Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-134/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bərdə rayon Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli *** saylı arayışından görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kəndində yaşayır.
2. Mülki işə əlavə olunmuş Bərdə rayon Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli *** saylı arayışından görünür ki, Bərdə rayonu Güloğlular kənd sakini İddiaçı ailə üzvləri X13 2022-ci il oğlu, X18 2003-cü il oğlundan ibarətdir.
3. Mülki işə əlavə olunmuş Bərdə rayon Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli *** saylı arayışından görünür ki, X13 rayonu Güloğlular kəndində yaşayır.
4. Mülki işə əlavə olunmuş qəbzlərdən görünür ki, 5239 1517 0490 **** nömrəli kart hesabına ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024cü il tarixdə 500 manat, 15.05. 2024-cü il tarixdə 200 manat pul olmaqla, cəmi 1200 manat pul köçürülmüşdür.
5. Mülki işə əlavə olunmuş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Bərdə rayonu Yenidaşkənd kəndində 0.11 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır.
6. Mülki işə əlavə olunmuş Bərdə rayonu Yenidaşkənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli *** nömrəli arayışdan görünür ki, Bərdə rayonu, Yenidaşkənd kənd sakini İddiaçı adına Yenidaşkənd kənd İcra Nümayəndəliyinin 2021-2025-ci illər üzrə təərrüfatbaşına uçot kitabında Yenidaşkənd kəndinə aid kitabın *** saylı vərəqində 0.11 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır.
7. Mülki işə əlavə olunmuş Torpağın mülkiyyətə verilməinə dair JN 266A Kod 61000038 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X7 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli *** saylı qərarına əsasən, Bərdə rayonu Yenidaşkənd kəndində 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir.
8. Mülki işə əlavə olunmuş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı müqaviləsinən görünür ki, İddiaçı mülkiyyətində olan, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsini X8.
9. Mülki işə əlavə olunmuş diskə tərəflərlərin iştirakı ilə baxış keçirilmiş, tərəflər arasında olan telefon danışıqları zamanı cavabadeh Cavabdeh onun avtomobili ilə yaxın tanışının avtoqəza törətdiyini bildirir.
10. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 35 manat dövlət rüsumu ödəmşdir.
11. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə cavabadeh, qarşılıqlıı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün 54.60 manat dövlət rüsumu ödəmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
1. İlk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1500 manat pulun və iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 35 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir
2. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X15 2024-cü ilin aprel ayınadək heç vaxt görməmiş və tanımamışdır. Onu bacısı X9 və onun qızı Günel Cavadovanın vasitəsi ilə tanımışdır. Belə ki, 2024-cü ilinin əvvəllərində o, 2010-cu ildə vəfat etmiş mərhum həyat yoldaşı X7 miras qalmış Bərdə rayonu Yenidəşkənd kəndində yerləşən fərdi yaşayış evini mərhumun qanun üzrə birinci növbə vərəsəsi kimi adına rəsmiləşdirilməsini etmək istəyir, ancaq bu işi bacarmamışdır. Tələb olunan sənədləri necə toplamağı və hara müraciət etməyi bilməmişdir. Həmin vaxtı bacısı Lətafət və qızı Günel ona bildirmişdir ki, onların nikahının pozulması və aliment işlərini tanıdıqları Cavabdeh yüksək səviyyədə həll etmişdir, əgər istəsə, onunla tanış etsinlər, miras məsələsini həll etsin. Odur ki, bacısı Lətafətin və onun qızı Günelin təklifi ilə razılaşmış və onlar onu cavabdeh Cavabdehlə tanış etmişlər. Cavabdeh bildirmişdir ki, ona 1500 manat pul versə, məhrum həyat yoldaşından miras qalmış evin onun adına rəsmiləşdirilməsini və həmin evə dair onun adına reyestr Çıxarışı verilməsini qısa müddətdə həll edə bilər. Onun təklifi ilə razılaşmışdır. Cavabdeh onun mobil telefonuna bank kartı şəkilini çəkib göndərmiş və bildirmişdir ki, ona verəcəyi pulu həmin kartın üzərində yazılmış 5239 1517 0490 9798 hesab nömrəsinə göndərməlidir. Odur ki, həmin hesaba: ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 200 manat pul olmaqla, cəmi 1200 manat pul köçürmüşdür. Həmin məbləğin Cavabdeh verdiyi bank kartı hesab nömrəsinə köçürmək üçün pulları hər dəfə oğlu X13 vermişdir ki, aparıb ödəmə terminalı vasitəsi ilə köşürsün. Odur ki, oğlu həmin çəbləğləri MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə Bərdə rayonundakı ödəniş terminalından 5239 1517 0490 9798 hesab nömrəsinə ödəmişdir. 2024-cü ilin may ayının son günlərindən birində Cavabdeh Güloğlular kəndinə onların yaşadıqları evə gəlib ona bildirmişdir ki, miras evin onun adına rəsmiləşdirilməsin tam həll etmişdir, qalan 300 manat da ver aparıb ödənişi edim. Odur ki, inanaraq evində Cavabdeh əlbə-əl 300 manat pul vermişdir. Lakin Cavabdeh elə həmin gündən yoxa çıxıb və onu tapa bilmir. Əvvəllər mobil telefonuna etdiyi zənglərə cavab vermişdir və hər dəfə ona demişdir ki, səbrli olun, iş bir neçə günə düzələcək, yaxud demişdir ki, Bakıdadır, gələn kimi reyestr çıxarışını alıb gətirib verəcəkdir. Daha sonra isə Cavabdeh onun mobil telefon zənglərinə ümumiyyətlə cavab verməmişdir və mobil nömrələrini blok etmişdir. Cavabdeh özünü isə heç bir yerdə tapa bilməmişdir, ordanburdan xəbər tutmuşdur ki, Bakıdadır, ancaq ünvanı heç kim bilmir. Hətta Cavabdeh bacısını və qardaşını tapıb onlarla görüşmüşdür, qardaşları Mahmudu onu aldadıb 1500 manat pulunu ələ keçirdiyini onlara söyləmişdir. Onlar isə demişdir ki, Mahmudla heç bir əlaqələri yoxdur, harada yaşadığını və nə işlə məşğul olduğunu da bilmirlər, ümumiyyətlə bir qardaş kimi onunla maraqlanmırlar. O, artıq tam əmindir ki, Mahmud Atakişiev onu aldadaraq 1500 manat pulunu ələ keçirmiş və qaçıb gizlənmişdir ki, pulunu ondan tələb edə bilməsin. Odur ki, ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur.
3. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona vurulmuş ziyanın 3500 manat məbləğində pul vəsaitinin ondan tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbini əsassız hesab edir və onun verdiyi qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Belə ki, ilkin iddia ərizəsindən görünür ki, guya o, cavabdehi aldadaraq həyat yoldaşı X7 miras qalmış Bərdə rayonu Yenidəşkənd kəndində yerləşən fərdi yaşayış evini mərhumun birinci dərəcəli qanuni vərəsəsi kimi onun adına rəsmiləşdirməyə söz versə də, bu işi görə bilməmiş və ondan 1200 manat pul almışdır. İlkin iddia ərizəsində göstərilənlər tamamilə böhtan, yalan və şərdir. Ziyafətdən həmin işi görmək üçün heç bir vəsait almamışdır, əksinə bir hüquqşünas kimi ona təmənnasız hüquqi xidmətlər göstərmiş, məsləhətlər vermiş, bununla bağlı ərizələr tərtib etmiş və aidiyyatı dövlət orqanlarına göndərilməsinə köməklik etmişdir. İlkin iddiaçını təxminən 1 il 6 aydır tanıyır, o, həmişə ona hüquqi məsləhət vermiş, hər hansı problemlərinin hüquqi həlli yollarını göstərmişdir. Bu faktı o özü də məhkəməyə təqdim etdiyi iddia ərizəsində də təsdiqləyərək qeyd etmişdir ki, həqiqətən də o, onun bacısının həmkəndlisi olaraq bacısı qızı X3 aliment məsələsinə təmənnasız kömək edərək, həmin problemi onun istəyinə uyğun müsbət həllinə nail olmuşdur. Onun rəsmi qeydiyyatı Bərdə rayonu, Cəyirli kəndi olmasına baxmayaraq, Bakı şəhərində yaşayır. Cavabdeh isə Bərdə rayonunun Güloğlular kəndində yaşayır. O, cavabdehlə ona köməklik edəyəcəyini bildirdikdə onu da demişdir ki, sən narahat olma mənim sənədlərimi aldıqdan sonra sənin əlavə hörmətini edəcəm. Həmin vaxt eyni zamanda ona bildirmişdir ki, o, Vəkillər Kollegiyasının üzvü deyil, sadəcə olaraq bir kəndçi kimi, bir hüquqşünas kimi ona öz köməkliyini göstərəcəkdir. Beləliklə, onun bu işinin həlli üçün müəyyən hərəkətlər etməyə başlamışdır. Yəni onun lkin sənədlərini toplamağa başlamışdır. Təssüflər olsun ki, apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, əksinə ilkin iddiaçı X6 özü onu bilə-bilə aldatmış və almaq istədiyi sənəd onun mərhum həyat yoldaşına məxsus olmuş və həmin torpaq sahəsi də hələ 2013-cü ildə X8. Göründüyü kimi, onu aldadaraq onun həyat yoldaşının adına olmayan tamamilə kənar bir şəxsin adına olan torpaq sahəsini öz adına rəsmiləşdirmək istəmişdir. Daha sonra o, araşdırma aparmış və bir daha müəyyən olunmuşdur ki, ilkin iddiaçının öz adına rəsmiləşdirmək istədiyi torpaq Bələdiyyəyə aid torpaq sahəsidir və ümumiyyətlə, onlara heç bir aidiyyatı yoxdur. Həmin vaxt ilkin iddiaçı ona demişdir ki, əri ölməmişdən qabaq qaynı X1 3000 manata fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini onlara satmışdır. Lakin sonradan bunu da o, yoxlatdırmışdır ki, həqiqətən də, Şabanın adına heç bir torpaq sahəsi olmamışdır. Hətta ona demişdir ki, o, qaynı Şabanı məhkəməyə verib pulunu geri tələb edəcək. O da bildirmişdir ki, o sənin qaynındır, bu sizin şəxsi işinizdir, mən qarışa bilmirəm. Daha sonra ona izah etmişdir ki, siz torpağı öz adınıza keçirtmək üçün dövlət rüsumu var, onu ödəməlisiniz. Beləliklə, ilkin iddiaçının bütün bu yalanları ortaya çıxdıqdan sonra ona öz iradlarını bildirmişdir və onlara heç bir aidiyyatı olmayan torpaq sahəsininin onun adına rəsmiləşdirilməsinin qeyri-mümkün olduğunu da demişdir. O, Bakı şəhərində yaşayır və ilkin iddiaçının bu işlərini görmək üçün öz xüsusi mülkiyyətində olan avtonəqliyyat vasitəsi ilə təxminən bu müddət ərzində təxminən 10 dəfə Bərdə rayonuna gəlmişdir və hər dəfə də lazım olan yanacaq xərcləri və qalma xərclərini də öz vəsaitinin hesabına ödəmişdir. Belə ki, o hər dəfə ilkin iddiaçının işi üçün və məhz onun dəvəti ilə hər dəfə Bərdə rayonuna gedibgələrkən ümumilikdə 200 manat xərci çıxmışdır. Göründüyü kimi, ümumilikdə onun yolnəqliyyat xərci 2000 manat (200x10)=2000) təşkil etmişdir. Bundan əlavə o, ilkin iddiaçının işi ilə əlaqədar məhz onun dəvəti ilə 2024-cü ilin sentyabr ayında Bərdə rayonundan Bakı şəhərinə gələrkən avtonəqliyyat qəzası baş vermiş və nəticədə maşınında baş vermiş nasazlıqların aradan qaldırılması üçün 1500 manat xərci çıxmışdır. Beləliklə, ilkin iddiaçının ona vurduğu maddi ziyanın məbləği ümumilikdə 3500 manat təşkil edir ki, hesab edir ki, həmin vəsait ilkin iddiaçının təqsiri ucbatından yarandığından ondan tutularaq ona ödənilməlidir. İlkin iddiaçı ona maddi ziyan vurmaqla yanaşı, eyni zamanda mənəvi ziyan da vurmuşdur. İddiaçı onun barəsində onu yaxından tanıyan tanışlarına və qohumlarına həqiqətə uyğun olmayan, şərəf və ləyaqətinə toxunan təhqiramiz böhtan və yalan xarakterli məlumatlar verməkdən çəkinməmişdir. Belə ki, İddiaçı onu yaxından tanıyan insanlara açıq şəkildə bildirmişdir ki, o, dələduzdur, onun aldadır və nəinki onu, başqalarını da aldadır. Bu kimi sözləri ona yaxınları, tanışları bildirdik də o, mənəvi sarsıntı keçirmişdir.
5. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim B.Y. Məhərrəmov) ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh Cavabdeh 1200 manat pul tutularaq, ilk iddia üzrə iddiaçı İddiaçı xeyrinə ödənilməsi, ilk iddia üzrə ödənilmiş 32 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh Cavabdeh alınaraq, ilk iddia üzrə iddiaçı İddiaçı ödənilməsi, ilk iddianın qalan hissəsində təmin olunmaması, ilk iddia üzrə qalan 3 manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar məhkəməyə ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehə 1200 manat pul vəsaitinin verildiyini təsdiq edir. Eyni zamanda, cavabdeh tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin əsassız varlanması nəticəsində əldə edilmiş pul vəsaiti geri qaytarılmalıdır.
7. Tərəflər arasında olan münasibətlər formal olaraq tapşırıq müqaviləsinə bənzəsə də, faktiki olaraq tapşırıq münasibətlərindən irəli gələn mübahisə deyil. Mülki Məcəllənin 778.2ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir.
8. Məhkəməyə təqdim edilən sübutların dairəsində bu cür səlahiyyətin verildiyini təsdiq edən heç bir sənəd təqdim edilmədi. İlk iddia üzrə cavabdeh məhkəmə iclasında ilk iddia üzrə iddiaçı ilə onun arasında hər hansı tapşırıq müqaviləsinin bağlanmadığını, onun hüquq xidmətləri göstərmədiyini, işsiz olduğunu, ilk iddia üzrə iddiaçıya bir tanış kimi kömək göstərmək istədiyini bildirmişdir.
9. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından ilk iddiaçı tərəfindən cavabdehə ödənilmiş vəsait cavabdehin əsassız varlanması ilə nəticələnmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 1200 manat məbləğində vəsait cavabdehin kart hesabına hissə-hissə olmaqla 2024-cü ilin mart, aprel və may aylarında köçürülmüşdür. 10.Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 11.Qanun əsassız varlanmadan əldə edilən gəlirin məhrum olana qaytarılması üçün kəsici müddət müəyyən etmişdir. Qeyd edilən müddət isə başa çatmamışdır. 12.Məhkəmə qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən qarşılıqlı iddia rədd edilməlidir. 13.Belə ki, zərər anlayışı sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq, əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. 14.Qarşılıqlı iddia üzrə iddiaçının maddi zərər, fiziki və mənəvi sarsıntı keçirməsi müəyyən olunmamışdır və eləcə də, iddiaçı hətta fiziki və ya mənəvi sarsıntı keçirmiş olsa da belə, bu cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsi, yəni maddi və mənəvi ziyanla qanunsuz hərəkət və ya hərəkətsizliklər arasında səbəbli əlaqənin və bunda cavabdehin təqsirinin olması müəyyən olunmamışdır. 15.Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş ilk iddia üzrə iddiaçı İddiaçı təfərindən ödənilmiş 35 dövlət rüsumunun 32 manatı ilk iddia üzrə cavabdeh Cavabdeh alınaraq, iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. İlk iddia üzrə qalan 3 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 54.60 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1,1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5,107, 119.1, 191.3, 217.3, 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbimin təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayon Güloğlular kənd sakini ilkin iddiaçı İddiaçı ona qarşı 1500 manat, dövlət rüsumu hesabına ödənilmiş 35 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbinin qanuni əsası yoxdur. İddiaçı 2024-cü ilin əvvəllərində ona müraciət edərək, 2010-cu ildə vəfat etmiş mərhum əri X7 miras qalmış, Bərdə rayon Yenidaşkənd kəndində yerləşən fərdi yaşayış evini qanun üzrə 1-ci dərəcəli vərəsə kimi onun adına rəsmiləşdirilməsi üçün köməklik etməyini xahiş etmiş, cavabdeh ona imkanı daxilində kömək olacağına söz vermişdir. Həmin vaxt eyni zamanda ona bildirmişdir ki, o, Vəkillər kollegiyasının üzvü deyil, sadəcə olaraq, bir kəndçi və hüquqşünas kimi ona kömək edəcəyini bildirmişdir. Beləliklə, onun bu işinin həli üçün müəyyən hərəkətlər etməyə başlamış, yəni onun ilkin sənədlərini toplamağa başladı. Apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki,iddiaçı İddiaçı onu bilə-bilə aldatmış və almaq istədiyi sənəd onun mərhum həyat yoldaşına məxsus olmuş,həmin torpaq sahəsi də hələ 2013-cü ildə X8. Bundan əlavə, İddiaçı bildirmişdir ki, əri ölməmişdən qabaq qaynı X2 3000 manata fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini onlara satmışdır. O , sonradan bunu da yoxlatdırmış, məlum olmuşdur ki, ümumiyyətlə, Şabanın adına heç bir torpaq sahəsi olmamışdır. Hətta demişdir ki, o, qaynı Şabanı məhkəməyə verib pulunu tələb edəcəkdir. Onun bu yalanları cavabdehə məlum olmuş, bununla bağlı Ziyafətə öz iradını bildirmişdir. O, Bakı şəhərində yaşayır. İddiaçı İddiaçı bu işlərini görmək üçün öz xüsusi mülkiyyətində olan maşını ilə təxminən 10 dəfə Bakı şəhərindən Bərdə şəhərinə gəlib-getməli olmuş, hər dəfə gəlib getməyə, yanacağa, qalmağa və s., ən azı 200 manat pul xərcləmişdir. Yəni, yol-nəqliyyat xərci 2000 (200x10=2000) manat edir. İddiaçı işi ilə əlaqədar 2024 cü ilin sentyabr ayında Bərdə rayonundan Bakı şəhərinə gedərkən maşını ilə qəza keçirmiş, maşının təmirinə 1500 manat xərc çəkməli olmuşdur. Bundan əlavə, İddiaçı Bərdə rayon Cəyirli kəndində yaxından tanıyan tanışların,qohumların yanında ünvanına şər–böhtan xarakterli şərəfinə və ləyaqətinə toxunan sözlər danışmış, hətta dələduzluqda ittiham etmişdir. Məhz buna görə ilkin iddianın qarşılığında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 3500 pulun İlkin iddiaçı İddiaçı alınaraq onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmiş, ancaq məhkəmə iddia tələbini təmin etməmişdir. Belə hesab edir ki,məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək, hazırkı işlə bağlı mobil telefonunda qarşı tərəfin audio yazıları, qəbzlər və digər zəruri materiallar mövcud olduğunu, həmin şəxsin dələduzluqla məşğul olduğunu bildirmişdir. Həmçinin, qarşı tərəfin onun yanına gələrkən, qəza törədib və bunun xərcini onun öhdəliyinə atmaq istədiyini də qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə qismən təmin olunan iddia üzrə cavabdeh Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İş materiallarından göründüyü kimi, hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, 1500 manat məbləğində pulu müəyyən kömək müqabilində cavabdeh tərəfə vermiş, cavabdeh isə vəd etdiyi dəstəyi göstərməmiş və pulu geri qaytarmamışdır.
27. İş materiallarının təhlili zamanı müəyyən olunur ki, cavabdeh vəd etdiyi dəstəyi yerinə yetirməmiş, həmçinin aldığı pul vəsaitini geri qaytarmamışdır. Cavabdeh tərəfindən həmin məbləğin qaytarıldığını və ya onu saxlamaq üçün hüquqi əsasın mövcud olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
28. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız olaraq əmlak əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan şəxs əldə etdiyi əmlakı zərərçəkmişə qaytarmalıdır. Birinci instansiya məhkəməsi bu normanı düzgün tətbiq etmişdir.
29. Qaytarılmalı pul məbləğinə gəldikdə, iddiaçı 1500 manatın cavabdehə verildiyini bildirir. İşə əlavə edilmiş sənədlərlə 1200 manatın verildiyi müəyyən edilir. Ona görə də iddia tələbi 1200 manat həddində sübut edilmiş hesab edilir.
30. Cavabdeh tərəf qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona vurulmuş ziyanın 3500 manat məbləğində pul vəsaitinin ondan tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmin məbləğin 1500 manatının yol-nəqliyyat hadisəsi nəticəsində yaranmış zərər, 2000 manatının isə gediş-gəliş xərcləri olduğu göstərilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən, cavabdehə zərərin ödənilməsi üçün zərər iddiaçının hüquqazidd, qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş vermiş olmalı və cavabdehin təqsirinin olması mövcud olmalıdır. İşə əlavə edilmiş sübutlardan müəyyən edilir ki, cavabdehin avtomobili ilə yolnəqliyyat32.hadisəsini onun tanışı törətmişdir və bu hadisənin iddiaçıya heç bir aidiyyatı yoxdur.
33. Hazırkı iş üzrə cavabdehin göstərdiyi xərclərlə iddiaçının hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Eyni zamanda, həmin xərclərin iddiaçının tapşırığı və ya razılığı əsasında çəkildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən cavabdehin qarşılıqlı iddiası əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayətinin verilə bilməz Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.