Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1098/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu cavabdeh1 və cavabdeh2 İntizam oğlundan ## ####### 2015- ci il tarixli, SHRNO-****_RES saylı kredit müqaviləsi üzrə kreditə görə 1450 (bir min dörd yüz əlli) ABŞ dolları, faiz borcuna görə 209 (iki yüz doqquz) Abş dolları, dəbbə borcuna görə 15 (on beş) ABŞ dolları, faiz borcuna görə cəmi 1674 (bir min altı yüz yetimiş dörd) ABŞ dolları, həmçinin ödənilmiş 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumunun kreditor İddiaçı ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı ilə (hakim Zaman İmanov) iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 və Məcidli Müşfiq İntizam oğluna qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadından apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv olunması, mülki iş üzrə icraatın təzələnməsi və mülki işin baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq şikayəti 7 (yeddi) gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarımışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ##.##.2026-cı ildə tarixdə şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı ləğv olunması, iddianın baxılmamış saxlanılmasına dair ##.##.2019-cu il arixli qərardadının ləğv edilməsi, mülki iş üzrə icraatın təzələnməsi və mülki işin baxışa təyin edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmiş, həmçinin Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli və ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadlarından şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şəmkir Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən ##.##.2019-cu il tarixli və ##.##.2025-ci il tarixli, 2(076)- 1569/2019 qərardadlarından apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. İddiaçı İddiaçı ASC məhkəməyə şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv olunmasını, iddianın baxılmamış saxlanmasına dair ##.##.2019-cu il tarixli qərardadının ləğv edilməsini, mülki iş üzrə icraatın təzələnməsi və mülki işin baxışa təyin edilməsi barədə müvafiq qərardad qəbul edilməsini və əks təqdirdə AR MPM-nin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq şikayəti 7 (yeddi) gün müddətində işlə birlikdə apellyyasiya istansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı tamamilə qanunsuz və əsassız, həmçinin İddiaçı ASCnin mənafelərinə ziddir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qərardadında məhkəmə iclasında ##.##.2019-cu il tarixinə təyin edildiyini və iddiaçı İddiaçı ASC-nin nüməyəndəsinin iştirak etmədiyini və bu səbəbdən mülki işin baxılmamış saxlanıldığı qeyd edilmişdir. Həmçinin Məhkəmə öz qərardadını rəsmi şəkildə Banka təqdim etməmişdir. Bankın nümayəndəsi icra işi ilə maraqlanarkən müəyyən etmişdir ki, icra işinə xitam verilib, səbəbi isə məhkəmə əmrinin ləğvi olmuşdur. Hesab edirik ki, Məhkəmə ərizəmizi baxılmamış saxlamaqla doğru nəticəyə gəlməmişdir. Həmin qərardaddan verdiyimiz şikayətə də məhkəmə bizim işitirakımızla baxmamış, bu barədə bizə bildiriş göndərməmiş və şikayətimizi müddətin bərpasına dair ərizə ilə müraciət etməməyimizi səbəb gətirərək geri qaytarmışdır. Məhkəmə burada da doğru nəticəyə gəlməmişdir. Belə ki, baxılmamış saxlamanın ləğvinə dair şikayətə müddətin bərpası ərizəsi əlavə edilmişdir. Bundan sonra şikayətimiz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə görndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadına əsasən Şəmkir rayon məhkəməsinin qərardadları ləğv edilərək, şikayət verilməsinə dair prosessual müddətin bərpasına dai ərizəyə yenidən baxılması üçün iş materialları baxışdan çıxarılaraq Şəmkir rayon məhkəməsinə göndərilmişdir. Şəmkir rayon məhkəməsi də bizə bildiriş göndərsə də, ##.##.2026-cı il tarixli qərardadı bizə rəsmi şəkildə təqdim etməmişdir. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərardadı, ##.##.2019-cu il tarixdə reyestra salınaraq İddiaçı ASC-nin iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, B. Sərdarov 1 ünvanına sifarşli poçt vasitəsilə göndərilmişdir. Həmin qərardaddan verilmiş şikayət Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə geri qaytarımış və həmin qərardad Şəmkir rayon məhkəməsinin “Elektron Məhkəmə İnformasiya sistemində ##.##.2025-ci il tarixdə iddiaçını elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı ASC-nin 10 gün müddətinə şikayət vermə hüququ olduğu halda, ##.##.2026-cı il tarixdə şikayət verməklə şikayət müddətini bir ay iyirmi gün ötürmüş və ötürülmüş prosessual müddətin bərpasının üzrlü hesab edilməsi barədə hər hansı əsaslı dəlil məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1098/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1098/2026
03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver