Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-132/2026 09.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin e-2(021)-2888/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA030619-01 nömrəli kredit müqaviləsi üzrə 12 may 2025-ci il tarixə banka ödənilməmiş cəmi 2798,80 manat məbləğində kredit borcu - bundan 2557,86 manat əsas borc, 114,22 manat faiz borcu və 126,72 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 47,99 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin(bunda sonra- Rayon Məhkəməsi) e-2(021)-2888/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş 22 dekabr 2014-cü il tarixli, 4698 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3200 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 01 iyul 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 22 dekabr 2014-ci il tarixli 4698 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2557,87 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 2(021)2653/2016 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında 22 dekabr 2014-cü il tarixli 4698 saylı kredit müqaviləsinə və X4 arasında 22 dekabr 2014-cü il tarixli 4698 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.1984-cü ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuş, Bərdə rayonu Mollalı kəndində yaşayan Cavabdeh1 və xx.xx.1960-cı ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuş, Bərdə rayonu Mollalı kəndində yaşayan X3 müştərək qaydada 2557 manat əsas borc, 968 manat faiz borcu, 30 manat cərimə borcu, cəmi 3555 manat və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə əmr verilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan eyni iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəməyə müraciət etmiş və iddia tələbinin həmin hissədə təmin olunmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Belə olduğu halda iş üzrə icraata xitam verilməlidir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, mülki işin icraatının təzələnməsini və iddia tələbinin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi əsas məqam xx.xx.2016-cı il tarixli, 2(021)-2653/2016 nömrəli məhkəmə əmrinin olması ilə əlaqəlidir. Həmin məhkəmə əmrinə görə, "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında 22 dekabr 2014-cü il tarixli, 1698 saylı kredit müqaviləsinə və X4 arasında 22 dekabr 2014-cü il li 4698 saylı zaminlik müqaviləsinə əsasən X1 və X3 müştərək qaydada 2557 manat əsas borc, 968 manat faiz borcu 30 manat cərimə borcu, cəmi 3555 manat və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmuşdur. Məhkəmə yalnışlığa yol verərək həmin borclunun kredit borcunun məlum Fərmandan irəli gələrək digər zaminin də öhdəliyi qəbul etməsi əsasında restrukturizasiya olunmasını diqqətdən qaçırmışdır. Bu baxımdan, məhkəmə qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək müvafiq qətnamə qəbul edilməlidir. Borclu eyni şəxs olsa da, zamin və müqavilələr fərqli olduğu üçün məhkəmə qərardadı ləğv edilməklə mülki iş icraata qəbul edilməsi qanunidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 22 dekabr 2014-cü il tarixdə 4698 nömrəli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə kredit müqaviləsi üzrə yaranmış cəmi 3555 manat borcun ondan və həmin müqavilə üzrə onun öhdəliyinə zamin durmuş Kamil Teymurovdan tutulması barədə Bərdə Rayon Məhkəməsi tərəfindən 2016-cı ilin aprel ayında 2(021)-2653/2016 nömrəli məhkəmə əmri verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu ill tarixli Fərmanının icrası ilə əlaqədar İddiaçı ASC ilə Cavabdeh1 arasında 22 dekabr 2014-cü il tarixdə bağlanmış 4698 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 01 iyul 2019cu ildə MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə, hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh2 zamin durmuşdur. Hazırki iş üzrə iddia ərizəsindən isə görünür ki, iddiaçı cavabdehlərdən məhz 01 iyul 2019-cu tarixli, MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu tələb edir. Rayon Məhkəməsi icraata xitam verərkən “eyni tələblə bağlı eyni tərəflər arasında məhkəmə aktının mövcudluğu” əsasına istinad etmişdir. Lakin hazırki işdə bu əsas mövcud deyil. Belə ki, məhkəmə əmri başqa müqavilə, yəni xx.xx.2014-cü il tarixli, 4698 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc əsasında verilmişdir. Hazırki iddia isə 01 iyul 2019-cu tarixli, MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasınna yönəlmişdir. 01 iyul 2019-cu il tarixli müqavilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu ill tarixli Fərmanının icrası ilə əlaqədar bağlanmış, əsas borcun restrukturizasiyası nəticəsində yaranmış yeni öhdəlikdir. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin məzmununda tələb olunan kredit borcunun 01 iyul 2019-cu tarixli, MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsi üzrə yarandığı göstərilsə də, iddia ərizəsinin “xahiş edirəm” hissəsində 03 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA030619-01 nömrəli kredit müqaviləsinə istinad edilmişdir. Məhkəmə bildirir ki, qeyd olunan yanlışlıq(ziddiyət) iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə verilməklə aradan qaldırıla bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bərdə Rayon Məhkəməsinin e-2(021)-2888/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-132/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-132/2026
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver