Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1281/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə dair iş üzrə Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdeh Cavabdeh 2500 (iki min beş yüz) manat borc və ödənilmiş dövlət rüsumunun 30,74 (otuz manat 74 qəpik) manat hissəsi olmaqla, cəmi 2530,74 (iki min beş yüz otuz manat 74 qəpik) manat pul vəsaiti iddiaçı İddiaçının xeyrinə tutulması qət edilmişdir.
2. Cavabdeh Cavabdeh Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-***/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı tarixli, *-*/*-****/**** saylı məktubu ilə apellyasiya şikayəti aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilmişdir.
4. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
6. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh tərəfindən Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmalıdır.
8. Cavabdeh Cavabdeh Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətininin mümkün hesab edilərək, mülki işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
10. Сavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır, ləğv edilməlidir. Belə ki, qətnamə yaşadığı ünvana daxil olmazdan əvvəl yazılı qaydada apellyasiya şikayəti vermiş. Həmin apellyasiya şikayətinin internet informasiya vasitəsilə axtarış vermiş, nəticədə əldə edib əvvəlki qaydada yazılı şəkildə imzalamışdır. Qətnaməni əldə etməmişdən əvvəl apellyasiya şikayətini yazmışdır. Apellyasiya şikayəti geri qaytarılan zaman imza etmişdir. Özünün hüquqi savadının olmaması, eyni zamanda hüquq sistemindən anlayışının olmaması üzündən müddəti ötürülmüş hesab edilmişdir. Ona qətnamənin qüvvəyə minməsi barədə hər hansı bir sms bildiriş gəlməmişdir. Məhkəmə qətnaməsi yaşadığı ünvana poçt vasitəsilə daxil olmuş və bu tarix ##.##.2026-cı il tarix hesab olunur.
Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
11. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
14.M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası
İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
16. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir
18. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
19. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
20. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.
25. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı
28. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən şikayət verilən ##.##.2026-cı il tarixli qətnaməsi cavabdehə ##.##.2026-cı il tarixində sifarişli poçt göndərişi (məktubu) ilə rəsmi qaydada təqdim edilmişdir. Cavabdehin həmin qətnamədən ##.##.2026-cı il tarixində verdiyi apellyasiya şikayəti Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-***/**** saylı qərardadı ilə ona geri qaytarılmışdır. Hazırda Cavabdeh həmin qətnamədən yenidən ##.##.2026-cı il tarixdə elektron qaydada imzalanmaqla apellyasiya şikayəti vermişdir.
31. Göründüyü kimi, cavabdeh Cavabdeh tərəfindən Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməklə müddəti ötürmüşdür.
32. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.
33. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPMnin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
34. Kollegiya qeyd edir ki, hazırkı üş üzrə cavabdeh Cavabdeh tərəfindən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
35. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır.
36. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
37. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.