Məhkəmə qərarları › İş №2(3-7)-268/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-268/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Gəncəǝşəhəri İşǝ№ǝ2(3-7)-268/2026 12.05.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə,ǝIbrahimliǝGüləsərǝRəhimǝqızınınǝkatibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “Pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməniǝqəbulǝetdi. Işin halları

1. Gəncə şəhər BPI-nin 3-cü X5 Vüsal Şubay oğluna ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh 2250 manat pulun tələbi ilə bağlı məhəməyə müraciət edəǝbilər.ǝ

2. ##.##.2024-cü tarixli ***nkGNDJ/** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 17 ay müddətinə qaytarmaq şərti ilə 2500 manat məbləğində krediti hər ay 160 manat olmaqla ödəməyiǝöhdəsinəǝgötürmüşdür.ǝ

3. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1984-cüǝildəǝünvanǝ1ǝünvanındaǝqeydiyyatdadır.

4. **** saylı Azərbaycan Respublikası “X4” Ictimai Birliyinin vəsiqəsindən görünür ki İddiaçıǝİǝqrupǝmüharibəǝəlilidir.

5. DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin ****** nömrəli vəsiqəindən görünür ki, İddiaçıǝmüddətsizǝİǝqrupǝəlildir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

6. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdehǝona borclu olduğuǝ1150(min yüz əlli) manat pulun və ona vurduğu ziyana görə 960 (doqquz yüz altmış manat) pulun, ümumilikdə 2110 (iki min yüz on) manat pulun alınaraq ona ödənilməsi barədəǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.ǝ

7. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İ qrup müharibə əlilidir. Cavabdeh Cavabdeh dostu X1 vasitəsilə tanımışdır. 2023-cü ildə Sadiqlə birlikdə Goran Ticarət Mərkəzindən 2 komplekt "Omax" markalı rotest (yuma) aparatı almışlar. Lakin icarə haqları yüksək olduğu üçün avtoyuma məntəqəsini işlədə bilməmişlər. 2024-cü ilin aprel ayında Zabutay Sadiqə bildirmişdir ki, rotest aparatını almaq istəyir. Onlar cavabdehlǝ rotestin qiymətini 2200 (iki min iki yüz) manata razılaşmışlar. Rotesi götürən zaman Zabutay ona 1150 (min yüz) manat pul vermis, söz vermişdir ki, pulun qalan hissəsini 1-2 həftəyə ödəyəcək. Təxminən 1 həftə sonra Zabutay ikinci rotesti də istəmişdir. Həmin rotest işlənmiş olduğu üçün onun qiymətini 1150 (min yüz əlli) manata razılaşmışlar. Zabutay həmin vaxt Bakı şəhərində olduğu üçün Sadiq rotest aparatını Bakı şəhərinə aparıb orada Zabutaya vermişdir. Həmin vaxt Zabutay ikinci rotesti aldığına görə heç bir ödəniş etməmişdir. Belə ki, pulu karta ötürmək istədiyini, lakin telefonu format olduğu üçün açılmadığını bəhanə gətirmişdir. Bundan sonra Zabutay hər dəfə müxtəlif bəhanələr gətirərək pulun qalanını ödəməmişdir. Buna görə, 2024cü ilin oktyabr ayında o, Gəncə şəhəri 3-cü X6 şikayət etmişdir. Şikayət etdiyi üçün Zabutayın anası Səfuzər 1150 (min yüz) manat pulu gətirib sahə müvəkkili Xəyyam Qurbanova vermişdir. O, həmin pulu götürmək istəməmişdir. Ancaq Səfuzər xanım söz vermişdir ki, tez bir vaxtda pulun qalan hissəsini də, ödəyəcəkdir. Buna görə 1150 (min yüz) manatı götürmüşdür. Beləliklə, Zabutayın ona 1150 (bir min yüz əlli) manat borcu qalmışdır. Qalan borcunu Zabutay hal-hazıradək ödəməmişdir.ǝO, maddi imkanı olmadığından rotest aparatlarını almaq üçün lombarddan pul götürmüşdür. Hər ay lombarda müəyyənǝməbləğdə pul ödəmişdir. Rotest aparatlarını Zabutaya ona görə satmışdır ki, Zabutaydan pulu alıb lombardı bağlayar. Lakin Zabutay pulu vaxtında ödəmədiyi üçün 2024-cü ilin avqust ayında məcbur olub "Unibank" in Gəncə şəhər Nizami filialından 2500 (iki min beş yüz) manat kredit götürmüş və həmin məbləğlə lombardı bağlamışdır. Həmin vaxtdan hal-hazıradək banka hər ay 160 (yüz altmış) manat ödəmişdir. Beləliklə, Zabutayın onun pulunu geçikdirməsi nəticəsində ona həm də, hər ay 160 manat banka ödəniş etdiyinə görə, 6 ay ərzində 960 (doqquzǝyüzǝaltmış)ǝmanatǝziyanǝdəymişdir.ǝHəminǝməbləğiǝdəǝcavabdehdənǝtələbǝedir.ǝ

8. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimǝZiyaǝAbdullayev)ǝiddianınǝtəminǝedilməməsiǝqətǝedilmişdir.

9. Məhkəməninǝmövqeyiǝondanǝibarətǝolmuşdurǝki, iddiaçı cavabdeh Cavabdeh nisyə əsaslarla 2 ədəd yuma aparatı satdığını bildirsə də, bu barədə iddia ərizəsinə mötəbər sübut əlavə edə bilməmişdir. Iddia ərizəsinə əlavə etmiş olduğu kredit müqaviləsi isə öz adına götürmüşǝolduğuǝöhdəlikǝolaraqǝmüəyyənǝolunur.ǝ

10. Məhkəməǝözǝhüquqiǝmövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 386.1, 425.1, 442, 448.1, 567, 600.1, 449.1-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsiǝbarədəǝyeniǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İ qrup müharibə əlilidir. Cavabdeh Cavabdeh dostu X1 vasitəsi ilə tanımışdır. 2023-cü ildə o, Sadiqlə birlikdə Goran Ticarət Mərkəzindən 2 komplekt “Omax” markalı rotest (yuma) aparatı almışdılar. Lakin icarə haqları yüksək olduğu üçün avtoyuma məntəqəsini işlədə bilməmişlər. 2024-cü ilin aprel ayında Zabutay Sadiqə bildirmişdir ki, rotest aparatını almaq istəyir. Onlar cavabdehlǝ rotestin qiymətini 2200 (iki min iki yüz) manata razılaşmışlar. Rotesi götürən zaman Zabutay ona 1150 (min yüz) manat pul vermis, söz vermişdir ki, pulun qalan hissəsini 1-2 həftəyə ödəyəcək. Təxminən 1 həftə sonra Zabutay ikinci rotesti də istəmişdir. Həmin rotest işlənmiş olduğu üçün onun qiymətini 1150 (min yüz əlli) manata razılaşmışlar. Zabutay həmin vaxt Bakı şəhərində olduğu üçün Sadiq rotest aparatını Bakı şəhərinə aparıb orada Zabutaya vermişdir. Həmin vaxt Zabutay ikinci rotesti aldığına görə heç bir ödəniş etməmişdir. Belə ki, pulu karta ötürmək istədiyini, lakin telefonu format olduğu üçün açılmadığını bəhanə gətirmişdir. Bundan sonra Zabutay hər dəfə müxtəlif bəhanələr gətirərək pulun qalanını ödəməmişdir. Buna görə, 2024cü ilin oktyabr ayında o, Gəncə şəhəri 3-cü X6 şikayət etmişdir. Şikayət etdiyi üçün Zabutayın anası Səfuzər 1150 (min yüz) manat pulu gətirib sahə müvəkkili Xəyyam Qurbanova vermişdir. O, həmin pulu götürmək istəməmişdir. Ancaq Səfuzər xanım söz vermişdir ki, tez bir vaxtda pulun qalan hissəsini də, ödəyəcəkdir. Buna görə 1150 (min yüz) manatı götürmüşdür. Beləliklə, Zabutayın ona 1150 (bir min yüz əlli) manat borcu qalmışdır. Qalan borcunu Zabutay hal-hazıradək ödəməmişdir.ǝO, maddi imkanı olmadığından rotest aparatlarını almaq üçün lombarddan pul götürmüşdür. Hər ay lombarda müəyyənǝməbləğdə pul ödəmişdir. Rotest aparatlarını Zabutaya ona görə satmışdır ki, Zabutaydan pulu alıb lombardı bağlayar. Lakin Zabutay pulu vaxtında ödəmədiyi üçün 2024-cü ilin avqust ayında məcbur olub "Unibank" in Gəncə şəhər Nizami filialından 2500 (iki min beş yüz) manat kredit götürmüş və həmin məbləğlə lombardı bağlamışdır. Həmin vaxtdan hal-hazıradək banka hər ay 160 (yüz altmış) manat ödəmişdir. Beləliklə, Zabutayın onun pulunu geçikdirməsi nəticəsində ona həm də, hər ay 160 manat banka ödəniş etdiyinə görə, 6 ay ərzində 960 (doqquz yüz altmış) manat ziyan dəymişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Iddia tələbini təmin etməyən məhkəmə gəldiyi nəticəni onunla əsasandırmışdır ki, iddiaçı cavabdeh Cavabdeh nisyə əsaslarla 2 ədəd yuma aparatı satdığını bildirsə də, bu barədə iddia ərizəsinə mötəbər sübut əlavə edə bilməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, o, iddia ərizəsinə Gəncə şəhər BPI-nin 3-cü X5 Vüsal Şubay oğluna ##.##.2024-cü il tarixli məktubunu əlavə etmişdir. Həmin məktubdan da məlum olduğu kimi o, Cavabdeh ona 2250 manat borcu olması və həmin borcunu qaytarmaması barədə şikayət etmişdir. Əgər Cavabdeh ona borcu olmasaydı ondan necə şikayət edə bilərdi. Yaxud əgər Cavabdeh ona 2250 manat borcu yox idisə, niyə anası gətirib polisdə 1150 (bir min yüz) manat ödəyirdi. Göründüyü kimi, məhkəmə bu halları nəzərə almamış, iş üzrə hər hansı əlavə araşdırma aparmadan qətnamə çıxarmışdır. Bundan başqa o, məhkəmə iclasında Zabutayla aralarında olan watsapp yazışmalarını özündə əks etdirən disk təqdim etmişdir. Lakin məhkəmə həmin diskdə olan məlumatlara hər hansı qiymət verməmiş və bunu qətnamədə qeyd etməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozduğuna görə iddia tələbində göstərilən məbləğ ondan tutulmalıdır. Lakin məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə hərtərəfli araşdırma aparmadan qətnamə çıxarmışdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticlərin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının ləğv edilməsi üçün əsasdır. Məhkəmənin hazırki qətnaməsi maddi və prosessual hüquq normalarınınǝpozulmasıǝiləǝçıxarıldığındanǝləğvǝedilməlidir.ǝ

13.ǝApellyasiyaǝşikayətinəǝqarşıǝetirazǝdaxilǝolmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinəǝuyğunǝizahatǝveribǝapellyasiyaǝşikayətininǝtəminǝedilməsiniǝxahişǝetmişdir.ǝ

15. Gəncə Apellyasiya Məhkəməsində şahid qisminə iştirak edən X2 izahatında bildirmişdir ki, Gəncə şəhəri, 3-cü polis bölməsində sahə müvvəkili vəzifəsində işləyir. Iddiaçının Cavabdeh rotes (maşın yuma) aparatını alıb pulunu verməməsinə dair müraciəti əsasında araşdırma aparmışdır. Araşdırma zamanı cavabdeh Cavabdeh və anası rotesi (maşın yuma) aparatını aldığını etiraf etmişdir. Cavabdehə protokol tərtib etmiş və bir müddət puluǝödədiyiniǝbildirmişdir.ǝQalanǝborcǝməbləğindənǝməlumatıǝolmamışdır.

16. Iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakıǝolmadanǝbaxılmasınıǝmümkünǝhesabǝetmişdir.ǝǝ

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsininǝicrasınıǝtələbǝetməkǝhüququǝvardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələǝgəlməsiǝüçünǝmüqaviləǝolmalıdır.

19. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.ǝ

20. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyinǝedilməsin.ǝ 21.ǝMaddəǝ329.2.ǝƏqdlərǝşifahiǝvəǝyaǝyazılıǝ(sadəǝvəǝyaǝnotarial)ǝformadaǝbağlanır.

22. Maddə 567. Alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyiǝöhdəsinəǝgötürür.ǝ

23. Maddə 600.1. Alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ciǝmaddəsinəǝuyğunǝmüəyyənləşdirilmişǝmüddətəǝhəyataǝkeçirməlidir.ǝ

24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmişǝmalınǝqaytarılmasınıǝtələbǝedəǝbilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdəǝolanǝvəǝəlavəǝtəqdimǝolunmuşǝsübutlarǝəsasındaǝmahiyyətiǝüzrəǝbaxır.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadəǝolunmuşǝdəlillərəǝəsasənǝmübahisəninǝpredmetiǝbölünməzǝolduqdaǝisəǝtamǝyoxlayır.

27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,ǝməhkəməninǝmaddiǝvəǝprosessualǝhüquqǝnormalarınaǝriayətǝetməsiniǝyoxlayır.ǝǝ

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarǝsübutlarǝhesabǝolunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıǝsübutǝetməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutunǝməhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamışǝsaxlayaǝbilər.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindənǝkassasiyaǝşikayətiǝveriləǝbilər. Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrəǝbaxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməzǝolduqdaǝisəǝtamǝyoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsiniǝyoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindənǝbirinciǝinstansiyasıǝməhkəməsininǝaktıǝtam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismənǝtəminǝedilməlidir.

39. Belə ki, işin faktiki halları kimi müəyyən edilmişdir ki, iddiaçı cavabdeh Cavabdeh ilə 2024-cü ilin aprel ayında 2 komplekt "Omax" markalı avtoyuma aparatının alqı-satqısı barədə razılaşmışlar. Avtoyuma aparatının qiymətini 2200 (iki min iki yüz) manata razılaşmışlar. Aparatı götürən zaman Zabutay iddiaçıya 1150 (min yüz) manat pul vermis, söz vermişdir ki, pulun qalan hissəsini 1-2 həftəyə ödəyəcək. Sonra Zabutay hər dəfə müxtəlifǝbəhanələrǝgətirərəkǝpulunǝqalanǝhissəsiniǝödəməmişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, apellyasiya icraatı zamanı dindirilmiş şahid X2 izahatında bildirmişdir ki, Gəncə şəhəri, 3-cü polis bölməsində sahə müvvəkili vəzifəsində işləyir. Iddiaçının Cavabdeh avtoyuma aparatını alıb pulunu verməməsinə dair müraciəti əsasında araşdırma aparmışdır. Araşdırma zamanı cavabdeh Cavabdeh və anası avtoyuma aparatını aldığını etiraf etmişdir. Cavabdehə protokol tərtib etmiş və bir müddət pulu ödədiyini bildirmişdir. Qalanǝborcǝməbləğindənǝməlumatıǝolmamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçının cavabdeh Cavabdeh ilə 2024cü ilin aprel ayında 2200 manat dəyərində 2 komplekt "Omax" markalı avtoyuma aparatının alqı-satqısı barədə razılaşmanın olması birbaşa sübutlarla təsdiqini tapmasa da, apellyasiya icraatında dindirilmiş şahid ifadəsi, iddiaçının özünün izahatı məcmu şəkildə tədqiq olunduqda sübut olunan faktın varlığı barədə, yəni cavabdehin “Omax" markalı avtoyuma aparatının nisyə alqı-satqısına görə yaranmış 1150 manat borcunu ödəməməsi ilə bağlı birmənalıǝnəticəǝçıxarmağaǝəsasǝverir.ǝ

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin vurduğu ziyana görə 960 (doqquz yüz altmış manat) pulun təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı nisyə alqı-satqı müqaviləsinin 1150 manat hissəsini icra etməməklə cavabdehin ona 960 manat ziyan vurmasını təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” **/**** saylı ## ### 2026-cı il tarixli qəradadında 61-ci bəndində qeyd edilir ki, məlum olduğu kimi, mülki prosesdə sübut edilməli faktla sübut arasında bağlılığa görə sübutların iki növü fərqləndirilir: birbaşa sübutlar və dolayı sübutlar.

62. Birbaşa sübutlar sübut edilən faktla birmənalı bağlıdır, yəni həmin faktın varlığı (və ya yoxluğu) barədə güvənli nəticə çıxarmağa əsas verir (məsələn: tərəflərin imzaladığı təhviltəslim aktı əşyanın verilməsini təsdiq edən düzünə sübutdur). Dolayı sübutlar isə sübut edilən fakt haqqında ehtimalla bir neçə nəticə çıxartmağa imkan verən sübutlardır. Onlar faktın varlığını ehtimal etməyə əsas verir. 63. Dolayı sübutlardan o vaxt istifadə edilir ki, iş üzrə düzünə sübutlar ümumiyyətlə və ya kifayət qədər olmur. Bundan əlavə, birbaşa sübutlarda olan məlumatların həqiqiliyi mübahisələndirildiyi hallarda da dolayı sübutların istifadəsi qaçılmaz olur. Dolayı sübutlardan istifadə edilən zaman faktla bağlı bütün sübutlar birgə tədqiq olunmalıdır. Çünki hər bir dolayı sübut bir neçə versiya əsasında və bir neçə ehtimalla nəticəyə gəlmək imkanı yaradır. 64. Əldə edənin bildiyini sübut etmək üçün bu sübutların məcmusu elə xarakter daşımalıdır ki, onun qeydin əsassız olduğunu bilməsindən (“əldə edən bilirdi”) başqa qənaətə gəlmək və bu qənaəti hər hansı ağlabatan alternativ izahlarla zəiflətmək mümkün olmasın. Başqa sözlə, həmin sübutlar yalnız bir nəticəyə - əldə edənin bilməsi faktına aparmalı, hakimdə bu haqda qəti və birmənalı qənaət formalaşdırmalıdır. 65. Bu baxımdan məhkəmələr dolayı sübutlar əsasında nəticəyə gələrkən aşağıdakı şərtləri nəzərə almaqla onları birlikdə qiymətləndirməlidirlər: - əsasən bir yox, bir neçə dolayı sübut olmalıdır; - həmin sübutların mötəbərliyi şübhə doğurmamalıdır; - sübutlar bir-birini təsdiq etməli, tamamlamalı və bir-birilə uzlaşmalıdır; onlar məcmu şəkildə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verənǝsistemǝyaratmalıdır.ǝǝ

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilənǝhallarǝişinǝmateriallarınaǝuyğunǝolsun.ǝ

45. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutlarınǝqəbulǝedilib-edilməməsininǝsəbəbləriǝaydınǝgöstərilməlidir.

46. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallaraǝvəǝtərəflərinǝqarşılıqlıǝmünasibətinəǝuyğunǝəsaslandırılmalıdır.ǝ

47. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrininǝtələblərinəǝriayətǝedilməmişdir.ǝ

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin qismən ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 1150 manatın təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi həmin hissədə təmin edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsininǝ372,ǝ384,ǝ392ǝvəǝ402ǝmaddələriniǝrəhbərǝtutaraq,ǝǝ

Qət etdi: Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçıǝİddiaçıǝtərəfindənǝverilmişǝapellyasiyaǝşikayətiǝqismənǝtəminǝedilsin. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən, yəni 1150 manatın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnaməǝqəbulǝedilsin.ǝ Cavabdeh Cavabdehǝ1150ǝ(birǝminǝbirǝyüzǝəlli)ǝmanatǝtutulubǝiddiaçıǝİddiaçı verilsin. Qətnaməǝqalanǝhissədəǝdəyişdirilmədənǝsaxlanılsın. Apellyasiyaǝşikayətiǝqalanǝhissədəǝtəminǝedilməsin. Qətnaməǝqəbulǝedildiyiǝandanǝqanuniǝqüvvəyəǝminir. Qətnamədənǝkassasiyaǝşikayətiǝveriləǝbilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar