Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1198/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehiər cavabdeh2 və cavabdeh1 Zahir qızına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: qiyabi qətnamənin ləğv olunması barədə ərizə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, cavabdeh cavabdeh1 və cavabdehlərin nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdehlər cavabdeh2, cavabdeh1 və X1 nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Iddiaçı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehiər cavabdeh2 və cavabdeh1 Zahir qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2015-ci il tarixli B****/** saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdeh cavabdeh2 İddiaçı BOKT ASCnin xeyrinə 13780.16 ABŞ dolları əsas borc, 1B0002/15,81 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və 1811.16 ABŞ dolları hesablanmış dəbbə borcu, cəmi 16947,13 ABŞ dolları borcu və iddia qaldırılması üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, cavabdeh cavabdeh1 mülkiyyətindəki ipoteka predmeti bazar dəyəri 120000,0, likvind dəyəri 100000,0 manat olan - Gəncə şəhəri, X8 küçəsi, ümumi sahəsi 253,6 kv.m, yaşayış sahəsində ibarət *** nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun və 30,0 manat dövlət rüsumunun ödənilməsi, satışından əldə olunan vəsaitin qətnamənin icrasının artıq qalan hissəsinin cavabdehlərə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə ümumi qaydada cavabdehlərin başqa əmlakının hesabına icra edilməsi, cavabdehlərin cavabdeh1 məxsus M.Y.Axundzadə küçəsi ev 141-də qeydiyyatda olan özü, X2, cavabdeh2, X4 və X1 qeydiyyatdan çıxarılmaları və evin məcburi boşaldılmaqla ipoteka predmetinin ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi əsasında iddia təmin edilmiş, iddiaçı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## ###### 2015-ci il tarixli B****/** nömrəli kredit müqaviləsi ləğv edilməsi, cavabdeh cavabdeh2 ## ###### 2015-ci il tarixli B****/** nömrəli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə 13780.16 ABŞ dolları əsas borc, 1B0002/15,81 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və 1811.16 ABŞ dolları hesablanmış dəbbə borcu, cəmi 16947,13 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə ödənilmək şərti ilə alınaraq, iddiaçı İddiaçı ASC-nin xeyrinə verilməsi, 30 manat dövlət rüsumu alınaraq, iddiaçı İddiaçı ASC-nin xeyrinə verilməsi, ## ###### 2015-ci il tarixli B****/** nömrəli kredit müqaviləsi üzrə cəmi 16947,13 (on altı min doqquz yüz qırx yeddi ABŞ dolları 13 sent) ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilmək şərilə və 30,0 (otuz) manat dövlət rüsumunun ödənilməsi İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh1 Zahir qızı arasında bağlanmış ## ###### 2015-ci il tarixli B****/**/SI nömrəli sonrakı ipoteka müqaviləsi üzrə cavabdeh1 Zahir qızının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X8 küçəsində yerləşən, ümumi sahəsi 253,6 kv.metr olan, yaşayış sahəsi 110,8 kv.metr, yardımçı sahəsi 142,8 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı *** nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin ev açıq hərracdan satılması, evin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat müəyyən edilməsi, evin satışından əldə olunan puldan 16947,13 (on altı min doqquz yüz qırx yeddi ABŞ dolları 13 sent) ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilmək şərilə və 30,0 (otuz) manat dövlət rüsumu iddiaçı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, satışından əldə olunan vəsaitin qətnamənin icrasının artıq qalan hissəsinin cavabdehlərə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə ümumi qaydada cavabdehlərin başqa əmlakının hesabına icra edilməsi, satış pulundan qalan hissəsi cavabdeh cavabdeh1 Zahir qızına qaytarılması, cavabdehlər cavabdeh1 məxsus M.Y.Axundzadə küçəsi ev 141-də qeydiyyatda olan özü, X2, cavabdeh2, X4 və X1 qeydiyyatdan çıxarılması və evin məcburi boşaldılması qət edilmişdir. ##.##.2026-il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuş ərizədə cavabdehlər cavabdeh2, cavabdeh1 və X1 Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- ***/**** nömrəli qiyabi qətnaməsinin ləğv olunmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər məhkəmə iclasına dəvət olunduqlarına dair məhkəmə bildirişini almamışlar. Qətnamənin alınması barədə poçt bildirişini imzalamamış və qətnamə onlara faktiki olaraq çatdırılmamışdır. Bu səbəbdən məhkəmə iclasında iştirak etmək və öz mövqeylərini bildirmək imkanından məhrum olmuşlar. Halbuki İddiaçı BOKT Açıq Səhmdar CəmiyyətI ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair ciddi etirazları və sübutları mövcuddur. Məhkəmə prosesindən xəbərsiz olduqlarından bu sübutları təqdim etmək imkanı əldə edə bilməmişlər. Buna görə də Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi ləğv edilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim Camal Quliyev) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2(043)- ***/**** nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə cavabdehlər cavabdeh2, cavabdeh1 və X1 ərizəsindən imtina edilmişdir. Həmin qərardaddan ##.##.2026-cı il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə cavabdehlər cavabdeh2, cavabdeh1 və X1 nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı BOKT ASC cavabdehlərə qarşı borcun tutulması və qeyri tələbi Ilə birinci instansiya məhkəməsində iddia qaldırmış və işə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində ## ### 2017-ci il tarixdə 2(043)-867/2017 sayla qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilmişdir. Cavabdehlər həmin qiyabi qətnamədən nə işə baxılarkən və nə də ki, həmin qətnamənin icrası barədə məlumatlı olmamışlar. Yalnız iddiaçı bank tərəfindən cavabdehlərə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və digər tələbi barədə iddia qaldırılarkən 2026-cı ildə məhkəmədən bildiriş gəldikdə məlumat almışlar ki, iddiaçı bank eyni zamanda birinci instansiya məhkəməsində iki iddia qaldıraraq borcun tutulması və borcun ipotekaya yönəldilməsi tələbini irəli sürmüşlər. Ancaq cavabdehlər yalnız Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2027-ci iltarixdə 2(043)-121/2017 sayla baxılıb qəbul etdiyi qətnamə üzrə məlumatlı olmuşlar. Bu səbəbdən də yalnız həmin qətnamənin icrası nəticəsində keçirilmiş hərracın nəticələri mübahisələndirilmiş və nəticə etibarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş və iddia təmin edilərək hərracın nəticələri ləğv edilmiş, ipotekaya xitam verilmişdir. Bir sözlə cavabdehlərə qarşı bağışlama müqaviləsinin etibarsızlığı barədə iddia qaldırdıqdan sonra məhkəmə iclasında müvafiq işlə tanış olduqdan sonra qiyabi qətnamədən şikayət verilməsi üçün ərizə ilə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(043)- ***/**** nömrəli qərardadı ilə, qiyabi qətnamənin ləğv edilməsi barədə verilmiş ərizə təmin edilməmişdir. Əsas kimi göstərilmişdir ki, məhkəmə bildirişi cavabdehlərə göndərilsə də bildiriş geri qaytarılmışdır. Eyni zamanda qərardadda ona istinad olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin 29-cu bəndində əmlakın satışından əldə olunan qalan 22.965.53 manat pulun ikinci kredit müqaviləsinə *** nömrəli qətnamə üzrə 16.947,13 ABŞ dolları kreditə yönəlmişdir. Hal-hazırda cavabdeh2 təşkilata 5.844,49 manat borcu təşkil etmişdir. Eyni zamanda qiyabi qətnamənin icrası zamanı da cavabdehlərə məlumat verilmişdir. Icra məmurunun ##.##.2021-ci il tarixli qərarında ipoteka predmetinin satışından əldə olunan vəsatinin 22.965,63 manatın icra sənədinin icrasına sərf edildiyi göstərilmişdir. Ancaq bütün bu göstərilənlər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qiyabi qətnaməsinin cavabdehlərdə olmasına dəlalət etmir. Başqa sözlə qeyd olunan qiyabi qətnamənin cavabdehlərə çatdırılması barədə mötəbər sübut iş materiallarında mövcüd deyildir. Eyni hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2016-cı il tarixli qərarında nümayiş etdirmişdir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə ## ###### 2008ci il, M.Məmmədovun şikayəti üzrə ## #### 2016-cı il tarixli Qərarları). Tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. Işdə iştirak edən şəxslərin rəsmi (lazımi) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. Eyni zamanda, qanunvericilikdə lazımi qaydada xəbərdar edilməmənin hüquqi nəticələri aydın şəkildə əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsi nəticəsində onların məhkəmə prosesində iştirak etməmələri tərəflərin bərabərliyi, çəkişmə prinsipinin təmin edilməsinə, digər tərəfdən isə işlərə ədalətlə və ağlabatan müddətdə baxılmasına mane olur. Qeyd olunmalıdır ki, qətnamənin məhkəmə tərəfindən tərəflərin ünvanına göndərilməsi hələ onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. Belə ki, qətnamənin rəsmi qaydada verilməsini təsdiq edən hal Mülki Prosessual Məcəllənin135.2 və 135.3-cü maddələrində göstərilən şəxslər tərəfindən imzalanmış qəbzin və ya sənədin kötüyünün işə əlavə edilməsidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin qiyabi qətnamədən məlumatının olması qənaətinə gəlinməsi üçün iş materiallarında həmin məhkəmə sənədinin rəsmi qaydada çatdırılmasını təsdiq edən rəsmi sənəd olmalıdır. Lakin birinci instansiya məhkəməsi işdə belə bir rəsmi sənədinin olmamasına əhəmiyyət vermədən qiyabi qətnamənin ləğv edilməsi üçün ərizəni əsassız olaraq təmin etməmişdir. Bir sözlə birinci instansiya məhkəməsi işdə olan sənədlərə düzgün qiymətləndirməmiş, nəticədə bu qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılması ilə nəticələnmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin iş ilk öncə qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət olduğunu müəyyən edərək, işin tam, hərtərəfli və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq hazırkı şikayətə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmasını qərara almışdır. Gəncə Apellyasiya Məhəkəməsinin Mülki Kollegiysının ##.##.2026-cı il tarixli *(*-*)- ****/**** nömrəli qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmış, iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə kollegiyasında iştirak edən cavabdeh cavabdeh1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən işin hallarını tam hərtərfli araşdırmamışdır. Belə ki, qərardadda göstərilmişdir ki, cavabdehlərin qiyabi qətnamənin möcudluğundan məlumatları olmuşdur. Lakin iş materiallarında cavabdehlərin həmin məhkəmə iclasından məlumatlarının olmasına dair hər hansi sübüt yoxdur. Hazırkı iş üzrə iki kredit müqaviləsi olmuş, və cavabdehlərlə kredit müqaviləsi bağlanan zaman 2 ev ipoteka ilə yüklü edilmişdir. İddiaçı BOKT ASC cavabdehlərə qarşı borcun tutulması və qeyri tələbilə birinci instansiya məhkəməsində iddia qaldırmış və işə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində ## ### 2017-ci il tarixdə 2(043)-867/2017 sayla qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilmişdir. Cavabdehlər həmin qiyabi qətnamədən nə işə baxılarkən və nə də ki, həmin qətnamənin icrası barədə məlumatlı olmamışlar. Yalnız iddiaçı bank tərəfindən cavabdehlərə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və digər tələbi barədə iddia qaldırılarkən 2026-cı ildə məhkəmədən bildiriş gəldikdə məlumat almışlar ki, iddiaçı bank eyni zamanda birinci instansiya məhkəməsində sən demə 2 iddia qaldıraraq borcun tutulması və borcun ipotekaya yönəldilməsi tələbini irəli sürmüşlər. Ancaq cavabdehlər yalnız Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixdə 2(043)-121/2017 sayla baxılıb qəbul etdiyi qətnamə üzrə məlumatlı olmuşlar. Bu səbəbdən də yalnız həmin qətnamənin icrası nəticəsində keçirilmiş hərracın nəticələri mübahisələndirilmiş və nəticə etibarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş və iddia təmin edilərək hərracın nəticələri ləğv edilmiş, ipotekaya xitam verilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərin məlumatı olmadan mənafeylərinə zidd çıxarılmış qiyabi qətnamənin onların iştirakı ilə yenidən baxılması üçün şərait yaratmamışdır. Nəticədə bu şəxsin qanunla öz hüquqlarını məhkəmədə müdafiəsinin və qorunmasının qarşısını almışdır. Ona görə də verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 şikayətin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehlərin həmin qiyabi qətnamənin mövcudluğundan məlumatları olmuşdur. Belə ki, cavabdehlər İddiaçı BOKT ASC-yə qarşı müxtəlif əsassız iddialar qaldırmışlar. 2015-ci ildə iki kredit müqaviləsi bağlanılmış. 2017-ci il tarixdə iki məhkəmə qərarı ilə icra vərəqəsi verilmişdir. Hər iki icra vərəqəsi üzrə hərraclar keçirilmişdir. Keçirilmiş hərraclara müvafiq olaraq qarşı tərəf öz hüquqlarından istifadə edərək ilkin icra vərəqəsi üzrə keçirilmiş hərracın nəticələrinin keçirilməsi ilə bağlı protokolların ləğv edilməsi ilə bağlı iddia qaldırmış və iddiaları təmin edilmişdir. Qərəzli şəkildə əmlakların hər ikisini digər övladının adına keçirmişdir. Burada sual ortaya çıxır nəyə görə götürülmüş kreditin ödənilməsinə təminat olan əmlaklar qərəzli şəkildə digər övladının adına bağışlama yolu ilə keçirilmişdir. Burada məqsəd kredit öhdəliyinin ödənməsindən qərəzli şəkildə yayınmaqdır. Digər tərəfdən cavabdehlər digər icra vərəqəsi üzrə 56000 dollarlıq borcu üzrə ayda 300-400 manat ödəniş edirlər. Icra işində digər mülki işlərdə cavabdehlərin yaşadığı ünvana məhkəmələrin hərracların keçirilməsi ilə bağlı bildirişlər göndərilmiş, olarda bundan məlumatlı olmuşlar. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Iş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciətləri daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, işdə iştirak edən şəxsin izahatını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə ##.##.2021-ci il tarixli, 28/03 və **/** saylı protokolların nəticəsi və həmin nəticələr əsasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə ##.##.2021-ci il tarixli müqavilələr etibarsız hesab edilmişdir. Cavabdeh İddiaçı BOKT ASC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən ** nömrəli fərdi yaşayış evi və Gəncə şəhəri, X8 küçəsində yerləşən *** nömrəli fərdi yaşayış evinə dair ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv edilmişdir. Cavabdeh İddiaçı BOKT ASCnin B0001/15/11 sayli va B****/**/** saylı ipoteka müqavilələri ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X8 küçəsi, ev 141 və ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evləri üzərindəki ipotekaya (yüklülüyə) xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-in 246-cı maddəsinə görə qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-in 250-ci maddəsinə görə əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 qeydiyyatda olduqları ünvana məhkəmə bildirişinin göndərilməsini təmin etmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamadıqlarına dair qeydlə məhkəmə bildirişlər geri qaytarılmışdır. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin 29-cu bəndində qeyd olumuşdur ki, əmlakın satışından əldə olunan qalan pulun 22.965,53 manatı ikinci kredit müqaviləsinə əsasən *(***)- ***/**** nömrəli qətnamə üzrə 16.947,13 ABŞ dolları kreditə yönəldilmişdir. Həmin məbləğ 22.965,63 manat təşkil etmişdir. Hal-hazırda cavabdeh cavabdeh2 İddiaçı BOKT ASC-yə 5.844,49 manat borcu vardır. Həmçinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2(043)- ***/**** nömrəli qiyabi qətnaməsi icra yönəldimiş və icra icraatı mərhələsində də cavabdehlər (borclular) icra sənədi barədə məlumatlandırılmış, hətta icra məmurunun ##.##.2021-ci il tarixli qərarında ipoteka predmeti olan əmlakın satışından əldə olunmuş vəsaitin 22.965 manat 63 qəpik məbləğində hissəsinin həmin icra sənədinin icrasına sərf olunduğu göstərilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehlər cavabdeh2, cavabdeh1 və X1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsindən ən gec ##.##.2023-cü il tarixdə məlumatı olmuşdur. Məhkəmə kollegiyası cavabdehlər cavabdeh2, cavabdeh1 və X1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnamədən məlumatsız olmasını inandırıcı və ağlabatan hesab etmir. Çünki, cavabdehlər mübahisədən, məhkəmə icraatında işin olmasından, Banka olan borcunun onlara məxsus ipoteka predmeti olan evə yönəldilməsi barədə məhkəmə qətnaməsindən, həmin evin 2021-ci ildə hərraca çıxarılmasından artıq məlumatlı olmuşlar. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdehlər isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 9 ildən artıq müddət keçdikdən sonra ## ##### 2026-cı il tarixdə qətnamənin surətini almış və ## ##### 2026-cı il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə vermişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehlərin hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 249, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1198/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1198/2026
23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver