Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-953/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-953/2026 (Açar sözlər: mənzildən istifadə hüququnun müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, cavabdeh Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildə yaşamaq hüququnun və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus ünvan 2-də yaşamaq hüququ və həmin mənzilə dair onun ½ hissədə pay hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə nikahları dövlət qeydiyyatına ##.##.2001-ci ildə alınmışdır. Birgə nikahlarından ##.##.2002-ci ildə oğlu X4, ##.##.2004-cü ildə oğlu X3 və ##.##.2012-ci ildə oğlu - X7 doğulmuşlar. İddiaçı ailə qurarkən cavabdehin evi, işi, maşını olduğu üçün təminatlı gələcəyinə ümid edirdi. Lakin ona 3 oğul övladı bəxş etməsinmə baxmayaraq Cavabdeh ona və övladlarına qarşı çox diqqətsizdir. O, ailə qayğısı çəkmir, uşaqların saxlanmasına maddi yardım göstərmir. Ailənin qorunması, maddi təminatının ağır olduğu barədə iddiaçının iradlarına baxmayaraq heç bir yerdə işləmir və istədiyi kimi yaşayır. Cavabdeh ali təhsillidir, ixtisasca mühəndisdir. Lakin son 10 ildir heç bir yerdə işləmək istəmir. Fiziki cəhətdən sağlamdır. O, bu cür davranışı daha çox 2018-ci ildən sonra göstərməyə başlamışdır. Həmin vaxtdan evdən çıxmışdır. Elə o vaxtlardan da evi sataraq biznes qurmaq istədiyini bildirir. Cavabdehlə ailə quran vaxtdan isə birlikdə cavabdehə məxsus olan ünvan 3 ünvanında yerləşən 4 otaqlı ** nömrəli mənzildə birgə yaşayırdılar. Sonra cavabdeh həmin 4 otaqlı mənzili 2009-cu ildə əsaslı şəkildə təmir etdirərək, 65.000 ABŞ dollarına onun razılığı ilə sataraq əldə etdikləri pula hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 143 kv.metr olan 3 otaqlı ** nömrəli (pod mayak) mənzili əsaslı şəkildə təmir etdirərək oraya köçmüşlər. Lakin qayınanası ##.##.2020-ci ildə vəfat edəndən sonra ailə daxilində münasibətlər gərginləşmişdir. Əri 10 ildir ki, heç bir yerdə işləmək istəmədiyi üçün ailənin maddi durumu ağırlaşmışdır. O, atasının pensiyası ilə dolanır. Onun işləməyinin də əleyhinə olduğuna görə, bütün ailə qayınatasının pensiyası hesabına yaşayırdı. Ərinin anası və atası ilə münasibətləri yaxşı olsa da, onlar onu müxtəlif bəhanələrlə yaşadıqları mənzilə qeydiyyata almayıblar. Övladlarını isə ərinin qeydiyyatda olduğu Buzovna qəsəbəsindəki ünvana qeydiyyata saldırmışdır. Əri onlara baxmasa da, üç oğlan övladı var deyə ondan ayrılmaq istəmir. Lakin o, uşaqlara baxılmasında köməklik etmir. Övladlara iddiaçı özü baxır. Cavabdeh onların ac və ya tox olduğu ilə maraqlanmır. Cavabdeh 14 ildir yaşadıqları mənzildən onları ümumiyyətlə çölə atmaq və evsizeşiksiz qoymaq istəyir. Bu barədə dəfələrlə onu və uşaqları hədələmişdir. Lakin iddiaçı ona ərə gələndə o, belə deyildi. Onun evi, işi var idi deyə ona ərə gəlmişdir. Lakin o, sonradan pozuldu. Yaşadığı evi o, 2020-ci ildə anası vəfat edəndən əvvəl də satmaq istəyib, lakin anası biləndə icazə verməyib. Çünki anası deyirdi ki, o, heç bir ciddi işlə məşğul ola bilmir. 4 dənə maşını var idi. Hamısını satıb pulunu dağıdıb. İddiaçı cavabdehin bu evi də satmaqla əldə edəcəyi pulu xərcləmək niyyətini o zaman anlamışdır. Çünki ərinin davranışları və oturub-durduğu adamlar şübhəli idi. Bu səbəbdən iddiaçı evin satılmasına etiraz etmişdir və ilk dəfə 2020-ci ildə Azərbyacan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə ərizə ilə müraciət etmişdir ki, evinin alqı-satqısı barədə müraciət olarsa, onun bu ərizəsini nəzərə alaraq razılığı olmadan alqı-satqı etməsinlər, çünki əri ilə aralarında əmlak mübahisəsi vardır. Əri deyir ki, evi satmaq və biznes qurmaq istəyir ki, daha yaxşı yaşasınlar. Onların isə özünün də qeydiyyatda olduğu atasının bağ evinə köçmələrini təklif edir. Həmin bağ evi Buzovna qəsəbəsində yerləşir və qayınatasının adınadır. Qayınatasının cavabdehdən də başqa övladı var. Yəni həmin bağ evi gələcəkdə vərəsələr arasında mübahisə predmeti olacaqdır. Bundan başqa, əri Rövşən övladlarını düşünmüş olsa idi, 10 il işsiz duraraq divanda yatmazdı, övladları acdırmıtoxdurmu deyə maraqlanardı. Cavabdehlə danışanda isə ona deyirdi ki, “ondan aliment istəməsin, istəyirsə ev də sizin olsun, gedin aboylarını yeyin”. Hal-hazırda yaşadıqları mənzil şəhərin mərkəzinə yaxındır. Övladlarından Mikayıl bu ərazidə məktəbə gedir. Oğlu Kənan isə DİMdə 600-dən yuxarı bal toplamaqla Azərbaycan-Fransız Universitetinin və ADNSU-nun geofizika mühəndisliyi fakültəsinə əyani təhsilə qəbul olmuşdur və 2-ci kursda əyani təhsil alır. Həmin universitet də evinə yaxındır. Onlar demək olar ki, nəqliyyatdan istifadə etmir, məktəbə, işə və universitetə piyada gedirlər. Böyük oğlu Fərhad isə Rusiya Federasiyasının Tomsk şəhərində Politexnik universitetində əyani əsaslarla Ali təhsil alır. Maddi durumu çox ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim tərbiyəsində və təhsilində cavabdeh iştirak etmir. Halbuki, böyük oğlu Fərhad və ortancıl oğlu Kənan universitetə qəbul imtahanlarına hazırlaşarkən, cavabdeh onları müəllim yanına hazırlıqlara qoymaqdan belə imtina etmişdir. Ona görə iddiaçı kiçik oğlu Mikayılı dayənin yanında saxlayaraq, aptekdə gecə növbəsində əczaçı kimi çalışırdı ki, övladları layiqli təhsil ala bilsinlər. Yaşadıqları evi vaxtilə Bakı şəhər İHB- nın ##.##.2009-cu il tarixli orderi və “İslam” MTK-nın ##.##.2011-ci il tarixli maliyyə arayışına əsasən ##.##.2011-ci ildə 37.500 manata qayınanası Gözəl Allahverdiyeva öz adına almışdır. ##.##.2011-ci ildə isə ünvan 3 ünvanında yerləşən 4 otaqlı ** nömrəli mənzili əri 65.000 ABŞ dollarına sataraq əldə etdiyi pulu hal-hazırda övladları ilə yaşadıqları mübahisəli evin təmirinə xərcləmişdir. Bakıxanov qəsəbəsində satdıqları mənzilin və indi yaşadıqları mənzilin təmirində onun da əziyyəti çox olub. Belə ki, anası ona təmir vaxtı pul yardımları da edirdi, özü də təmir vaxtı və ondan sonra təmizlik işləri və ustalarla, fəhlələrə yemək verməklə, onlara qulluq etməklə təmirdə iştirak etmişdir. Bir il sonra, yəni ##.##.2012-ci ildə isə qaynanası yaşadığı mənzili cavabdehin adına bağışlama ilə keçirmişdir. Beş il bundan öncə isə cavabdeh evdən gedərkən ondan aliment tələb etməməyinin əvəzində o, yaşadığı mənzili onun və övladlarının istifadəsinə verdiyini iddiaçıya bildirmişdir. Bu barədə sübut kimi iddiaçı 2020-ci ilin sentyabr ayında Ədliyyə Nazirliyinin Qeydiyat və Notariat Baş idarəsinə ünvanladığı məktubu və ona cavabı, həmçinin yaşadıqları mənzili tikən İslam MTKnın cavab məktubunu təqdim edir. Halhazırda isə cavabdeh həmin öhdəliyini pozduğu üçün mənzildə yaşamaq hüququnun və həmin əmlakda ½ hissədə pay hüququnun məhkəmə qaydasında tanınmasını dair iddia ilə məhkəməyə müraciət edir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəlləsinin 152.1, 228.2, 228.5-ci maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə maddi hüquq normasını tətbir edərkən pozuntuya yol vermişdir. Belə ki, Mülki Məcəllə ##.