Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1096/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçılar İbrahimova Reyhan Pənah qızının və İbrahimov Anar Rəşid oğlunun iştirakı ilə, İddiaçılar İbrahimova Reyhan Pənah qızının, İbrahimov Anar Rəşid oğlunun cavabdehlər Latıpova İnobat Atayevna, İbrahimov Rəşad Rəhbər oğluna qarşı “pul” tələbinə dair mülki iş Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Latıpova İnobat Atayevna tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, R X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən vətəndaş İbrahimova Reyhan Pənah qızının ##.##.2025-ci il tarixdə müraciəti əsasında Bərdə RPŞ-nin TB-da toplanmış HK*/**** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İbrahimova Reyhan Pənah qızı izahatında göstərmişdir ki, Rəşad İbrahimovu təxminən 5 ildir ki, tanıyır. O, əvvəllər usta işləmişdir. O, Rəşadı usta vaxtından tanıyır. ##.##.2025-ci il tarixdə Rəşad arvadı İnobat ilə birlikdə onun evinə gəlmiş, həmin vaxt ona demişdir ki, gözünü əməliyyat etdirmək üçün ona pul lazımdır. O, ona demişdir ki, buna görə qızıllarını satmaq istəyir. O, Rəşada 70 qram qızılı olduğunu və ona 8-9 min manat pul lazım olduğunu demişdir. Rəşad həmin qızılı özünün götürməsini və pulu yaxın günlərdə verəcəyini demişdir. O, onunla 1 qram qızıl 135 manat olmaqla 70 qram qızıli nisiyə vermişdir. Bundan sonra Rəşad ona 9450 manat borclu qalmış və 1700 manat borcundan vermişdir. Daha sonra isə hissə-hissə verdikdən sonra cəmi 5600 manat borclu qalmışdır. Təxminən 10 gün sonra o, yenidən 16 qram qızılı 1 qramı 150 manat olmaqla ondan almış və pulunu verəcəyini demişdir. O, 16 qram qızıl üçün 2550 manat pul verməli olmuşdur, lakin bundan sonra Rəşad ona olan borcunu verməmişdir. O, ondan pulu istədikdə Rəşad müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Həmçinin ondan pulunu istədikdə o, oğlunu həbs etdirməklə hədələmişdir. Həmin qızılları Rəşada nisiyə satmış, o, pulun bir hissəsini vermiş, qalan hissəsini isə borclu qalmışdır.hazırda Rəşad və arvadı İnobatın ona 5600 manat və 2451 manat cəmi 8051 manat borcu qalmışdır. Həmin qızılları İnobatın özünə vermişdir.
2. İbrahimov Anar Rəşid oğlu izahatında göstərmişdir ki, Rəşad İbrahimovu təxminən 5 ildir ki, tanıyır. Rəşad əvvəllər anasından nisyə qızıl almış və lakin daha sonra pulunu vermişdir. ##.##.2025-ci il tarixdə Rəşad arvadı İnobat ilə birlikdə onun evinə gəlmişdir. Anası həmin vaxt ona dedişdir ki, gözünü əməliyyat etdirmək üçün pul lazımdır. Anası buna görə qızıllarını satmaq istədiyini demişdir. anası ona 70 qram qızılı olduğunu və 8-9 min manat pul lazım olduğunu demişdir. Rəşad həmin qızılı özünün alacağını və pulu yaxın günlərdə verəcəyini demişdir. anası onunla 1 qram qızıl 135 manat olmaqla 70 qram qızılı nisiyə vermişdir. bundan sonra onun 9450 manat borclu qalmış və 1700 manat borcundan vermişdir. daha sonra isə hissə-hissə verdikdən sonra cəmi 5600 manat borclu qalmışdır. təxminən 10 gün sonra o, yenidən 16 qram qızılı 1 qramı 150 manat olmaqla nisiyə almış və pulunu verəcəyini demişdir. o, 16 qram qızıl üçün 2550 manat pul verməli olmuşdur. lakin bundan sonra o, anasına olan borcunu verməmişdir. anası ondan pulu istədikdə o, müxtəlif bəhanələr gətirərək onların pulunu verməmişdir. həmçinin ondan pulu istədikdə Rəşad onu həbs etdirməklə hədələmişdir.
3. Latıpova İnobat Atayevna izahatında göstərmişdir ki, o, 10 ildir ki, Azərbaycan Respublikasında yaşayır. İbrahimov Rəşad Rəhbər oğlu ilə təxminən 18 ildir ki, ailəlilidr. Onlar təxminən 10 il bundan əvvəl Bərdə rayon Lək kəndində köçmüş və orada yaşayır. Onların birgə nigakdan 2 övladı vardır. İbrahimova Reyhan Pənah qızını əvvəllər tanımışdır. Onun yazmış olduğu şikayətlə tanış olmuşdur. O, Reyhanın bildirmiş olduğu qızılları ondan yox, onun oğlu Anardan almışdır. O, Anardan əvvəllər dəfələrlə qızıl alıb satmışdır, lakin hər dəfə ondan qızılları nağd almışdır. Sonuncu dəfə 2025-ci ilin avqust ayında Anar satmaq üçün 54 qram qızılı olduğunu demişdir. O, Anara həmin qızılı ona verməsini, qızılları satdiqca onun pulunu 1 aya kimi qaytaracağını demişdir. Həmin vaxt o, Anardan qızılları götürmüşdür. O, Anara pulun bir hissəsini vermişdir. Həmin alış-verişdən ona 5600 manat borcu qalmışdır. ##.##.2025-ci il tarixdə isə Anarla danışmış, Anar ona 16 qram qızıl olduğunu demişdir. O, onunla yenidən pulunu 1 aya verməklə nisiyə almağa razılaşmışdır. Bundan sonra o, Anarın evinə getmiş və anası Reyhandan 16.34 qram qızıl almışdır. O, həmin vaxt onunla qızılın 1 qramını 160 manata almağa razılaşmış və ona 2614 manat borclu qalmışdır. Onun hazırda Anara 5600 manat və 2614 manat cəmi 8214 manat borcu vardır. O, ondan almış olduğu qızılları həmçinin başqa şəxslərə nisiyə satmışdır. Həmin qızılların pulunu aldıqda Anara olan borcunu qaytaracaqdır.
4. Araşdırma zaman izahatı alınan İbrahimov Rəşad Rəhbər oğlu vermiş olduğu izahatda arvadı Latipova İnobat Atayevnanın izahatına oxşar məzmunlu izahat vermişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İbrahimova Reyhan Pənah qızının, İbrahimov Anar Rəşid oğlunun cavabdehlər Latıpova İnobat Atayevna, İbrahimov Rəşad Rəhbər oğluna qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Latıpova İnobat Atayevnanı 5 ildir ki, tanıyır. Rəşad İbrahimov isə onun həyat yoldaşıdır. Onlarla təxminən 5 ildir ki, tanışlığı var. ##.##.2025-ci il tarixdə cavabdeh İnobat Latipova həyat yoldaşı ilə birlikdə iddiaçının evinə qonaq gəlmişdir. Söhbət əsnasında iddiaçı bildirmişdir ki, gözlərini əməliyyat etdirmək istəyir, ona pul lazımdır. Buna görə də, qızıllarını satmaq istəyir. Cavabdeh İnobat Latıpova iddiaçıya bildirmişdir ki, qoy həmin qızılı o götürsün, satsın, pulunu yaxın günlərdə verəcək. 2 dəfəyə olmaqla iddiaçı ümumilikdə 70 qram qızılı cavabdehə satması üçün vermişdir. İlk dəfə 54 qram qızılı qramı 135 manatdan, ikinci dəfə isə 16,34 qram qızılı qramı 160 manatdan vermişdir. Götürdüyü qızılların pulunun bir hissəsini ödəsə də, qalan 8214 manat pulu yubatmaqla verməmişdir. İddiaçı dəfələrlə cavabdehdən qızılların pulunu tələb eləsə də, müxtəlif bəhanələr gətirməklə iddiaçıya olan borcu ödəməmişdir. İddiaçı dəfələrlə bildirmişdir ki, onun gözünün əməliyyatı üçün pul lazımdır, qızılları da bunun üçün satmışdır. Amma cavabdeh hər dəfə qızılları satdıqları adamların pulu vermədiyini bildirərək pulu verməkdən yayınmışdır. Cavabdeh İnobat Latipova iddiaçı pulu istədikcə əvvəlcə şirin