Məhkəmə qərarları › İş №2(3-7)-1293/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1293/2026

07.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1293/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh4 İsrəfil qızı, cavabdeh3 və cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdə tutulması” tələbinə dair ərizəsi üzrə (Açar sözlər: prosessual hərəkətlərin edilməsi) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh4 İsrəfil qızı, cavabdeh3 və cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdə tutulması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh4 İsrəfil qızı, cavabdeh3 və cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi X1 vərəsələri Verdiyev Elvira İsrəfil qızı, X2, X5 və cavabdeh2 iddiaçı “xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 99.76 manat əsas borc və 3.60 manat faiz borcu olmaqla, cəmi 103.36 manat borcun, nağd kredit üzrə 7300 manat əsas borc və 115.01 manat faiz borcu olmaqla, cəmi 7415.01 manat borcun, ödənilmiş 95.19 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh qismində qeyd edilən şəxslərdən cavabdeh1 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar iddia ərizəsinə əlavə edilsə də, “Elektron məhkəmə” informasiya sistemində şəxsin barəsində axtarış aparılmış, məlumat əldə etmək mümkün olmamışdır. Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh qismində qeyd edilmiş şəxslərdən cavabdeh3 ##.##.2015-ci il təvəllüdlü, cavabdeh2 ##.##.2020-ci il təvəllüdlüdür. Belə ki, yetkinlik yaşına çatmamış şəxslər məhkəmədə cavabdeh qismində çıxış edə bilməzlər.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Həmin qərardaddan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayət verərək ləğv edilməsini, iddia ərizəsi üzrə işin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, həmin qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə əsassız olaraq qərardadın əsaslandırıcı hissəsində cavabdeh qismində qeyd edilən şəxslərdən cavabdeh1 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar iddia ərizəsinə əlavə edilsə də, “Elektron məhkəmə" informasiya sistemində şəxsin barəsində axtarış aparılımış, məlumat əldə etmək mümkün olmamışdır qeyd etmişdir. Bununla yanaşı, “Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh qismində qeyd edilmiş şəxslərdən cavabdeh3 ##.##.2015-ci il təvəllüdlü, cavabdeh2 ##.##.2020-ci il təvəllüdlüdür. Belə ki, yetkinlik yaşına çatmamış şəxslər məhkəmədə tərəf qismində çıxış edə bilməzlər-kimi əsaslandıraraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsin əsas gətirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Eyni zamanda həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Göründüyü kimi məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edərkən mülki-prosessual qanunvericiliyin qeyd olunan tələblərini, yəni “hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir və on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar" tələbini nəzərə olmayaraq prosessual pozuntuya yol vermişdir. Odur ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülməli idi. Hesab edirlər ki, qərardad prosessual pozuntuya yol verildiyi üçün əsassızdır. Belə ki, məhkəmə X2, X5 və cavabdeh2 hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndəsi qismində - anası Verdiyevə Elvira İsrəfil qızı olması və onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə qanuni nümayəndəsi tərəfindən qorunmalı olması nəzərə alınmamışdır. Prosessual qanunvericiliyin də tələblərindən göründüyü kimi yuxarıda qeyd olunan normalar ilə cavabdehlər X2, cavabdeh1 və cavabdeh2 prosessual tərəf kimi çıxış etməli olsa da məhkəmə öz mülahizəsinə əsasən əsassız qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, qərardad əsassız olduğundan ləğv edilməli və iş üzrə icraat təzələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Lakin məhkəmə qanunvericilik tərəfindən mülki-prosessual hüquq qabiliyyəti ilə bağlı hər hansı yaş məhdudiyyəti qoyulmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar, məhkəmə cavabdeh3, cavabdeh1 və cavabdeh2 hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndəsi qismində - anası cavabdeh4 İsrəfil qızı olması və onların hüquq, azadlıq və qanunla qorunan mənafelərinin məhkəmədə qanuni nümayəndəsi tərəfindən qorunmalı olması nəzərə alınmamışdır. Məhkəmə nəzərə almamışdır ki, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir və on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Odur ki, göstərilənləri nəzərə alaraq, xahiş edirlər ki, şikayətlərini təmin edərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(5-124)- ***/**** saylı qərardadını ləğv edilməsi barədə, şikayətin təmin olunmadığı halda isə baxılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; [363] 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; 259.0.9. dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və ərizəçinin ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

12. İşdən görünür ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh4 İsrəfil qızı, cavabdeh3 və cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi X1 vərəsələri Verdiyev Elvira İsrəfil qızı, X2, X5 və cavabdeh2 iddiaçı “xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 99.76 manat əsas borc və 3.60 manat faiz borcu olmaqla, cəmi 103.36 manat borcun, nağd kredit üzrə 7300 manat əsas borc və 115.01 manat faiz borcu olmaqla, cəmi 7415.01 manat borcun, ödənilmiş 95.19 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə cavabdeh qismində qeyd edilən şəxslərdən cavabdeh1 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların iddia ərizəsinə əlavə edilmiş olsa da, “Elektron məhkəmə” informasiya sistemində şəxsin barəsində axtarış aparılaraq, məlumat əldə etmək mümkün olmamasını, həmçinin cavabdeh qismində qeyd edilmiş şəxslərdən cavabdeh3 ##.##.2015-ci il təvəllüdlü, cavabdeh2 ##.##.2020-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış şəxslərin məhkəmədə tərəf qismində çıxış edə bilməmələrini əsas gətirərək ərizəni baxılmamış saxlamışdır. İddiaçı şikayət verərək, iddia ərizəsi üzrə işin icraata götürülməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini qeyd edilən səbəblərlə geri qaytarmaqla, iş üzrə yanlış nəticəyə gəlmişdir.

14. Belə ki birinci instansiya məhkəməsi cavabdeh qismində qeyd edilən cavabdeh1 barəsində “Elektron məhkəmə” informasiya sistemində məlumatın əldə edilməsi mümkün olmadığını qeyd etsə də, iddia ərizəsini nəzərdən keçirdikdə iddiaçının cavabdehin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yerlə bağlı ünvanı qeyd etdiyi görünür. “Elektron məhkəmə” sistemində şəxsin barəsində məlumatın əldə edilməsi mümkün olmaması iddia ərizəsinin icraata qəbul edilməməsi üçün əsas yaratmır. Bu hala məhkəmə iclasında araşdırılmaqla müvafiq prosessual qiymət verilə bilər.

15. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qeyd edilən digər yetkinlik yaşına çatmayan cavabdehlər barədə hüquqi mövqeyi qanuni və əsaslı olmamışdır. Belə ki prosessual qanunvericiliyə müvafiq olaraq, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Belə olan halda, həmin cavabdehləri məhkəmədə qanuni nümayəndələri təmsil edə bilərlər.

16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcud olmadığından iddia ərizəsi icraata qəbul edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.

18. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh4 İsrəfil qızı, cavabdeh3 və cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdə tutulması” tələbinə dаir ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar