Məhkəmə qərarları › İş №2(3-6)-934/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-934/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-934/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 ASC-i cəlb edilməklə cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “reqres qaydasında pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı vəkili və nümayəndəsi İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə, İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 ASC-i cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “öhdəliyin icrası nəticəsində zaminin reqress qaydasında ödədiyi pulun cavabdehdən tutulması” tələbinə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, ##.##.2021-ci il tarixli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmişdir.

2. «xxxx» ASC (Bank) ilə İddiaçı (zamin) arasında bağlanmış *******/***** saylı, ##.##.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı ******* saylı, ##.##.2021-ci il tarixli kredit müqaviləsi əsasında Bank tərəfindən Cavabdeh (borcalan) verilmiş 11000 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı xxxx ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı 10106,50 manat əsas, 104,60 faiz, cəmi 10211,10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı xxxx ASC - yə ödənilməsi, iş üzrə ödənimiş 121,04 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq iddiaçı xxxx ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə ## ###### 2023-cü il tarixdə qanuni qüvvəsini almış və ## #### 2023-cü il tarixdə icraya yönəlmişdir.

4. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin ## #### 2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R Vüqar Qurbanov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandirinə ünvanlanmış **** nömrəli, ##.##.2024- cü il tarixli məktuba əsasən N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu R İddiaçı müvafiq əmr ilə ##.##.2024-cü il tarixdən xidmətini davam etdirmək uçun N nömrəli hərbi hissəyə göndərilmişdir. R İddiaçı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin *****/** nömrəli ##.##.2023-cü il tarixli İcra Sənədinə əsasən aylıq pul təminatından 50% miqdarında borc tutularaq xxxx ASC-nin hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. Qeyd: 1) Sumqayıt şəhəri üzrə icra idarəsinin *****/** nömrəli, ##.##.2023-cü il tarixli İcra Sənədinə əsasən İddiaçı 5200.00 manat tutularaq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin hesabına köçürülmüşdür. Qalan 5132.14 manat borc, 7 % icra ödənişi 723.25 manat tutulmamış borc qalığı kimi qalmışdır.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, Sumqayıt Şəhər İcra İdarəsinə və AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ünvanlanmış 6- */**/**-**** nömrəli, ## ##### 2025 il tarixli məktubuna əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin Cavabdeh və İddiaçı qarşı “pul tələbinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə borc tam ödənilmişdir. Yuxarıda qeyd edilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli İcra Sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R Aqil Cəfərov tərəfindən X9 ünvanlanmış *-***/*-****/** nömrəli, ##.##.2025-ci il tarixli məktuba əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı aylıq əmək haqqından, cəmi 5040,38 manat 38 qəpik pul tutulmuşdur. Bu məbləğin 4307,14 manat 14 qəpik “xxxx” ASCnin hesabına, 733,24 manat 24 qəpik isə Sumqayıt şəhər İcra İdarəsinin hesabına köçürülmüşdür.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri vəzifəsini müvəqqəti icra edən, R Rəşad Heydərov tərəfindən X9 ünvanlanmış ##.##.2025ci il tarixli məktubuna əsasən N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu R İddiaçı müvafiq əmr ilə ##.##.2024-cü il tarixdən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. R İddiaçı Sumqayıt şəhər İcra Və Probasiya Şöbəsinin *****/** nömrəli ##.##.2023-cü il tarixli icra sənədinə əsasən aylıq pul təminatından 50% miqdarında borc tutuluraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin hesabına köçürülməyini barədə icra sənədi daxil olmuşdur. Sumqayıt şəhər İcra Və Probasiya Şöbəsinin *****/** nömrəli ##.##.2023-cü il tarixli icra sənədinə əsasən N nömrəli Hərbi Hissədə R İddiaçı aylıq pul təminatından ümumilikdə 5200.00 manat tutularaq xxxx ASC-nin hesabına köçürülmüşdür. Qalan 5132.14 manat borc, 7 % icra ödənişi 758.44 manat tutulmamış borc qalığı kimi N nömrəli hərbi hissəyə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1” ASC-i cəlb edilməklə cavabdeh X6 qarşı “öhdəliyin icrası nəticəsində zaminin reqress qaydasında ödədiyi pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ##.##.2021-ci il tarixli, ******* saylı Kredit müqaviləsi üzrə tərəfindən zamin olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödədiyi 10240 manat 38 qəpik məbləğində pulun (9507,14 məbləğində əsas borcun əvəzinin və 733,24 manat məbləğində məcburi icra ödənişinin əvəzinin), halhazırki iddia üzrə məhkəməyə ödədiyi 122 manat məbləğində dövlət rüsumunun əvəzinin və vəkilə ödədiyi 330 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx ASC ilə Cavabdeh arasında, Cavabdeh şəxsi istehlak məqsədləri üçün, 48 ay müddətinə, nəğd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmiş və bununla bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə Cavabdeh arasında ##.##.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Eyni gün, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə onunla “xxxx” ASC arasında ##.##.2021-ci il tarixli, 1055412/25032 sayll zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən, borclu Cavabdeh bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək o, Cavabdeh zamin durmuşdur. Lakin Cavabdeh bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı “xxxx ASC cavabdehlər Cavabdeh və İddiaçı qarşı “müqavilənin ləğvi və kredit borcunun tutuması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı 10106,50 manat əsas, 104,60 faiz, cəmi 10211,10 manat məbləğində pul vəsaitinin və 121,04 manat dövlət rüsumunun tutularaq iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi; iddiaçı xxxx ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilmə 104,60 faiz, cəmi 10211,10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsASC-yə ödənilməsi və iş üzrə ödənilmiş 121,04 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ## ###### 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və ## #### 2023-cü il tarixdə həmin qətnamə üzrə icra sənədi verilmişdir. Lakin Cavabdeh yenə də kredit müqaviləsi üzrə borcunu ödəməkdən və qanuni qüvvəyə minmiş həmin qətnamənin icrasından yayınmış və bunun nəticəsində də həmin qətnamənin icrası onun əmək haqqına yönəldilmişdir və mütəmadi olaraq onun əmək haqqından tutulmalar aparılmış, bunun nəticəsində də ondan ümumilikdə 10240 manat 38 qəpik məbləğində pul tutulmuşdur. O, zamin olaraq kreditorun tələbini ödəyənədək bu barədə dəfələrlə borclunu xəbərdar etmiş və ondan öz kredit borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə gələcəkdə məhkəməyə müraciət etməyə məcbur olacağını bildirmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış və bu günə kimi də həmin pulu ödəməmişdir. Həmin icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru öz üzərinə düşən bütün vəzifələri icra etməmişdir. Belə ki, əsas borclunun Cavabdeh olmasına və onun, Müdafiə Nazirliyində işləməsinə və yüksək məbləğdə əmək haqqı almasına baxmayaraq, icra məmuru onun barəsində heç bir zəruri icra tədbiri (əmək haqqına yönəltmə və sair) həyata keçirməmiş, lakin onun barəsində isə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən zəruri icra tədbirləri həyata keçirilmiş və onun əmək haqqına yönəltmə olmuş, nəticədə həmin icra vərəqəsi üzrə əsas borc məbləğinin çox böyük bir hissəsi və icra ödənişinin bütün məbləği onun əmək haqqından tutulmuş və həmin borcunun çox böyük bir hissəsini və icra ödənişinin bütün məbləğini o, ödəməli olmuşdur. Belə ki, onda olan sənədlərə əsasən, həmin icra sənədləri üzrə onun 2 ayrı iş yeri üzrə aldığı əmək haqqlarından ümumilikdə 10240 manat 38 qəpik məbləğində pul tutulmuş və həmin icra vərəqəsi üzrə bütün borcun böyük bir hissəsi və icra ödənişinin bütün məbləği-733,24 manat onun əmək haqqından tutulan pul məbləği hesabına ödənilmişdir və bu fakt iddia ərizəsinə əlavə edilən sənədlərlə tam və mübahisəsiz şəkildə təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R Vüqar Qurbanov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandirinə ünvanlanmış **** №-li, ##.##.2024-cü il tarixli Məktubunda deyilir ki, “...Məlumat üçün bildirir ki, N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu R İddiaçı müvafiq əmrilə ##.##.2024-cü il tarixdən xidmətini davam etdirmək uçun Sizin hərbi hissəyə göndərilmişdir. 1) R İddiaçı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin *****/** nömrəli ##.##.2023-cü il tarixli İcra Sənədinə əsasən aylıq pul təminatından 50% miqdarında borc tutularaq xxxx ASC-nin hesabına köçürülməsini təmin etməyinizi xahiş edirik. Qeyd: 1) Sumqayıt şəhəri üzrə icra idarəsinin *****/** nömrəli, ##.##.2023-cü il tarixli İcra Sənədinə əsasən İddiaçı 5200.00 manat tutularaq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsASC-nin hesabına köçürülmüşdür. Qalan 5132.14 manat borc, 7 % icra ödənişi 723.25 manat tutulmamış borc qalığı kimi qalmışdır. Qoşma: 5 (beş) vərəqdə, Sumqayıt şəhəri üzrə idarəsinin icra sənədləri...” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R X3 arasında ##.##.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Eyni gün, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə onunla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında ##.##.2021-ci il tarixli, 1055412/25032 sayll Zaminlik Müqaviləsi bağlanılmış və həmin Zaminlik Müqaviləsinə əsasən, borclu Cavabdeh bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək o, Cavabdeh zamin durmuş və o, zamin kimi borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi; iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh və İddiaçı 10106,50 manat əsas, 104,60 faiz, cəmi 10211,10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə ödənilməsi və iş üzrə ödənilmiş 121,04 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023cü il tarixli icra sənədinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin sabiq hərbi qulluqçusu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin hərbi qulluqçusu olaraq ondan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə 9507.14 manat məbləğində kredit borcu, Sumqayıt şəhər İcra İdarəsinə isə 733.24 manat məbləğində məcburi icra ödənişi tutularaq ödənilmişdir. Hal-hazırki iddia tələbi üzrə işin mübahisəsiz hallarını, yəni onun zamin kimi 9507,14 manat məbləğində kredit borcunu və 733,24 manat məbləğində məcburi icra ödənişini ödədiyini nəzərə alaraq və Mülki Məcəllənin 475.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, o, ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Göründüyü kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə Cavabdeh arasında bağlanılmış ##.##.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh öz öhdəliklərini icra etməməsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə vurduğu 10211,10 manat məbləğində zərər qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə həyata keçirilmiş icra tədbirləri nəticəsində yalnız onun əmək haqqısı hesabına ödənilmişdir. Cavabdeh Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə vurduğu bütün zərərin yalnız onun tərəfindən ödənilməsi iddia ərizəsinə əlavə edilən çoxsaylı mötəbər sübutların məcmusu (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R Vüqar Qurbanov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandirinə ünvanlanmış **** №-li, ##.##.2024-cü il tarixli Məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R Aqil Cəfərov tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 47-də yaşayan vətəndaş X9 ünvanlanmış ##.##.2025 il tarixli, 3-186/2-****/** №-li Məktubu, xxxx” ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynov tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, Sumqayıt Şəhər İcra İdarəsinə və AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ünvanlanmış 6-3/07/05-**** №li, ## ##### 2025-ci il tarixli Məktubu və sair) ilə tam, qəti və mübahisəsiz şəkildə təsdiq olunur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X4 oğlunun sədrliyi ilə, İş № *(004)-439/2023) ##.##.2023-cü il tarixli qətnaməsində deyilir ki, “...İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 (on bir min) manat məbləğində kredit verilmiş və bununla bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə Cavabdeh arasında ##.##.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ##.##.2021-ci il tarixli, 1055412/25032 sayll zaminlik müqaviləsinə əsasən Cavabdeh bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək İddiaçı ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ##.##.2022-ci il tarixinə əsas borcu 10106.50 manat, faiz borcu 104.60 manat, cəmi 10211,10 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən etiraf edir. O, krediti bankdan götürüb başqa adama vermiş, onu aldatmışdılar. Keçmiş nişanlısı demişdir ki, onu işdən qovacaqlar ona görə yenidən pul lazımdır. O, 7000 manatı kredit götürmüş, onun 2000 manatı özü xərcləmiş, 5000 manatı isə ona vermişdir. Ümumi iki dəfə bankdan kredit götürmüş, ikinci dəfə may ayında götürmüşdür. Əvvəllər keçmiş nişanlısı ilə münasibəti yaxşı idi, pulu birlikdə ödəyirdilər, sonradan münasibətləri korlanmışdır. O, MTXya və polisə şikayət etmiş, hal-hazırda da şikayətləri araşdırılmışdır. Keçmiş nişanlısı ona nişan üzüyü və sadə qızıl sep vermişdir və buna görə də, bildirmişdir ki, heç bir pul ödəməyəcək. İddia tələbi təmin olunacağı təqdirdə, pulun ondan bir dəfəlik yox, əmək haqqına uyğun hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdeh İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən, işə iddiaçının nümayəndəsinin və digər cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh Cavabdeh izahatını dinləyərək iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında ##.##.2021-ci il tarixdə ******* saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq bank ilə İddiaçı arasında ##.##.2021-ci il tarixli *******/***** saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən müqavilənin ləğvi və borcun ödənilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq və pretenziya göndərilsə də, cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Belə olan halda iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir…” Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, cavabdeh əsas borclu olaraq kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, bank əsas borclu olaraq ona və zamin olaraq ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən həmin iddia tam təmin edilmiş və icra sənədi verilmiş, həmin icra sənədi üzrə borc məbləğinin böyük bir hissəsi və icra ödənişin bütün məbləği onun tərəfindən ödənilmişdir. Bu baxımdan başqa şəxsin (cavabdeh Cavabdeh) kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə vurduğu 10211,10 manat məbləğində zərərin əvəzininin çox böyük bir hissəsini və icra ödənişinin bütün məbləğini ödəmiş şəxs olaraq onun həmin şəxsə (cavabdeh Cavabdeh) ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır və onun ödədiyi 10240 manat məbləğində pulun həmin şəxs (cavabdeh Cavabdeh) tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh X6 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödənilmiş 9507,14 məbləğində borc və 733,24 manat məbləğində məcburi icra ödənişi olmaqla, cəmi 10240,38 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 330 manat məbləğində pulun cavabdeh X6 tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim Gülnar Babazadə).

12. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə hər iki tərəfdən müştərək qaydada tutulan borcu və digər xərcləri ödəmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcu ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 10240,38 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konistitusiyasının 71-ci, 125-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 470-ci, 472-ci, 475.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit götürən zaman məbləğ ona çatmamışdır. Həmin məbləği İddiaçı ilə onun həmin dövrdə nişanlı olduğu şəxs X2 arasında bölünmüşdür. Onun İddiaçı ilə heç bir tanışlığı yoxdur. İlk dəfə onu kredit götürən zaman Qasımlı Osman ilə banka gələndə görmüşdür.Həmin şəxs də əlavə olaraq İddiaçı onun əmək haqqından tutulan vəsaiti 10 ay aylıq 400 manat olmaqla ödəyib. Bunun sübutları isə həmin şəxsdə vardır və hal-hazırda həbsdədir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi İsmayılov Ceyhun Zöhrab oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin maddənin 3-cü bəndinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər;

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

26. Hazırki işin faktiki hallarına əsasən İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən borc borclu Cavabdehn və zamin İddiaçı tutulmuşdur. Bundan sonra məhkəmə qətnaməsinə əsasən 9507,14 manat tutulan borc, həmçinin 733,24 manat icra ödənişi olmaqla, cəmi 10240,38 manat zamin hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

27. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R Vüqar Qurbanov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandirinə ünvanlanmış **** nömrəli, ##.##.2024-cü il tarixli məktuba əsasən N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu R İddiaçı müvafiq əmri ilə ##.##.2024-cü il tarixdən xidmətini davam etdirmək uçun N nömrəli hərbi hissəyə göndərilmişdir. R İddiaçı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin *****/** nömrəli ##.##.2023-cü il tarixli İcra Sənədinə əsasən aylıq pul təminatından 50% miqdarında borc tutularaq xxxx ASC-nin hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, Sumqayıt Şəhər İcra İdarəsinə və AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ünvanlanmış 6- */**/**-**** nömrəli, ## ##### 2025 il tarixli məktubuna əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin Cavabdeh və İddiaçı qarşı “pul tələbinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə borc tam ödənilmişdir. Yuxarıda qeyd edilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissənin komandiri, R Aqil Cəfərov tərəfindən X9 ünvanlanmış *-***/*-****/** nömrəli, ##.##.2025-ci il tarixli məktuba əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı aylıq əmək haqqından, cəmi 5040,38 manat pul tutulmuşdur. Bu məbləğin 4307,14 manat “xxxx” ASC-nin hesabına, 733,24 manat isə Sumqayıt şəhər İcra İdarəsinin hesabına köçürülmüşdür.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə qətnaməsi ilə hər iki tərəfdən müştərək qaydada tutulan borcu və digər xərcləri ödəmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcu ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır.

29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər.

30. Qeyd edilən qanunvericilik normalarına əsasən də məhkəmə kollegiyası hesab edir ki, zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə iddiaçının xeyrinə tutulması qənaətində birinci instansiya məhkəməsi haqlı olmuşdur.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X6 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar