Məhkəmə qərarları › İş №2(3-7)-1091/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1091/2026

13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1091/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 42900 manat məbləğində pulun və 218.7 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 42255 (qırx iki min iki yüz əlli beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 (iki yüz on altı) manat 76 (yetmiş altı) qəpik pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın qismən təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, *(***)-****/**** saylı mülki iş üzrə ## ###### 2025-ci il tarixdə qətnamə çıxarılmışdır. Bildirmək istəyir ki, o, həmin qətnamənin rəsmi surətini bu günə qədər kağız daşıyıcıda almamışdır. "Elektron məhkəmə" informasiya sistemində kabinetinin olması və sistemin işləmə qaydaları barədə heç bir anlayışı olmamışdır. Yalnız müddətlər keçdikdən sonra hüquqşünasların köməyindən istifadə etdikdən və ona ətraflı izah olunandan sonra öyrənmişdir ki, onun adına elektron kabinet yaradılıb və qərar ora yerləşdirilib. Lakin, texniki bilikləri olmadığı üçün bu sistemdən istifadə edərək qərarla vaxtında tanış olmaq imkanı olmamışdır. Bununla yanaşı, hüquqşünasların köməyi ilə elektron sistemdəki məlumatları araşdırarkən məlum olmuşdur ki, məhkəmə tərəfindən qətnamənin fiziki surəti tamamilə səhv ünvana — Gəncə şəhəri, Ə.Cəmil küçəsi, ev 161 ünvanına göndərilmişdir. Onun faktiki və qeydiyyatda olduğu ünvan Gəncə şəhəri, Əhməd Cəmil küçəsi, ev 109-dur. Qətnamənin onun yaşamadığı ünvana göndərilməsi və elektron sistemdən istifadə bacarığının olmaması səbəbindən qanunla müəyyən edilmiş 1 aylıq apellyasiya şikayəti vermə müddəti ondan asılı olmayan üzrlü səbəblərdən ötürülmüşdür. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, məhkəmə tərəfindən buraxılmış müddətin üzrlü sayılmasının əsas səbəbi tərəfin sənədlərdən vaxtında xəbərdar olmaması və texniki maneələrdir. Məhkəmənin ünvanı səhv qeyd etməsi onun konstitusion apellyasiya hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə cavabdeh Cavabdeh ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh Cavabdeh məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin kağız daşıyıcıdakı surəti ona vaxtında təqdim edilməmişdir. İş materiallarından da görünür ki, qətnamə onun faktiki yaşadığı və qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana göndərilmişdir. Bu səbəbdən o, qətnamənin tam məzmunu ilə vaxtında tanış olmaq imkanından məhrum olmuşdur. Bundan əlavə, onun "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə qaydaları barədə məlumatı və texniki bilikləri olmamışdır. Elektron kabinetdə sənədin yerləşdirilməsi onun həmin sənədlə faktiki tanış olduğunu və ya onun məzmunundan xəbərdar olduğunu birmənalı şəkildə təsdiq etmir. Məhkəmə tərəfindən müəyyən edilmiş və onun qəbul etdiyi hallardan biri də odur ki, o, ## ###### 2026-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuşdur. Lakin məhkəmə həmin tarixdə ona qətnamənin tam məzmununun təqdim olunub-olunmadığını, qətnamə ilə hansı həcmdə və qaydada tanış olduğunu araşdırmamışdır. Məhkəmə həmçinin qətnamənin hansı ünvana göndərildiyini, həmin ünvanın onun faktiki yaşayış və qeydiyyat ünvanı olub-olmadığını, eləcə də elektron kabinetdə yerləşdirilmiş sənəd barədə ona qanunvericiliyin tələblərinə uyğun bildiriş verilib-verilmədiyini tam və hərtərəfli araşdırmamışdır. Hesab etmişdir ki, qeyd olunan hallar işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Çünki prosessual müddətin buraxılmasının üzrlü olub-olmaması məhz onun qətnamədən hansı tarixdə və hansı qaydada xəbərdar olmağından asılıdır. Bu səbəbdən hesab etmişdir ki, iş üzrə bütün əhəmiyyətli faktiki hallar tam araşdırılmadığından, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə Cavabdeh məxsus elektron kabinetdə yerləşdirilmiş, yəni məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada çatdırılmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə qəbul edilmiş qətnamənin icrası ilə bağlı Cavabdeh ## ###### 2026-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və həmin qətnamədən məlumatlı olmuşdur. Məhkəmədə cavabdeh Cavabdeh işin bu halını təkzib etməmişdir. Cavabdeh Cavabdeh qətnamədən şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə yalnız ##.##.2026-cı il tarixdə vermişdir. Şikayətə prosessual müddətin bərpasına dair ərizə əlavə etsə də, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(125)- ****/**** nömrəli qətnaməsini rəsmi qaydada aldıqdan sonra qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddətin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən sübutları prosessual müddətin bərpasına dair ərizəsinə əlavə etməmiş, prosessual müddətin üzürlü səbəblərdən ötürüldüyü barədə əsaslı dəlil göstərməmişdir. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdehin qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hal mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi cavabdehin öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də madd hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli, S.Teymurovanın şikayəti üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsassız şəkildə yenidən baxılması və buraxılmış prosessual müddətin bərpası hüquqi sabitlik prinsipinə və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərinə müraciət etməyi də lazım bilir. Belə ki, Ponomaryov Ukraynaya qarşı 2008-ci il tarixli qərarında AİHM qeyd etmişdir ki, müddətlərin bərpası tərəflər arasında balansı pozmamalı və qarşı tərəfin artıq formalaşmış hüquqi gözləntilərinə xələl gətirməməlidir. Brumarescu Rumıniyaya qarşı 1999-cu il tarixli qərarında AİHM bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız müstəsna hallarda, ciddi və əsaslandırılmış səbəblər olduqda yenidən baxıla bilər. Sonuncu qərar məhkəmə qərarlarının sabitliyi (legal certainty) doktrinasının əsas presedentidir və AİHM bu qəbildən olan işlərdəki pozuntulara ədalətli məhkəmə araşdırmasının pozulması kimi 6-cı maddə konktekstindən yanaşır. Kollegiya hesab edir ki, şikayət vermə müddətinin cavabdeh tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut şikayətə əlavə olunmamışdır. Bununlada, cavabdeh tərəf qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra şikayət verilmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 268.1, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından cavabdeh X5 nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar