Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-918/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları
1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2021- ci il tarixli, KMP- ********-******/** saylı “Kartmane” xidməti üzrə müqavilədən görünür ki, Bank tərəfindən ilkin xxxx olaraq Cavabdeh 60 ay müddətinə kart hesabı verilmişdir.
2. ##.##.2021-##.##.2025-ci il əməliyyat dövrü üzrə plastik kart əməliyyatları üzrə hesabdan çıxarışdan görünür ki, ##.##.2021-ci il tarixdə kart hesabına 300 AZN vəsait iki dəfə mədaxil etmişdir.
3. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, ##.##.2024-cü il tarixinə 299,08 manat ovedraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 19,30 manat faiz borcu olmaqla, cəmi 318,38 manat borcu vardır. 3 iş günü müddətində borcun qaytarılması tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
4. ##.##.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 299,08 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 19,30 manat faiz borcu olmaqla, cəmi 318,38 manat borcu yaranmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */*** nömrəli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## ###### 2021-ci il tarixli KMP-********-******/** saylı kartmane xidməti üzrə müqavilədə qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASCyə ##.##.2024-cü il tarixə olan borcu 683,22 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə faiz borcu üzrə 614,53 manat; 68,69 manat.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh cəmi 318,38 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən 0041**********-422371 saylı kart hesabı açılmış və ona kart verilmişdir. Müştəri ##.##.2021-ci il tarixində mobil proqramı vasitəsi ilə kart hesabına 300 manat vəsait mədaxil etmişdir. Texniki səhv nəticəsində həmin vəsait iki dəfə mədaxil olunmuşdur. Mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulu ##.##.2021-ci il tarixində xərcləmişdir. Nəticədə həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 299,08 manat overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh ##.##.2024-cü il tarixinə 299,08 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 19,30 manat faiz borcu olmaqla, cəmi 318,38 manat borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və ##.##.2024cü il tarixli, RB-**/PK-**** saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurmuşdur.
8. Sonradan iddiaçı iddia tələbinin əsasını dəyişdirərək, bildirmişdir ki, iddia ərizəsinin predmeti İddiaçı ASC-nin mülkiyyətidir və cavabdeh onu qanunsuz olaraq saxlamış, mənimsəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınlnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Iddiasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 153, 157, 164 maddələri ilə əsaslandırmışdır.
9. Cavabdeh Cavabdeh yazılı etirazı onunla əsaslandırmışdır ki, iddia tələbinin məbləğindəki kəskin və ağlasığmaz ziddiyyətlər, eləcə də bankın ilkin hesablamasının tamamilə qeyri-dəqiqliyi: bankın ilkin iddia tələbində, ##.##.2024-cü il tarixinə onun 299,08 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 19,30 manat faiz borcu olmaqla, cəmi 318,38 manat borcu olduğunu iddia edirdi. Bu məbləğ bank tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində və “Arayış” sənədində göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */*** nömrəli rəyində isə, eynən ##.##.2024-cü il tarixinə onun əsas borcunun 614,53 manat, faiz borcunun isə 68,69 manat olmaqla, cəmi 683,22 manat borcu olduğu müəyyən edilmişdir. Kəskin və riyazi cəhətdən əsaslandırıla bilməyən ziddiyyət: Ekspert rəyində müəyyən edilmiş borc məbləği (683,22 manat) bankın ilkin iddia etdiyi məbləğdən (318,38 manat) iki dəfədən çox fərqlidir. Hər iki məbləğ eyni tarixə (##.##.2024) aid edilir! Bu kəskin fərq bankın ilkin iddia tələbinin əsaslılığına və onun təqdim etdiyi “Arayış” sənədinin etibarlılığına dair ciddi şübhələr yaradır. Bu, bankın öz hesabatlarında qeyri-ciddi uyğunsuzluqlara, yaxud yanlış hesablamalara yol verdiyini göstərir. Bankın ilkin iddia məbləğinin ekspert rəyi ilə bu dərəcədə üst-üstə düşməməsi, onun tələbinin əsaslandığı “Arayış” sənədinin sübut gücünü tamamilə itirir. Bank iddia etdiyi borcun sübutu kimi yalnız özünün tərtib etdiyi "Arayış"ı təqdim etmişdir. Bu sənəd birtərəfli xarakter daşıyır və müstəqil, obyektiv sübut hesab edilə bilməz. Bankın təqdim etdiyi sənədlər isə yalnız öz maraqlarına xidmət edən kağızlardır və onların obyektiv sübut gücünə malik olmadığı qəbul edilməlidir. Texniki overdraft haqqında bildirişin verilməsi müddətinin kobud şəkildə pozulması və müqavilə öhdəliklərinə məhəl qoymamaq: xxxx ASC iddia edir ki, cavabdehə borc barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və ##.##.2024-cü il tarixli bildiriş məktubu (RB-**/PK**** saylı) göndərilmişdir. Cavabdeh bu iddianı tamamilə rədd edir. O, 2021-ci ilin oktyabr ayından etibarən kartdan istifadə etməmiş və hər hansı mədaxil etməmişdir. Bank tərəfindən iddia olunan texniki xətanın olması barədə ona heç bir vaxtında xəbərdarlıq edilməyib. Overdraft barədə məlumatı bildiriş (##.##.2024) çatana qədər olmayıb və bunu mobil tətbiqdə də müşahidə etməmişdir. Iddia olunan texniki səhvin ##.##.2021-ci il tarixində baş verdiyi qeyd edildiyi halda, bu barədə bildirişin təxminən üç il sonra, yəni ##.##.2024-cü il tarixində göndərilməsi qətiyyən ağlabatan deyil və hüquqi normalara ziddir. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair X4 7.24-cü maddəsinə əsasən, overdraft yarandığı təqdirdə, müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilməlidir. Bank bu müqavilə öhdəliyini yerinə yetirməyib və ya ən azı, bunu qeyri-münasib gecikmə ilə icra edib. Bu qədər uzun müddət ərzində müştəriyə məlumat verilməməsi bankın öz vəzifələrini layiqincə icra etmədiyini göstərir və bu, işdə iştirak edən şəxslərin prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olması prinsipinə ziddir. Bankın öz səhlənkarlığını müştərinin üzərinə atması yolverilməzdir. Cavabdehin debit kartı, yoxsa bankın "xxxx" iddiası? Bu, yalnız bankın texniki səhvidir! Iddiaçı xxxx ASC ilə ##.##.2021-ci il tarixli “Kartmane” xidməti üzrə müqaviləyə əsasən kart hesabı açdırmışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdə açıq şəkildə göstərilir ki, onun istifadə etdiyi kart MasterCard Debit kartıdır və xxxx limiti sıfır (0 AZN) təşkil edir. Müqavilənin özündə də "KART növü: DEBET" qeyd edilmişdir. "Kartmane" xidməti müştərinin yatırdığı vəsaitin saxlanması və bu vəsait üzərindən faiz hesablanması üçün nəzərdə tutulmuş şəxsi depozit hesabıdır. Bu o deməkdir ki, cavabdeh sadəcə öz şəxsi vəsaitlərini istifadə edə bilərdi. Mobil proqram vasitəsilə ayrı-ayrılıqda 300 manat və 400 manat olmaqla, cəmi 700 manat məbləğində vəsait mədaxil etmişdir. Ayrıayrılıqda 200 manat, 200 manat, 200 manat və 100 manat məbləğində bankomat vasitəsilə məxaric etmişdir. Cavabdeh yatırdığı məbləğdən artıq vəsait istifadə etməmiş və banka aid hər hansı bir vəsaiti mənimsəməmişdir. Balansında qalan 0,92 manat (və ya ən son 7 manat) depozit məbləğidir və istifadə edilməyib. Bankın "əsassız varlanma" iddiası bu səbəbdən tamamilə əsassızdır və məntiqsizdir. Overdraft borcunun yaranması, bankın özünün iddia etdiyi kimi, texniki səhv nəticəsində baş verib, yəni onun tərəfindən qəsdən xxxx limitinin aşılması və ya bank vəsaitinin mənimsənilməsi halı mövcud deyil. Ekspertizanın qarşısına qoyulan sual da məhz texniki overdraftın yaranıbyaranmadığıdır. Bir debit kart istifadəçisi olaraq bankın texniki səhvinə görə illər sonra "borclu" çıxarılmağı, sadəcə gülünc deyil, həm də hüquqi prinsiplərə ziddir. Bank tərəfindən iddia ərizəsinə sadəcə özləri tərəfindən hazırlanmış tək bir "Arayış" əlavə edilmişdir. Bu, MPM 77.1ci maddəsinin tələblərinə cavab verən, borcun olduğunu təkbaşına sübut etməyə yetərli bir sübut deyil, xüsusən də ekspert rəyinin bankın ilkin məbləği ilə kəskin ziddiyyət təşkil etdiyi bir vəziyyətdə. Cavabdeh bankdan və ya məhkəmənin müvafiq sorğuları əsasında, iddia olunan 1000 manat (onun yatırdığı 700 manat və bankın iddia etdiyi əlavə 300 manat) vəsaitinin hansı şəkildə, hansı ərazilərdə və hansı banklara məxsus bankomat aparatlarından istifadə edildiyini, yaxud harada xərcləndiyini təfsilatı ilə müəyyən etməyi xahiş edirəm. MPM 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, məhkəmədən həmin sübutları tələb etmək barədə vəsatətlə müraciət edə bilər. Cavabdeh iddia edir ki, əməliyyat sentyabr ayında aparılsa da, overdraftın oktyabr ayında yaranması "yolverilməzdir". Bu, bankın iddia etdiyi texniki səhvin baş vermə mexanizmi və borcun yaranma anı barədə əlavə suallar doğurur və bankın texniki sistemlərinin dəqiqliyinə dair ciddi şübhələri artırır. Bu, xüsusilə debit kartı hesabı üçün belə bir səhvin baş vermə mexanizminin daha da aydınlaşdırılmasını tələb edir. Cavabdehə dəqiq xatırlaya bilmədiyi bir tarixdə kart hesabından 7 manat məbləğində vəsaitin silinmiş olduğunu görüb bankla əlaqə saxlamışdır. Ona texniki xəta olduğu, həmin xətanın aradan qaldırılaraq pozulmuş hüququnun bərpa ediləcəyi bildirilib. Hesab edir ki, həmin danışıq qeydi aparılmışdır və bank tərəfindən dinlənilmək üçün məhkəməyə təqdim edilə bilərdi. Bu fakt, bankın texniki səhvlərlə bağlı oxşar problemlərdən xəbərdar olduğunu, öz sistemlərində çatışmazlıqların mövcudluğunu və onun hesabında yaranmış vəziyyətin də analoji bir səhv nəticəsində ola biləcəyini əsaslı şəkildə göstərir. Qeyd etmək lazımdır ki, bankın ilkin iddia ərizəsi Iş № *(005)-4177/2024 ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bu iş üzrə ##.##.2024-cü il tarixdə hazırlıq iclası keçirilmiş və ##.##.2025-ci il tarixə saat 12:00-a məhkəmə iclası təyin edilmişdir. Sonradan, ##.##.2025-ci il tarixli qərardadla Iş № e-2(005)-553/2025 adı altında məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və işin icraatı dayandırılmışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra isə, ##.##.2025-ci il tarixdə mülki iş üzrə icraat təzələnmişdir və növbəti məhkəmə iclası ##.##.2025-ci il tarixə təyin edilmişdir. Bu, məhkəmə prosesinin uzun müddətdə davam etdiyini və ekspertiza rəyinin mahiyyəti üzrə böyük dəyişikliklər gətirdiyini göstərir. Bankın ilkin iddia məbləğinin düzgün olmaması səbəbindən ekspertizanın təyin edilməsi, onların iddialarının ilkin növbədə yetərincə əsaslandırılmadığını isbat edir. Bank iddia edir ki, texniki səhv ##.##.2021-ci il tarixində baş verib. Lakin iddia ərizəsi 2024-cü ilin oktyabr ayında (sentyabrın 24-də dövlət rüsumu ödənilib, sənədin elektron imzalanma tarixi ##.##.2024-dür) məhkəməyə daxil olub, yəni hadisədən təxminən 3 il sonra. Bu, bir maliyyə institutu üçün qəbuledilməz bir gecikmədir. Bank bu müddət ərzində öz müqavilə öhdəliklərini (bildiriş vermək) icra etməmiş, nəticədə isə hər hansı tələbin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş iddia müddətlərinin də effektivliyini şübhə altına almışdır. Belə uzunmüddətli passivlik, bankın iddialarının hər hansı hüquqi müddətin aşılması ehtimalını artırır. Bankın ən azı 3 il ərzində, yəni texniki səhvin baş verdiyi iddia olunan tarixdən (##.##.2021) iddia ərizəsi məhkəməyə təqdim edilənə qədər (##.##.2024) məlumat verməməsi, müştərinin müdafiə hüquqlarını ciddi şəkildə pozur. Bu cür səhlənkarlıq, debit kartı hesabında bankın öz səhvi nəticəsində yaranan bir borcun illər sonra tələb edilməsinin ədalət prinsiplərinə zidd olduğunu göstərir. Bu, sadəcə gecikmə deyil, eyni zamanda müştərinin prosessual hüquqlarına qarşı çıxmaqdır. Iddia müddətinin keçməsi faktı: MM 373-cü maddəsinə görə, iddia müddəti 3 ildir. Iddiaçının iddia etdiyi “borc” ##.##.2021-ci il tarixində yaranmışdır. Mülki iş isə e-2(005)- 4177/2024 nömrəsi ilə ##.##.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur, digər halda isə e-*(***)-***/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixdə baxılmışdır. Hər iki halda, iddia müddəti borcun yaranmasından etibarən çoxdan keçmişdir. Iddia müddəti keçmiş tələbin məhkəmə tərəfindən təmin edilməsi qanunsuz olar. Bu fakt iş üzrə icraata xitam verilməsi üçün əsaslı hüquqi zəmin yaradır. Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, əlillik qazanmış müharibə veteranıdır. Onun maliyyə vəziyyəti məhdud imkanlıdır. Bankın bu cür əsassız və sübutsuz iddiası təkcə hüquqi deyil, həm də sosial ədalət prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 12 və 25-ci maddələri dövlətin və məhkəmələrin vətəndaşların hüquqlarını qorumaq öhdəliyini təsbit edir. Yuxarıda qeyd olunanları, o cümlədən iddiaçının ilkin tələbi ilə ekspert rəyinin məbləği arasındakı ciddi ziddiyyətləri, onun kartının debet kartı olması və xxxx limitinin olmaması, həmçinin bankın özünün iddia etdiyi texniki səhv nəticəsində borcun yaranması, bildiriş müddətləri və sübutların əsaslılığı ilə bağlı çatışmazlıqları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən, məhkəmədən İddiaçı ASC-nin ona qarşı qaldırdığı əsassız, ziddiyyətli və sübutsuz iddianın tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 299,08 manat ovedraft üzrə yaranmış borc və 19,30 manat faiz borcu olmaqla, cəmi 318,38 manat borc pulun və 30 manat dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 377.1, 385.1, 386.1, 439.4 442, 443.1, 443.5, 449.1, 449.2, 449.4, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC tərəfindən 2021-ci ilə dair iddia olunan texniki xəta üzrə heç bir rəsmi rəqəmsal sübut (ATMlog-faylları, texniki aktlar) təqdim edilməmiş, məhkəmə yalnız bankın birtərəfli arayışına əsasən qərar çıxarmışdır. Bank 3 il ərzində heç bir xəbərdarlıq etməyərək vicdanlılıq prinsipini pozmuşdur. Cavabdeh Vətən müharibəsi qazisi və müharibə əlilidir. Səhhəti ilə bağlı stress qadağan olduğu halda, bankın sübutsuz iddiaları onu mənəvi və fiziki sarsıntıya məruz qoyur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) fundamental normalarını yanlış təfsir etmiş və iddiaçı bankın qanunsuz hərəkətlərinə hüquqi qiymət verməmişdir. Məhkəmə bankın 3 illik hərəkətsizliyinə hüquqi qiymət verməmişdir. MM-in 5.1-ci maddəsi tələb edir ki, mülki hüquq iştirakçıları öz hüquqlarından istifadə edərkən vicdanlı olsunlar. Bank 2021-ci ildə baş verdiyi iddia olunan texniki xəta barədə cavabdehə yalnız 3 il sonra – 2024-cü ildə xəbərdarlıq edib. Bankın bu sükutu cavabdehin vaxtında etiraz etmək və sübut (məsələn, bankomatın video-kadrlarını) toplamaq hüququnu məhdudlaşdırıb. Məhkəmə bankın öz hüququndan bu cür sui-istifadə etməsini qanuni hesab etməklə maddi hüquq normasını kobud şəkildə pozmuşdur. MM-in 448.1-ci maddəsinə görə, əgər zərərin yaranmasına xxxxorun (bankın) öz ehtiyatsızlığı və ya qüsuru kömək edibsə, məhkəmə borclunun məsuliyyətini azaltmalı və ya tamamilə ləğv etməlidir. Müştərinin balansında kifayət qədər vəsait olmadığı halda bankomatın pul verməsi müştərinin günahı deyil, bankın proqram təminatının (IT sisteminin) boşluğudur. Məhkəmə bankın öz peşəkar riskini və texniki səhlənkarılığını qanunsuz olaraq cavabdehin "zərər vurması" kimi tövsif edərək maddi hüququ səhv tətbiq etmişdir. Cavabdeh kart hesabına 700 AZN (300+400) şəxsi vəsaitini mədaxil etmiş və yalnız öz pulundan istifadə etdiyinə inanmışdır. Bankın iddia etdiyi 318.57 AZN-lik "maddi zərər" faktiki olaraq heç bir müstəqil rəqəmsal sənədlə (log-fayllarla) təsdiqini tapmamış, yalnız bankın birtərəfli arayışı ilə əsaslandırılmışdır. Maddi hüquqa görə, zərərin yaranma səbəbi və mənbəyi obyektiv sübut olunmalıdır. Məhkəmə isə bankın daxili, sübut olunmamış ehtimalını qəti zərər kimi qəbul etmişdir. Bank iddia olunan borcla bağlı 3 il ərzində xəbərdar etməyərək xxxxor kimi gecikdirməyə yol vermişdir. Qanunvericiliyə əsasən, bu müddət ərzində yaranan hər hansı mənfi nəticəyə görə məsuliyyət xxxxorun, yəni bankın üzərində qalmalıdır. Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş müharibə əlilidir. Bankın öz texniki xətasına görə illər sonra qaziyə qarşı əsassız maddi tələb irəli sürməsi, məhkəmələrdə yoraraq səhhətinə mənəvi-fiziki zərbə vurması və məhkəmənin bu "zərər" iddiasını asanlıqla təmin etməsi qanunvericiliyin fundamental prinsiplərinə ziddir. Iddiaçı bank "texniki xəta" faktını iddia etsə də, məhkəməyə heç bir rəsmi rəqəmsal sübut (ATM/POS Log-faylları, IT audit aktları, videoyazılar) təqdim etməmişdir. Məhkəmə bankın sübutetmə vəzifəsini icra etməməsinə göz yummuş, bankın birtərəfli daxili arayışını kifayət sayaraq sübutetmə yükünü qanunsuz olaraq cavabdehin üzərinə qoymuşdur. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmiş, cavabdehin karta 700 AZN şəxsi vəsait mədaxil etməsi barədə dəlillərini araşdırmamışdır. MPM-in 88-ci maddəsinin tələbi olan "sübutların qarşılıqlı əlaqədə obyektiv qiymətləndirilməsi" prinsipi pozulmuşdur. Bankın 3 il gecikmiş bildirişləri və bu müddət ərzində sübutların (məsələn, video-yazıların) məhv olması faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bankın daxili elektron sisteminə çıxışı olmayan cavabdeh kimi, həqiqətin üzə çıxması üçün bankdan texniki "log" fayllarının tələb olunması zəruri idi. Məhkəmə MPM-in 82ci maddəsinə uyğun olaraq bu prosessual köməkliyi göstərməmiş və bankın əsaslı sənədləri gizlətməsinə faktiki şərait yaratmışdır. Məhkəmə qətnaməsi yalnız iş üzrə araşdırılmış sübutlara əsaslanmalıdır. Lakin bu işdə "texniki xəta"nın mahiyyəti, proqram təminatının niyə səhv işləməsi və cavabdehin təqsiri rəqəmsal sənədlərlə araşdırılmadığı üçün qətnamə MPMin 217.1-ci maddəsinin tələblərinə (əsaslılıq) cavab vermir. Cavabdehin müharibə əlili və qazi statusundan irəli gələrək səhhəti ilə bağlı yaranmış çətinliklər, habelə bankın məlumatları 3 il gizlətməsi onun birinci instansiyada bərabər hüquqlu müdafiəsini çətinləşdirmişdir. Məhkəmə bu halları nəzərə almadan işə birtərəfli yanaşmışdır. AR MPM-in 77.1-ci maddəsinə əsasən, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin birinci instansiya məhkəməsi aşağıdakı fundamental halların bank tərəfindən sübut edilmədiyi faktına hüquqi qiymət verməmişdir: 1. "Texniki xəta" faktının sübut edilməməsi: Iddiaçı bank iddia edir ki, 2021-ci ildə sistemdə texniki xəta baş verib. Lakin bu halı təsdiq edən nə bir IT audit hesabatı, nə də Log-fayllar (rəqəmsal əməliyyat jurnalları) məhkəməyə təqdim olunub. Bankın özünün hazırladığı adi kağız "arayış" rəqəmsal sistemdə baş verən xətanın sübutu hesab edilə bilməz. Məhkəmə bankın sistem xətasını sübut olunmuş fakt kimi qəbul etməklə prosessual qanunvericiliyi pozmuşdur. 2. Artıq vəsaitin müştəri tərəfindən istifadəsinin sübut edilməməsi: Cavabdeh karta 700 AZN mədaxil etdiyini bildirmişdir. Bank iddia edir ki, cavabdeh bundan əlavə daha 318 AZN istifadə etmişdir. Lakin bank həmin vəsaiti məhz hansı bankomatdan, hansı saatda və hansı şəraitdə çıxardığını sübut edən video-müşahidə qeydlərini və ya bankomatın kaset çıxarışlarını təqdim etməmişdir. Sübut olunmamış ehtimallar əsasında mülki məsuliyyət yaradıla bilməz. 3. Bildiriş öhdəliyinin icra edilməsinin sübut edilməməsi: Bank iddia edir ki, borc 2021-ci ildə yaranıb. Mülki Məcəllənin 5-ci maddəsinə görə, bank dərhal müştərini məlumatlandırmalı idi. Bankın məhkəməyə 2021-2024-cü illər ərzində cavabdehə hər hansı SMS, zəng və ya rəsmi məktub göndərdiyini təsdiq edən rabitə operatoru çıxarışı və ya poçt qəbzi təqdim edilməyib. Bu, bankın öz hüququndan sui-istifadə edərək borcu gizlətməsinin sübutudur. 4. Ekspertiza rəyinin obyektivliyinin sübut edilməməsi: Məhkəmə mühasibatlıq ekspertizası bankın daxili proqram təminatındakı boşluqları və 700 AZN-lik mədaxilin trayektoriyasını araşdırmamışdır. Ekspert yalnız bankın verdiyi hazır cədvəli köçürməklə kifayətlənmişdir. Ekspert rəyi bankın daxili "Arayışı" üzərində qurulduğu üçün o, müstəqil və obyektiv sübut sayıla bilməz. 5. Müharibə əlili kimi cavabdehə dəyən zərərin nəzərə alınmaması: qazi və müharibə əlilidir. Bankın sübutsuz iddialarla 3 ildən sonra onu məhkəmə qapılarına çəkməsi nəticəsində səhhətində yaranmış gərginlik və mənəvi sarsıntı faktı məhkəmə tərəfindən tamamilə gözardı edilmişdir. Məhkəmənin qətnamədə gəldiyi nəticələr aşağıdakı maddi və texniki hallara fundamental şəkildə uyğun gəlmir: 1. Vəsaitin mənimsənilməsi nəticəsinin mədaxil faktı ilə ziddiyyəti: Məhkəmə 318.57 AZN məbləğində maddi zərər vurulması barədə nəticəsinə istinad edir. Lakin işin halları sübut edir ki, o karta 700 AZN (300+400) şəxsi vəsaitini mədaxil etmişdir. Məhkəmənin "müştəri banka zərər vurub" nəticəsi, cavabdehin şəxsi vəsaitini mədaxil etməyi və yalnız həmin məbləğ həcmində istifadə etməyi faktı ilə tamamilə ziddiyyət təşkil edir. Məhkəmə bankın daxili sistemindəki proqram boşluğunu cavabdehin "maddi zərər vurması" kimi tövsif etmişdir ki, bu da işin real hallarına uyğun deyil. 2. Texniki xətanın mahiyyəti ilə "müştəri məsuliyyəti" nəticəsinin uyğunsuzluğu: Məhkəmə belə bir nəticəyə gəlir ki, balansda vəsait olmadığı halda pulun çıxarılmasına görə məsuliyyət cavabdehin üzərinə düşür. Lakin işin halları göstərir ki, bankomatın ekranında balansın çıxarış üçün kifayət olduğu əks olunmuş və cihaz vəsaiti təqdim etmişdir. Bankın sistemindəki nasazlıq (overdraft icazəsinin olmamasına rəğmən pulun verilməsi) peşəkar riskdir. Bankın texniki qüsurunun cavabdehin "mülki hüquq pozuntusu" kimi qiymətləndirilməsi işin texniki hallarına uyğun gəlmir. 3. Bildirişin gecikdirilməsi faktı ilə "borcun tanınması" nəticəsinin uyğunsuzluğu: Məhkəmə qətnamədə belə bir nəticəyə gəlir ki, borcun ödənilməməsi cavabdehin öhdəliyini icra etməməsidir. Halbuki, işin halları (bankın bildirişləri 3 il sonra göndərməsi) sübut edir ki, cavabdeh borcun mövcudluğu barədə illərlə məlumatsız saxlanılmışdır. Şəxsin məlumatı olmadığı bir "borc" üzrə məsuliyyət daşıması barədə məhkəmə nəticəsi vicdanlılıq prinsipi (Mülki Məcəllə, Maddə 5) ilə daban-dabana ziddir. 4. Ekspert rəyinin natamamlığı ilə həlledici sübut kimi qəbul edilməsi: Məhkəmə ekspert rəyini iddianın təmini üçün əsas götürmüşdür. Lakin işin halları və ekspertizaya göndərilmiş sorğular göstərir ki, ekspert bankın proqram təminatındakı rəqəmsal xətaları (log-faylları) araşdırmamış, yalnız bankın hazır hesablamalarını kağız üzərində yoxlamışdır. Araşdırılmamış texniki faktlar üzərində qurulan "mütləq borc" nəticəsi işin obyektiv hallarına uyğun deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
18. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
20. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (xxxxorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, xxxxorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
23. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu xxxxora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
25. 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə xxxxor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, xxxxor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
26. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
27. 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
28. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin xxxxora ödənildiyi günə qədər tutulur.
29. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
31. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
32. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
33. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda, cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında ##.##.2021-ci il tarixdə debet kart hesabının açılması ilə bağlı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə debet hesabı olmaqla istifadəsi üçün kart verilmişdir. Iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən həmin kart hesabından ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək istifadə edilmişdir. ##.##.2021-ci il tarixdə qeyd edilən kart hesabında 300 manat məbləğində pulun mədaxil edilməsi ilə bağlı əməliyyat texniki səhv nəticəsində iki dəfə icra edilmişdir. Daha sonra cavabdeh qeyd edilən pul vəsaitini istifadə etmiş, iddiaçı tərəfindən texniki xəta nəticəsində kart hesabına mədaxil olunmuş məbləğ bank tərəfindən hesabdan silinmədən cavabdeh həmin məbləğdən istifadə etmişdir, yəni iddiaçıya məxsus vəsaiti xərcləmişdir. Həmin vəsait artıq cavabdehin hesabında olmadığı üçün iddiaçı bank vəsaiti qaytaran zaman hesabda overdraft yaranmışdır. Cavabdeh texniki overdraftın baş verməsindən sonra kartdan istifadə etməmişdir.
44. Overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur.
45. Işin halları ilə müəyyən edilir ki, cavabdeh hesabda ona aid olmayan pul vəsaitinin olmasından xəbərdar olmuş, həmin vəsaiti istifadə etmiş, sonradan kart hesabından bir daha istifadə etməmişdir.
46. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, cavabdeh iş materiallarında olan sübutlara əsasən müəyyən edilmiş halları təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, cavabdeh istinad etdiyi halları əsaslandıra bilməmişdir.
47. Belə olan halda kollegiya hesab edir ki, şikayətdə göstərilənlər qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
49. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
51. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
52. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
53. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq tələb üzrə müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Iddiaçı tərəfindən texniki xəta nəticəsində pulun cavabdehin hesabına köçürülməsi ##.##.2021-ci ildə olduğundan və o, iddia ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, mövcud tələblə bağlı 3 illik iddia müddətini ötürməmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə ##.##.2024-cü ildə müraciət etmişdir. Deməli, hazırkı iş üzrə bank öz tələbi ilə bağlı məhkəməyə iddia müddətini ötürmədən, yəni kartın müddəti bitmədən müraciət etmişdir. Çünki tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli “Kartmane” xidməti üzrə müqavilənin 1.3-cü bəndinə əsasən, kartmane hesabı 60 ay müddətinə açılmışdır. Beləliklə də, qanunla belə tələblə bağlı müəyyən olunmuş üç illik iddia müddətini ötürməmişdir. Həmin tarixdən və ya cavabdehin xxxx kartından son istifadə tarixindən iddia müddətinin axımı hesablandığı halda isə hazırkı iddia verildiyi ## ####### 2024-cü ilədək, qanunla müqavilə tələbləri üçün müəyyən olunmuş üç illik iddia müddəti ötürülməmişdir.
54. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, xxxx müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. xxxx münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. xxxx mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, xxxxorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Kollegiya hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlməkdə məhkəmə haqlı olmuşdur.
59. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
60. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.