab edilməmiş, onun əsasında iddiaçıya verilmiş çıxarış ləğv edilməmişdir. Bu səbəbdən cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmamışdır. Çıxarışı ləğv edilmiş 0,12 ha torpaq sahəsini iddiaçıya satmış şəxs digər cavabdeh cavabdeh2 olduğu halda və iddiaçının tələbi əslində cavabdeh2 qarşı yönəldiyi halda, məhkəmə iddia tələbindən kənara çıxaraq həmin tələb üzrə cavabdeh1 cavabdeh hesab etmişdir. cavabdeh2 Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli hökmü üzrə digər təqsirləndirilən şəxs-Etibar Məmmədovun anası olsa da, məhkəmə onun satdığı torpağın pulunun əslində E.Məmmədov tərəfindən deyil, cavabdeh1 tərəfindən mənimsəndiyi qənaətinə gəlmişdir. İddiaçı aldığı 0,24 ha torpağın 0,16 ha sonradan digər şəxslərə satdığını qeyd etsə də, məhkəmə iddiaçıya məxsus 0,08 ha torpaq sahəsinin hansı hissəsinin (tam və ya qismən) alqı-satqı müqaviləsi etibarsız sayılmış 0,12 ha torpağa daxil olub-olmadığını müəyyən etməmişdir. İddiaçıya məxsus torpaq 0,08 ha olduğu halda 0,12 ha üçün ödədiyi məbləğin cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən qohumlarına satılmış 0,16 ha tarpağa dair çıxarışların da ləğv edilib-edilmədiyi, həmin şəxslərin iddiaçıya qarşı hər hansı tələb irəli sürüb-sürmədiyi, bu hissədə iddiaçının zərər çəkib-çəkmədiyi aydınlaşdırılmamışdır. Torpaq sahəsində tikilmiş evin sonradan qətnamədə də dəfələrlə vurğulandığı kimi heç bir məhkəmə qərarı olmadan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı məsuliyyət cavabdeh cavabdeh1 aid edilə bilməz. Belə ki, bu məsuliyyət evi qanunsuz olaraq özbaşına sökən quruma aid edilməlidir. Ola bilərdi ki, məhkəmə həmin tikilinin sökülməsini məqsədəuyğun hesab etməzdi. Belə olan halda, dövlət tərəfindən həmin tikilinin təyinatı dəyişdirilərək dövlət mülkiyyətinə çevrilə, dövlət ehtiyacları üçün istifadə oluna və iddiaçıya müvafiq kompensasiya ödənilə bilərdi. Göründüyü kimi qətnamədə iddiaçı tərəfindən tikilmiş evin qanunsuz olaraq sökülərək ona maddi zərər vurulmasının subyekti düzgün müəyyən edilməmişdir. Həmçinin dolayı yolla da cavabdeh cavabdeh1 bu zərəri vurduğu qəbul edilə bilməzdi. Çünki qətnamədən məlum olur ki, həmin tikili digər cavabdeh cavabdeh2 tərəfindən iddiaçıya satılmış torpağın bir hissəsində tikilmişdi. Məhkəmə qərəzli şahid ifadələri əsasında 0,24 ha torpaq sahəsinin əsil mülkiyyətçisinin cavabdeh1 olduğu, alqı-satqı müqavilələri üzrə satıcıların həqiqi mülkiyyətçilər olmadığını qəbul etmişdir. Halbuki, bu məslələr heç vaxt məhkəmə mübahisəsinin predmeti olmamış, cavabdeh1 həqiqi mülkiyyətşi və satıcı olması, alqı-satqı müqavilələri üzrə əldə olunmuş vəsaiti tam şəkildə mənimsədiyi təsdiqini tapmamışdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə delikt törətmiş şəxs cavabdeh1 olmadığı üçün mülki hüquqi məsuliyyət daşımır. Məhkəmədə şahid qismində iştirak edən Əli və Mahir adlı şəxslər oxşar ifadələr verərək iddiaçıya ##.##.2014-cü ildə satılmış 0,24 ha torpağın əsil mülkiyyətçisinin və satıcısının cavabdeh cavabdeh1 olduğunu və əldə olunmuş vəsaitin tam şəkildə cavabdeh1 çatdığını qeyd etmişlər. Lakin həmin şahidlər bu məlumatın mənbəyini göstərməmişlər. Alıcı və satıcılar arasında danışıqlarda fiziki olaraq iştirak etmiş olsalar belə, cavabdeh1 fiziki olaraq nağd şəkildə verilmiş pulun sonradan cavabdeh1 tərəfindən təkbaşına mənimsəndiyini, yaxud təmsil etdiyi mülkiyyətçiyə verildiyini bilə bilməzdilər. Həmçinin satıcıların hesabına köçürülmüş məbləğin kimin tərəfindən götürüldüyünü və son nəticədə kimə məxsus olduğunu bilə bilməzdilər. Əli adlı şahid ifadəsində Tərlanın onlara da müəyyən məbləğdə pul verməli olduğunu, lakin vermədiyini demiş, bununla da cavabdeh T.Hüseyniva qarşı qərəzli mövqedə olduğunu nümayiş etdirmişdir. Belə olan halda bir biriylə tanış və əlaqəli olan şahidlərin ifadələri mötəbər hesab oluna bilməzdi. Lakin məhkəmə həmin ifadələrə istinad edərək rəsmi satıcı kimi cavabdeh cavabdeh2 deyil, digər torpaq sahəsinin satılmasında təmsilçi olmuş cavabdeh1 cavabdeh kimi qəbul edərək, bütün maddi məsuliyyəti ona aid etmişdir. İddiaçı aldığı 0,24 ha torpağın 0,16 ha-nı sonradan digər şəxslərə satdığını qeyd etsə də, məhkəmə çıxarışı ləğv edilmiş 0,12 ha torpağın hansı hissəsinin iddiaçıya məxsus olduğunu, ümumiyyətlə iddiaçıya məxsus olub-olmadığını müəyyən etməmişdir. İddiaçıya məxsus torpaq 0,08 ha olduğu halda 0,12 ha üçün ödədiyi məbləğin cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. cavabdeh2 tərəfindən iddiaçıya 0,12 ha torpaq sahəsinin satılması nəticəsində əldə olunmuş məbləğin cavabdeh cavabdeh1 tərəfindən tam şəkildə mənimsəndiyi sübuta yetirilməmişdir. Belə ki, cavabdeh2 cavabdeh1la birlikdə cinayət məsuliyyətinə cəlb edilmiş Etibar Məmmədovun doğma anasıdır. Belə olan halda, cavabdeh2 adına rəsmiləşdirilmiş torpağın satılmasından əldə olunmuş vəsaitin E.Məmmədova yox, cavabdeh1 çatması şübhə doğurur və bu məqam məhkəmə qətnaməsində istinad olunan hökmdə müəyyən edilməmişdir. Həmçinin yuxarıda qeyd olunduğu kimi, bu məqamda məhkəmənin istinad etdiyi şahid ifadələri də qərəzli və əldə olunma mənbəyi məlum olmayan, sübut əhəmiyyəti daşımayan məlumatlardan ibarətdir. ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçi İsmayılov Bəhram Həsənağa oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi cavabdeh T. Hüseynov tərəfindən iddiaçıya satılmş Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin sənədləri qaydasında olmuş, satıcının torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməmiş, onun əsasında iddiaçıya verilmiş çıxarış ləğv edilməmişdir. Bu səbəbdən cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmamışdır. Çıxarışı ləğv edilmiş 0,12 ha torpaq sahəsini iddiaçıya satmış şəxs digər cavabdeh cavabdeh2 olduğu halda və iddiaçının tələbi əslində cavabdeh2 qarşı yönəldiyi halda, məhkəmə iddia tələbindən kənara çıxaraq həmin tələb üzrə T. Hüseynovu cavabdeh hesab etmişdir. M Məmmədova istinad olunan cinayət işi üzrə digər təqsirləndirilən şəxs Etibar Məmmədovun anası olsa da, məhkəmə onun satdığı torpağın pulunun əslində E.Məmmədov tərəfindən deyil, cavabdeh1 tərəfindən mənimsəndiyi qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətini əsaslandırmaq üçün sübut əhəmiyyəti daşımayan şahid ifadələrinə istinad etməklə kifayətlənmişdir. İddiaçı aldığı 0,24 ha torpağın 0,16 ha sonradan digər şəxslərə satdığını qeyd etsə də, məhkəmə sənədləri ləğv edilmiş 0, 12 ha torpağın hansı hissəsinin iddiaçıya məxsus olduğunu, ümumiyyətlə iddiaçıya məxsus olub-olmadığını müəyyən etməmişdir. İddiaçıya məxsus torpaq 0,08 ha olduğu halda 0,12 ha üçün cavabdeh cavabdeh2 ödədiyi vəsaitin cavabdeh T. Hüseynovdan tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı cavabdeh cavabdeh1 apellyasiya şikayətində əlavə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı qətnamədə istinad olunan 1(101)-755/2016 cinayət işində zərər çəkmiş şəxs kimi tanınmamış, bununla bağlı müraciəti olmamış, cavabdehə qarşı heç bir iddiası, tələbi və ya şikayəti olmadığını yazılı şəkildə bildirmişdir. Buna baxmayaraq illər sonra iddiaçı cavabdehə qarşı külli miqdarda pul tələbi irəli sürmüşdür. İddiaçının heç bir şikayəti olmadığı halda və uzun illər gözlədikdən sonra həmin iddianı qaldırması cavabdeh tərəfindən anlaşılan deyildir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun itirilməsinə səbəb olan məhkəmə qərarından apellyasiya və kassasiya şikayətləri verməmiş,birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmış, həmin qərarı mübahisələndirmək imkanlarından öz istəyi ilə istifadə etməmişdir. Bənzər işlər üzrə ayrı-ayrı şəxslər tərəfindən məhkəmə qərarları mübahisələndirilmiş və sonda inzibati hüquq münasibətlərində vətəndaşın etimad hüququnun qorunması prinsipinə uyğun olaraq məhkəmə qərarları yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və çıxarışları bərpa edilmişdir. Bununla bağlı çoxsaylı hallar var və məhkəmə qərarı nümunə kimi təqdim edilir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsivəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, iş materiallarında olan AN-İ seriyalı, 0426494 nörməli, ##.##.2014-cü il tarixli və AN-İ seriyalı, 0426493 nörməli, ##.##.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar cavabdeh2 və İsmayılov Bəhram Həsənağa oğlunun etibarnamə əsasında nümayəndəsi cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0.119047 ha və 0.12 ha torpaq sahələrini alıcı İddiaçı hər bir torpaq sahəsinə 92.000 manat ödəmək şərtiylə satmış və həmin məbləğlər bankın depozit hesabına köçürülmüşdür. Həmin torpaq sahələrinin hər biri 0,08 ha olmaqla ##.##.2014-cü il tarixli, *ə-*/*** nömrəli alqı-satqı müqavilələrinə əsasən qohumları X6 və X11 ilə aralarında bərabər şəkildə bölmüşlər. Bundan sonra onlar hər biri ##.##.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində öz adlarına çıxarış almışlar. DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi (0.079047 ha) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Səbail Rayon İcra Hakimiyyətinin ##.##.2014-cü il tarixli, *** nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan 0.079047 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin cavabdehlər cavabdeh2, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehlər cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış ##.##.2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş mülkiyyət hüququ barədə ##.##.2014- cü il tarixli Seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2016-cı il tarixli hökmündən görünür ki, cavabdeh1 Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 178.3.2 ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 320.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə barəsində CMnin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə cavabdeh1 qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı ##.##.2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2017-ci il tarixli, *(***)- **/** saylı qərarı ilə cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddələrlə cəzanın təyin edilməməsi, cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş iki il müddətə dövlət və yerliözünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə yeddi il müddətə azadlıqdan məhrum etmə cəzası iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının müddətinin altı ilə endirilməsi, həbsdə saxlandığı və ev ustaqlığında olduğu müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı ## #### 2015-ci il tarixdən hesablanmaqla cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2017-ci il tarixli, *(***)-**/** saylı qərarı dəyişdirilərək, cavabdeh1 AR CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ##.##.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh1 ** saylı cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin onun tərəfindən iddiaçıya zərər vurulmamasını bildirməsinə dair dəlili ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki halları ilə iddiaçı tərəfindən cavabdeh cavabdeh1 torpaqların alqı-satqısı üçün ilk öncə 3.000 manat beh ödəməsi, sonradan isə alqı-satqı baş verən zaman 68.000 manat, ümumilikdə nağd olaraq 71.000 manat (hər torpaq sahəsi üçün 35500 manat olmaqla) və eləcə də, AN-İ seriyalı, 0426494 nörməli, ##.##.2014-cü il tarixli və AN-İ seriyalı, 0426493 nörməli, ##.##.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hər torpaq üçün 92.000 manat satıcıların bank hesabına depozit qoyması, cavabdeh cavabdeh1 həmin pulları çıxardaraq ümumilikdə 255.000 manatı mənimsəməsi, həmçinin sonuncunun istintaq vaxtı verdiyi etiraf edici ifadəsinin məzmunu ilə də tam öz təsdiqini tapmışdır (cild 2, səhifə 117). İddiaçı tərəfindən sözü gedən (ona məxsus olan) torpaq sahəsində tikili inşa etməsi, həmin tikilinin sonradan sökülməsi nəticəsində ona ümumilikdə 481535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik (127500 manat alqı-satqı üçün verilmiş pul vəsaiti + 354035.44 manat ekspert rəyi) məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli, LP-***/**** saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında mövcud olmuş və sökülmüş fərdi yaşayış evinin sahəsi, tikintinin söküntü anına mövcud olmuş (iş materiallarında olan fotoşəkillər əsasında) vəziyyəti və 2015-ci il tarixinə tikintinin bazar qiyməti (işçilik və materiallar nəzərə alınmaqla) tikintinin dəyəri 354035.44 manat təşkil etmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, 0,12 ha torpaq sahəsini iddiaçıya satmış şəxs digər cavabdeh cavabdeh2 olduğu halda və iddiaçının tələbi əslində cavabdeh2 qarşı yönəldiyi halda, məhkəmə iddia tələbindən kənara çıxaraq həmin tələb üzrə cavabdeh1 cavabdeh hesab etmişdir. Halbuki iş materiallarından göründüyü kimi ##.##.2014-cü il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilmişdir, həmin müqavilə üzrə isə iddiaçı tərəfindən verilmiş vəsaiti məhz cavabdeh cavabdeh1 əldə etmişdir. Bu hal da cavabdeh1 istintaq vaxtı verdiyi etirafedici ifadəsinin məzmunu ilə də bir daha təsdiqini tapmışdır (cild 2, səh 117, 122, 130, 143). Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh cavabdeh1 maddi ziyanın əvəzi qismində 481.535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik (127.500 manat alqı-satqı üçün verilmiş pul vəsaiti + 354035.44 manat ekspert rəyi) məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Məhkəmə Kollegiyası göstərilən nəticəyə gələrkən birinci instansiya məhkəməsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2016-cı il tarixli hökmü ilə də müəyyən edilmiş halları da nəzərə alması ilə də razılaşır Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh1 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar