Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1014/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh cavabdeh1 və cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndəsi vəkil nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli rəydən görünür ki, İddiaçı təqdim etdiyi fotoşəkillərə əsasən, 09 sayda qızıl-zinət və 05 sayda cehiz əşyaların real bazar dəyəri 14440 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 borc olaraq verdiyi 58400 manatın və cavabdeh cavabdeh2 borc olaraq verdiyi 5000 manatın, 281 manat dövlət rüsumunun və xxxx üçün ödədiyi 150 manatın, cəmi 63831 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Gülnarənin yaşadığı ərazinin qaz çilingəri olduğu üçün onu əraziyə baxış keçirərkən tanımış və onun qaz puluna xeyli borcu olduğundan tez-tez onun ünvanına gedib pulu ödəməsini tələb etməli olduğuna görə aralarında yaxın münasibət yaranmışdı. Bu tanışlıqdan istifadə edən Gülnarə tanışı Elsevər adlı şəxsi həbsdən qurtarması üçün ondan borc olaraq pul istəmiş və bildirmişdir ki, Elsevər həbsdən çıxan kimi, yəni təxminən 8 aya ondan aldığı borcu qaytraracaqdır. O, onun səmimiliyinə inanıb, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel aynadək 25000 manat nəğd pulu (həmin puldan 5000 manatını 2021-ci ilin mart ayında Gülnarə onun yanında özünün bacısı qızı olan digər cavabdeh Türkana vermiş və bildirmişdi ki, Türkan Kürdəxanı türməsində olan dayısının yanına getməsi üçün ona 5000 manat pul lazımdır), 14000 manat bankdan aldığı kredit pulu, 3320 manat da az-az aldığı pul, 6640 manat kirayə pulu olmaqla, eləcə də ümumi dəyəri 11340 manat təşkil edən qızıl zinət əşyalarını, 3100 manat dəyərində cehiz əşyalarını satıb, cəmi 14440 manatı, ümumilikdə 63400 manat pulu ona vermiş. Həmin vaxt, o, cavabdeh1 ondan istədiyi məbləği düzəldə bilmədiyi üçün aşağıda adları qeyd edilən əmlakını satmış qizil-zinət əşyalari: 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl qolbağı, 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış nişan üzüyü, 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl boyunbağı, 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış dəst (üzük və sırğa), 1 dəst, Rusiya is-lı - 1900 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl üzük (firuzə qaşlı), 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış qızıl üzük (silikon ağ qaşlı), 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 10 qram qızıldan hazırlanmış üzük (sadə bənövşəyi rəngli), 1 ədəd, Rusiya is-lı - 950 manat; 583 əyyarlı, 14 qram qızıl dişlər (lom) Rusiya is-lı - 1190 manat; 583 əyyarlı, 30 qram qızıl əşyalar (lom) Rusiya is-lı - 2550 manat, cəmi 11340 manat. Cehiz əşyalari: çarpayı, 2 ədəd, Azərbaycan is-lı, biri 300 manatdan -600 manat; masa dəsti (1 ədəd masa və 6 ədəd stul) 1 dəst, Türkiyə is-lı - 1850 manat; yorğan, əl işi ilə hazırlanmış, 1 nəfərlik, 2 ədəd, Azərbaycan is-lı, biri 100 manatdan - 200 manat; puxov adyal, 1 ədəd, Türkiyə is-lı - 50 manat; döşək, 1 nəfərlik, 2 ədəd, Azərbaycan is-lı, biri 200 manatdan - 400 manat, cəmi: 3100 manat. Cavabdehlər bu günə kimi etibarından istifadə edib ondan aldıqları borc pulu qaytarmır, “bu günsabaha” salaraq ona aldadır və ona yalan vədlər verirlər. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh cavabdeh1 58400 manat və cavabdeh cavabdeh2 5000 manat pul alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 xxxx üçün ödənilmiş 150 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 281 manat pul müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Hazırkı iş üzrə iddiaçı qaytarılması şərtiylə cavabdehlərin mülkiyyətinə verdiyi pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı tələbinin sübutu qismində müvafiq rəy və dindirilməsi üçün şahidlərin siyahısını təqdim etmişdir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq lazımi qaydada məlumatlandırılmış cavabdehlər tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdirlər. Belə olan halda, iddia təmin edilməlidir.
6. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740 və 882.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o Gəncə şəhərində kirayədə məhrum anası Solmazla birlikdə yaşayarkən, qaz idarəsində çilingər işləyən iddiaçı İddiaçı tez-tez onların ünvana gəlmiş və aralarında yaxın münasibət yaranmışdır. Iddiaçı onların evdə çay içmiş, söz-söhbətlər etmişlər. Bir müddətdən sonra Şərqiyyə ona dedi ki, “tək qalıram, gedək bizdə qal və kirayə haqqı ödəməkdə lazım deyil”. O isə onunla razılaşaraq anası Solmazla birlikdə onun evinə köçmüş və təxminən onun evində 10-15 gün qalmışdır. Onun evində qalarkən Şərqiyyə dedi ki, “mən çox adama pensiya düzəltmişəm, gəl sənə də pensiya düzəldim”. Pensiya düzəltmək müqabilində ondan 5000 manat pul istəmişdir. Onunla razılaşmış və ona anası Solmazın pensiyasından yığılmış 2000 manatı ona vermışdır. Bir müddətdən sonra Şərqiyyə 3000 manatı istəmiş, lakin o hələ verə bilməyəcəyini bildirmişdir. Onlar Şərqiyyənin evində qalarkən bacısı qızı cavabdeh2 onlara gəlib-getməsinə Şərqiyyə narazılığını bildirdiyinə görə aralarında söz-söhbət olmuş və anası ilə birlikdə onun evindən çıxıb Göygöl rayonu, Yeni Qızılca kəndinə qardaşı Ilqarın evinə gedib orada qalmışdır. Yeni Qızılcada yaşayarkən o 3000 manat pulu düzəldə bilmədiyi üçün Şərqiyyədən 2000 manat pulun qaytarılmasını xahiş etmiş, lakin həmin vaxt Şərqiyyə dedi ki, “mənim qaytarmağa pulum yoxdur, mən həmin pulu başqa adama vermişəm, geri ala bilmərəm, əgər həmin pulu geri istəsən başın ağrıyar”. O dəfələrlə Şərqiyyəyə pensiya düzəltmək üçün verdiyi 2000 manat pulu qaytarmasını bildirsə də o, pulu qaytarmamış və ondan Polisə şikayətlər etməyə başlamışdır ki, guya o, ona 3000 manat borc vermiş, sonra dedi ki, guya 5000 manat vermiş, sonra isə 25000 manat verməsini bildirmişdir. Bununla bağlı o dəfələrlə Polisə çağırılıb izahatlar vermişdir ki, İddiaçı borca heç bir manat pul almamış,əksinə o, pensiya düzəlmək üçün ondan 2000 manat pul almış və qaytarmaq istəmədiyi üçün mənə şər və böhtan atır. Gəncə şəhər Baş Polis Idarəsində həmin işə xitam verilmişdir. Əvvəl işi Nicat adlı, sonra isə Murad adlı müstəntiqlər aparmışlar. Daşkəsən RIPŞ-nin icra məmurunun Inzibati xəta haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli Protokolundan və Daşkəsən rayon Məhkəməsi zamanı ona məlum olmuşdur ki, İddiaçı ona və bacısı qızı Türkana qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinə əsasən (hakim Xədicə Səfərli) İddiaçı iddia tələbi təmin edilərək cavabdeh cavabdeh1 58400 (əlli səkkiz min dörd yüz) manat və cavabdeh cavabdeh2 5000 (beş min) manat pulalınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Həmin qiyabi qətnaməni onlar ##.##.2025-ci il tarixdə məhkəmədən götürmüşlər. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, məhkəmə yalnız iddiaçının izahatına və öz mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, iddiaçı izahatında göstərir ki, güya hissə-hissə ona 58400 manat, bacısı qızı Türkana isə 5000 manat borc pul vermişdir. Qanunvericiliyin tələblərinə görə mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı onlara pulun verilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iddiaçı pulun borc kimi verilməsi barədə bizimlə hər hansı rəsmiləşdirilmə aparmamış, yazılı formada müqavilə bağlamamışdır, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəniəqd yazılı formada tərtib olunmamış və onlar onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Iddiaçı izahatında göstərir ki, guya o, tanışı Elsevər adlı şəxsi həbsdən qurtarması üçün ondan borc pul istəmiş, bacısı qızı Türkan isə guya Kürdəxanı Türməsində olan dayısının yanına getməsi üçün ona 5000 manat pul lazımdır. Nə onun Elsevər adlı tanışı var, nə də ki, Türkanın Elsevər adlı dayisı var. Bu ağ yalandır. Iddiaçı nə ona, nə də Türkana pul verməmişdir. Məhkəmə məhkəmə prosesində bizim iştirakımızı lazımi qaydada təmin etməmiş və bununlada çəkişmə prinsipini pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndəsi vəkil nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, o, “xxxx” ASC-də nəzarətçi vəzifəsində işləmiş və işi ilə əlaqədar cavabdehlərin qaz sayğacına nəzarət edəndə tanış olmuşlar. Təxmini 2021-ci ilin sentyabr ayından cavabdehi tanıyır. Cavabdeh cavabdeh1 ona heç kiminin olmadığını bildirmiş, o isə onunla birlikdə yaşamasını təklif etmişdir. Bir müddət Gülharə Yusifovadan xəbər çıxmadıqda onunla əlaqə salxamış və cvabdeh isə ona atasının xalası ilə gələcəyini bildirmişdir. Atasının xalası deyə təqdim etdiyi şəxs anası imiş. Onlar bir müddət onunla yaşayandan sonra digər cavabdeh olan cavabdeh2 gəlmiş və onlarla yaşamağa başlamışdır. Daha sonra isə aralarında narazılıqlar başlamışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, cavabdeh cavabdeh1 ona Natiq Əfəndiyevin qızı olmasını, hazırda yaşamağa yerinin olamdığını bildirdiyindən onu özü ilə yaşamağı təklif etmişdir. O, Natiq Əfəndiyevi tanımır sadəcə adını eşitmişdir. O cavabdehdən heç bir sənəd tələb etməmişdir. Cavabdeh cavabdeh1 ona Şəmkir rayounun 300 baş mal-qarasının olduğunu, həmin malqaranı satıb onun borcunu qaytaracağını bildirmişdir. O heç vaxt cavabdehə məxsus malqaranı görməmişdir. Onun aylqı əmək haqqı 600 manat təşkil edir, onun öz pulu yoxdur, borca verdiyi pulu o bacısında almışdır. Cavabdeh Gülnar ondan əl çəkmədiyi üçün ona borc pul tapıb vermişdir. Pulu verərkən heç bir sənədə imza etdirməmiş, yanlarında da şahid kimi heç kim olmamışdır. Yalnız bacısı şahiddir ki, o da, pulu ondan almışdır. O, cavabdehlərə həmin pulu hissə-hissə vermişdir. Sədrlik edəninin əgər ilk dəfə borc veridiyin pulu qaytarmamışdırsa bəs niyə yenidən ona borc pul verirdin sualına isə insandı əl çəkmirdi deyə cavab vermişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: (## ###### 2023-cü il tarixədək olan redaksiyada)
13. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. 739.2 maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
26. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
34. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, “borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”.
40. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
41. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
42. Belə olan halda hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, tanışı olan cavabdehlərə borc pul vermiş olduğuna dair ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf də öz növbəsində iddiaçının borc pul vermədiyini, iddia ərizəsində göstərilənlərin uydurma olduğunu bildirmişdir.
43. Kollegiya qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
44. Lakin, iddiaçı istinad etdiyi halları təsdiqləyəcək heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı pulu verərkən heç bir sənədə imza etdirmədiyini, pulu verən zaman yanlarında da, şahid kimi heç kim olmadığını, bildirdimişdir. Sədrlik edəninin əgər ilk dəfə borc veridiyin pulu qaytarmamışdırsa bəs niyə yenidən ona borc pul verirdin sualına isə insandı əl çəkmirdi deyə verdiyini bildirmişdir.
45. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
46. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
49. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Göründüyü kimi, iddiaçı cavabdehlərə pul verilməsini təsdiqləyəcək hər hansı sübut təqdim etməmiş və birinci instansiya məhkəməsi idda tələbi təsdiqini tapmadığı halda iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 borc olaraq verdiyi 58400 manat və cavabdeh cavabdeh2 borc olaraq verdiyi 5000 manat, 281 manat dövlət rüsumunun və xxxx üçün ödədiyi 150 manatın, cəmi 63831 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.