dillə, daha sonra isə əsəbi bir üslubla iddiaçıya cavablar verir və pulu qaytarmırdı. Oğlu Anar İbrahimov bir gün onun iddiaçıya verdiyi qızılları taxdığını görəndə ona yaxınlaşıb sakit bir dillə qızılları ya da pulunu geri verməsini istəmişdir. Lakin cavabdeh İnobat Latıpova nə qızılı, nə də pulu verməmiş, üstəlik onu həbs etdirməklə hədələmişdir. Bundan sonra cavabdeh İnobat Latıpova iddiaçıya əsəbi üslubla səs ataraq onu narahat etməməyini tapşırmış, pulu olanda iddiaçının pulunu verəcəyini bildirmiş,qıraqdan həyat yoldaşı Rəşad İbrahimov iddiaçının ünvanına təhqiramiz ifadələr səsləndirmişdir. İddiaçının cavabdehə qızıl verməyi və pulunu tam ödəməməsi barədə Whatsapp sosial şəbəkəsində cavabdehlə arasında yazışmalar və səs yazıları mövcuddur. Həmin faylları maddi sübut kimi şəkil formatında məhkəməyə təqdim etdiyi fayllara əlavə etmişdir. İddiaçı cavabdehin pulunu qaytarmaq fikri olmadığını gördükdə ##.##.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polis şöbəsində cavabdehi çağırıb izahatlarını aldılar. İzahat verərkən cavabdeh Latipova İnobat Atayevna mənə 8214 manat dəyərində qızıl borclu olduğunu etiraf etmiş və tezliklə geri qaytaracağını bildirmişdir. Bundan sonra iddiaçıya polis şöbəsindən məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh Latıpova İnobat daha əvvəlcə borcu qaytaracağını bildirməsinə baxmayaraq daha sonra bu sözünü də yerinə yetirməmişdir. İddiaçı həmin qızılları min bir zülmlə əziyyət çəkərək qazanıb almışdır. Sağlamlığı üçün vacib olmasaydı, iddiaçı o qızılları satmaq istəməzdi. Bu gün də iddiaçının gözləri hələ də çox zəifdir və ağrıyır, işləyə bilmir. Cavabdeh bunu bildiyi halda iddiaçıya qarşı dələduzluq əməli törətməkdən çəkinməmişdir. Cavabdeh Latıpova İnobat və İbrahimov Rəşad Rəhbər oğlu iddiaçıya qarşı dələduzluq əməli törtəməyə davam etdiyi üçün iddiaçı məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Latipova İnobat Atayevnadan və İbrahimov Rəşad Rəhbər oğlundan dələduzluq yolu ilə ələ keçirdiyi 70 qram olmaqla qızılların və ya onların dəyəri olan 8214 (səkkiz min iki yüz on dörd) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim L.Hüseynquliyeva) iddianın təmin edilməsi, cavabdehlər Latıpova İnobat Atayevnadan, İbrahimov Rəşad Rəhbər oğlundan 8214 (səkkiz min iki yüz on dörd) manat məbləğində pulun tutularaq müştərək qaydada iddiaçılar İbrahimova Reyhan Pənah qızına və İbrahimov Anar Rəşid oğluna ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə 8214 manat məbləğində çəkisi 70 qram olan qızılları verməsi işin mübahisəsiz halıdır. Bu fakt ##.##.2025ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərarda öz əksini tapmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Latıpova İnobat Atayevna, İbrahimov Rəşad Rəhbər oğlundan müştərək qaydada 8214 (səkkiz min iki yüz on dörd) manat məbləğində pul iddiaçılar İbrahimova Reyhan Pənah qızına və İbrahimov Anar Rəşid oğluna ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425, 447 və 448-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 76, 77.1 və 217-ci maddələrinə istinad etmişdir.
10. Həmin qətnamədən cavabdeh Latıpova İnobat Atayevna məhkəməyə prosessual müddətin bərpasina dair ərizə və qətnamədən apellyasiya şikayəti verərək apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilərək mülki işin Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən narazı olduğu üçün apellyasiya şikayəti vermişdir, lakin apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən buraxmışdır. Belə ki, həmin müddət ərzində elektron məhkəmə sistemi işləməmiş, həmçinin xarici vətəndaş olduğu üçün dövlət rüsumu ödəyə bilməmişdir. Bunun üçün də rüsum ödənilməsi üçün vəkil Xanım İsayevaya etibarnamə vermişdir. Apellyasiya şikayəti verilməsi üçün müddəti bərpa etməklə, *(*-***)-***/**** saylı mülki işin Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim L.Hüseynquliyeva) ərizə təmin edilmiş, Bərdə Rаyоn Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Latıpova İnobat Atayevnanın apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət ötürülməmiş hesab edilmiş, apellyasiya şikayəti uyğun hesab edilmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
12. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Latıpova İnobat Atayevna apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə bildirmək istəyir ki, Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. O, həmin qətnamə ilə razı deyil və hesab edir ki, məhkəmə iş üzrə faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmadan, işdə olan sübutlara düzgün hüquqi qiymət vermədən və maddi hüquq normalarını düzgün tətbiq etmədən qətnamə qəbul etmişdir. O, məhkəmə iclasında da izahat vermişdir ki, təxminən 10 ildir Azərbaycan Respublikasında yaşayır, təxminən 18 ildir İbrahimov Rəşad Rəhbər oğlu ilə ailə münasibətlərindədir və son 10 ilə yaxındır ki, Bərdə rayonunun Lək kəndində yaşayır. İddiaçı İbrahimov Anar Rəşid oğlu ilə uzun müddətdir qızıl alqı-satqısı münasibətləri olmuş, əvvəllər dəfələrlə ondan qızıl alaraq satmış və hər dəfə də həmin qızılların dəyərini tam şəkildə ödəmişdir. Tərəflər arasında yaranmış münasibətlər mülki-hüquqi xarakter daşıyan adi alqısatqı münasibətləri olmuş və bu münasibətlər zamanı hər hansı mübahisə və ya narazılıq baş verməmişdir. 2025-ci ilin avqust ayında İbrahimov Anar Rəşid oğlu ona satmaq üçün təxminən 54 qram qızılı olduğunu bildirmiş, o, isə həmin qızılları satdıqca pulunu qaytaracağını demişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən qızılları qəbul etmiş və sonradan həmin məbləğin müəyyən hissəsini ödəmişdir. Həmin alış-verişdən onun 5600 manat borcu qalmışdır. Daha sonra ## ###### 2025-ci il tarixdə Anar İbrahimov ona yenidən qızıl satmaq istədiyini bildirmiş və o, onunla qızılların pulunu sonradan ödəmək şərti ilə razılığa gəlmişdir. Bundan sonra onun yaşadığı evə getmiş və anası Reyhan İbrahimovadan 16,34 qram qızıl qəbul etmişdir. Həmin vaxt tərəflər arasında qızılın bir qramının 160 manata alınması barədə razılıq əldə edilmiş və nəticədə onun üzərimdə 2614 manat məbləğində öhdəlik yaranmışdır. Beləliklə, onun iddiaçılar qarşısında ümumilikdə 8214 manat məbləğində mülki-hüquqi xarakterli öhdəliyi formalaşmışdır. Hazırkı iş üzrə isə İbrahimov Rəşad Rəhbər oğlunun iddiaçılar qarşısında hər hansı öhdəlik götürdüyünü və ya həmin öhdəliyə görə məsuliyyət daşımalı olduğunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərin xarakterini, öhdəliyin hansı şəraitdə və hansı əsaslarla yarandığını, ödənişin sonradan həyata keçirilməsi barədə tərəflər arasında əldə edilmiş razılığı və ən əsası digər cavabdeh İbrahimov Rəşad Rəhbər oğlunun bu hüquq münasibətlərində iştirak edibetmədiyini tam araşdırmamışdır. İş materiallarından da görünür ki, qızılların alınması ilə bağlı bütün danışıqlar onunla İbrahimov Anar Rəşid oğlu arasında aparılmış, qızıllar şəxsən ona verilmiş, ödəniş öhdəliyi də yalnız onun tərəfindən qəbul edilmişdir. İbrahimov Rəşad Rəhbər oğlu nə qızılların alınması zamanı iştirak etmiş, nə hər hansı öhdəlik götürmüş, nə də tərəflər arasında bağlanmış razılaşmanın iştirakçısı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iş üzrə müəyyən edilmiş hallar yalnız onunla iddiaçılar arasında alqı-satqı münasibətlərinin mövcud olduğunu göstərir. Bu səbəbdən İbrahimov Rəşad Rəhbər oğlunun onunla birlikdə müştərək qaydada məsuliyyət daşıması barədə nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya icraatını tənzimləyən müddəalarını rəhbər tutaraq, Bərdə rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini istəyir. Məhkəmə qətnaməsində İbrahimov Rəşad Rəhbər oğlunun müştərək məsuliyyət daşımasının hüquqi əsaslarını göstərməmiş, bu nəticəyə gəlməsinə səbəb olan sübutları ətraflı təhlil etməmiş və həmin hissədə qətnaməni kifayət qədər əsaslandırmamışdır.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İbrahimova Reyhan Pənah qızı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdehlərə 1 il 1 aydır ki qızılı vermişdir. Öz evlərində qızılları vermişdir. Səs yazısı və imzalar vardır. Bir iki günə 8200 manat qaytarmalı idi. Lakin heçnə qaytarmadı. Qızıllar onun olmuşdur. Rəşadı tanıyır. Qızılları cavabdehlərin hər ikisinə satmışlar. Hazırda VÖEN bağlatmışlar.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İbrahimov Anar Rəşid oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdehlər ər-arvaddırlar. Onlara cavabdehlər bir yerdə gəlmişlər. Rəşadı onlar tanıyırlar. Əvvəllər Rəşad ilə daha çox qızıl alveri etmişlər.
17. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh Latıpova İnobat Atayevna tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Latıpova İnobat Atayevnaya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
40. İşə baxan birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə 8214 manat məbləğində çəkisi 70 qram olan qızılları verməsi işin mübahisəsiz halıdır. Bu fakt ##.##.2025-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərarda öz əksini tapmışdır.
41. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qərarda Latıpova İnobat Atayevna izahatında göstərmişdir ki, o, 10 ildir ki, Azərbaycan Respublikasında yaşayır. İbrahimov Rəşad Rəhbər oğlu ilə təxminən 18 ildir ki, ailəlilidr. Onlar təxminən 10 il bundan əvvəl Bərdə rayon Lək kəndində köçmüş və orada yaşayır. Onların birgə nigakdan 2 övladı vardır. İbrahimova Reyhan Pənah qızını əvvəllər tanımışdır. Onun yazmış olduğu şikayətlə tanış olmuşdur. O, Reyhanın bildirmiş olduğu qızılları ondan yox, onun oğlu Anardan almışdır. O, Anardan əvvəllər dəfələrlə qızıl alıb satmışdır, lakin hər dəfə ondan qızılları nağd almışdır. Sonuncu dəfə 2025-ci ilin avqust ayında Anar satmaq üçün 54 qram qızılı olduğunu demişdir. O, Anara həmin qızılı ona verməsini, qızılları satdiqca onun pulunu 1 aya kimi qaytaracağını demişdir. Həmin vaxt o, Anardan qızılları götürmüşdür. O, Anara pulun bir hissəsini vermişdir. Həmin alış-verişdən ona 5600 manat borcu qalmışdır. ##.##.2025-ci il tarixdə isə Anarla danışmış, Anar ona 16 qram qızıl olduğunu demişdir. O, onunla yenidən pulunu 1 aya verməklə nisyə almağa razılaşmışdır. Bundan sonra o, Anarın evinə getmiş və anası Reyhandan 16.34 qram qızıl almışdır. O, həmin vaxt onunla qızılın 1 qramını 160 manata almağa razılaşmış və ona 2614 manat borclu qalmışdır. Onun hazırda Anara 5600 manat və 2614 manat cəmi 8214 manat borcu vardır. O, ondan almış olduğu qızılları həmçinin başqa şəxslərə nisiyə satmışdır. Həmin qızılların pulunu aldıqda Anara olan borcunu qaytaracaqdır.
42. İnobat Latıpova verdiyi apellyasiya şikayətində də həmin izahatını təkrarlayaraq göstərmişdir ki, təxminən 10 ildir Azərbaycan Respublikasında yaşayır, təxminən 18 ildir İbrahimov Rəşad Rəhbər oğlu ilə ailə münasibətlərindədir və son 10 ilə yaxındır ki, Bərdə rayonunun Lək kəndində yaşayır. İddiaçı İbrahimov Anar Rəşid oğlu ilə uzun müddətdir qızıl alqı-satqısı münasibətləri olmuş, əvvəllər dəfələrlə ondan qızıl alaraq satmış və hər dəfə də həmin qızılların dəyərini tam şəkildə ödəmişdir. Tərəflər arasında yaranmış münasibətlər mülki-hüquqi xarakter daşıyan adi alqı-satqı münasibətləri olmuş və bu münasibətlər zamanı hər hansı mübahisə və ya narazılıq baş verməmişdir. 2025-ci ilin avqust ayında İbrahimov Anar Rəşid oğlu ona satmaq üçün təxminən 54 qram qızılı olduğunu bildirmiş, o, isə həmin qızılları satdıqca pulunu qaytaracağını demişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən qızılları qəbul etmiş və sonradan həmin məbləğin müəyyən hissəsini ödəmişdir. Həmin alış-verişdən onun 5600 manat borcu qalmışdır. Daha sonra ## ###### 2025-ci il tarixdə Anar İbrahimov ona yenidən qızıl satmaq istədiyini bildirmiş və o, onunla qızılların pulunu sonradan ödəmək şərti ilə razılığa gəlmişdir. Bundan sonra onun yaşadığı evə getmiş və anası Reyhan İbrahimovadan 16,34 qram qızıl qəbul etmişdir. Həmin vaxt tərəflər arasında qızılın bir qramının 160 manata alınması barədə razılıq əldə edilmiş və nəticədə onun üzərimdə 2614 manat məbləğində öhdəlik yaranmışdır. Beləliklə, onun iddiaçılar qarşısında ümumilikdə 8214 manat məbləğində mülki-hüquqi xarakterli öhdəliyi formalaşmışdır.
43. Həmçinin, şikayətdə İnobat Latıpova qeyd etmişdir ki, qızılların alınması ilə bağlı bütün danışıqlar onunla İbrahimov Anar Rəşid oğlu arasında aparılmış, qızıllar şəxsən ona verilmiş, ödəniş öhdəliyi də yalnız onun tərəfindən qəbul edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatları ilə iddia tələbində iddiaçının göstərdiyi dəlillərin üst-üstə düşməsi müəyyən edilmişdir. Bu isə iddia tələbində göstərilən halların həqiqiliyi sübut edir və iddianın əsaslı olmasını təsdiq edir. İşə baxan məhkəmə qanuni və əsaslı iddia tələbini təmin etməklə, düzgün və haqlı nəticəyə gəlmişdir.
46. Apellyasiya şikayətində İnobat Latıpova digər cavabdeh İbrahimov Rəşad Rəhbər oğlunun iddiaçılar qarşısında hər hansı öhdəlik götürmədiyini və ya həmin öhdəliyə görə məsuliyyət daşımalı olmadığını qeyd etmişdir. Digər cavabdeh İbrahimov Rəşad Rəhbər oğlunun hazırki hüquq münasibətlərində iştirak edib-etmədiyini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Anar İbrahimov məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdehlər ər-arvaddırlar. Onlara cavabdehlər bir yerdə gəlmişlər. Rəşadı onlar tanıyırlar. Əvvəllər Rəşad ilə daha çox qızıl alveri etmişlər. Digər iddiaçı Reyhan İbrahimova izahatında göstərmişdir ki, Rəşadı tanıyır. Qızılları cavabdehlərin hər ikisinə satmışlar. Bərdə RPŞ-nin Təhqiqat bölməsinin araşdırması nəticəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, HK-*/**** saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zaman izahatı alınan İbrahimov Rəşad Rəhbər oğlu vermiş olduğu izahatda arvadı Latipova İnobat Atayevnanın izahatına oxşar məzmunlu izahat vermişdir. İş materiallarından da görünür ki, qızılların alınması ilə bağlı danışıqlar yalnız İnobat Latipova ilə İbrahimov Anar Rəşid oğlu arasında deyil, məhz iddiaçı Reyhan İbrahimova və cavabdeh Rəşad İbrahimovunda iştirakı ilə olmuş, qızılların alış-verişində onlar da iştirak etmişdir. Bunun nəticəsində ödəniş öhdəliyi cavabdeh Rəşad İbrahimov tərəfindən də qəbul edilmişdir. İbrahimov Rəşad Rəhbər oğlu qızılların alınması zamanı iştirak etmiş, tərəflər arasında bağlanmış razılaşmanın iştirakçısı olmuşdur. İş üzrə müəyyən edilmiş hallar cavabdehlərlə iddiaçılar arasında alqı-satqı münasibətlərinin əvvəllərdə mövcud olduğunu göstərmişdir.
47. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, sübutlara düzgün hüquqi qiymət verməməsi və ya maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halları aşkar edilməmişdir.
48. Məhkəmə kollegiyası izah edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri).
49. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Latıpova İnobat Atayevna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Latıpova İnobat Atayevnaya münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.