Məhkəmə qərarları › İş №2(3-7)-1238/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1238/2026

26.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1238/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsgəndərov Əmir Daday oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prоsessuаl müddətin bərpаsı barədə ərizəsinə dair Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı İsgəndərov Əmir Daday oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə rayon məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İsgəndərov Əmir Daday oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prоsessuаl müddətin bərpаsı bаrədə ərizəsinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İsgəndərov Əmir Daday oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. İddiaçı İsgəndərov Əmir Daday oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2500 manat məbləğində borc pulun və iddia qaldırmaq üçün ödədiyi 45 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, 2(021)-3382/2025 qətnaməsi ilə cavabdeh Cavabdeh oğundan 500 (beş yüz) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İsgəndərov Əmir Daday oğlunun xeyrinə ödənilməsi qət edilmişdir

3. Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən apellyasiya şikayəti müəyyən olunmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır.

4. İddiaçı İsgəndərov Əmir Daday oğlu apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilərək, mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini ##.##.2025-ci il tarixində almışdır. Buraxılmış prosessual müddət məhkəmə qətnaməsi ona gec verildiyi üçün üzürlü olaraq ötürülmüşdür. Bu baxımdan qətnamədən şikayət vermə müddəti onun tərəfindən üzürlü olaraq gecikdirilmişdir. Ona görə də lazım olan vaxtda ala bilməmişdir. AR MPM-nin 133.1-ci maddəsində deyilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

Birinci instansiya məhkəməsində icraat

6. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsindən imtina edilmişdir.

7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, prosessual müddətin bərpasına dair ərizədə qeyd olunmuşdur ki, qətnamə iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə əldə edilmişdir. “Elektron məhkəmə” informasiya sisteminə əsasən müəyyən olunur ki, ilkin apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, sonrakı apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Bu baxımdan apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, prosessual müddətin bərpası barədə ərizədə qeyd edilən xüsusatlar üzrlü hallar qismində müəyyən olunmadığından həmin müddət bərpa edilməməli, yəni apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasından imtina edilməlidir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

8. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh 2500 manat məbləğində borc pulun və iddia qaldırmaq üçün ödədiyi 45 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İş üzrə qətnamədən iddiaçı İsgəndərov Əmir Daday oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(021)- ****/**** saylı qərardadına əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra tərəfindən prosessual müddətin bərpasına dair ərizə verilərək apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti bərpa etməklə işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Lakin Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cıil tarixli *(***)-****/**** saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, müddətin bərpasından imtina edilmişdir. Məhkəmənin gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı iltarixli 2(021)- ****/**** saylı qərardadı əsassız şəkildə və qanunvericiliyin norma və tələbləri pozulmaqla qəbul edilmişdir.

9. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Bərdə rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İsgəndərov Əmir Daday oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

10. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

13. M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

15. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir

17. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

18. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

19. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

24. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

27. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

28. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

29. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin apellyator tərəfindən şikayət verilən ##.##.2025-ci il tarixli qətnaməsi sifarişli poçt göndərişi vasitəsi ilə ##.##.2025-ci ildə iddiaçıya rəsmi qaydada təqdim edilmiş, həmin qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixində verilmiş, ##.##.2026-cı il tarixində məhkəmənin qərardadı ilə apellyasiya şikayəti müddət keçdiyinə görə geri qaytarılmış, ##.##.2026-cı il tarixində isə müddətin bərpası barədə ərizə verilmişdir.

32. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

33. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPMnin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

34. İddiaçı şikayətində qətnaməni əldə etdikdən sonra səhhətində müəyyən problemlərin yarandığına görə apellyasiya şikayəti verə bilməsinə imkanının əlverişli olmadığını qeyd etsə də, kollegiya şikayətin dəlilləri ilə razılaşmır və qeyd edir ki, işin sənədlərindən göründüyü kimi qətnamə ona ##.##.2025-ci ildə rəsmi qaydada verilmiş, prosessual müddətin axını da məhz bu tarixdən başlamışdır. Həmçinin səhhəti ilə əlaqədar şikayət verilmə müddətinin ötürdüyünə dair faktı hər hansı mötəbər sübutla aydınlaşdırmamışdır.

35. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, prosessual qanunvericilik prosessual müddətin bərpasını yalnız müddətin buraxılmasının səbəblərinin üzrlü olduğu halla, yəni apellyatordan asılı olmayan hallarla şərtləndirmişdir. Hazırkı işdə isə ərizəçinin belə bir hal səbəbindən müddəti buraxması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfin həmin qətnamədən apellyasiya şikayətinin verməsi üçün qanunvericilikdə müəyyən olunmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil.

36. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır.

37. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

38. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar