Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-125/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; əsassız varlanma Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “X1” MMC tərəfindən verilmiş məktubdan görünür ki, MMC-yə məxsus buraxılış BB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Kia Sorento minik, Tip - Universal, rəngi qara, buraxılış ili - 2009, BAN-5XYKTCA1XBG002375 olan markalı ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobilə dair ##.##.2023-cü il tarixli N-*** saylı daxili lizinq müqaviləsi “X1“ MMC ilə Cavabdeh AZE 07683326 arasında imzalanmışdır. Aylıq ödənişləri qrafiq üzrə ayda 733 (yeddi yüz otuz üç) manat ##.##.2024-cü il tarixədək ödəmişdir.
2. Bakı şəhəri Nəriman Rayon Polis Idarəsinin 18-ci polis şöbəsinin təhqiqatçısı polis R leytenentı Təyyar Rzaquliyev tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə polis şöbəsinə müraciət edərək, «Toyota Prius» markalı avtomobilin sifarişi üçün Cavabdeh 7000 manat pul verdiyini, Cavabdeh ona «Toyota prius» markalı avtomobilin əvəzinə «Kia Sorento» markalı avtomobil gətirib, təhvil verdiyini, o, avtomobili 2 gün idarə etdikdən sonra, avtomobilin mühərrikində problem yaranması səbəbilə avtomobili Cavabdeh geri qaytardığını, lakin buna baxmayaraq Cavabdeh ondan almış olduğu 7000 manat pulu geri qaytarmadığını qeyd etmişdir. Mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
3. Cavabdeh Cavabdeh müraciət üzrə aparılan araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, ##.##.2024-cü il tarixdə İddiaçı onun işlədiyi ünvan 1 ünvanında yerləşən telefon mağazasına gəlmişdir. Söhbət zamanı İddiaçı ona avtomobil almaq istədiyini demişdir. O, Arzuya hal-hazırda istifadəsində olan «Kia Sorento» markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini, həmin avtomobili 8 ay əvvəl lizinq yolu ilə 8000 manat ödəməklə aldığını və 8 ay müddətində hər ay 733 manat olmaqla, ümumilikdə 5864 manat ödəniş etdiyini bildirmişdir. Arzu avtomobilə görə 7000 manat ilkin ödəniş təklif etmiş, o isə Arzu ilə razılaşıb avtomobili almaqdan əvvəl ustaya yoxlatdırmağı, sonra isə onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin, Arzu sosial yardım aldığını avtomobil onun adına rəsmiləşdirilərsə sosial yardımın dayandırılacağını söyləmişdir. Ona görə də ##.##.2024-cü il tarixdə Arzuya həmin avtomobilə dair bir aylıq etibarnamə vermişdir. ##.##.2024-cü il tarixdə Arzu ona zəng edərək avtomobilin mühərrikində nasazlıq yarandığını bildirib 7000 manatı qaytarmasını tələb etmişdir. O da cavab olaraq Arzuya avtomobili ona qaytarmasını, avtomobili satıb qısa müddət ərzində 7000 manatı ödəyəcəyəni bildirmiş, lakin Arzu avtomobili təhvil verməkdən imtina etmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək qabiliyyəti olmadığına görə 2ci qrup əlilidir. ##.##.2024-cü il tarixdə Toyota Prius markalı avtomobil axtarmışdır. Illərlə əziyyətlə pul yığmışdır. X2 markalı avtomobil almışdır. Cavabdeh ona həmin avtomobili məcburi qaydada satdırmışdır ki, ona ekonom toyota markalı avtomobil gətirəcəkdir. Dəfələrlə ona toyota markalı avtomobillər göstərmiş, çox yararasız vəziyyətdə olduğundan gördüklərini bəyənməmişdir. Ona yaxşı vəziyyətdə toyota maşın gətirəcəyinə söz vermişdir. Sonra cavabdeh özündə olan Kia Sorento markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili ona müvəqqəti sürməyə vermişdir. Çünki, ondan toyota markalı avtomobil gətirəcəyinə görə 7000 manat pul almış idi. Ertəsi gün ##.##.2024-cü il tarixdə avtomobildən çox pis səs küy gəldiyini eşidərək avtomobili ustalara göstərmişdir. Etibarnamə bir neçə günlük sürmək üçün vermişdir. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək qüvvədə olmuşdur. Ayın 19-da avtomobili Babəkdə Şəhriyar adlı ustaya göstərmiş və usta avtomobildə 8 ədəd səhv olduğunu bildirmişdir. Həmin an Vəliyə zəng etmiş və Vəli ona avtomobilin yaxşı vəziyyətdə olmasını bildirmişdir. O, ustadan sonra ayın 20-də “555 Servizdə” Şirin adlı ustanın köməkçisi və özü baxmışlar və avtomobilin mühərrik və sürətlər qutusunun çox yararsız veziyyətdə olduğunu söyləmişlər. Oradan Vəliyə telefonla zəng edib onun pulunu təcili qaytarmasını tələb etmişdir. Belə ki, avtomobil yararsız olduğundan onu idarə etməkdən qorxmuşdur. Bütün ustalar avtomobilin nasaz və idarə etmək üçün təhlükəli olduğunu ona bildirmişlər. Bu halları dəfələrlə zəng edib Vəliyə demişdir. Həmin ustalar telefonla Vəli ilə danışıb problemləri ona demişlər, lakin Vəli avtomobilin mühərrikinin 20 gün öncə sıradan çıxdığını, əvəzində avtomobilə yeni mühərrik qoydurduğunu demişdir. Vəli onun əlində pul olduğundan və etibarından sui-istifadə edərək onu aldatma yolu ilə pulunu almış, lakin qaytarmamışdır. Təxminən bir neçə gün sonra o avtomobillə getdiyi yerdə körpünün üstündə avtomobil sönmüş, ustalara zəng edib avtomobilin söndüyünü, təhlükəli işiqların yandığını demişdir. Bildirir ki, ağır gedişli asma bronxit və eyni zamanda başqa xəstəliklərdən illərdir əziyyət çəkən 2-ci qrup əlilidir. Ona əsəb, stress, gərginlik, qorxu bu kimi hallar olmaz. Yolda nasaz avtomobildə qalan bir tənha qadın kimi çox psixoloji sarsıntı keçirmiş, bir neçə saat həyatı təhlükədə olmuşdur. Maşın heç bir hərəkət etməmişdir. Digər avtomobillərin hərəkətində təhlükələr yaratmış və özü də pis qorxudan təhlükəli vəziyyətdə qalmışdır. Bir təhər zülmlə avtomobili Vəliyə yaxın ünvana aparmış, açarı Vəlinin oğluna vermişdir. Maşın yararsız və heç bir hərəkət etmir deyə Vəlinin oğlu Röyala avtomobilin açarını vermişdir və avtomobili təmir etmələrini bildirmişdir. Üstündən bir gün keçdikdən sonra gəlmiş, avtomobilin ustaya göstərilmədiyini görmüş və avtomobilin içərisində özünə məxsus əşyalarını tapmamışdır. Sonunda onun əşyaları tapılmamış və aldadılma yolu ilə alınmış pulu geri qaytarılmamışdır. O, Vəlidən dəfələrlə pulunu istədikdə başına təhlükəli oyunlar açacaq deyərək onu hədələmişdir. Açıq-aydın onu təhqirlər edərək onu və övladlarını hədələmişdir, nalayiq ifadələr, söyüşlər işlətmişdir. O, bu təhdidlərdən qorxaraq ** saylı polis bölməsinə gedərək ərizə yazıb şikayət etmişdir. Təyyar müəllim ərizəni almış, qısa zamanda məsələ həll olacaq deyərək onu inandırmışdır. Bir neçə gün sonra sahə müvəkkili Ruslan onu yığaraq onu hədələmişdir. Vəlidən pul istəsə ona cinayət işi açaçağını bildirmişdir. Onu təhqir və təhdid etmişdir. O, Vəliyə dəfələrlə zəng etsə də, onu kobud sözlərlə söyüb təhqir etdiyindən onun səhhətində əsəb və stresdən ciddi problemlər yaranmışdır. Buna sübut olaraq * saylı Sumqayıt Klinik Xəstəxanasına ağır vəziyyətdə kəskin boğulmaları tutmuşdur. Bildirir ki, onun sağlamlığına qəsdən ziyan vurmuşlar. O, 5 gün ağır travmalar almışdır. Bu barədə sübutları iddia ərizəsinə əlavə etmişdir. Nə qədər müalicələrə xərci çıxmışdır. Taksilərə, yol maşınlarına, iynə dərmanlara o çox miqdarda pul sərf etmişdir. Həmin məbləğ onun dolanışıq və maddi vəziyyətinə görə 2 əlil usaqlı ana üçün yetərincə çox məbləğdir. O və övladları bu hallardan çox pis sarsıntılar çəkmişlər.
6. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul və 90 (doxsan) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 14.2, 52.2, 52.5, 77.1, 88, 106.3, 106.4, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ona «Toyota Prius» markalı avtomobil gətirməsi üçün cavabdehə 7000 manat pul vermişdir. Lakin, cavabdeh ona «Toyota prius» markalı avtomobilin əvəzinə «Kia Sorento» markalı avtomobil gətirib təhvil vermişdir. Avtomobilin mühərrikində problem yaranması səbəbilə avtomobili cavabdehə geri qaytarmışdır. Lakin, avtomobilə görə ödədiyi pulu cavabdeh ona qaytarmamışdır. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
25. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
26. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçının tələbin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
27. Bu hüquqi mövqe mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
28. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış ## ####### 2023-cü il tarixli N-*** saylı daxili lizinq müqaviləsinə əsasən “Kia Sorento” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsinə verilmişdir. Hazırkı iş üzrə tərəflər arasında həmin avtomobilin alqısatqısına dair şifahi razılaşma olmuş, bu razılaşma çərçivəsində avtomobil sahibi Cavabdeh avtomobili İddiaçı sahiblik və istifadəsinə vermiş, sonuncu da öz növbəsində avtomobilə görə Cavabdeh 7000 manat ilkin ödəniş etmişdir. Beləliklə, tərəflər arasında avtomobilə dair faktiki alqı-satqı münasibətləri yaranmış və cavabdeh sözügedən avtomobili iddiaçının sahiblik və istifadəsinə vermişdir. Sonradan onlar arasındakı faktiki alqı-satqı münasibətləri pozulmuş və iddiaçı İddiaçı avtomobili geri qaytarmışdır. Iddiaçı İddiaçı avtomobilə görə cavabdehə ödədiyi vəsaitin geri qaytarılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
31. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
33. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının ödəmiş olduğu pulun cavabdehdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.
34. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
35. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.
36. Ilk növbədə qeyd edilməlidir ki, iddiaçı İddiaçı 7000 manat vəsaiti ona «Toyota Prius» markalı avtomobil gətirməsi üçün cavabdehə verdiyini, “Kia Sorento” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə müvəqqəti idarə edilməsi üçün cavabdeh tərəfindən onun sahiblik və istifadəsinə verildiyini iddia etsə də, lakin iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etməmiş, eləcə də işin faktiki halları ilə də qeyd həmin hallar öz təsdiqini tapmamışdır.
37. Bununla belə, iddiaçı İddiaçı hazırkı mübahisənin həlli ilə bağlı polis şöbəsinə müraciəti əsasında aparılan araşdırma zamanı cavabdeh Cavabdeh verdiyi izahatı, o cümlədən onun apellyasiya şikayətinin dəlilləri ilə sonuncuya məxsus “Kia Sorento” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair tərəflər arasında şifahi razılaşma olduğu, bu razılaşma çərçivəsində avtomobil sahibi Cavabdeh avtomobili iddiaçı İddiaçı sahiblik və istifadəsinə verdiyi, sonuncunun da öz növbəsində həmin avtomobilə görə Cavabdeh 7000 manat ödəniş etdiyi müəyyən olunmuşdur.
38. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, tərəflər arasındakı faktiki alqı-satqı münasibətləri pozulmuş və iddiaçı avtomobili cavabdehə geri qaytarmışdır.
39. Cavabdeh Cavabdeh da iddiaçı tərəfindən avtomobilin təhvil verilmiş olduğunu inkar etməməklə, avtomobilə görə ödənilmiş 7000 manat vəsaitin iddiaçıya qaytarmamalı olduğu barədə arqument irəli sürmüş və bunu avtomobilin iddiaçının sahiblik və istifadəsində olan zaman sonuncu tərəfindən avtomobilin nasaz vəziyyətə salınması ilə əlaqələndirmişdir.
40. Kollegiya cavabdeh tərəfin bu arqumentini əsassız saymışdır. Ona görə ki, iddiaçı İddiaçı 7000 manat vəsaiti “Kia Sorento” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödənişi qismində (cavabdehin lizinq verənə ödədiyi məbləğin əvəzi) cavabdehə vermiş və bu vəsaiti verərkən ümid etmişdir ki, “Kia Sorento” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil gələcəkdə ona məxsus olacaq, ilkin ödəniş kimi verdiyi vəsait də avtomobilin dəyərinə görə ödənilməli məbləğdən çıxılacaqdır. Lakin, nəticə gözlənilən məqsədə uyğun olmamış, avtomobildə ortaya çıxan nasazlıqlar səbəbindən tərəflər arasındakı faktiki alqı-satqı münasibətləri pozulmuş və iddiaçı avtomobili cavabdehə geri qaytarmışdır. Beləliklə, iddiaçı İddiaçı həm almaq istədiyi avtomobildən, həm də avtomobilə görə verdiyi ilkin ödəniş məbləğindən məhrum olmuşdur. Cavabdeh Cavabdeh da sonradan aradan qalxmış əsasa görə 7000 manat vəsait əldə etmiş və əldə etdiyini məhrum olana qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. Avtomobilin iddiaçının sahiblik və istifadəsində olan zaman sonuncu tərəfindən avtomobilin nasaz vəziyyətə salınması barədə arqument isə hazırkı iddianın predmetini təşkil etməməklə işin həlli baxımından hər hansı əhəmiyyət daşımadığına görə kollegiya bu məsələyə münasibət bildirilməsinə zərurət olmadığını vurğulayır.
42. Odur ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.