##.2000-ci ildən qüvəyə minmişdir. Ailə münasibətləri 2001ci ildən yaranmışdır. İddiaçının və övladlarının mübahisəli mənzindən istifadə hüququ 2010-2011ci illərdən cavabdehlə birgə başlamışdır. Ailə münasibətlərinə 2024-cü ildə xitam verilmişdir. İddiaçı və azyaşlı övladının, həmçinin tələbə olan digər oğlunun başqa yaşayış yeri olmadığından Az. Res. Konst. Məhk. Plenumunun ##.##.2016-cı il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Lakin Xətai rayon məhkəməsi bu halı nəzərə almamışdır. Məhkəmə sübutların hamısına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, mövcud sübutların hamısına qiymət vermədən yekun nəticəyə gəlmişdir. Halbuki Bakıxanov qəsəbəsindəki mənzili əsaslı təmir etdikdən sonra 52909 manata satan cavabdeh həmin vəsaiti eyni tarixdə 37500 manata alınmış mübahisəli mənzilin təmirinə xərcləmişdir. Belə olan halda həm Bakıxanovdakı, həm də Xətaidəki mənzillər birgə nikah dövründə əsaslı təmir edilmiş və birinin əsaslı təmiri nəticəsində qiyməti yüksəldiyindən yüksək qiymətə satılmış, əldə edilən vəsait birgə nikah dövründə əldə edilmiş digərinin əsaslı təmirinə xərclənmişdir. Xətaidəki mənzilin cavabdehin anasının adına alınması və sonradan bağışlanma ilə cavabdehin adına keçirilməsi isə formal xarakter daşımış, çünki həmin mənzil əvvəlcədən cavabdeh və ailəsi üçün alınmışdır. Belə ki, Bakıxanovdakı mənzil cavabdehin böyüyən ailəsi, qayınata, qayınananın birgə yaşayışı üçün dar olmuşdur. Bu da Buzovnadakı həyət evinin və Xətaidəki mübahisəli evin alınması ilə nəticələnmişdir ki, cavabdeh və ailəsi o vaxtdan Xətaidə yaşamağa başlamışlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı isə öz növbəsində sözügedən etiraza dair yazılı mülahizəsini təqdim edərək etirazın əsaslarının nəzərə alınmamasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. Mülkiyyət hüququ. İ – Hər kəsin mülkiyyət hüququ vardır. II - Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III - Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV - Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
16. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
23. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair” Protokol
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
36. Kollegiya qeyd edir ki, ilk növbədə işə tətbiq olunmalı mülki hüquq normasının müəyyənləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.
37. Belə ki, tərəflərin izahatlarına əsasən işin müəyyən olunur ki, iddiaçı mübahisəli mənzildə 2010-2011-ci illərdən etibarən yaşamağa başlamışdır. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə ## ####### 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.
39. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
40. “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.
41. Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı ##.##.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır.
42. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
43. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
44. Kollegiya yuxarıda qanunvericiliyin yuxarıda göstərilən normalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mənzilə köçürülmə, orada yaşayış qaydalarının müəyyən edilməsinə dair iddialar həll edilərkən araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
45. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının istifadə hüququnun müəyyən edilməsini xahiş etdiyi ünvan 2 ünvanında yerləşən mənzil iddiaçı ora köçən vaxt keçmiş qayınanası X14 xüsusi mülkiyyətində olmuş, sonradan 2012-ci ildə bağışlanma müqaviləsi əsasında cavabdeh Cavabdeh mülkiyyətinə keçmişdir. Həmçinin iddiaçının həmin mənzilə ½ hissədə pay hüququnun tanınmasına dair qaldırdığı digər bir iddia da həmin səbəbdən, yəni mənzilin cavabdehin mülkiyyətinə əvəzsiz olaraq bağışlanma müqaviləsi əsasında keçməsi və birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməməsi səbəbindən rədd olunmuş, bu barədə qətnamə yuxarı instansiyalarda da qüvvədə qalmışdır. Nəticə etibarilə mübahisəli mənzillə bağlı iddiaçının hər hansı pay hüququ olmaması və mənzilin bütövlükdə cavabdehin mülkiyyətində olması işin mübahisəsiz halını təşkil edir.
46. Hazırda məhkəmənin aydınlaşdırılmalı olduğu növbəti məsələ isə mənzil qanunvericiliyin yuxarıda qeyd edilən norması baxımından iddiaçının həmin mənzildən istifadə hüquqlarının olub-olmaması ilə bağlıdır.
47. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında ## #### 2001-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evində) *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ##.##.2012-ci il təvəllüdlü X7 anası İddiaçı ilə qalması, ##.##.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e*(***)-****/**** saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), iddiaçı Cavabdeh cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış nikah ##.##.2024-cü il tarixdə pozulmuşdur.
48. Hazırki işdə mübahisə predmetini cavabdeh iddiaçının Cavabdeh mülkiyyətində olan mənzildən istifadə qaydalarının müəyyən edilməsi təşkil etdiyindən mövcud qanunvericilik bu nəzər nöqtəsindən subyektiv hüququn yaranması üçün 2 mühüm halın mövcudluğunu şərtləndirmişdir.
49. İlk növbədə mənzilin mülkiyyətçisi, yəni iş üzrə cavabdeh Cavabdeh müvafiq razılığı, digər tərəfdən şəxslər arasında bilavasitə ailə münasibətlərinin mövcudluğu;
50. Lakin iş materiallarından, eləcə də məhkəmə iclası zamanı məlum olmuşdur ki, cavabdehin iddiaçı İddiaçı müvafiq mənzilə köçməsinə hər hansı razılığı yoxdur.
51. Həmçinin istər iş materialları, istərsə də tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, iddiaçı qeyd olunan mənzildə yaşasa da, 2024-cü ildə nikahın pozulması ilə əlaqədar ailə münasibətlərinə xitam verildiyindən iddiaçının həmin mənzilə dair hansısa subyektiv hüquqları da qalmamışdır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli Qərarına əsasən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.
53. Kollegiya qeyd edir ki, apelyator yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin qərarına istinad edərək mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı olmamasını əsas gətirsə və mənzildən istifadəsi baş tutmayacağı halda ona kompensasiya ödənilməli olmasını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər dəlil əlavə etməmiş, izahatlara əsasən valideynləri ilə birgə yaşadığı məlum olmuşdur.
54. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
55. Məhkəmə, iddia tələbinin “##.##.2012-ci -ci il təvəllüdlü X7 mübahisəli mənzildən istifadə hüququnun müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, X7 yetkinlik yaşına çatmayan şəxs olduğlarından və məhkəmə qətnaməsinə əsasən o, anası İddiaçı yanında saxlanıldığından, onun yaşayış yeri anası İddiaçı yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun mübahisəli mənzilə köçürülməsi barədə tələbinin təmin olunmaması, iddianın X7 münasibətdə də təmin edilməməsi üçün əsasdır.
56. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev