Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-222/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2023-cü il tarixli *-**-**/*-Q-*****/** saylı Bərdə RPŞ-nin məktubundan görünür ki, İddiaçı göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir.
2. Bərdə rayon Polis Şöbəsində verilmiş ##.##.2025-ci il tarixli izahatdan görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı bir baş yanı balalı inəyi 2250 manata satmışdır. Həmin heyvanı 13 litr süd verə bilməsi adı altında satmışdır. İddiaçıya 1 həftə boyu heyvana cavabdeh olacağını bildirmişdir. Hazırda, iddiaçı heyvanın az süd verməsinə görə geri qaytarmaq istəyir, lakin cavabdeh qaytara bilmir. Aralarındakı razılaşmaya əsasən, Natiq haqlıdır.
3. ##.##.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 42.90 manat dövlət rüsumu ödənilmişdir.
4. Fərdi baytar İsmayılov Behbud Yolçu oğlu tərəfindən tərtib edilmiş aktdan görünür ki, Yuxarı Qaraxun kənd sakini İddiaçı aldığı inəyin yelinindəki 4 ədəd məmədən birinin kor olduğunu təyin edib.
5. ##.##.2025-ci il tarixli qəbzdən görünür li iddiaçı məhkəmədə iddia qaldırılması üçün 42.90 manat dövlət rüsumu ödəmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh 2250 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 42,90 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, cavabdeh Cavabdeh Ağdaş mal bazarında 2250 manata bir baş iribuynuzlu yanı balalı inək alıb. Həmin inəyi evə gətirəndən sonra məlum cavabdeh tərəfindən aldadılıb. Cavabdeh xəstə inəyi ona dəyərindən baha qiymətə satmışdır. Həmin xəstə inəyi qaytarmaq məqsədilə cavabdeh X1 dəfələrlə dörd gün ardıcıl olaraq zəng etsə də, zənglərinə cavab verməmişdir. Hətta hansı nömrədən zəng edibsə həmin nömrəni bloka atıb. O da öz növbəsində məcburiyyət qarşısında qalaraq cavabdeh barəsində AR DİN-nin “102” qaynar xəttinə zəng edərək ondan şikayət edib. Ondan sonra ona zəng edərək Ağdaş RPŞ-nə şikayət ərizəsi yazmaq üçün dəvət ediblər. Bu səbəbdən də o Ağdaş RPŞ-nə gedərək cavabdeh X1 şikayət edib. Cavabdeh Bərdə rayonu Alpout kəndində qeydiyyatda olduğu üçün oradan da onu Bərdə RPŞ-müraciət etməyini tövsiyyə etdilər. O da öz növbəsində Bərdə RPŞ- nə gedərək təkrar hazırkı cavabdeh X1 barəsində şikayət edib və onun şikayəti əsasında cavabdeh Bərdə RPŞ-nə dəvət olunaraq orada izahatı alındı və izahatında tam olaraq onun haqlı olduğunu etiraf etdi (İzahatların surətinin ona verilməsini xahiş etsə də qeyd olunun materialı yalnız məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edə biləcəklərini bildirdilər. Odur ki, iş üçün əhəmiyyətli olduğu üçün həmin materialın Bərdə RPŞ-dən alınmasını məhkəmədən xahiş edir). Lakin orada şikayətin mülki xarakterli olduğu ona cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olundu. O cavabdeh X1 2250 manat məbləğində pulunu bu günədək məhkəmədən kənar qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Mübahisəni məhkəmə qaydasında həll olunmasını istəyir. Ona görə də, cavabdeh X1 2250 manat məbləğində pulunun və 42,90 manat dövlət rüsumunun məhkəmə qaydasında tutulub ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını istəyir.
8. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Y.Abdullayev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 2250 (iki min iki yüz əlli) manat məbləğində pul və 42.90 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Bərdə rayon Polis Şöbəsində vermiş olduğu izahatda iddiaçı İddiaçı xəstə inəyi 2250 manata satdığını etiraf etmişdir. Belə ki, həmin inəyin günə 13 litr süd verə biləcəyini qeyd etmiş, bu hala cavabdeh olduğunu göstərmişdir. Həmin inək qüsurlu olduğundan alıcının qaytarmaq istədiyini bilmiş, lakin pulu qaytara bilmədiyindən bu baş tutmamışdır. Cavabdeh Cavabdeh 2250 manat məbləğində pul və 42.90 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 386.1, 425.1, 442, 448.1, 448.2, 567, 587.5-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.3, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun polis şöbəsində verdiyi ərizəni etiraf kimi qeyd etmiş və fərdi baytarın verdiyi aktı əsas götürərək, iddia tələbini təmin etmişdir. İş üzrə bildirir ki, mal-qara saxlamır. Tanıdığı yaxınlarının malqarasını bazara aparıb orada satır və mal sahibləri hər satışdan 20-30 manat ona xeyir verirlər. Müxtəlif mal bazarlarına heyvan aparıb satır. Hazırkı iş üzrə iddiaçı İddiaçı 1 baş yanı balalı inək satmışdır. Onun iddia ərizəsində bildirdiyi kimi xəstə olmamışdır, tam sağlam vəziyyətdə olmuşdur. Onun yanında inəyin ağzına, dişinə, ayaqlarına, döşünə və s. baxıb, bəyənib razılaşdıqları qiymətə, yəni 2.250 manata almışdır. İddia ərizəsində bildirir ki, guya “onu neçə gün yığıb telefonuna zəng çatmayıb.” Halbuki, telefonu daim açıq və işlək vəziyyətdədir. O, polis şöbəsində olmamışdır, sahə müvəkkili zəng edib çağırdıqda, gəlib sahə məntəqəsində izahat vermişdir ki, həqiqətən İddiaçı 1 baş yanı balalı inəyi 2.250 manata satmışdır. Sahə məntəqəsində verdiyi izahatında inəyi satmağını bildirmiş, inəyin xəstə olmasını və buna görə təqsirli olmağını bildirməmişdir. Hazırkı iddia ərizəsindən və iddianı təmin edən məhkəmə qətnaməsindən görünür ki, o həm pulu qaytarmalı, həm də inək iddiaçı İddiaçı qalmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, iddiaçı tərəf isə məhkəməyə teleqram ünvanlayaraq, iştirakı olmadan işə baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin, məhkəmə tərəfindən işin obyektiv həlli məqsədilə zəruri məlumatların öyrənilməsinə görə iddiaçı ilə telefon əlaqəsi saxlanılaraq məlum olunmuşdur ki, iddiaçı aldığı iribuynuzlu heyvanı yarı qiymətə 3-cü şəxsə satmışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, cavabdeh tərəf məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək, ara-sıra bazarda mal alqı-satqısı ilə məşğul olduğunu, 2250 manata qarşı tərəfə güzəştli məbləğdə mal satdığını bildirmişdir. Lakin iddiaçı bir müddət keçdikdən sonra, malı baha qiymətə satılmasını bəhanə edərək pulun qaytarılmasını istədi. Bu səbəbdən, baytara müraciət edərək, malın xəstə olmasına dair saxta sənəd hazırlatdı. O, malın qaytarılması müqabilində pulu qaytarmağa razı idi, ancaq iddiaçı malı qaytarmaq niyyətində deyildir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 397. Əvəzli və əvəzsiz müqavilələr Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 406. Müqavilənin forması Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 612. Heyvan, quş və balıq alıcısının hüquqi müdafiəsi vasitələri Maddə 612.1. Heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Maddə 612.1.1. Bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Maddə 1091. Əsassız varlanma anlayışı Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
22. İş materiallarının təhlilindən müəyyən olunur ki, tərəflər arasında 2250 manat müqabilində iribuynuzlu heyvanın alqı-satqısı baş vermişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, alınmış inək xəstə (qüsurlu) olmuş, gözlənilən məhsuldarlığı (süd verməsi) təmin etməmişdir. Bu əsasla o, mübahisə obyekti olan iribuynuzlu heyvanın alınması üçün ödənilmiş pul vəsaitini cavabdehdən alınmasını xahiş etmişdir.
23. İş materiallarının tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, iddiaçı və cavabdeh arasında kənd təsərrüfatı heyvanlarının satışı bazarında şifahi sövdələşmə bağlanılmış, sövdələşməyə əsasən, iddiaçı 2250 manat pul vəsaiti ödəyərək cavabdehdən bir baş iribuynuzlu heyvan satın almışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi alqı-satqı müqaviləsindən irəli gəlir. Mülki qanunvericilik heyvanların alqısatısının şifahi əqd əsasında aparılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, alıcıya qüsurlu mal verildikdə o, müqavilədən imtina edə bilər və ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər.
25. İddiaçı məhkəmə iclaslarına gəlmədiyindən, məhkəmə tərəfindən işin obyektiv həlli məqsədilə zəruri məlumatların öyrənilməsinə görə iddiaçı ilə telefon əlaqəsi saxlanılarkən məlum olunmuşdur ki, iddiaçı aldığı iribuynuzlu heyvanı üçüncü şəxsə satmışdır.
26. İddiaçı tərəfindən mübahisəli heyvanın üçüncü şəxsə özgəninkiləşdirilməsi nəticəsində tərəflər arasındakı hazırkı münasibətin gedişatında iddiaçının müqavilənin ləğvi və ödənilmiş pul vəsaitinin geri qaytarılması üçün tələbi əsassızdır. Ona görə ki, iddiaçı zədəli hesab etdiyi heyvanı satıb, onun satışından gəlir əldə etmişdir. İddiaçı məhkəməyə gəlmədiyindən həmin heyvanın hansı qiymətə satılması müəyyən edilmir.
27. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçının həm iribuynuzlu heyvanı özgəninkiləşdirib, ondan gəlir əldə etməsi, həm də ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etməsi əsassız varlanma kimi qiymətləndirilir və bu səbəbdən hazırkı tələb əsaslı hesab edilə bilməz.
28. Kollegiya qeyd edir ki, iddiaçının tələbi o zaman əsaslı sayıla bilərdi ki, müqavilə predmeti olan iribuynuzlu heyvan ya cavabdehin mülkiyyətinə qaytarılsın, ya da iddiaçının mülkiyyətində qalmaqla, onun dəyəri qaytarıldıqdan sonra yenidən cavabdehə verilməsi mümkün olsun. Hazırkı halda isə bu mümkün deyil və iddiaçı heyvanın satışından artıq gəlir əldə edib.
29. Birinci instansiya məhkəməsi iş üzrə hüquqi əhəmiyyət kəsb edən satılan heyvanın hazırda kimin mülkiyyətində olması, onun təkrarən satılıb-satılmamasını nəzərə almamış, sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsini təmin etməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.