Məhkəmə qərarları › İş №2(3-7)-157/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-157/2026

14.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-157/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçılar iddiaçı1, digər iddiaçı iddiaçı2 etibarnamə üzrə nümayəndəsi (anası) X2 və cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2, cavabdeh1 və üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onların xeyrinə 31400 manat pul, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 1570 manat olmaqla ümumilikdə 32970 manat pulun, ödənilmiş 188,91 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçılar iddiaçı1 və iddiaçı2 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərdən onların xeyrinə 31400 manat pul, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 4710 manat olmaqla, ümumilikdə 36110 manat pulun, ödənilmiş 188,91 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddiaçı1 və iddiaçı2 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərdən onların xeyrinə 31400 manat pul, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 6280 manat olmaqla, ümumilikdə 37680 manat pulun, ödənilmiş 188,91 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 10205,4 (on min iki yüz beş manat 40 qəpik) manat pul və 120,62 manat dövlət rüsumu alınaraq iddiaçılar iddiaçı2 verilməsi; Iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdeh X1 tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XIIS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41 NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, hesab AZ 34CTRE00000000000002088501 hesaba ödənilsin. Iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 250 manat xidmət haqqı cavabdeh cavabdeh2 tutularaq VÖEN: 1401981051, Bank: “xxxx” ASC Nərimanov filialı, Bank VÖEN-i: 9900001881, M.h: AZ03NABZ01350100000000002944, H.h: AZ471BAZ35090019444176788205, Kod: 805711, SWIFT: IBAZAZ2X hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı cavabdeh cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətindən imtina etdiyini qeyd etmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətindən imtina barədə ərizəni müdafiə etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında Iddiaçılar iddiaçı1, digər iddiaçı iddiaçı2 etibarnamə üzrə nümayəndəsi (anası) X2 apellyasiya şikayətindən imtina barədə ərizənin həllini məhkəmə kollegiyasının mülahizə buraxdıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, cavabdeh cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar