Məhkəmə qərarları › İş №2(3-6)-952/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-952/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-952/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri ** saylı Dövlət Notariat Konturuna qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 ASC-nin nümayəndələri nümayəndə2 və nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri ** saylı Dövlət Notariat Konturuna qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Borc verən cavabdeh2 ASC ilə borcalan İddiaçı arasında bağlanılmış ##.##.2021-ci il tarixli, ******* nömrəli “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən borc verən tərəfindən borc alana 48 ay müddətinə illik 17,5 % hesablanmaqla 30.000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı verilən kreditin təminatı olaraq “xxxx" ASC ilə zamin X5 arasında ##.##.2021-ci il tarixli, *******/***** nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır.

3. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı 18.188,35 manat əsas, 948,12 manat faiz, cəmi 19.136,47 manat məbləğində borcu yaranmışdır.

4. “xxxx" ASC tərəfindən İddiaçı və X5 ##.##.2024-cü il tarixli bildiriş ünvanlanmış və borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 18.188,35 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

5. ****** nömrəli qaiməyə əsasən qeyd olunan bildiriş ##.##.2024-cü il tarixdə iddiaçının ünvanında imza edilməklə qəbul olunmuşdur.

6. Bakı şəhəri ** saylı Dövlət Notariat Ofisi tərəfindən verilən ##.##.2024-cü il tarixli, *İ-**** nömrəli icra qeydinə əsasən, “xxxx" ASC-nin xeyrinə İddiaçı və X5 ******* nömrəli müqavilə üzrə vaxtında ödənilməmiş 19136 manat 47 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19161 manat 47 qəpik pul tutulmalıdır.

7. Bakı şəhəri Xətai rayon Icra şöbəsi tərəfindən notariusun ##.##.2024-cü il tarixli, *İ- **** nömrəli icra sənədinin icrasının təmini məqsədilə borclu İddiaçı işlədiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə ##.##.2024-cü il tarixli məktub göndərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri ** saylı Dövlət Notariat Konturuna qarşı ünvan 2 ünvanında yerləşən cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu yenidən hesablanması və Bakı şəhəri ** saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu tərəfindən çıxarılmış icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilən reyestrdə 8I-2939 nömrə ilə qeyd edilmiş ##.##.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin dekabr ayında cavabdeh2 ASC-dən 30.000 manat kredit götürmüşdür. 2023-cü ilin dekabr ayınadək hər ay aylıq ödəniş və ondan artıq ödənişlər etmişdir. Onun təqribi hesablamalarına əsasən həmin müddət ərzində 21.000 - 22.000 məbləğində pul ödəmişdir. Lakin ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən cavabdeh2 ASC Bakı şəhəri ** saylı Dövlət Notariat Ofisinin xüsusi notariusundan alınmış icra qeydinə əsasən iddiaçının həmin banka 19.136 manat 47 qəpik borcu qalmışdır. Bildirir ki, həmin borc məbləği ilə razı deyil və borc məbləğinin yenidən hesablanması və onun aylıq əmək haqqına yönələn icranın dayandırılmasını tələb edir, belə ki, icra qeydini aparan notarius onun iştirakı olmadan icra qeydi çıxarmışdır.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspertiza rəyinə əsasən ekspertizaya təqdim edilmiş ****** nömrəli qaimədə “İddiaçı” yazısının qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

13. Cavabdeh cavabdeh2 ASC iddia müddətinin tədbiqi barədə ərizə verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından və iddiaçının özünün imzaladığı ilkin iddia ərizəsindən görünür ki, İddiaçı icra qeydinin mövcudluğundan xəbəri olmuş, əmək haqqından tutulmalar aparıldığı 1 ilə yaxın müddət ərzində heç bir etiraz etməmiş, yalnız bir ildən sonra icra sənədinin icrasını dayandırmaq məqsədi ilə əsassız iddia qaldırmışdır. Xətai Rayon Icra Şöbəsinin ##.##.2024cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı iş yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə məktub göndərilmişdir. Bundan sonra borclu İddiaçı əmək haqqından 50% məbləğində tutulmalar olmuşdur. Bundan başqa, icra qeydi qəbul edildikdən sonra ##.##.2024-də 469.44 manat, ##.##.2024-cü il tarixdə 469.44 manat, ##.##.2024-cü il tarixdə 469.44 manat, ##.##.2024-cü il tarixdə 469.44 manat, ##.##.2025-ci il tarixdə 469.44 manat, ##.##.2025-ci il tarixdə 469.44 manat, ##.##.2025-ci il tarixdə 469.44 manat, ##.##.2025-ci il tarixdə 471.25 manat, ##.##.2025-ci il tarixdə 506.84 manat, ##.##.2025-ci il tarixdə 506.84 manat ödənişlər aparılmışdır. Hesabdan çıxarışdan müəyyən edilir ki, ##.##.2025-ci il tarixə olan borc 14,412.74 manat təşkil edir. Göründüyü kimi, iddiaçının icra qeydinin mövcudluğundan məlumatı olmuşdur. Lakin iddia müddətinin bitməsinə baxmayaraq iddiaçı isə 1 il sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2055-ci il tarixli qərarına əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilmədiyindən məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilməsi qərara alınmışdır.

14. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia tələbi təmin edilmiş, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilən reyestrdə 8I-2939 nömrə ilə qeyd edilmiş ##.##.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən borcluya göndərilmiş bildirişin onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanması iddiaçını borcu mübahisələndirmək hüququndan məhrum etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324.1, 324.2, 324.4-cü maddələrinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə, Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci bəndinə, 76-cı və 79-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia müddətinin tətbiqinə dair ərizənin məzmununa uyğun olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsini yalnız onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən borcluya göndərilmiş bildirişin onun tərəfindən deyil başqa şəxs tərəfindən imzalanması iddiaçını borcu mübahisələndirmək hüququndan məhrum etmişdir. Məhkəmə maddi hüquq normalarının tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Yəni bankın vəzifəsi borcluya bildiriş göndərməkdir. Bildiriş borclunun özünün kredit müqaviləsində bəyan etdiyi ünvana göndərilmişdir. Bildirişin başqa şəxs tərəfindən imzalanması iş üçün heç əhəmiyyət kəsb etmir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə elektron məhkəmə sisteminə əlavə edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə ümumiyyətlə münasibət bildirməmiş, bununla da maddi hüquq normalarını pozmaqla düzgün nəticəyə gəlməmişdir. cavabdeh2 ASC tərəfindən iddia tələbinin tamamilə əsassız olması barədə məhkəməyə kifayət qədər sübutlar, kredit hesabından çıxarış və digər zəruri sənədlər təqdim olunmuşdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin birinci instansiya məhkəməsi instansiya məhkəməsi tərəfindən ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasını nəzərə almamış, rəyi digər sübutlalarla yanaşı düzgün qiymətləndirməmiş, nəticədə prossesual hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəməxətşünaslıq ekspertizası təyin etsə də ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.

21. Nümayəndə nümayəndə1 əlavə olaraq bildirdi ki, iddiaçı könüllü şəkildə ödəniş etsə, “Icra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini icrasız məhkəməyə geri qaytartdıracaq. Hazırda iddiaçının maaşından 550 manat tutulur, tərəf dedi ki, o, 300 manat ödəyə bilər, təklif edir ki, 350 manat ödəsin. Istənilən halda birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuzdur, çünki formalaşmış məhkəmə təcrübəsinə ziddir. Nəzərə almaq lazımdır ki, tərəfin məlumatı olub, uzun müddət, yəni 8-9 ay şəxsdən pul tutulub. Məhkəmə əsassız məhkəmə-xətşünaslıq ekspertizası təyin edib, heç ailə üzvlərinin imza nümunələri də alınmayıb. Məhkəmə qüvvədə olmayan maddi hüquq normasına istinad edib, bu da qanunsuzdur.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 996 manat əmək haqqı alır, Vətən Müharibəsində iştirak etmişdir. Ildə 2 dəfə hospitalda müalicə alır, hər müalicəsində dərmanlarına 700-800 manat pul çıxır. Düzdür, dövlət qarşılayır, amma elə dərmanlar var ki, özü almalıdır. Əmək haqqından tutulmalara dair çıxarışı təqdim etmişdir. Laçında xidmət etdiyi üçün gəlib-getməyi mümkün deyildi, bu səbəbdən icra qeydini gec mübahisələndirib. 2023-cü ildə Müdafiə Nazirliyinin təlimtədris mərkəzində V vəzifəsinə təyin olunmuşdur. Bu müddət ərzində də bank tərəfindən maaşından tutulma gəlmişdir. Bölmə komandiri olduğundan vaxt edib işdən çıxa bilmirdi. Maaşdan tutulduğunu bildikdən və bura gəldikdən bir neçə ay sonra vaxt edib icra şöbəsinə getmiş və bildirmişdir ki, onun xəbəri olmadan maaşından tutulma olur. Ünvanda özü tək yaşayır. Valideynləri vəfat edib, evin tək övladıdır, ailəli deyil. Orada heç kim ola bilməz ki, qapını açıb bildirişi qəbul etsin. Banka gecikməsi oldu, onun da səbəbi var. O krediti dayısı X7 götürmüşdü, dayısı vəfat edib, onun da oğlu ehtiyatda olan R X8r. Yəni o, əmək haqqından özü ödəyirdi, müəyyən səbəblərdən işdən azad olundu, indi hal-hazırda 700 manat maaşa işləyir, ailəli adamdır. Şəxsən bankda problemli şöbəyə iki dəfə yaxınlaşmışdır ki, ona köməklik göstərsinlər, yerdə qalan məbləğ hesablansın, çünki o, daha çox ödəmişdir. Dedilər ki, faizdən çıxılıb, əsas məbləğ qalıb. Şikayətində də bildirmişdir ki, bu məbləğ ekspertiza təyin olunub hesablansın. Ən azından özünün də məlumatı olmalı idi. Xahişi odur ki, yeni qrafik açılsın, yerdə qalan məbləği ödəsin. Ayda 300-350 manat məbləğində ödəniş edə bilər, ödənişdən qaçmır. Onun hesablamalarına görə təxminən 8.000-9.000 manat borcu qalmalı idi.

23. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı: Bənd 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. Icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.20. Məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

31. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normaları səhv tətbiq edilmiş, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.

32. Işdən müəyyən olunur ki, cavabdeh cavabdeh2 ASC ilə iddiaçı İddiaçı arasında ##.##.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsi bağlanmış, borcalana 48 ay müddətinə, illik 17,5% hesablanmaqla 30.000 manat məbləğində kredit verilmişdir.

33. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərarında göstərilmişdir ki, notariusun verdiyi icra qeydindən şikayət verildikdə şikayətin əsasını yalnız icra qeydinin verilməsi prosedurunun pozulması təşkil edir.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən: 1) Icra qeydi borclunun olduğu yerin notariat kontorunda (ofisində) aparılmalıdır; 2) Borcun mübahisəsiz olmasını təsdiq edən sənəd təqdim olunmalıdır (əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış və alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı); 3) Tələbkar notariusa müraciət etmədən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir; 4) Həmin tələblər üzrə iddia müddəti keçməməlidir.

35. Həmin sənədlər təqdim olunduğu halda notarius icra qeydi aparır. Əməliyyatı aparan notarius borcun mübahisəsiz olub-olmamasını yoxlamaq imkanına malik deyildir və qanunla da onun üzərinə belə vəzifə qoyulmamışdır. Notariusun vəzifəsi borcun mübahisəsiz olmasını təsdiq edən sənədin təqdim olunmasını yoxlamaqdan ibarətdir.

36. Iş materiallarından görünür ki, həmin sənədlər, o cümlədən cavabdeh cavabdeh2 ASC tərəfindən iddiaçıya ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin göndərildiyini təsdiq edən qəbz notariat orqanına təqdim edilmiş, həmin qəbzə əsasən bildiriş iddiaçının qeydiyyatda olduğu ünvanda imza edilməklə qəbul edilmişdir.

37. Qanunvericiliyin tələbinə əsasən cavabdeh bankın üzərinə sözügedən bildirişin sifarişli poçt vasitəsilə iddiaçıya göndərilməsi öhdəliyi qoyulmuşdur ki, bu öhdəlik cavabdeh tərəfindən icra edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, həmin bildirişin cavabdehin qeydiyyatda olduğu ünvanda şəxsən onun tərəfindən deyil, başqa şəxs tərəfindən (məsələn, iddiaçının iş saatlarında işdə və ya başqa ərazidə olduğu səbəbilə onun ailə üzvü və ya mənzilin kirayəçi və s.) qəbul edilməsi hazırki iş üzrə icra qeydnin ləğvi üçün əsas ola bilməz.

39. Kollegiya həmçinin qeyd edir ki, icra qeydi icra olunması üçün icra məmuru tərəfindən ##.##.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə göndərilmiş və iddiaçının əmək haqqından bir neçə ay cavabdeh bankın xeyrinə tutulmalar həyata keçirilmişdir.

40. Nəzərə alınmalıdır ki, həmin tutulmalardan iddiaçının məlumatı olmuş və o, uzun müddət buna etiraz etməmiş, dolayısı ilə bu formada borcunun ödənilməsi ilə razılaşmışdır.

41. Odur ki, iddiaçı tərəfindən hazırki iddianın irəli sürülməsini məhkəmə kollegiyası hüquqdan sui-istifadə kimi qiymətləndirir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri ** saylı Dövlət Notariat Konturuna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 manat məbləğində vəsait dövlət büdcəsindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar