Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-221/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: birgə nikah dövründə yaranmış öhdəliyin (kredit borcunun) bölünməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. AZ-II №****** nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Mustafayeva Ülviyyə Qüdrət qızı ##.##.2023-cü il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində ** saylı akt qeydi ilə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra arvada Salahova soyadı verilmişdir.
2. Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 66 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması qət edilmişdir.
3. Tərtər Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib barəsində 400 manat məbləğində cərimə edilmişdir.
4. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2024- cü il tarixli, ****************** saylı Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditlışmənin Xüusi şərtlərinə dair KBAK*******B*** nömrəli ##.##.2024- cü il tarixli Əlavədən görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 19.5 % olmaqla 27000 (iyirmi yeddi min) məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq X6, Cavabdeh oğli, X3 , X4 və X1 ilə zaminlik müqavilələri bağlanmışdır.
5. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə sonuncu ödəniş ##.##.2025-ci il tarixdə olmuşdur. Kredit müqaviləsi üzrə ümumi borc məbləği 17126,69 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onunla birgə nikah dövründə Kaptal Bank ASC-nin Ağcabədi filialından ##.##.2024-cü il tarixli, ****************** saylı müqaviləyə əsasən götürülmüş 35889,78 manat kredit borcunun bölünərək onun 1⁄2 hissəsi olan 17944,89 manatın, hazırki iddia ərizəmə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 144 manatın və mediasiya xidmətinə görə ödədiyi 60 manatın alınaraq onun xeyrinə veriləməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə nikahları Ağdam rayon Qeydiyyat şöbəsində ## ### 2023-cü il tarixdə 66 nömrə ilə qeyd edilməklə evlənib ailə qurmuşlar. Həmin tarixdən etibarən də cavabdehlə ünvan 1 ünvanında kirayədə yaşamışdıralr. Cavabdehlə birgə nikahdan övladları yoxdur. Cavabdehlə təxminən 1 il 6 ay ərzində birgə yaşamaqla və birgə təsərrüfat idarə etməklə yaşadıqdan sonra, aralarındakı ailə münasibəti pozulmuş, 2024-cü ilin noyabr ayından etibarən faktiki olaraq ayrılmışlar və ayrı-ayrı yerlərdə yaşayırlar. Cavabdeh Bərdə rayonu Mustafağalı kəndində, o, isə Bərdə rayonu Bala Göyüşlü kəndində valideyinlərinə məxsus olan evdə yaşayır. Hazırda onun tərəfindən Bərdə Rayon Məhkəməsinə cavabdeh Cavabdeh qarşı "nikahın pozulması tələbinə dair” iddia qaldırmışdır. Iddia ərizəm məhkəmənin icraatına qəbul edilmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyi isə aşağıda göstərdiyi əsaslı səbəblərdəndir. O, 2015-ci ildən halhazıradək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki Hərbi Hospitalında tibb bacısı Işləyir. Aylıq əmək haqqı 996 manatdır. Cavabdeh Cavabdehla evlənməzdən əvvəl bir neçə il əmək haqqından hər ay çox hissəsini kənara qoyaraq toplamışdır ki, özünə Bərdə şəhərində bina evlərindən birindən mənzil alıb orada yaşasın. Odur ki, cavabdehlə rəsmi nikaha daxil olub evləndikləri vaxt, ## ### 2023-cü il tarixində onun nəğd olaraq 30.000 manat pulu var idi. Cavabdehlə evliliklərindən bir müddət sonra qərara gəlmişdirlər ki, Bərdə rayonundan mənzil alıb daha kirayədə yaşamasınlar. Cavabdeh ona, kirayədə yaşadıqları mənzilin sahibi tərəfindən datıldığını və həmin evi almalarını bildirmişdir. Mənzil təmirli və rahat olduğu üçün razılaşmışdır. Ancaq işilə əlaqədar hər gün səhər tezdən evdən çıxıb, evə yalnız axşam saatlarında qayıdıb gəldiyinə görə mənzilin sahibi ilə özü bu barədə danışa bilməmişdir. 2024-cü ilin ilk günlərindən birində cavabdeh Cavabdeh ona bildirmişdir ki, mənzilin sahibinin uşağı xəstədir, mənzilin satışını tezləşdirmək istəyir, odur ki, 30000 manatı mənzil sahibinə vermək üçün ondan istəmişdir. O da cavabdehlə ər-arvad olduqlarına görə inanıb pulu ona vermişdir ki, aparıb mənzilin sahibinə versin. Bir müddət sonra isə cavabdeh ona bildirmişdir ki, mənzilin sahibi mənzilin satış qiymətini artırır, əlavə 27000 manat pul vermələrini istəyir. Mənzil Bərdə rayonunda əlverişli yerdə olmaqla 3 otaqlı və rahat olduğu üçün bu məbləği vermələri üçün bankdan kredit götürmələrinə etiraz etməmişdir. Odur ki, xxxx ASC-nin Ağcabədi filialı ilə onun arasında bağıanmış ##.##.2024-cü il tarixli KBAK *******B*** saylı kredit müqaviləsinə əsasən həmin bank filailından 27000 manat kredit götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kredit ona 36 aylıq müddətinə və illik 19,5 % dərəcəsi ilə verilmişdir, yəni 36 ay ərzində 8889,75 manat faiz də daxil olmaqla banka cəmi 35889,78 manat ödəməli idi. Kreditin təminatı olaraq X6, Cavabdeh, X3, X4, X1 ilə Zaminlik müqavilələri bağlanmışdır. Götürdüyü 27000 manat krediti etibar edərək cavabdeh Cavabdeh vermişdir ki, aparıb mənzilin sahibinə versin. Bir müddət keçdikdən sonra mənzilin sənədlərini Cavabdeh soruşmuş, o, isə hər dəfə bildirirdi ki, mənzilin sahibi bir neçə günə kimi mənzili onların adına keçməsinə dair dövlət reyesterindən çıxarışı gətirib verəcəkdir. Ancaq hər dəfə onun vəd etdiyi tarixlər yalan olurdu. Elçin artıq ondan şübhələndiyini, yəni nə 30000 manatını, nə də kredit götürdüyü 27000 manatı mənzilin sahibinə vermədiyini başa düşdüyünü anlamışdı, odur heç bir səbəb olmadan onunla münaqişə yaradır, əsəbilik nümayiş etdirir və onu ağır sözlərlə təhqir edirdi. 2024-cü ilin ortalarında Cavabdeh Bakıya gedib avtomobil alıb gətirəcəyini deyib evdən getmiş və Lizinqlə RANCE ROVER markalı avtomobil alıb gəlmişdir. Bir neçə aydan sonra isə bu avtomobilin lizinq ödənişi onun adına gəlmişdir. Məlum olmuşdur ki, onun iştirakı və razılığı olmadan hansısa yolla bu avtomobili onun adına lizinq krediti ilə sənədləşdirib alıb. Artıq Cavabdeh nə 30000 manatı, nə də 27000 manatı mənzilin sahibinə vermədiyinə tam şübhə yaranmış, mənizlin sahibi ilə görüşüb bu barədə soruşduqda o, bildirmişdir ki, mənzili satmır və Cavabdeh mənzili almaq üçün ona hər hansı bir məbləğdə pul verməmişdir. Onunla birgə nikah dövründə onun adıma götürülmüş 27000 manat kredit isə 8889,78 manat faizi ilə birlikdə bu günədək tək başına ödəyir.
8. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2, 34.1, 36.1 və 37.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun təqdim etdiyi sübutlara və izahatına düzgün hüquqi münasibət bildirməmiş, hətta təkzib-edilməz sübut kimi cavabdehin kredit 27000 manatın 20000 manatını həqiqətən də ona verməyi və bu 20000 manatın 12000 + 2496 manatını atasının adına lizinqlə RANCE ROVER minik markalı avtomobil almağa sərf etməsi, qalan 5504 manatını isə xərcləməsinə dair izahatı ilə bildirdiklərinə hüquqi qiymət verməmişdir. Odur ki, son nəticədə məhkəmə məhz cavabdehin mənafeyini müdafiə edir və onun arzuladığı qanunsuz qətnaməni çıxartmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 27000 manat krediti ev almaq üçün cavabdehlə birlikdə götürmüş, lakin avtomobil almışlar. Kredit götürdüyü 27000 manat puldan 20000 manat pulu avtomobilə, 7410 manatı isə nikahdan əvvəl onun adına olan kreditə ödənilmişdir. Daha sonra atası həmin 7000 manatı geri qaytarmışdır. 20000 manat pulun 11500 manatına avtomobil alınmışdır. 11500 manat lizinqə götürülmüşdür. Kredit müqaviləsi üzrə anası Bulud, bacısı Ilahə zamindirlər. Onların kartlarından pul tutulub, eyni zamanda nağd ödənişlər ediblər. Həmçinin, bildirir ki, cavabdehin özünün və anasının kartlarından tutulan pullar kreditə görə deyil, alimentə görə tutulan ödənişlərdir. Bununla yanaşı məhkəməyə 35 ədəd qəbz təqdim etmişdir, həmin qəbzlər kredit müqaviləsi üzrə atasının nağd şəkildə ödədiyi ödəniş qəbzləridir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
16. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
17. Maddə 36.3. Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
18. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
19. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
20. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
21. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarı
23. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.
24. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, */**** nömrəli qərarı
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
27. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
28. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansı sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir.
46. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
47. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
52. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
53. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə tam əsaslı olmuşdur.
54. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Işin hallarından görünür ki, tərəflər ##.##.2023-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. ##.##.2025-ci il tarixdə aralarında olan nikah pozulmuşdur. Iddiaçı İddiaçı birgə nikah dövründə ##.##.2024-cü il tarixdə “xxxx” ASC-nin Ağcabədi filialından 36 ay müddətinə illik 9.5 faiz ödəmək şərtilə ##.##.2024-cü il tarixli KBAK *******B*** saylı kredit müqaviləsinə əsasən 27000 manat kredit götürmüşdür. Kredit mənzil alınması məqsədilə götürülmüşdür. Lakin, həmin kreditlə götürülmüş pulu cavabdeh Cavabdeh şəxsi eytiyaclarına görə xərcləmişdir. Hazırda iddiaçı həmin pulun yarısını cavabdehdən tələb edir.
59. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31.1-ci maddəsində ər-arvadın əmlakının qanuni rejiminin anlayışı verilir: ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcəlləsində və uyğun qanunvercilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir və mülkiyyət sahiblik, istifadə, sərəncam və bu əmlakın bölgüsü Ailə Məcəlləsinin 7-ci fəslində nəzərdə tutulan qaydada həyata keçirilir.
60. Ailə Məcəlləsinin 32.1, 32.2.2 və 32.3-cü maddələrinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, 5 kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir
61. Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
62. Qeyd olunan Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
63. Sadalanan hüquq normalarının qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
64. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun */**** nömrəli, ## #### 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ərarvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il ## #### tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
65. Göründüyü kimi, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir.
66. Əgər, bir borcun tərəfi yalnız ərin və ya arvadın özüdürsə, həmin borcun ümumi borc sayılması üçün avtomatik əsas yoxdur. Bu zaman sübut yükü borcun ümumi hesab olunmasını istəyən tərəfin üzərinə düşür. Baxılan işdə isə sübutetmə iddiaçiya məxsusdur.
67. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbə dair məhkəməyə təqdim olunmuş sübutlar təhlil edilərkən müəyyən edilmişdir ki, iddiaçı kredit və ya borc müqavilələri üzrə əldə edilən vəsaitin cavabdeh tərəfindən şəxsi ehtiyaclarına xərclənildiyini hər hansı yazılı, rəsmi və ya digər obyektiv sübutlarla əsaslandıra bilməmişdir. Iddiaçının şifahi izahatları və subyektiv xarakterli ümumi bəyanatları isə iş üzrə inandırıcı sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı faktiki ayrıldığı tarixə cavabdeh Cavabdeh onunla birgə nikah dövründə Kaptal Bank ASC-nin Ağcabədi filialından ##.##.2024-cü il tarixli, ****************** saylı müqaviləyə əsasən götürülmüş 35889,78 manat kredit borcunun bölünərək onun 1⁄2 hissəsi olan 17944,89 manatın (kreditin qalıq məbləğinin) banka ödəməsi barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Bununlada kollegiya qeyd edir ki, iddiaçı ödənilməmiş kreditin qalıq məbləğinin yarısını cavabdehdən tələb etməsinə dair iddia tələbi yuxarıda qeyd olunanlara görə əsaslı deyildir.
68. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
69. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.