Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-270/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarına əlavə edilmiş əlyazma qəbzdən görünür ki, cavabdeh Cavabdeh, İddiaçı 12000 manat borca pul almışdır.
2. ****** saylı vəsiqəsinin surətindən görünür ki, İddiaçı II qrup əlildir.
3. ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh 32700 manat əsas borc 13624,75 manat faiz borcu, 30 manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir.
4. ##.##.2025-ci il tarixli *-**-**/*-*/***/**** saylı ekspert rəyindən görünür ki, mülki işin 4-cü vərəqəsində olan qəbzdəki yazılar və “Jусифов Агил” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən ica olunmuşdur
5. ##.##.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 156 manat dövlət rüsumu ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 12000 manat və əldən çıxmış faydaya görə 10000 manat dövlət rüsumuna ödənilmiş 156 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1963-cü il təvəllüdlüdür, ailəlidir, 2 (iki) uşaq atasıdır, 2-ci qrup əlildir, Bərdə rayon Balaqəcər kənd sakinidir. Bərdə rayon Böyük Göyüşlü kəndində yaşayan, əvvəllər tanıdığı, münasibəti olan, mal alveri ilə məşğul olan Cavabdeh ona müraciət edərək, 8 (səkkiz) gün müddətinə qaytarmaq şərti ilə 12.000 manat pul verməyimi xahiş etdi, onu tanıdığından, inandığından 2015-ci ilin fevral ayında Cavabdeh 12.000 manat pulu verib. O isə bu barədə ona qəbz yazıb verib. Həmin vaxtdan sonra nəinki 8 günə, hətta aylar, illər, keçdi, Aqil hər dəfə bir bahanə edib pulunu verməmişdir. Hətta məhkəmənin hökmü ilə həbs cəzasına məhkum edilmiş, hansısa cəzaçəkmə müəssisəsində cəza da çəkmişdir. Cəzasını çəkib qurtarandan sonra ona maddi durumunun aşağı olmasını demiş, o da onu bir insan kimi başa düşmüş qeyrimüəyyən müddətə vaxt verib. Ancaq cavabdeh Cavabdeh onun ürəyinin yumşaqlığından, humanistliyindən istifadə edərək illərdir ki, ona olan borcunu ödəməmişdir. Hər dəfə pulunu tələb edəndə "əkinini, mal-qaranı satıb pulunu ödəyəcəyəm" deyib. Son vaxtlarda pulunu tələb edəndə ona əsəbi halda bildirdi ki, “hara istəyirsən şikayət et, sənə pul verməyəcəyəm”. X2 bu illər ərzində ona maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, cavabdeh Cavabdeh 12.000 manat çıxmış faydaya görə 10.000 manat Dövlət rüsumuna hesabına ödənilmiş 156 manat pulun alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır.
8. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Z.Y.Abdullayev) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 12000 (on iki min) manat məbləğində pul və 126 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmədə şahid kimi dindirilən X1 bildirmişdir ki, iş üzrə cavabdeh Aqil ondan digər tələb üzrə borc almış, lakin onu aldadaraq geri qaytarmamışdır. Bu barədə icra sənədi vardır, hal-hazırda 24000 manat məbləğində hissəni geri qaytarmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, sübut olunur ki, cavabdeh Cavabdeh sadə yazılı qəbzə əsasən İddiaçı 12000 manat məbləğində borcu yaranmışdır. Qeyd olunmalıdır ki, iddia tələbi əldən çıxmış fayda hissəsində sübut olunmur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 386.1, 425.1, 442, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 217.3, 218.1-ci maddələrinə əsaslanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, iddiaçıdan pul almmış, aralarında pul söhbəti olmamışdır. İddiaçının kürəkəni ilə aralarında pul söhbəti vardır, həmin məsələ də icra şöbəsinin icraatındadır. ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh 32700 manat əsas borc 13624,75 manat faiz borcu, 30 manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. İş materialllarında olan - məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, tərəfləri tanıyır, onlarla ədavət və qohumluğu yoxdur. İş üzrə cavabdeh Aqil ondan digər tələb üzrə borc almış, lakin onu aldadaraq geri qaytarmamışdır. Bu barədə icra sənədi vardır. Hal-hazırda 24.000 manat məbləğində hissəsini geri qaytarmışdır. – Bu hissədə bildirir ki, X1 ilə İddiaçı qohum olmağına baxmayaraq məhkəmədə şahid qismində dindirilmş və bildirmişdir ki, guya qohum deyillər. Məhkəməni aldatmışlar. Ancaq buna baxmayaraq məhkəmə bu işi də araşdırmadan qətnamə qəbul etmişdir. O, cümlədən qarşı tərəf məhkəmə zalında bildirmişdir ki, onu bu işlə bağlı ekseprtizaya çağırmışlar. Onun imza nümələri yoxlanılan ekspert onu nə üçün ekpertizaya çağırması artıq məlumdur. İşə baxan hakim bu məsələni məhkəmə zalında eşitsə də heç bir əhəmiyyət verməmişdir. İşdə olanekspert rəyi ilə də razılaşmır.
b) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, Bərdə rayon Böyük Göyüşlü kəndində yaşayan, əvvəllər tanıdığı, münasibəti olan, mal alveri ilə məşğul olan Cavabdeh ona müraciət edərək, 8 (səkkiz) gün müddətinə qaytarmaq şərti ilə 12.000 manat pul verməyimi xahiş etdi, onu tanıdığından, inandığından 2015-ci ilin fevral ayında Cavabdeh 12.000 manat pulu verib. O isə bu barədə ona qəbz yazıb verib. Həmin vaxtdan sonra nəinki 8 günə, hətta aylar, illər, keçdi, Aqil hər dəfə bir bahanə edib pulunu verməmişdir. Hətta məhkəmənin hökmü ilə həbs cəzasına məhkum edilmiş, hansısa cəzaçəkmə müəssisəsində cəza da çəkmişdir. Cəzasını çəkib qurtarandan sonra ona maddi durumunun aşağı olmasını demiş, o da onu bir insan kimi başa düşmüş qeyrimüəyyən müddətə vaxt verib. Ancaq cavabdeh Cavabdeh onun ürəyinin yumşaqlığından, humanistliyindən istifadə edərək illərdir ki, ona olan borcunu ödəməmişdir. Hər dəfə pulunu tələb edəndə "əkinini, mal-qaranı satıb pulunu ödəyəcəyəm" deyib. Son vaxtlarda pulunu tələb edəndə ona əsəbi halda bildirdi ki, “hara istəyirsən şikayət et, sənə pul verməyəcəyəm”. Beləliklə, Aqil Əliyev bu illər ərzində ona maddi və mənəvi ziyan vurmuşdur. Bu səbəbdən də birinci instansiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbimin tam təmin edilməsini xahiş edir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən iddiaçı qətnaməni təmin olunmayan hissədə, cavabdeh isə təmin olunan hissədə mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni tam hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, 12000 manat məbləğində pulu cavabdeh tərəfə vermiş, cavabdeh isə pulu geri qaytarmamışdır.
25. Həmçinin işdə olan ##.##.2025-ci il tarixli *-**-**/*-*/***/**** saylı ekspert rəyindən görünür ki, mülki işin 4-cü vərəqəsində olan qəbzdəki yazılar və “Jусифов Агил” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən ica olunmuşdur.
26. Hazırkı tələbə dair mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir.
27. Belə ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti 12000 manatdır, lakin tərəflər arasında bu məbləğlə bağlı yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. İşdə olan sadə yazılı qəbz yalnız cavabdeh tərəfindən imzalandığına görə müqavilə hesab edilə bilməz. Ona görə ki, müqavilə iki və daha çox şəxsin daxil olduğu münasibətdir və deməli sadə yazılı sənədin müqavilə hesab edilməsi üçün iradə ifadə edən hər bir tərəf həmin sənədə imza etməlidir.
28. Hazırkı işdə isə qəbzə yalnız cavabdeh imza etmiş və bununla da iradə ifadəsini bəyan etmişdir. Deməli, hazırkı tələbə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Ona görə ki, qanunverici qeyd edilən məbləğdə pula münasibətdə yazılı borc müqaviləsinin tərtib edilməsini tələb edir.
29. Bununla belə, cavabdeh tərəfindən imzalanan həmin qəbz hazırkı iş üzrə mötəbər sübut hesab olunur. Cavabdeh qəbzə onun tərəfindən imza edilmədiyini bildirsə də, iş üzrə alınan ekspert rəyi ilə bunun əksi sübut olunur. Kollegiya ekspert rəyinə tənqidi yanaşılması üçün heç bir əsas görmür və bu xüsusda cavabdehin etirazını əsassız hesab edir.
30. Cavabdeh tələbin 12000 manatın tutulması hissəsinə qarşı etirazlarında, həmçinin apelyasiya şikayətində bildirir ki, əslində o, iddiaçıdan pul almayıb, onun kürəkəni ilə aralarında pul haqq-hesabı olub, həmin iş də hazırda icra icraatındadır.
31. Kollegiya cavabdehin tələbə qarşı qeyd edilən etirazı ilə razılaşmır. Belə ki, cavabdehin iddiaçıdan 12000 manat məbləğində pul götürməsinin sübutu yuxarıda qeyd edilən sadə yazılı qəbzdir, hansı ki, cavabdeh onu imzası ilə təsdiq etmişdir. Cavabdeh iddiaçıdan pul almadığını, əslində onun kürəkəninə borclu olduğunu bildirsə də, etirazında yalnız formal mülahizələrə əsaslanmışdır. Sadə yazılı qəbz isə cavabdehin iddiaçıdan tələb edilən məbləğdə pulu qəbul etməsinin göstəricisidir.
32. ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh 32700 manat əsas borc 13624,75 manat faiz borcu, 30 manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Göründüyü kimi, cavabdehin bu iki şəxsə qarşı olan borc məbləğləri də fərqlidir və belə halda cavabdehin M.Səmədova olan borcunu təsdiq etmək üçün və ya hər hansı digər əsasa görə iddiaçıya da 12000 manat borcunun olmasını bildirən qəbz verməsi də məntiqli görsənmir. Digər tərəfdən, M.Səmədov da məhkəmədə şahid kimi ifadə verərkən borc məbləğlərinin eyni olması ilə bağlı hər hansı fikir bildirməmişdir.
33. İş apelyasiya məhkəməsinin icraatında olanda cavabdeh məhkəmə kollegiyasına tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq iddianı müddət keçməsi əsası ilə rədd edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, ərizə prosessual gecikmə ilə verildiyinə görə baxıla bilməz. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Ona görə də, kollegiya hesab edir ki, cavabdeh bu hüququnu itirmişdir.
35. Məhkəmə kollegiyası iddiaçı İddiaçı apelyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı əsas pul tələbindən əlavə əldən çıxmış fayda qismində 10000 manat da tələb etsə də, tələbinin bu hissəsini əsaslandırmamış, cavabdehə verdiyi pul məbləği hesabına hansı fayda əldə edə biləcəyini tutarlı dəlillərlə əsaslandırmamışdır. Apellyasiya şikayətində də, iddiaçı əldən çıxmış fayda olaraq nəyi nəzərdə tutduğu barədə mötəbər əsaslandırma verməmişdir.
36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
37. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
38. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
39. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.