Məhkəmə qərarları › İş №2(3-6)-964/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-964/2026

08.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-964/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları

1. ##.##.2024-cü il tarixli, RGTK*******B*** saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 16% dərəcəsi ilə 16084,6 manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 15661,81 manat əsas, 668,31 manat faiz, cəmi 16330,12 manat məbləğində borcu vardır.

3. İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli RGTK********B*** saylı Kredit Müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla ##.##.2024-cü il tarixinə Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən edilir: o cümlədən, əsas borc üzrə 15667,03 manat, faiz borcu üzrə 763,43 manat məbləğində borcunun olduğu hesablanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarilması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##/##/2024–cü il tarixli, RGTK*******B*** saylı Kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 83 ay müddətinə 16084.6 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Iddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi,cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin ##.##.2024-cü il tarixə İddiaçı ASC-yə 15661.81 AZN əsas; 668.31 AZN faiz; cəmi 16330.12 AZN borcu yaranmışdır. Ona görə də cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15661,81 manat əsas; 668,31 manat faiz; cəmi 16330,12 manat məbləğində vəsaitin və ödənilmiş 138,99 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 15661,81 manat əsas borcun, 668,31 manat faiz borcunun və ödənilmiş 138,99 manat dövlət rüsumu borcunun, cəmi 16469,11 (on altı min dörd yüz altmış doqquz manat, on bir qəpik) manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza xərci kimi 100,0 (yüz) manat pulun cavabdeh Cavabdeh tutularaq X4, kod 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501 hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.2.1, 448.1, 739-cu maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, faiz borcu hissəsində əsassız hesab edilərək azaldılması və ya tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə işin faktiki hallarının tam və obyektiv araşdırılmaması nəticəsində qəbul edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422 və 439-cu maddələrinə əsasən, müqavilə şərtləri vicdanlılıq, ədalətlilik və tərəflərin real iradəsinə uyğun olmalıdır. Məhkəmə bu meyarlar üzrə heç bir hüquqi qiymətləndirmə aparmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən qətnamə yalnız məhkəmə iclasında hərtərəfli tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Lakin faktiki olaraq iş yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında həll edilmişdir. Məhkəmə iş üzrə iki ziddiyyətli maliyyə göstəricisi olmasına baxmayaraq, bu ziddiyyəti aradan qaldırmamışdır. Bankın təqdim etdiyi maliyyə arayışında faiz borcu 668,31 manat göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli rəyində isə faiz borcu 763,43 manat kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 103.1-ci maddələrinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi olmasa da, məhkəmə bu rəyin düzgünlüyünü, metodikasını və hüquqi əsaslarını qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi ekspert rəyinin hansı əsasla qəbul və ya rədd edildiyini hüquqi baxımdan əsaslandırmamışdır. Daha da mühümü, məhkəmə faizlərin hansı dövrə, hansı əsas məbləğə və hansı üsulla hesablandığını araşdırmamış, bankın birtərəfli maliyyə arayışına üstünlük vermişdir ki, bu da tərəflərin bərabərliyi prinsipinin pozulmasıdır (MPM, maddə 14.2). Məhkəmə işə iştirakı olmadan baxmış, lakin işin mahiyyətinə təsir edə biləcək izahatlarının və etirazlarının verilməsi üçün real imkan yaratmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən qətnamə yalnız məhkəmə iclasında hərtərəfli tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Lakin faktiki olaraq iş yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında həll edilmişdir. Fiziki şəxs olaraq bankla istehlak krediti münasibətlərində zəif tərəf olmuşdur. Məhkəmə kredit müqaviləsinin şərtlərini: faizlərin hesablanma mexanizmi; real illik faiz dərəcəsi; əlavə maliyyə yüklərinin olub-olmaması baxımından araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422 və 439-cu maddələrinə əsasən, müqavilə şərtləri vicdanlılıq, ədalətlilik və tərəflərin real iradəsinə uyğun olmalıdır. Məhkəmə bu meyarlar üzrə heç bir hüquqi qiymətləndirmə aparmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə məhkəmədə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Xəzər Rayon Məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir və ekspert rəyinə əsasən qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti tamamilə əsassızdır. Yuxarıda göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

12. Iddiaçı İddiaçı ASC digər ərizə ilə müraciət edərək qeyd etmişdir ki, cavabdehin qeyd etdikləri demək olar ki, söz toplusudur, ləğv üçün əsas deyil. Belə ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı tərəfin haqlı iddiasına səbəb olmuşdur. Cavabdehin bu cür şikayət verməsi işi müəyyən müddət uzatmaq məqsədi daşıyır. Müqavilə var, müqavilənin şərtləri var. Müqavilənin şərtlərini hər iki tərəf vaxtında icra etməlidir. Bundan əlavə iş üzrə ekspertiza təyin edilmiş, rəy verilərək məhkəməyə qaytarılmışdır. Ekspertizanın rəyi ilə də təsdiq edilmişdir ki, iddia tam əsaslıdır. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Qətnamə tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Izahatında qətnaməni yalnız faiz məbləği hissəsində mübahisələndirdiyini bildirdi.

14. Cavabdeh vəsatət təqdim edərək iş üzrə təkrar məhkəmə-maliyyə ekspertizasının təyin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

17. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;

19. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh qətnamənin ləğv edilməsini xahiş edərək qətnaməni yalnız faiz borcunun müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında ##.##.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə 36 ay müddətinə ilik 16% ödəmək şərtilə 16084,6,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

31. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

32. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehin banka borcu 15661,81 manat əsas və 668,31 manat faiz borcu təşkil edir. Işin obyektiv həlli məqsədilə birinci instansiya məhkəməsinin qəraradadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə Cavabdeh banka olan borcunun əsas borc üzrə 15667,03 manat, faiz borcu üzrə 763,43 manat məbləğində təşkil etməsi müəyyən edilmişdir. Lakin xüsusi biliyi olan orqan cavabdehin əsas və faiz borcunun iddia ediləndən artıq olduğunu müəyyən etsə də, məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarmalı olduğundan, birinci instansiya məhkəməsi borcu qeyd edilən rəylərlə müəyyən edilmiş həddə deyil, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında göstərilən həddə, iddia tələbi üzrə, yəni 15661,81 manat əsas və 668,31 manat faiz borcu məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində işin yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında həll edildiyini qeyd etsə də, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-

33. Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri Prosessual sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə cavabdehin istinad etdiyi halları iş materialları ilə təsdiq edilmir.

34. Eyni zamanda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı işə onun iştirakı olmadan baxıldığını və izahat və etirazının verilməsi üçün imkan yaradılmadığını qeyd etsə də, iş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.

35. Belə olan halda kollegiya hesab edir ki, şikayətdə göstərilənlər qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Kollegiya təkrar ekspertiza təyin edilməsi barədə vəsatətə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı ekspertizanın təyin edilməsi nəticəsində əldə edilmiş ekspert rəyi iş materiallarında olan sübutlarla - müqavilə, çıxarışlar, ödəniş cədvəlləri ilə yanaşı tədqiq edilərək sübut növü kimi qəbul edildiyindən və rəyin əsaslılığına dair hər hansı şübhə yaradan hal müəyyən edilmədiyindən vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd olunanlara əsasən hazırki iş üzrə təkrar ekspertizanın təyin edilməsi zərurəti müəyyən edilmir. Kollegiya onu da qeyd edir ki, məhkəmə ekspert rəyini sübut növü kimi qəbul etsə də, iddia tələbindən kənara çıxmamaqla qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

38. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

40. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

41. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar