Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-165/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkil) İbrahimova Türkan Qulu qızının və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tətbiq vasitəsi ilə köçürülmüş pul qəbzlərinin surətindən görünür ki, İddiaçı 416973********** saylı kart hesabından 523915********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 1485 manat, ##.##.2024-cü il tarixdə 1450 manat, ##.##.2025-ci il tarixdə 1000 manat pul köçürmüşdür.
2. Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən İddiaçı müraciəti əsasında toplanmış materialın kserosurətindən görünür ki, Cavabdeh İddiaçı 20.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
3. CD diskdən görünür ki, İddiaçı Cavabdeh ondan aldığı 23 000 manatı tələb etmişdir.
4. Məhkəmə kollegiyasının sorğusu əsasında Gədəbəy rayon Polis şöbəsinin İddiaçı müraciəti əsasında toplanmış materialının surəti yenidən əldə edilmiş, tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdeh Cavabdeh 23000 (iyirmi üç min) manat pulun, 500 (beş yüz) manat vəkil xidmət haqqının və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Gədəbəy rayonu Alnabat kəndində qeydiyyatda olmaqla anasıla birlikdə orada yaşayır. Cavabdeh Cavabdeh uzun illərdir tanıyır. Belə ki, onun ailəsi ilə ailəvi dostluqları olmuşdur. Daim bir-birlərinə kömək-dayaq olmuşlar. Dəfələrlə cavabdehə borc pul vermiş, o da vəd etdiyi vaxtda ona olan borcunu qaytarmışdır. Beləliklə, cavabdehlə aralarında etibarlı münasibətlər yaranmışdı. 2023-cü ilin sonlarında cavabdeh Cavabdeh ona müraciət edərək, heyvanlarının sayını artırmaq istədiyini, buna görə pula ehtiyacı olduğunu bildirmişdir. Əvvəllər də o öz işlərilə bağlı bankdan kredit götürərkən cavabdeh onun kredit öhdəlikləri üzrə zamin olduğundan ona yenə bankdan kredit götürüb ona borc verməyini xahiş etmişdir. O hətta tez bir zamanda heyvanlarını satıb pulu qaytaracağını bildirmişdir. O da ona inanaraq, “xxxx” QSC-dən 20000 manat məbləğində kredit götürüb cavabdehə vermişdir. Cavabdeh 11 ay müddətində bankdan götürdüyü kreditin ödənişini hər ay 1050 manat olmaqla ödəmişdir. Həmin puldan cavabdehin ona 8450 manat borcu qalmışdır. Bundan başqa 2024-cü ilin ## ### tarixində cavabdeh yenidən ona müraciət edərək, işlədiyi şirkətə borcu olduğunu, təcili həmin pulu qaytarmaq üçün ona 1500 manat pul lazım olduğunu bildirmişdir. O yenə cavabdehə inanaraq “xxxx” ASC-nə məxsus kredit kartından ona 1485 manat pul vermişdir. O həmin pulu cavabdehə məxsus bank kartına göndərmişdir. Cavabdeh ondan aldığı 1485 manat pulu 15 gün müddətinə qaytaracağına vəd etsə də həmin pulu qaytarmamışdır. Həmçinin, o özü saxlamaq üçün 2 baş iribuynuzlu heyvan almışdır. Lakin, tək olduğundan heyvanları saxlamaqda çətinlik çəkdiyi üçün onları satmaq qərarına gəlmişdir. Bundan məlumatı olan cavabdeh onun heyvanlarını alacağını bildirmişdir. Cavabdeh ona heyvanları ona göndərməyini, onun da pulunu göndərəcəyini demişdir. O da maşın tutub heyvanları ona göndərmişdir. 2 baş iri buynuzlu heyvanın dəyəri 5000 manat etmişdir. Lakin, cavabdeh heyvanların pulunu ona qaytarmamışdır. Bundan təxminən bir ay sonra cavabdeh yenə ona müraciət edərək, maddi çətinliklərinin olduğunu, ona 1500 manat borc verməyini xahiş etmişdir. Cavabdeh ona hələ ucuz olduğu üçün heyvanları sata bilmədiyini, payızda heyvanları satıb onun pulunu verəcəyini demişdir. O da təkrar olaraq ona kredit kartından 1485 manat pul göndərmişdir. Cavabdeh 2025-ci ilin yanvar ayında ondan 1000 manat borc pul istəmişdir. O yenə ona iki dəfəyə hər dəfə 500 manat pul göndərmişdir. O özü əkinçiliklə də məşğul olur. Təxminən 2025-ci ilin yanvar ayında o yenidən “xxxx” QSC-dən kartof toxumu almaq üçün 10000 manat kredit götürmüşdür. Cavabdeh o götürdüyü kredit borcu üzrə zamin olduğundan o kredit götürdükdən sonra yenidən ona müraciət edərək, toxumu alana kimi həmin puldan ona 5000 manat borc verməyini xahiş etmişdir. O da hələ pul lazım olmadığı üçün cavabdehə 5000 manat borc vermişdir. 2025-ci ilin fevral ayında isə cavabdeh onların yaşadığı evə gələrək, təcili pula ehtiyacı olduğunu bildirmiş və ondan 600 manat borc pul istəmişdir. O da evdə olan 580 manat pulunu ona borc vermişdir. Cavabdehin ona ümumilikdə 23000 manat məbləğində borcu yaranmışdır. O dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. O Gədəbəy Rayon Polis Şöbəsinə də müraciət etmişdir. Cavabdeh Gədəbəy rayon Polis Şöbəsində izahatı alınarkən də, ona borcu olduğunu bildirmişdir. Lakin, həmin vaxtdan sonra da cavabdeh ona olan borcunu ödəməmişdir. Ona görə də o hazırda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. O məhkəməyə müraciət etmək üçün 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu və vəkilin hüquqi yardımından istifadə etmək üçün 500 (beş yüz) manat xidmət haqqı ödəmişdir. Cavabdehin hərəkətləri nəticəsində o xərcə düşmüşdür. Ona görə də ödədiyi dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödədiyi xərcin də cavabdehdən tutulmasını istəyir.
7. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu tutularaq, iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, Gədəbəy Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh İddiaçı 23000 manat məbləğində borcu olması sübuta yetirilmişdir.
9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092 və 1093-cü, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14, 77, 52 və 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, cavabdeh Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh vicdanlı davranaraq heç bir sübut olmadığı halda aldığı məbləği etiraf etmiş, iddiaç isə əksinə vicdanlı davranmamışdır. İddiaçı tələbini təsdiq edən halları sübut etməmişdirsə, cavabdeh iddia tələbi ilə bağlı cavabdehlik daşımasını sübutetmə yükü daşımır. Həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Birinci instansiya məhkəməsi cavabdehin polis orqanında verdiyi izahata istinad etmişdir. Halbuki, iş materiallarında cavabdeh tərəfindən verilmiş müstəqil, sərbəst və könüllü izahatın mövcudluğu faktiki olaraq təsdiqlənmir. İddia edilən izahatın hansı şəraitdə, hansı prosessual təminatlar altında, cavabdehin hüquqları izah edilməklə və ya edilmədən verildiyi müəyyən olunmur. İzahatın verilmə zamanı tərəfin hüquqi yardım almaq imkanı, izahatın mətni ilə tanış olması və onu sərbəst iradəsi ilə təsdiq etməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Əksinə, materiallardan görünür ki, cavabdehdən izahat alınarkən ondan əvvəlcədən bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə iltizam alınmış, lakin həmin iltizam izahatın mahiyyətini yoxlamaq üçün deyil, cavabdehə psixoloji təzyiq yaratmaq vasitəsi kimi istifadə edilmişdir. Bu isə izahatın könüllülüyü və etibarlılığı ilə bağlı ciddi şübhələr yaradır və belə bir sənədin sübut kimi qəbul edilməsini istisna edir. Bundan əlavə, qeyd olunan izahat cavabdeh tərəfindən oxunmadan imzalanmış, cavabdeh polis əməkdaşlarının bildirdiklərinə inanaraq, izahatın məzmunu ilə real tanış olmadan sənədi imzalamışdır.
12. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasına apellyasiya şikayətinə dəqiqləşdirmə ünvanlayaraq qeyd etmişdir ki, mübahisələndirilən qətnamə qəbul olunduqdan sonra məum olmuşdur ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ***R********** saylı krеdit razılaşması üzrə 1764,92 manat krеdit bоrcu, 111,65 manat faiz bоrcu və 40,95 manat cərimə borcu, cəmi 1917,52 manat borc, ***R********** saylı krеdit razılaşması üzrə 19446,76 manat krеdit bоrcu, 1537,34 manat faiz bоrcu və 517,28 manat cərimə borcu, cəmi 21501,38 manat borc, ümumilikdə 23418,90 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160,26 manat məbləğində dövlət rüsumunun cavabdеhlər İddiaçı və Cavabdeh müştərək qaydada iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” QSC ilə İddiaçı və zamin Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən İddiaçı 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında İddiaçı “xxxx” QSC ilə ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 5235,08 manat ödəmiş, onun 1764,92 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 116 gün üçün hesablanmış faiz borcu 111,65 manat, cərimə 40,95 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında İddiaçı “xxxx” QSC ilə ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 29 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 3553,24 manat ödəmiş, onun 19446,76 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 133 gün üçün hesablanmış faiz borcu 1537,34 manat, cərimə borcu 517,28 manat təşkil edir. Həmin məhkəmənin iclasında iştirak edən cavabdeh İddiaçı izahatında göstərdi ki, Cavabdeh həmişə o kredit götürəndə ona zamin olmuşdur. Sonuncu dəfə ondan xahiş etmişdir ki, kredit götürüb ona versin, çünki ona yüksək məbləğdə kredit vermirlər. O da 23000 manat kredit götürüb Cavabdeh vermiş, Cavabdeh bir müddət kreditin aylıq ödənişlərini etmiş, sonradan ödəməmişdir. 7000 manatı özü üçün götürmüşdür. 23000 manatı məcbur özü ödəməli olmuşdur. 23000 manatın 11 ayı ödənilmiş, 11 aydan sonra yenidən 10000 manat kredit götürmüş, borc yenidən 23000 manat olmuş, bir müddət ödəniş etmiş, borc 19000 manat qalmışdır. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə 23000 manatı Cavabdeh verməyi təsdiq edilmişdir. Borc məbləğinə etiraz etmir. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə ondan pulunu ala bilsə borcunu bağlayacaq. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ## ###### 2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 1764 manat 92 qəpik krеdit bоrcu, 111 manat 65 qəpik faiz bоrcu və 40 manat 95 qəpik cərimə borcu, cəmi 1917 manat 52 qəpik borc, ## ###### 2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 19446 manat 76 qəpik krеdit bоrcu, 1537 manat 34 qəpik faiz bоrcu və 517 manat 28 qəpik cərimə borcu, cəmi 21501 manat 38 qəpik borc olmaqla, ümumilikdə 23418 (iyirmi üç min dörd yüz on səkkiz) manat 90 (doxsan) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160 (bir yüz altmış) manat 26 (iyirmi altı) manat məbləğində dövlət rüsum cavabdеhlər İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi artıq Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərnaməsi ilə hazırkı iddia üzrə iddia olunan pul vəsaiti Cavabdeh müştərək qaydada tutulmuşdur. Belə olan halda eyni borc həm də Şəmkir Rayon Məhkəməsində tutula bilməzdi.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya borcu yoxdur. Aralarında kredit söhbəti olmuşdur. Kredit 10.000 manat olmuşdur. Sonra yenilənmiş 20.000 manat edilmişdir. 5000 manat noyabr ayında yolda ona vermişdir. O, demişdir ki, pula ehtiyacı vardır. Kredit iddiaçının özünün olub, mağazası var idi. Kredit borcundan o da ödəniş etmişdir. Hazırda 7 aylıq krediti qalmışdır. Hər ay 1050 manat ödəniş edir. Kreditin hamısı onun olmamışdır. İri buynuzlu heyvanları bir yerdə 2700 manata almışlar, iddiaçı evinə apardı, 10 gün sonra ona göndərdi. Birini 2800 manatdan ona vermişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) İbrahimova Türkan Qulu qızı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, sonradan cavabdeh iddiaçıya yenidən borclar vermişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaçının ona 5000 manat borc verdiyini bildirmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 5000 manat dəyərində iri buynuzlu heyvan vermişdir. Pulu faizə verməmişdir. Cavabdeh ilə ailəvi dost olmuşlar. Kartdan 1500 manat pul atmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
26. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən, iddia tələbinin təmin edilmiş məbləğin miqdarı hissəsində mübahisələndirilsə də, sonradan dəqiqləşdirmə vermiş, məhkəmə kollegiyasının iclasında da cavabdeh iddiaçıya heç bir borcu olmadığını bildirmişdir, odur ki birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh uzun müddətdir bir-birlərini tanımış və dostluqları olmuşdur. Tərəflərin aralarında etibarlı münasibətlər yaranmışdır. 2023-cü ildə cavabdeh Cavabdeh iddiaçıya müraciət edərək, heyvanlarının sayını artırmaq istədiyini, buna görə pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı “xxxx” QSC-dən 20.000 manat məbləğində kredit götürüb cavabdehə vermişdir. İddiaçı 2024-cü ilin ## ### tarixində cavabdehə “xxxx” ASC-nə məxsus kredit kartından 1485 manat pul vermişdir. Bundan başqa, kart hesabına ##.##.2024-cü il tarixdə 1450 manat, ##.##.2025-ci il tarixdə 1000 manat pul köçürmüşdür. Cavabdeh İddiaçı 20.000 manat məbləğində borcu olduğunu Gədəbəy Rayon Polis Şöbəsində verdiyi izahatında etiraf etmişdir. İddiaçı iddia ərizəsində cavabdehə başqa tarixlərdə də pul verməsini qeyd etsə də, bununla bağlı dəlillərini təqdim etməmişdir.
38. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya iddia tələbində tələb etdiyi ümumilikdə 23.000 manat məbləğində pul qaytarmaq öhdəliyi olması iş materialları ilə təsdiqini tapmışdır.
39. Cavabdeh Cavabdeh verdiyi izahatlarda işin faktiki hallarının iddia ərizəsində göstərilən dəlillər ilə üst-üstə düşməsi müəyyən olunur. Lakin birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, iddiaçıdan müxtəlif vaxtlarda borc almış, lakin iddiaçının tələb etdiyi qədər borcu yoxdur. Borclarından bir qismini qaytarmış, hazırda iddiaçıya təxmini 7000-8000 manat borcu qalmışdır. Apellyasiya şikayətində isə qətnamənin dəyişdirilməsini, ondan 7.000 manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pul verilmişdir və bu hal nəticəsində cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Cavabdeh Cavabdeh müxtəlif məzmunda verdiyi izahatlar məhkəmə kollegiyasında onun səmimiyyətinə şübhə doğurmuş, iddia tələbinin əsaslı olmasına inam yaratmış və cavabdehin öhdəlikdən yayınmaq istəməsi kimi qiymətləndirilmişdir.
40. Apellyasiya şikayətində cavabdehin polisdə verdiyi izahatın mötəbər olmaması ilə bağlı dəlillər irəli sürülmüşdür. Araşdırma zamanı izahatın cavabdehin öz əl yazısı ilə yazılması və doğruluğunun öz imzası ilə təsdiq edilməsi görülmüşdür. İzahatı alan şəxs isə Gədəbəy Rayon Polis Şöbəsi CAB əməliyyat müvəkkili, R Sənan Mustafayev olmuşdur. İzahatın cavabdeh Cavabdeh tərəfindən yazılması və imzalanması təsdiqini tapmışdır. İzahat verərkən cavabdehin hüquqlarının pozulması, ona təsir və təzyiqlər olunması və ya aldadılması təsdiqini tapmamış, bununla bağlı heç bir sübut təqdim olunmamışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, köçürülmüş pul qəbzlərinin surətindən görünür ki, İddiaçı kart hesabından cavabdehə ##.##.2024-cü il tarixdə 1485 manat, ##.##.2024-cü il tarixdə 1450 manat, ##.##.2025-ci il tarixdə 1000 manat pul köçürmüşdür. İddiaçı həmin məbləğləri 3000 manat kimi ümumiləşdirməklə 20.000 manat borcdan əlavə iddiasında tələb etmişdir. Cavabdeh Cavabdeh izahatlarında iddiaçının ona müxtəlif məbləğlərdə pullar verməsini qəbul etsə də, həmin pulların qaytarılması ilə bağlı heç bir dəlilini kollegiyaya təqdim edə bilməmişdir.
42. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri).
43. Məhkəmə kollegiyası Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə bağlı qeyd edir ki, “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində krеdit xətti açılmışdır. Cavabdeh tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh Cavabdeh uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşımışdır. Cavabdeh Cavabdeh həmin borca münasibətdə aylıq kreditləri onun ödəməsini qeyd etsə də, bununla bağlı dəlillərini təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh İddiaçı kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh onunla birlikdə iddiaçı qarşısında məsuliyyət daşımışdır. Yaranmış hüquq münasibətləri fərqli olmaqla, cavabdeh Cavabdeh borcun yenidən tutulması kimi qiymətləndirilə bilməz.
44. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.