Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-968/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı İstehsalat Birliyi ilə cavabdeh Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə ##.##.2018-ci il tarixində AKX-*******/**-**** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.
2. 10031********** nömrəli abonentin saldosundan görünür ki, həmin kod Cavabdeh adına qeydə alınmış və abonentin 14 851,54 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 912,31 manat borcu yaranmışdır.
3. Cavabdeh məxsus 10031********** sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı İstehsalat Birliyi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - ##.##.2023cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2023- cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 201 manat, cəmi 14851,54 manat maddi ziyan hesablanmış, aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etmişdir.
4. İnzibati tənbeh vermə haqqında MN №******* saylı ##.##.2025-ci il tarixli, MN №******* saylı ##.##.2025-ci il tarixli qərarın sürətindən görünür ki, Cavabdeh tərəfindən yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə ünvanında fərdi yaşayış evində sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qoşularaq təbii qazı talamışdır və bununla da AR İXM-nın 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 100,0 manat məbləğində cərimə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 14 851,54 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 912,31 manat və 137,29 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 15901,16 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeharasında ##.##.2018-ci il tarixində AKX-*******/**-**** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 10031********** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; - ##.##.2023- cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2023cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - ##.##.2024- cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 201 manat (video); Cəmi 14 851,54 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildirir ki, cavabdehin ödənilməmiş 2021-ci ilin mart-dekabr ayları üzrə 233,40 manat sərfiyyat borcu və limitdən əlavə 12,20 manat sətrfiyyat borcu, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 228,04 manat sərfiyyat borcu və limitdən əlavə 7,36 manat sətrfiyyat borcu, 2025-ci ilin fevral-may ayları üzrə 471,54 manat sərfiyyat borcu və limitdən əlavə 53,65 manat sətrfiyyat borcu, cəmi 1006,19 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən ##.##.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 6386 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2021-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 273,60 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Cavabdehin 2025-ci il yanvar ayından sayğac dəyişikliyindən sonra isə abonentin 2,52 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (akt ******* saylı). (1006,19+273,60+2,52=1282,31). 2021-ci ilin mart ayından 2025-ci ilin mayayına qədər cavabdeh 370 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 912,31 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum1i 5 763,87 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı İstehsalat Birliyinin xeyrinə 201,0 manat dəymiş zərər, 912,31 manat debitor borcu və 30,0 manat dövlət rüsumu, cəmi 1143,31 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə hesabına ödənilməsi, ödənilmiş 137,29 manat məbləğində dövlət rüsumunun 107,29 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zaur Tağıyev).
8. Məhkəmə qeyd etmişdir ki, abonentə ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; manat sayğacdan kənar qaz xəttinə görə cərimə yazılsa da, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. İşdə olan sübutlardan görünür ki, qeyd olunan aktlar tərtib edilərkən cavabdehin iştirakının təmin edilməsi, aktın ona təqdim olunması, habelə aktların inzibati xəta işinin başlanılması məqsədilə müvafiq orqana göndərilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Aktlarda abonentin imtina etməsi formal qeyd olunmuş, lakin bunun real olub-olmadığı, imtinanın hansı şəraitdə baş verməsi və istehlakçıya təqdimatın faktiki həyata keçirilib-keçirilməməsi sübuta yetirilməmişdir. İşdə olan sübutlardan görünür ki, qeyd olunan aktlar tərtib edilərkən cavabdehin iştirakının təmin edilməsi, aktın ona təqdim olunması, habelə aktların inzibati xəta işinin başlanılması məqsədilə müvafiq orqana göndərilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Aktlarda abonentin imtina etməsi formal qeyd olunmuş, lakin bunun real olub-olmadığı, imtinanın hansı şəraitdə baş verməsi və istehlakçıya təqdimatın faktiki həyata keçirilib-keçirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddianın əsasında duran faktlar yalnız İddiaçı İstehsalat Birliyi tərəfindən tərtib edilmiş aktlarla təsdiq edildiyi üçün, həmin aktların qanunvericiliyə uyğunluğu və onların etibarlılığı sübutetmə yükü Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçının üzərinə düşür. Konstitusiya Məhkəməsinin ## ###### 2008-ci il tarixli qərarında qeyd olunduğu kimi, sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı prosessual qaydaların pozulması qəbul olunacaq məhkəmə aktının ədalətliliyini şübhə altına alır. Eyni zamanda, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı işi üzrə qərarında vurğulandığı kimi, sübutetmə yükü iddia irəli sürən tərəfin üzərinə düşür. ##.##.2025-ci il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Qanunun qüvvədə olan redaksiyasının tələblərinə uyğun tərtib olunmuş, aktların istehlakçıya təqdim edilməsi və qanunsuz qoşulma hallarının sənədləşdirilməsi sübutlarla təsdiq edilmişdir. Həmçinin həmin faktlara dair X4 Agentliyi tərəfindən inzibati tənbeh qərarı qəbul edilmişdir ki, bu da istehlakçının qazın talanması üzrə təqsirinin aidiyyəti orqan tərəfindən müəyyən olunduğunu göstərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli orqanı tərəfindən qəbul olunmuş MN №******* saylı ##.##.2025-ci il tarixli, MN №******* saylı ##.##.2025-ci il tarixli inzibati tənbeh qərarlarının sürətlərindən görünür ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qaz xəttinə sayğacdankənar, yəni qaz paylayıcı şəbəkənin qanunsuz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Həmin hüquqpozma tədqiq edilmiş faktlarla təsdiq olunmuş və cavabdehin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, inzibati xəta haqqında qərarların mövcudluğu və onların qüvvədə olması cavabdeh tərəfindən təbii qazın sayğacdankənar qanunsuz istifadəsi faktının obyektiv sübutu kimi qiymətləndirilməlidir və bu hallar iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli ******* saylı akt qanuni qüvvədə olan tənzimləyici normalara uyğun şəkildə tərtib edilməsini, habelə həmin aktlar üzrə hesablanmış 201,0 manat manat məbləğində maddi ziyanın əsaslı olduğunu təsdiqləyən sübutlar qismində çıxış edir. Bu əsaslarla məhkəmə həmin akt üzrə hesablanmış 201,0 manat məbləğində maddi ziyanın qanuni və əsaslı hesab olunduğunu müəyyən edir və iddianın bu hissəsinin təmin edilməsinə qənaətə gəlir. Bundan başqa məhkəmə iddia tələbinin debitor borc hissəsi il bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin təbii qazdan faktiki istifadəyə görə cavabdehin 912,31 manat debitor borcu ödənilməmiş qalmışdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublkasının Mülki Məcəlləsinin 5-ci, 6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80-cı, 88-ci, 101ci, 103-cü, 107-ci, 115-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh İddiaçı İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsi dair müddəaları görmək olar. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndikləri qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Göründüyü kimi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz /\əşçsayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:
Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. İddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsi mübahisələndirilərək iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Hazırkı işin faktiki hallarına əsasən, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ünvan 1 ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq müvəqqəti olaraq 10031********** nömrəli abonent kodu verilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, Təzə sahə ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 14851,54 manat borc hesablamışdır. 10031********** nömrəli abonentin saldosundan görünür ki, həmin kod Cavabdeh adına qeydə alınmış və sözügedən aktlar cavabdehin adına tərtib edilmişdir. Eyni zamanda Cavabdeh məxsus 10031********** sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı İstehsalat Birliyi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat məbləğində dəymiş ziyan hesablanmışdır.
24. Abonentə ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023- cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat sayğacdan kənar qaz xəttinə görə cərimə yazılsa da, sözügedən aktların ##.##.2022-ci il tarixdən sonrakı dövrdə tərtib edildiyini və istehlakçının məsuliyyətə cəlb edilmədiyini nəzərə aldıqda məhkəmə kollegiyası qeyd edir ki, sözügedən aktlar əsasında yazılmış cərimənin tutula bilinməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
25. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Bu halda, məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qanunsuz qoşulma ilə bağlı foto-şəkillərin bir çoxunda tarix qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdehin qəbul və imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən qazın talanması məqsədilə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı nəzərə alınmalı olan qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmamışdır. Həmçinin istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmalı idi. İddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış borc ağlabatan deyildir.
26. Belə ki, iddiaçı tərəfindən "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" ## ###### 2022-ci il tarixli, ***-VIQD nömrəli Qanunu qüvvəyə mindikdən sonra (##.##.2022-ci il) qanunsuz qoşulma halları ilə bağlı yuxarıda qeyd edilən aktlar qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, bu aktların bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Yalnız həmin orqanların qərarı olduqdan sonra iddiaçı həmin aktlara əsasən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilərdi. Lakin, iddiaçı Qanunun bu tələbini icra etməmiş və sənədləri məhkəməyə təqdim etməmişdir.
27. Halbuki qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ##.##.2022-ci il tarixdən sonra tərtib edilmiş aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissələrdə iddianı təmin etməmiş və belə olan halda da ekspertiza keçirilməsinə də zərurət qalmır.
28. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı İstehsalat Birliyinin özünə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı İstehsalat Birliyinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir